Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   27   28   29   30   31   32   33   34   ...   66


Böyük göy qayığı uzağamı gedib?

Ulma təpəsinə çatmışdır o.

Get  və  qoy  dərinlik  əjdahaları,  bütün  əllisi  də  qayığı 
qaytarsınlar!
İsimud tabe olur, Göy barkasına çatır,  İnannaya deyir:

İlahə,  sənin atan məni  sənin yanma göndərdi.
İnanna,  sənin ayan məni  sənin yanma göndərdi.
Sənin atan nə dedisə,  o möhkəmdir,
Onun nitqi böyükdür, pozmaq olmaz.
İşıqlı İnanna ona cavab verir:

Mənim atam nə dedi, nə əlavə etdi?
Nədir böyük nitq, nəyi pozmaq olmaz?

Mənim ağam belə dedi mənə,
Enki  bunu əlavə etdi.
Qoy  İnanna  öz  Urukuna  getsin,  sənsə  böyük  göy  qayığını 
Ereduqa gətir!
İşıqlı  İnanna İsimuda -  elçiyə belə cavab verdi:

Necə dəyişdi mənim atam  öz sözlərini?
Mənə dediyi  sözləri  necə ayaqladı  o?
Mənə dediyi böyük sözlərini  necə rüsvay  etdi?
Atam mənim yalanmı  dedi, yalanmı  əlavə etdi?
Yalandanmı öz gücünə,  Abzunun adına and içdi?
Səni  mənim yanıma yalandan göndərdi!
O  bu  sözləri  deyən  kimi  dəniz  əjdahaları  Göy  barkasını 
qamarladılar.  Onda İnanna öz elçisi Ninşubura52 dedi:
Ey mənim tər-təmiz Eannamin  elçisi,
Mənim  mərd sözlərimin elçisi.
Mənim  tələsən  sözlərimin xəbərçisi!
Su dəyməyəcək sənin əllərinə!
İnanna Suti, öz hədiyyələrini böyük göy  qayığında aparır. 
Ninşubur  İnannamn  əmrini  yerinə  yetirir.  Lakin  Enki  geri 
çəkilmir.  O,  müxtəlif  dəniz  nəhənglərinin  müşayətilə  Isimudu 
göndərir  ki,  Eridu  və  Umk  arasında  yeddi  dayanacağın  hər  birində 
böyük  göy  qayığını  tutsun.  Nəhayət,  İnanna  öz  qəniməti  ilə  Uruka
128
çatır  və  orda  hamının  şənləndiyi  şəraitdə  allah  qanunlarını  bir- 
birinin ardınca boşaldır.
Şumer mütəfəkkirləri  dəqiq  fəlsəfi  təlim  yaratmamışlar.  Eynilə 
onlarda  kifayət  qədər  aydın  mənəvi  prinsiplər  və  vəsiyyətlər 
olmamışdır.  Şumerlərdə etik  normaların  xüsusi toplusu olmadığından 
onların  etikası  və  əxlaqı  haqqında  məlumatları  qədim  Şumerin  ən 
müxtəlif ədəbi  mətnlərindən  əldə etmək lazım gəlir.
Aşağıdakı  fəsil  Şumer  etikasının  bəzi  xüsusiyyətlərinin  və 
uyğun  mənbələrinin  araşdırılmasına həsr edilmişdir.
129


15.  ETİKA.
BİRİNCİ MƏNƏVİ İDEALLAR.
Şumer mütəfəkkirləri  öz  dünyagörüşlərinə  uyğun  olaraq  insana 
və  onun  roluna  o  qədər  də  inanmırdılar.  Onlar  möhkəm  əmin  'dilər 
ki,  insan  palçıqdan yapılmış və  ümumiyyətlə,  allahlar tərərindən  ona 
görə yaradılmışlar ki,  onlara yemək və  içmək  gətirsinlər,  onlar üçün 
müqəddəs  yerlər  tiksinlər,  onlara  hər  cür  qulluq  göstərsinlər  ki, 
allahlar da  heç  nəyin  qayğısını  çəkmədən  özlərinin  allahlıq  işləri  ilə 
məşğul 
olsunlar. 
Belə 
dünyabaxışına 
görə 
həyat 
qeyri- 
müəyyənliklərə  və  gözlənilməyən  təhlükələrlə  doludur,  çünki  insan 
əvəlcədən  öz  taleyini  müəyyən  edə  bilməz,  onların  müqəddəratı 
allahların  əlçatmza  müdrikliyindən  asılıdır.  İnsan  öldükdə  onun 
cansız  ruhu  qaranlıq  və  kədərli  yeraltı  aləmə  düşür,  orada  yalnız 
yerüstü  həyatın  solğun  əksi  olan  miskin  həyat  süıüı.  Qərb 
filosoflarını  hər  şeydən  çox  maraqlandıran  və  vacib  əxlaqi 
problemlərdən  biri  olan  iradənin  azadlığı  mürəkkəb  problemi 
şumerləri  heç  vaxt  narahat  etməmişdir.  Şumer  mütəfəkkirləri 
tamamilə  əmin  idilər  ki,  allahlar  insanları  ancaq  özlərinin  şəxsi 
rahatlıqları  üçün  yaratmışlar və  buna  görə  də  insanın  son  payı  ölüm, 
allahınkı  isə  ölməzlikdir,  ona  görə  də  insanın  koıtəbii  tabeçilik 
rolunu  qəbul  edirdilər.
Şumerlər  hesab  edirdilər  ki,  ictimai  və  mədəni  inkişafın  yavaş 
və  çətin  evolyusiyası  nəticəsində  meydana  gəlmiş  bütün  əxlaqi 
keyfiyyətlər və məziyyətlər allahlar tərəfindən bəxş edilmişdir.
Onların fikrincə,  hər şeyə allahlar qabaqcadan  qərar verir,  insan 
isə yalnız allahların göstərişləri  ilə hərəkət edir.
Saxlanılmış  yazılardan  göründüyü  kimi,  şumerlər  həqiqəti  və 
yaxşılığı,  qanunu  və  intizamı,  ədaləti  və  azadlığı,  xeyirxahlığı  və 
açıqlığı,  təəssüfü  və  rəhimliliyi  yüksək  qiymətləndirirdilər.  Və  təbii 
ki,  onlar  yalanı  və  küdurəti,  qanunsuzluğu  və  intizamsızlığı, 
ədalətsizliyi  və  zülmü,  qüsuru  və  pozğunluğu,  qəddarlığı  və 
rəhmsizliyi  rədd  edirdilər.  Çarlar  və  hökmdarlar  daim  fəxr  edirdilər 
ki,  onlar  ölkədə  qanunçuluğu  və  intizamı  bərqərar  etmiş,  gücsüzü
130
güclüdən,  kasıbı  varlıdan  qorumuş,  nifrətə  və  zora  son  qoymuşlar. 
Artıq  7-ci  fəsildə  haqqında  söhbət  açılan  nadir  sənəddə  e.ə.  XXIV 
əsrdə  yaşamış  Laqaş  hökmdarı  Urukağiııa  fəxrlə  deyir  kİ,  o,  çox 
zülmlər  görmüş  vətəndaşlara  ədalət  məhkəməsini  və  azadlığı 
qaytardı,  gözüdoymaz  qəddar  məmurlara  divan  tutdu,  ədalətsizliyə 
və zülmə son qoydu,  yetimləri  və dul  qadınları müdafiə etdi.
Heç  400  il  keçməmiş  III  Ur  sülaləsinin  banisi  Ur-Nammu  öz 
qanunlarını  verdi  (bax.  s  8)  və  öz  növbəsində  bir  sıra etik  qaydaları 
bəyan  etdi.  Ur-Nammu  qanunları  toplusunun  girişində  deyilir  ki, 
məmurlar  tərəfindən  edilən  və  daha  çox  yayılan  bir  çox  sui- 
istifadələrdən  xalqın  canını  qurtardı,  ölçü  və çəki  sistemini  nizamladı 
ki,  ticarət  düzgün  getsin,  dul  qadınlara,  yetimlərə,  kasıblara  qayğı 
göstərdi,  onları  aldatmağı  və incitməyi  qadağan etdi.
Daha  200  ildən  sonra  İsin  hökmdarı  Lipit-İştar  yeni  qanunlar 
külliyyatı  yaratdı.  O  fəxr  edirdi  ki,  böyük  allahlar  An  və  Bnlil  onu 
çarlığın  başına qoydular (“ondan ötəri  ki, yerdə ədaləti  bərqərar etsin, 
şikayətlər üçün  hər cür səbəbi  aradan qaldırsın,  silahın  gücü  ilə bütün 
düşmənləri  və üsyançıları  qovsun,  Şumer və Akkad  əhlinə  firavanlıq 
gətirsin”).
Bundan  əlavə,  adlarına  bundan  az  olmayan  yüksək  mənəvi  və 
etik  keyfiyyətlər aid  edilən  digər  Şumer hakimlərinin  şəninə yazılmış 
çoxlu  miqdarda himnlər qalmışdır.
Şumer  müdriklərinin  inamına  görə  allahlar  həmişə  yüksək 
əxlaqi  hərəkətləri  əxlaqsızlıqdan  üstün  tuturlar.  Şumer  himnlərində 
demək  olar,  bütün  baş  allahlar  xeyirxah,  ədalətli,  həqiqətpərəst, 
comərd  olduqlarına  görə  şöhrəti ən diri liri ər.  onların  bir  çoxu, 
məsələn,  günəş  allahı  Utu  etik  normaların  gözlənilməsinə  xüsusi 
nəzarət  edirdilər.  Başqa  biri  -   Laqaşda  böyük  mənsəb  sahibi  ilahə 
Nanşe  -   bir  sıra  mətnlərdə  həqiqət,  ədalət  və  rəhmdillik  tərəfdarı 
kimi  yad  edilir.  Bu  ilahənin  Şumer  cəmiyyətində  etik  və  əxlaqi 
normaların  yaranması  sahəsində  əhəmiyyətli  rolunu  biz  hələ  indi 
anlamağa başlayırıq,
1951-ci  ildə  Nippurda  tapılmış  on  doqquz  lövhəcik  və 
fraqmentdən,  təxminən  250  sətirdən  ibarət  şumer  himni  tərtib
131


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə