Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   ...   66

1.TƏHSİL.
İLK MƏKTƏBLƏR.
Şumer məktəbi  yazının kəşfi  və təkmilləşdirilməsi  Şumerin 
mədəniyyət  tarixinə  ən  mənalı  töhfəsi  sayılan  həmin  mixi  yazısının 
meydana gəlməsi nəticəsində yaranmışdır.
İlk  yazılı  abidə  qədim  Şumer  şəhəri  Urukun  xarabalıqları 
arasında  tapılmışdır  (Bibliya  Erexi).  Burada  üzəri  piktoqrafik 
yazılarla  örtülmüş  mindən  çox  kiçik  lövhəciklər  tapılmışdır.  Onlar 
əsasən  təsərrüfat  və  inzibati  yazılar  idi.  Ancaq  onların  arasında  bir 
neçə  təhsil  mətnləri  də  vardı:  əzbərdən  öyrənmək  üçün  sözlərin 
siyahısı.  Bu,  sübut  edir  ki,  eramızdan  ən  azı  3000  əvvəl  Şumer 
yazarları  artıq təhsil  məsələləri  ilə məşğul  olmuşlar.  Sonrakı  əsrlərdə 
bu  iş  yavaş  inkişaf  edirdi.  Ancaq  eramızdan  əvvəl  Ш  minilliyin 
ortalarında  Şumerin  ərazisində,  göründüyü  kimi,  oxu  və  yazmı 
öyrədən  sistemli  təhsil  məktəbləri  şəbəkəsi  mövcud  olmuşdur. 
Qədim  Şuruppakda -  şumer “Noy”  un  vətənində  (bax.  f.  22) -   1902- 
1903-cü  illərdə  aparılan  qazıntılar zamanı  eramızdan  əvvəl  təxminən 
2500-cü  ilə  aid  “məktəb  mətnləri”  ilə  kifayət  miqdarda  lövhəciklər 
aşkar  edilmişdir.  Lakin  Şumer  məktəbləri  ancaq  e.  ə.  Ill  minilliyin 
ikinci  yarısında  özlərinin  çiçəklənmə  dövrünə  yetişmişlər.  O  dövrün 
on  minlərlə  palçıq  lövhəcikləri  tapılmışdır  və  şübhə  yoxdur  ki,  hələ 
yüz  minlərlə  belə  lövhəciklər  torpağın  altında  özlərinin  gələcək 
tədqiqatçılarını  gözləyir.  Lövhəciklərin  çoxu  inzibati  və  təsərrüfat 
yazıları  ilə  doldurulmuşdur.  Onların  vasitəsilə  qədim  Şumerin 
iqtisadi  həyatının  gedişini  addım-addım  izləmək  olar.  Biz  onlardan 
həmçinin  öyrənirik  ki,  o  dövrdə  peşəkar yazarların  sayı  bir neçə  min 
nəfərə  çatmışdır.  Mirzələr  böyük  və  kiçik  olurdular;  çar  və  məbəd 
mirzələri  vardı,  hər  hansı  bir  sahədə  dar  peşəli  və  mühüm  dövlət 
vəzifələri  tutan  yüksək  ixtisaslı  mirzələr  olurdu.  Bütün  bunlar  belə 
düşünməyə  imkan  verir  ki,  Şumerin  bütün  ərazisində  mirzələr  üçün 
kifayət  qədər iri  məktəblər səpələnmişdi  və  həmin  məktəblərə böyük 
əhəmiyyət verilirdi.
14
Ancaq  o  dövrün lövhəciklərindən  heç biri  şumer məktəbləri, 
onlardakı  təhsil  sistemi  və  metodları  haqqında  hələlik aydın  təsəvvür 
yaratmır.  Bu  cür  məlumatları  əldə  etmək  üçün  e.  ə.  II  minilliyin 
birinci  yarısının  lövhəciklərinə  müraciət  etmək  lazımdır.  Bu  dövrə 
uyğun  gələn  arxeoloji  qatdan  dərs  zamanı  şagirdlərin  özləri 
tərəfindən  yerinə  yetirilmiş  müxtəlif  tapşırıqlarla  yüzlərlə  təhsil 
lövhəcikləri  çıxarılmışdır.  Burada  təhsilin  bütün  mərhələləri  öz 
əksini  tapmışdır.  Bu  cür  palçıq  “dəftərciklər”  şumer  məktəblərində 
qəbul  olunmuş  təhsil  sistemi  və  orada  öyrənilən  proqram  haqqında 
maraqlı  nəticələr çıxarmağa  imkan  verir.  Xoşbəxtlikdən  müəllimlərin 
özləri  də  məktəb  həyatından  yazmağı  sevirdilər.  Belə  yazılardan  bir 
çoxu  hissə-hissə  olsa  da  saxlanılmışdır.  Bu  yazılar  və  təhsil 
lövhəcikləri  şumer  məktəbi,  onun  vəzifələri  və məqsədləri,  şagirdləri 
və müəllimləri,  təhsilin  proqram  və metodları  haqqında kifayət qədər 
tam  təsəvvür  yaradırlar.  Bəşəriyyət  tarixində  bu  yeganə  haldır  ki, 
uzaq  keçmiş dövrün  məktəbləri  barədə biz çox  şeylər öyrənə bilirik.
İlkin  dövrdə  şumer  məktəbində  təhsilin  məqsədi  ölkənin 
təsərrüfat  və  inzibati  həyatına  lazım  olan,  ən  başlıcası,  saraylar  və 
məbədlər  üçün  mirzələr  hazırlamaq  olmuşdur.  Şumerin  mövcud 
olduğu  bütün  dövrdə  bu,  mərkəzi  vəzifə  olmuşdur.  Məktəb 
şəbəkəsinin,  həmçinin  təhsil  proqramının  genişlənməsi  ilə  əlaqədar 
tədricən  məktəblər  Şumer  mədəniyyəti 
və  biliyi  ocaqlarına 
çevrilmişdir.  Onlarda  hərtərəfli  “alim”  tipi  -   o  dövrdə  mövcud  olan 
ilahiyyat,  botanika,  zoologiya,  mineralogiya,  coğrafiya,  riyaziyyat, 
qrammatika  və  linqvistika  üzrə  biliklərin  hamısından  xəbərdar  olan 
mütəxəssis  formalaşırdı.  Hətta  belə  alimlər  öz  dövrlərinin  biliklərini 
zənginləşdirirdilər.
Nəhayət,  müasir  təhsil  müəssisələrindən  fərqli  olaraq  şumer 
məktəbləri  özünəməxsus  ədəbiyyat  mərkəzləri  idi.  Burada  təkcə 
keçmişin  abidələrini  öyrənib,  surətini  çıxarmır,  həmçinin  yeni  əsərlər 
yaradırdılar.
Bu  məktəbləri  bitirən  şagirdlərin  çoxu,  bir  qayda  olaraq, 
saraylarda  və  məbədlərdə  yaxud  varlı  və  tanınmış  adamların 
təsərrüfatlarında  mirzəlik  edirdilər,  lakin  onların  müəyyən  hissəsi  öz 
həyatlarını  elmə  və  müəllimliyə  həsr  edirdilər.  Bizim  günlərin
15


universitet  professorları  kimi,  qədim  alimlərin  çoxu  da  müəllimlik 
fəaliyyəti  ilə özünə  çörək qazanır,  boş vaxtlarım  araşdırmalara, ədəbi 
yaradıcılığa həsr edirdilər.
Şumer  məktəbi,  göründüyü  kimi,  başlanğıcda  məbədin 
əlavəsi  kimi  meydana  gəlmiş,  vaxt  ötdükcə  ondan  ay nimiş  və  onun 
proqramı  təmiz  aristokrat  xarakteri  almışdır.  Ona  görə  də,  yəqin  ki, 
müəllimin  əməyinin  dəyəri  şagirdlərin  təhsil  haqqı  hesabına 
ödənilirdi.
Təbii  ki,  Şumerdə ümumi  və icbari  təhsil  yox  idi.  Şagirdlərin 
çoxu  varlı  ailələrin  uşaqları  idi,  çünki  uzun  müddətli  təhsil  üçün 
kasıblara  pul  və vaxt  tapmaq  asan  deyildi.  Assiroloqlarm  çoxdan  bu 
nəticəyə  gəldiklərinə  baxmayaraq  (bu  ancaq  hipoteza  idi)  1946-cı 
ildə  alman  assiroloqu  Nikolaus  Şneyder  onu  həmin  dövrün 
sənədlərinə  əsaslanan  ağıllı  dəlillərlə  möhkəmləndirmişdir.  Dərc 
olunmuş, təxminən e.  ə.  2000-ci  ilə aid  minlərlə təsərrüfat və inzibatı 
lövhəciklərdə  təxminən  500  mirzənin  adı  çəkilir.  Onların  bir  çoxu 
səhv  etməmək  naminə  öz  adları  ilə  yanaşı  atalarının  adlarını  da 
yazmış  və  onların  peşələrini  göstərmişlər.  N.  Şnayder  bütün 
lövhəcikləri  araşdıraraq  müəyyən  etmişdir  ki,  bu  mirzələrin  ataları 
(təbii  ki,  onların  hamısı  məktəbdə  oxumuşlar)  hökmdar,  “şəhər 
ataları”,  diplomatlar,  məbəd idarəçil əri,  hərbi  rəislər, gəmi  kapitanları, 
yüksək  vergi  məmurları,  müxtəlif  rütbəli  kahinlər,  podratçılar, 
nəzarətçilər,  mirzələr,  arxiv  müdirləri,  hesabdarlar  olmuşlar  Başqa 
sözlə,  mirzələrin  atalan  daha  varlı  şəhərlilər  olmuşlar.  Maraqlıdır, 
sənədlərin  heç  birində  qadın  -   mirzənin  adına  rast  gəlmək  olmur, 
görünür,  şumer məktəblərində ancaq  oğlan uşaqları  oxuyurdular1.
Məktəbin  başında  həm  də  “məktəb  atası”  adlandırılan 
“ummia”  (elmli  adanı,  müəllim)  dayanırdı.  Şagirdlər  “məktəb 
oğulları”,  müəllimin  köməkçisi  isə  ‘ böyük  qardaş”  adlanırdı  Onun 
vəzifəsi  sonradan  şagirdlərin  üzlərini  köçürdükləri  kalliqrafık 
lövhəcik  -   nümunələr  hazırlamaq  idi  Yazılı  tapşırıqları  yoxlamaq, 
şagirdləri  əzbərlədikləri  dərsi  danışmağa  məcbur  etmək  də  onun 
vəzifəsinə daxil  idi.
Müəllimlərin  sırasında rəsm  müəllimi  və şumer dili  müəllimi, 
davamiyyətə nəzarət edən  hami  “dəyənək  çəkən” (görünür,  məktəbdə
16
intizama  cavabdeh  nəzarətçi)  adlandırılan  nəzarətçi  çalışırdı. 
Oniann  hansının  rütbəsinin  yüksək  olduğunu  demək  çətindir,  ancaq 
biz  bilirik  ki,  “məktəb  atası”  onun  faktiki  direktoru  hesab  olunurdu. 
Məktəb  personalının  yaşayış  mənbəyi  barədə  bizə  heç  nə  məlum 
deyil.  Güman  ki,  “məktəb  atası”  toplanmış  təhsil  haqqının  ümumi 
məbləğindən hər kəsin  payını  ödəyirmiş.
Məktəb 
proqramına  gəlincə, 
əlimizdə  həmin  məktəb 
lövhəciklərindən  toplanmış zəngin  material  vardır.  Qədim tarixdə bu, 
çox  nadir  faktdır.  Ona  görə  də  dolayı  faktlara  yaxud  qədim 
müəlliflərin  əsərlərinə  müraciət  etməyə  lüzum  yoxdur.  “Birinci 
siniflərin”  qaragülündən  tutmuş  “luraxılılann”  işlərinə  qədər 
şagirdlərin  lövhəcikləri  ən  yaxşı  ilkin  mənbələridir.  Bunlar  o 
dərəcədə  təkmildir  ki,  müəllimlərin  yazdıqları  lövhəciklərdən 
fərqləndirmək çətindir.
Bu  işlər  təhsil  kursunun  iki  əsas  proqram  üzrə  aparıldığını 
təsdiq  etməyə  imkan  yaradır.  Birinci  elm  və  texnikaya  cəzb  edirdi, 
o4®  ikinci  isə  ədəbi  proqram  kimi  yaradıcılıq  qabiliyyətini  inkişaf 
etdirirdi.
Birinci  proqramdan  danışarkən  qeyd  etmək  lazımdır  ki,  o, 
elmə  can  atmaq,  həqiqəti  dərk  etmək  ehtiyacından  yaranmırdı.  Bu 
proqram  təhsil  prosesinə  tədricən  daxil  olurdu,  əsas  vəzifəsi  isə 
şumer  yazısını  öyrətmək  idi.  Şumer  müəllimləri  təhsil  sistemini  bu 
əsas  vəzifədən  çıxış  edərək  formalaşdırırdılar,  həmin  sistem  linqvist 
təsnifata  əsaslanırdı.  Şumer  dilinin  leksikası  onlar  tərəfindən  sözün 
və  ifadənin  ümumi  fikirlə  əlaqələndirildiyi  qruplara  bölünürdü.  Bu 
söz  qrupları  şagirdlər  müstəqil  ifadə  edənə  qədər  əzbərlənir  və 
köçürülürdü.  Ancaq  e.  ə.  III  minillikdə  bu  cür  “öyrənilmiş  mətnlər” 
nəzərə çarpacaq  dərəcədə genişlənir və  Şumerin  bütün  məktəblərində 
qəbul  olunan  nisbətən  stabil  dərs vəsaitlərinə çevrilir.
Mətnlərin  birində  -   ağacların  və  qarğı  -   qamışlann, 
ikincisində  -   cürbəcür  canlı  varlıqların  (heyvanların,  həşəratların  və 
quşların), 
üçüncüsündə 
-  
ölkələrin, 
şəhərlərin, 
kəndlərin, 
dördüncüsündə  -   daşların  və  mineralların  adlarının  uzun  siyahıları
verilir.  Bu  cür  siyahılar  şumerlərin_“botanika”,  “zoologiya”,
“coğrafiya”,  və  “miüOjfalogjiygf,ilsafeşigç(q,,^i1fgj'^t  qədər  məlumatlı


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə