Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

ruhən  qəmli,  bədəncə  gücsüz  bir  məxluq  yaradır.  Onda  Enki 
Ninmaxdan bu məzlum məxluqa kömək etməyi  xahiş edir:
Sənin  yaratdıqlarına  mən  tale  verdim,  onlar  üçün  ərzağı  mən 
fikirləşdim.
İndi  sən mənim yaratdığımın taleyini  təyin et,
Ondan ötəri  qida fikirləş.
Ninmax bu zavallıya kömək  etməyə hazırdır,  ancaq  əlindən bir 
şey  gəlmir.  Onunla  danışmaq  istəyir,  lakin  cavab  ala  bilmir.  Ona 
çörək  verir,  lakin  o  çörəyi  almır.  O,  nə  otura,  nə  dura,  nə  dizlərini 
qatlaya bilir.
Sonra  Enki  və  Ninmax  arasında  uzun  söhbət  gedir.  Ancaq  bu 
parçada buraxılmalar  o  qədərdir  və  lövhəcik  o  dərəcədə  korlanıb  ki, 
mənanı  başa  düşmək  olmur  Axırda  Ninmax  belə  zəif,  cansız 
məxluqu  yatadığına  görə  Enkini  lənətləyir,  Enki  isə  onun  lənətlərini 
olduğu kimi  qəbul edir.
İkinci  əfsanəni  “Heyvan  və  taxıl”  adlandırmaq  olar.  O, 
insanın  yaranmasına  şumerlərin  baxışlarını  aydınlaşdırmaq  üçün  çox 
maraqlıdır.  Bu  əsər  qədim  Şumer  müəllifləri  arasında  olduqca 
populyar olan ədəbi  mübahisə janrı na aiddir.
Mübahisə  edən  tərəflər  heyvan  allahı  Laxar55  və  onun  bacısı, 
taxıl  allahı  Aşnandır.  Əfsanəyə  görə  onlar  allahların  “yaradıcı 
salonunda”  ona görə yaradılmışlar ki,  səma allahı  Anın  uşaqları  olan 
Anunnaklann  böyük  allahlarının  yeməyi,  içməyi  və  paltarları  bol 
olsun.  Lakin  Anunnaklar  insan  yaranmamışdan  heyvan  və  taxılla  nə 
edəcəklərini  bilmirdilər.  Əfsanənin  giriş  hissəsində  bu  barədə 
danışılır:
Göy və Yer dağında,
An Anunnaklan yaradanda,
Onda hələ Aşnan -  Taxıl adı  qovulmamışdı, yaranmamışdı.
Uttu -  toxucu sapı ölkədə yaranmamışdı.
Arğac və əriş Uttu üçün hazırlanmamışdı
Qoyunlar yox idi,  quzular artmırdı.
Keçilər yox idi,  oğlaqlar artmırdı.
Qoyunlar əkiz doğmurdular.
Keçilər əkiz doğmurdular.
136
Aşnan, zümrüd tək  parıldayan -  laxar- qoyu  adını 
Anunnaklar və Böyük  allahlar bilmirdilər,
Otuzgünlük taxıl  onda yox idi.
Qırxgünlük taxıl  onda yox  idi.
Əlligünlük taxıl  onda yox idi.
Kiçik taxıl, dağ taxılı,  müqəddəs seçmə taxıl yox idi. 
Uttu-toxucu  doğulmamış  çar sarğısı yüksəlməmişdi 
Hakim xəbərçi,  şövqlü hökmdar doğulmamışdı.
Allah  Şakkan susuz torpaqlara çıxmamışdı.
O uzaq günlərin bəşəri56 
Yemək  üçün taxılı  bilmirdilər.
Paltara necə bürünməyi  bilmirdilər.
Ölkədə lüt gəzirdilər.
Qoyun  kimi  ağızları  ilə ot çeynəyirdilər.
Qanovlarm suyu ilə susuzluğu yatırırdılar.
Onda yerdə allahın  əzəli  yaratdığı,
Müqəddəs Təpədəki  evdə,
Laxar-Qoyun və Taxıl-Aşnan yaradıldı.
Və allah süfrəsinə yığışanlar 
Qoyunların və Taxılın  bolluğunda 
Müqəddəs Təpənin  Anunnaklan 
Yeyirlər və doymurlar.
Müqəddəs küzlərin  südü -  bu şirinlikdir -  
Müqəddəs Təpənin  Anunnaklan 
İçirlər və doymurlar 
Müqəddəs  küzlərin  bu  şirinliyi  -  
insanlığın yaşaması  üçün  həyat gücüdür
Girişin  ardınca  gələn  parçada  deyilir  ki,  Laxar  və  Aşnan 
göydən yerə enir və bəşəriyyətə mədəniyyət bəxş edirlər.
Elə onda Enki  Enlildən xahiş etdi.
Nə üçün  Enlil.  Taxıl  və Qoyun 
Müqəddəs Təpədə yaradılan,
Qoy  müqəddəs  Təpədən aşağı  ensinlər!
Enkinin və Enlilin  işıqlı  sözlərdə 
Qoyun  və Taxıl  Müqəddəs Təpədən endirildi.
137


Qoyunu onlar ağıla saldılar.
Onlara bol  ot becərdilər.
Taxıl  üçün onlar tarla hazırladılar.
Ona kotan, boyunduruq və qoşqu bağışdadılar.
Qoyun öz ağlında durur -  
Ağılın çobanı,  ləzzət bolluğu.
Taxıl  öz şırımında durur - 
Qamətli  qız kimi, ləzzət bolluğu.
Tarladan müqəddəs başım  qaldıraraq,
Səmadan bolluq yağır.
Qoyun və Taxıl  şəfəq içində.
Xalq üçün onlar -  bərəkətdir.
Ölkə üçün -  həyat gücünü saxlayandır.
Allah  Sutiləri düzgün  həyata keçir.
Ölkənin anbarları  onunla doldurulur.
Ölkənin ehtiyatı  onunla şişdi 
Onda kasıb evində,  qəbirdə yatanlar,
Onlar qalxırlar,  bolluq hədiyyəsinə.
Onlar ikilikdə daban-dabana gedirlər 
Bolluq -  onlann yükü,  evlərə gəlirlər.
Onlar durduğu yerdə - artım,  oturduqları  yerdə - daş-qaş,
Anın və Enlinin ürəkləri  şadlanır.
Budur,  Laxar  və  Aşman  çox  içirlər  və  mübahisə  etməyə 
başlayırlar.  Onların  hərəsi  öz  işini  tərifləyir,  rəqibin  xidmətlərini 
kiçiltməyə  çalışır.  Nəhayət,  Enlil  və  Enki  mübahisəyə  qarışır və taxıl 
ilahəsi  Aşnanı  qalib  elan  edirlər.
Şumer  mütəfəkkirləri  inanır  və  təsdiq  edirdilər  ki.  insanların 
bütün  bədbəxtlikləri  günahlardan  və  pis  əməllərdən  doğur  və  yer 
üzündə  bir  nəfər  də  günahsız  adam  yoxdur.  Onlar  öyrədirdilər  ki. 
insanın  əzabları  bu və ya digər səbəblərlə bağlıdır və bunda günahkar 
insanlar  özləridir,  allahların  heç  bir  günahı  yoxdur.  Ancaq  bir  çox- 
bədbəxtlər  çətin  dəqiqələrdə,  görünür,  bu  haqda  unudurdular  və  bu 
allahların  ədalətliliyinə  və  rəhimliliyinə  şübhə  ilə  yanaşırdılar. 
Görünür,  allah  qaydalarından  belə  narazılıqları  aradan  qaldırmaq  və 
peşimançılığa  son  qoymaq  üçün  Şumer  müdriklərindən  biri  ibrətli
138
sözlərdən  ibarət  əsər  yazmışdır.  Növbəti  fəsil  ona  həsr  edilmişdir
Biz  onda  Bibliya  İovu  mövzusunun  daha  qədim  variantı  ilə 
rastlaşırıq.
139


16.  İZTİRAB VƏ İTAƏT.
BİRİNCİ “İOV”
29  dekabr  1954-cü  üdə  mən  Bibliya  ədəbiyyatı  cəmiyyətində 
“İnsan  və  onun  allahı  İov  mövzusunun  Şumer  variantı”  başlığı 
altında  məruzə  oxuyurdum.  Söhbət  139  sətirlik  bir  şumer  poeması 
haqqında 
gedirdi. 
Mətn 
Pensilvani 
universiteti 
birinci 
ekspedisiyasının  İraqın  paytaxtı  Bağdaddan  150  km.  cənubda 
yerləşən Nippurda tapdığı  altı  palçıq lövhəcikdən  və  franqmentlərdən 
hazırlanmışdır.  Həmin  altı  fraqmentin  dördü  indi  Pensilvani 
universitetinin  Filadelfıya  Muzeyində,  ikisi  isə  İstanbulda  Qədim 
Şərq Muzeyində saxlanılır.
Mənim  məruzəmə  qədər  Pensilvani  universiteti  Muzeyindən 
ancaq  iki  fraqment  dərc  edilmişdi;  poemanın  bir  hissəsi  tapılmamış, 
digər  hissəsi  isə  açılmamışdı.  1951-1952-ci  illərdə  mən  İstanbulda 
işləyərkən  Qədim  Şərq  Muzeyində  poemanın  daha  iki  fraqmentini 
tapdım  və  onların  üzünü  köçürdüm.  Filadelfıyaya  qayıtdıqda 
Muzeyin Mesopotomiya  şöbəsinin elmi  əməkdaşı  Edmund  Qordonun 
köməyilə  şöbənin  kolleksiyasında  daha  iki  əlavə  fraqmenti  tapmaq 
mənə müyəssər oldu.  Artıq biz mənim tərcüməmi  çapa hazırlayarkən, 
biz  birdən  duyuq  düşdük  ki,  iki  İstanbul  fraqmenti  dörd  Filadelfıya 
fraqmentini  tamamlayır.  Bundan  əlavə,  biz gördük  ki,  altı  fraqmentin 
hamısı  eyni  lövhəciyin  parçalarıdır.  Onlar  ya  qədim  dövrdə,  ya  da 
qazıntılar zamanı  ayn  düşmüş  və  buna görə  də  bir-birindən  çox  aralı 
-   İstanbul  və  Filadelfıya  muzeylərinə  gedib  çıxmışlar.  Mən  1954-cü 
ildə  yenidən  İstanbulu  ziyarət  edərkən  bizim  ehtimalı  yoxlaya  və 
təsdiq edə bildim.
Lövhəciklər  arasında  okeanla  ayrılmış  əlaqələrin  bərpası  mənə 
poemanın  əsas  hissəsini  bir  yerə  yığıb  tərcümə  etmək  imkanı  verdi. 
Onda  aydın  oldu  ki,  bizim  qarşımızdakı  -   insanın  iztirabı  və  itaəti 
haqqında  ilk  əsərdir.  Bu,  Bibliya  kitabı  İovun  sayəsində  dünya  dini 
fikirləri  ədəbiyyatı  və  tarixində  şöhrət  tapmış  mövzudur.  Doğrudur, 
Şumer  poemasını  Bibliya  mətni  ilə  müqayisə  etmək  olmaz.  O, 
dünyagörüş  genişliyinə,  nüfuzetmə  dərinliyinə  və  üslub  gözəlliyinə
140
görə  axırıncıdan  çox  aşağı  səviyyədədir.  Məsələnin  məğzi  ondadır 
ki,  bu  qədim  poema  əsrlər  boyu  və  əbədi  problemi  -   insanın 
iztirablan  problemini  həll  etməyə  cəhdin  ük  yazılı  dəlilidir.  Zira 
bizim  qədim  şumer  poemasının  mətni  yazıldığı  lövhəciyin  yaşı  İov 
kitabından min ildən də qədimdir.
Poemanın  əsas  ideyası  budur  ki,  onlar  insana  necə  ədalətsiz 
görünsə  də  iztirablar  və  qüssələr  arasında  ona  ancaq  bir  ağıllı  çıxış 
yolu  qalır:  daim  öz allahını tərifləmək,  o özü bədbəxtin yalvarışlarına 
rəhmli  qulaq  asana  qədər  ağlayıb  sızlayaraq  ona  yalvarmaq.  Yeri 
gəlmişkən,  haqqında  söhbət  gedən  allah  -  əzabkeşin  şəxsi  allahıdır, 
yəni  şumer  təsəvvürlərinə  görə  insanla  allahlar  cəmiyyəti  arasında 
vasitəçi  rolunu oynayan xüsusi  allahdır.
Bizim  şair  öz  nöqteyi-nəzərini  möhkəmləndirmək  üçün  nə 
fəlsəfi  düşüncələrə,  nə  də  ilahiyyat  dəlillərinə  əl  atmır.  O,  bunun 
əvəzində şumerlərə xas olan  qaydada konkret misal  gətirir.
Adı  göstərilməyən  hansısa  bir  adam  varlı,  müdrik,  mömin, 
yaxud  uzaqbaşı  dindar  görünən  idi,  onun  çoxlu  vətəni  və  dostları 
vardı.  Bir  gün  o  başa  düşür  ki,  əzab  çəkir,  xəstələnmişdir  O, 
allahların  iradəsi  qarşısında  üsyan  qaldırmır,  küfr  danışmağa 
başlamır  O,  itaətkarcasına  göz  yaşlan  və  inilti  ilə  öz  allahına 
müraciət  edərək  yalvarışlarda  və  ibadətlərdə  öz  ürəyini  boşaldır 
Nəticədə  çox  razı  və  mütəəssir  olan  alah  onun  yalvanşlarına  qulaq 
asır,  insanı  xəstəliklərdən xilas edir, onun əzablarını  sevincə çevirir.
Poema  özünün  qumluşuna  görə  dörd  hissəyə  bölünür.  Əvvəl 
qısa  giriş  gəlir.  Orada  təsdiq  olunur  ki,  insan  öz  allahını  tərifləməyə 
və  şöhrətləndirməyə,  itaətkar  təəssüfləri  ilə  onu  rəhmə  gətirməyə 
borcludur.  Ardınca  şair  hər cür  xəstəlik  və  nasazılıqlara düçar olmuş 
və  öz  allahına  yalvaran  naməlum  qəhrəmanını  daxil  edir.  Sonra 
poemanın  əsas hissəsini  tutan  əzabkeşin yalvarışları  gəlir.
Onlar qəhrəmana  qarşı  dostları  və  düşmənləri  tərəfindən  edilən 
haqsızlıqlardan  başlayır.  Sonra  o,  öz  qohumlarına  və  peşəkar 
müğənnilərə  ritorik  qaydada  müraciət  edərək  acı  taleyindən 
şikayətlənir  və  onu  müdafiə  etməyi  xahiş  edir.  Nəhayət,  əzabkeş  öz 
günahlarını  etiraf  edir  və  allaha  yalvarır  ki,  onun  əzablarını 
yüngülləşdirsin.
141


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə