Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   ...   66

sahibi  və  tanınmış  alim  statusunu  qazanana  qədər  ailəsi  ilə birlikdə 
ağır illər yaşamalı  olmuşdur.  Avropa ölkələrində və Amerikada gözəl 
xeyriyyəçilik  ənənəsi  mövcud  olmasaydı,  kim  bilir,  onun  taleyi 
(xüsusilə  ikinci  Dünya  müharibəsi  və  ondan  əvvəlki  illərdə)  necə 
olardı.  Xüsusi  fondlar,  elmi  axtarışları  müdafiə  məqsədilə  varlı 
adamlar tərəfindən  təzə başlayan  alimlərə  ayrılan  təqaüdlər-xeyriyyə 
cəmiyyətlərinin  bütün  bu  sistemi  insanlara  kömək  edir  və  elimin 
inkişafını  stimullaşdırır.
Bütün  bunlara  baxmayaraq  professor  Kramerin  baş  arzusu 
xüsusi  Amerika  Şumerologiya  institutu  yaratmaqdır.  O,  arzusunun 
reallaşması  üçün böyük əmək sərf etsə də  hələlik baş tutmur.  Belə bir 
institut  yaransa  orada  Şumerin  dili,  tarixi  və  mədəniyyəti  geniş 
miqyasda  öyrənilərdi.  İnstitut  yoxdur,  ancaq  beynəlxalq  miqyasda 
mütəxəssis hazırlığı  gedir.  Artıq qeyd olunduğu  kimi,  çox illər ardıcıl 
olaraq  Kramer,  hazırda  isə  onun  kiçik  həmkarları  Akye  Şeoerq  və 
Cenni  Xamperdinger seminarlar,  mühazirələr,  xüsusi  məşğələlər yolu 
ilə  tələbələrin  və  aspirantların  hazırlanması  ilə  məşğuldurlar. 
Amerikada  təzə  başlayan  alimin  təcrübə  keçməsi  (adətən  bir  il) 
ənənəyə  çevrilmişdir.  Son  illərdə  bilavasitə  qədim  mədəniyyətlərin 
ocaqları  ilə  bağlı  olan,  hazırda  arxeoloji  qazıntıların  meydanına 
çevrilən  Türkiyə,  ərəb  regionu,  İsrail  kimi  ölkələrdə  gənc 
mütəxəssislər yetişmişdir
1957-ci  ildə  Elmlər  Akademiyasının  dəvəti  ilə  özünün  ilk 
vətəni  -   Rusiyaya  elmi  ezamiyyətə  gələrkən  Krameri  Leninqradda 
işləyən  mixi  yazısı  üzrə  beş  mütəxəssis  qarşıladı  Onlardan  ikisi- 
akademik  V V.  Struve  və  İ.M.  Dyakonov  o  zaman  Şumer  tarixi  və 
mədəniyyəti  ilə  məşğul  idilər  və  geniş  miqyasda  tanınırdılar  Elə 
həmin  vaxt  üç  aspirant  da  hazırlanırdı  Onlardan  biri  universitetdə 
dərs  deməyə  saxlanılmışdı.  İki  aspirant  Şumer  mədəniyyətini 
öyrənməyi  qərara  almışdı.  İ.  T.  Kanayeva  Şumer qrammatikasını,  bu 
sətirlərin  müəllifi  isə  Şumerin  mədəniyyətini  və  ədəbiyyatını  tədqiq 
edib  araşdırmağı  özlərinə  mövzu  seçmişdilər  Professor  elə  ilk 
görüşdə  geniş  topluların  mövcud  olduğu  Amerikada  təcrübə 
keçməyin  vacibliyindən  söhbət  açdı  və  təhsildə  kömək  təklif  etdi. 
“Siz  istəmirsiniz,  -   o  bizdən  sadəlövhlüklə  soruşdu,  -   elə  gəlmirmi
10
ki,  bu  sizə  xeyir  gətirə  bilər?  Belə  səfərləri  elmi  mübadilə  yolu  ilə 
əldə  etmək  mümkündür”.  Təəssüf ki,  hətta  mübadilə yolu ilə  də belə 
təcrübəni  əldə  etmək  mümkün  olmadı.  Halbuki,  professor  Kramer 
Amerikaya  qayıdan  kimi  bu  səfərin  təşkili  ilə  məşğul  olmağa 
başlamış,  hətta məsələ ilə əlaqədar ABŞ-ın Dövlət departamentinə də 
müraciət  etmişdi.  Hər  halda  müəyyən  mənada  özümü  Kramerin 
şagirdləri  sırasına daxil  etməyə  cürət edirəm.  Mənim  diplom  işim  və 
ilk  məqalələrim  onun  əsərləri  əsasında  yazılmışdır.  Təəssüf  ki, 
təsadüfi  görüşlərimiz  zamanı  onun  qeydləri  və  təqdirləri  məni 
gələcək fəaliyyətə həvəsləndirirdi.  Kramerin  kitabında mənim  Şumer 
ser  mətnləri  tərcümələrimin  yerləşdirilməsi  bir  daha  sübut  edir  ki, 
alimin  qiyabi  dərsləri  hədər  getməmişdir.  Burada  mənim  ləyaqətli 
həmvətən-müəllimlərimin,  ilk  növbədə  akademik  İ.  M.  Dyakonovun 
əməyi  böyükdür.  Şübhəsiz,  Şumer ədəbiyyatının öyrənilməsi  qolu  və 
istiqamətləri  əsasən  Semuel  Noy  Kramerin əsərlərindən  ayrılır.  Ümid 
etmək  olar ki,  Şumer  abidələrinin  yeni  interpretasiyası  onu  sevənlər 
tərəfindən qəbul  ediləcəkdir.
Professor  Kramer  xatirələrinin  sonunda  öz  ürək  ağrılarından 
daha  birini,  bəlkə  də  ən  dərinini  -   iki  qohum  xalq  arasında  indi  də 
davam  edən  düşmənçiliyi  oxucu  ilə  bölüşür.  O  istərdi  ki,  cənazəsi 
xalqın  atası  Avraamın  doğulduğu  qədim  Şumer  şəhəri  Urda torpağa 
tapşırılsın.  Bu  “...  ərəb-yəhudi  qohumluğunu  və  qardaşlığını  yada 
salan  simvol  olardı...  ancaq qorxuram  ki,  hətta  Şumer havadar -  ruhu 
da  bu  simvolik  arzunun  həyata  keçməsinə  kömək  edə  bilsin”.  Hər 
halda,  o,  ümidini  itirmir,  “ ...mən  inanıram  ki,  müasir  arxeoloqların 
tozdan  və  küldən  dirildəcəkləri  qədim  Şumerin  və  Urun  ərəblərlə 
yəhudilər  arasındakı  ruhi  və  qohumluq  əlaqələrini  bərpa  edəcəkləri 
gün yetişəcək”.  O,  qədim  Şumer atalar sözünü  misal  gətirir:  “Dostluq 
bir gün  çəkər,  qohumluq  -  əbədidir”.
Kramerin  “Tarix  Şumerdə  başlayır”  və  başqa  əsərləri,  onun 
bütün  həyatı  və ictimai  fəaliyyəti  qohumluq barədə alimin  fikirlərinin 
dərinliyini  vo  təbiiliyini  təsdiq  edir.  Bu,  dünya  mədəniyyətinin  və 
sivilizasiyasının  bütöv  halda  inkişafı,  ruhların  birliyi,  ümumbəşərin 
mülkü  olan yer haqqında  mükəmməl  təsəvvürlərdir.  Bax buna görə o, 
Urda  dəfn  olunmağı  arzulayır,  hətta  ölümündən  sonra  da  bu  birliyə
11


xidmət  göstərmək  istəyir.  Bəli,  Simxa  Noy  Kramer  özünün  hər  iki 
adım  doğrultdu  -   dünyaya  sevinc  gətirdi,  bir  çox  kataklizmlərdən 
keçərək ruhun,  insan yaddaşının əbədiliyi hüququnu  qazandı.
1988-ci il sentyabrın  28-də qıırtardı. 
V^.Afanasyeva.
Müəllifin  rusca nəşrə ön sözü.
Rusiya  alimləri  mixi  yazısının  vətəni  olan  İrakda  heç  vaxt 
qazıntı  işləri  aparmamışlar.  Buna  baxmayaraq,  XIX  əsrin  ikinci 
yarısından  başlayaraq  bizim  günlərə  qədər  ruslarda  mixi  yazısını 
öyrənən çox gözəl məktəb olmuşdur və indi  də var.
Əməkdar  alimlər N.  P.  Lixaçov və  M.  V.  Nikolski  tərəfindən 
aparılan  ilk  tədqiqatlardan  sonra  V.  K.  Şileykonun,  A.  P.  Riftinin, 
nəhayət  dünyanın  ən  görkəmli  şərqşünaslarından  və  tarixçilərindən 
biri  olan  V.  V.  Struvenin  əməyi  sayəsində  bu  elm  sürətlə  irəlilədi. 
Onlann  şagirdləri  və  ardıcılları  İ.  M.  Dyakonov və  L.  A.  Lipin  (mən 
ancaq  işləri  ilə  yaxından  tanış  olduğum  alimlərin  adlarını  çəkirəm) 
SSRİ 
Elmlər  Akademiyasının 
hərtərəfli 
köməyi 
ilə 
sovet 
şumeroloqlarının və  assiroloqlarının  yeni  nəslini  tərbiyə  edirlər.  Ona 
görə  də  mənim  “Tarix  Şumerdə  başlayır”  kitabımın  rus  dilinə 
tərcüməsini,  Vətəndaş  müharibəsi,  İkinci  Dünya  müharibəsi  illərinə 
və başqa çətinliklərə baxmayaraq gözəl  alimlər nəsli tərbiyə etmiş bir 
ölkənin insanları  arasında yayılmasını  özümə böyük  şərəf sayıram.
“Tarix  Şumerdə  başlayır”  kitabı  ilk  dəfə  1959-cu  ildə  çap 
edilmişdir.  Bu,  mənim  1956-cı  ildə  çıxmış  “Şumer  lövhəcikləri” 
əsərimin  populyar  nəşridir.  1956-cı  il  nəşrində  bəşəriyyətin  yazılı 
qeydə  alınmış  ilk  25  nailiyyətindən  oçerklər  yerləşdirilmişdir 
Sonrakı  nəşrlərdə son  illərdə xüsusi  tədqiqatlar nəticəsi  aşkar edilmiş 
daha  iki  nailiyyət  haqqında  danışa  bildim.  Kitabın  rusca  nəşrinə 
gəlincə,  xoşbəxtəm  ki,  ona daha  üç yeni  fəsil  əlavə edə bilərəm.  İlkin
12
elegiyalar  haqqında  fəsil  -   A.  S.  Puşkin  adına  Dövlət  Təsviri 
incəsənət muzeyində saxlanılan  çox maraqlı  palçıq lövhəciyin mənim 
1961-ci  ildə  Moskvada  çap  olunmuş  monoqrafiyamın  (rus  və  ingilis 
dilində  paralel  mətnlər)  əsasında  açılmasına  həsr  olunur.  “Əməkdə 
ilk  müvəffəqiyyətlər”  və  “ İlk  balıq  qoruğu”  -   mənim  gənc  ispan 
həmkarım,  Pensilvan  universitetinin  əməkdaşı  M.  Sivilin  ən  yeni 
tədqiqatlarının  nəticəsidir.
“Təbabət”  fəsli  (ilk  farmakopeya  haqqında)  M.  Sivilin  əldə 
etdiyi  son  faktlar  əsasında  rusca  nəşr  üçün  yenidən  yazılmışdır. 
Nəhayət,  “Kənd  təsərrüfatı”  (ilk  “əkinçi  təqvimi”  haqqında) fəsli  bir 
neçə  il  bundan  əvvəl  mənim  tərəfimdən  hazırlanmış  şumer sənədinin 
yeni tərcüməsinə  uyğun  əsaslı  dəyişikliklərə uğramışdır.
Kitabın  rusca  nəşrinin  sonuncu,  30-cu  fəslində  bəşəriyyətin 
“qızıl  əsri”  haqqında  şumerlərin  təsəvvürlərindən  danışılır.  Onlann 
təsəvvüründə  uzaq  keçmiş  insanların  qorxu,  çəkişmə,  ehtiyac 
bilmədən  sülh  və  əmin-amanlıq  şəraitində yaşadıqları  xoşbəxt zaman 
kimi  təsvir  olunur. 
Şumerlərin  “İtirilmiş  cənnət”  haqqında 
səmimiyyətlə  sətirlər  yazdıqlarından  keçən  dörd  min  il  ərzində 
müharibələr və  çəkişmələr,  yoxsulluq  və  aclıq,  qorxu  və  özbaşınalıq 
bəşəriyyəti  durmadan  parçalayıb  dağıdır  Ancaq  bu  gün  dünya 
üzərində  təzə  meh  əsdi  və  qarşıdurmalar  hopmuş  atmosferi  təzələdi. 
Bu  gün  əməkdaşlıq  və  qarşılıqlı  yardım  ruhu,  hər  şeydən  əvvəl,  elm 
və mədəniyyət sahəsində,  insanların  ağlına hakim  kəsilməyə başlayır 
Yer  üzündə  sülhün  və  həmrəyliyin  bərqərar  olunması  daha  real 
görünür.  Mənim,  Rusiyada  doğulmuş  Amerika  aliminin  bütün 
vaxtlarda  və  dünyanın  bütün  ölkələrində  bəşər  övladının  möhkəm 
birlik  şəraitində  yaşadığına  şahid  olan  qədim  sivilizasiya  haqqında 
söhbət açdığım  kitabımın  rusca nəşıi  qoy buna kömək  etsin.
Görkəmli şumeroloq,  mənim  müəllimim 
və həmkarım Arno  Pyebelin  (1881-1958) 
xatirəsinə ithaf olunur
13


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə