Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   ...   66

olduqlarını  təsdiq  edir.  Çox  maraqlı  və  az  məlum  olan  bu  fakt  elm 
tarixi  ilə məşğul  olan alimlərin diqqətini bu yaxınlarda cəlb etmişdir.
Şumer pedaqoqlan  həmçinin  müxtəlif riyazi  cədvəllər yaradır, 
hər birinin cavabı  da olan tapşırıqlar toplusu tərtib edirdilər.
Linqvistika  haqqında  danışarkən,  qeyd  etmək  lazımdır  ki, 
çoxsaylı  məktəb  lövhəciklərinə  görə  əsas  diqqət  qrammatikaya 
yönəldilmişdir. Belə lövhəciklərin bir çoxu mürəkkəb  isimlərin və fel 
formalarının  və  s.  uzun  siyahılarından  ibarətdir.  Bu,  şumerlərin 
qrammatikasının yaxşı  işlənib  hazırlandığından xəbər verir.  Sonralar, 
e.  ə.  III  minilliyin  axırıncı  rübündə  Akkad  semitləri  Şumeri  tədricən 
zəbt  etdikdən  sonra  şumer  pedaqoqlan  bizə  məlum  olan  ilk  lüğət 
yaratdılar.  İş bundadır ki, işğalçı  semitlər nəinki  şumer yazısını  qəbul 
etdilər, 
onlar  həmçinin  qədim 
Şumer  ədəbiyyatım 
yüksək 
qiymətləndirərək onu  saxladılar və  onun  abidələrini  öyrəndilər.  Hətta 
Şumer  dili  ölü  dil  hesab  olunanda  belə  ona  oxşamağa  çalışırdılar. 
Şumer  sözlərinin  və  ifadələrinin  Akkad  dilinə  tərcümə  olunan 
“lüğətə”  ehtiyac da elə buradan  irəli  gəlirdi.
İndi  isə ədəbiyyat yönümlü  ikinci  təhsil  proqramına müraciət 
edək.  Bu  proqramla  təhsilin  əsas  məğzi  e.  ə.  111  minilliyin  ikinci 
yarısının  ədəbi  əsərlərini  öyrənməkdən və  köçürməkdən  ibarət idi.  O 
dövrdə  ədəbiyyat və  ona təqlidçilik  xüsusilə  zəngin  idi.  Belə  mətnlər 
yüzlərlə idi  və onların,  demək  olar  ki,  hamısı  50-dən  (yaxud az)  1000 
sətrədək  şer  parçalarından  ibarət  idi.  Tərtibi  və  təsnifatı  mümkün 
olan  parçalardan  görünür  ki,  bu  əsərlər  müxtəlif janrlarda  olmuşdur: 
şerlə  şumer  allahlarını  və  qəhrəmanlarım  şöhrətləndirən  əsatirlər  və 
epik  əfsanələr;  allahlara,  çarlara  tərif  himnləri;  dağıntılar  və  zəbt 
olunmuş  şəhərlər  haqqında  ağılar,  təmsillərin  daxil  edildiyi 
ibrətamiz 
əsərlər; 
atalar 
sözləri 
və 
ibrətnamələr. 
Şumerin 
xarabalıqları  altından  çıxarılmış  minlərlə  ədəbi  lövhəciklərin  çoxu 
məktəblilərin  əlləri  ilə köçürülmüş  məktəb  surətləridir.
Şumer  məktəblərində  təhsilin  üsulları  və  texnikası  haqqında 
biz  hələlik  çox  az  şey  bilirik.  Şagirdlər  səhər  məktəblərinə  gələrək 
ötən  gün  yazdıqları  lövhəciyi  seçirdilər.  Sonra  “böyük  qardaş”,  yəni 
müəllimin  köməkçisi  təzə  lövhəcik  hazırlayırdı,  şagirdlər  isə  onu 
seçib  köçürürdülər.  “Böyük  qardaş”,  həmçinin  “məktəb  atası”.
18
görünür,  şagirdlərin  mətni  düzgün  köçürüb  köçürmədiklərini 
yoxlayaraq  onların  işinə  nəzarət  edirdilər.  Şübhəsiz,  şumer 
şagirdlərinin müvəffəqiyyəti  xeyli  dərəcədə  onların yaddaşından  asılı 
idi.  Müəllimlər və  onların  köməkçiləri  həddindən  artıq  quru  sözlərin 
siyahılarım,  şagirdlərin  köçürdükləri  cədvəlləri  və  ədəbi  mətnləri 
ətraflı  izah  etməyə  borclu  idilər.  Şumer  elmi  və  dini  fikirlərini  və 
ədəbiyyatını  öyrənməkdə  bu  “mühazirələr”  bizə  əvəzsiz  kömək 
göstərərdilər,  görünür,  onlar  heç  vaxt  yazılmamış,  ona  görə  də 
həmişəlik unudulmuşdur.
Bir  şey  şübhəsizdir:  Şumer  məktəblərindəki  tədrisin,  biliyin 
mənimsənilməsinin 
xeyli 
dərəcədə 
şagirdin 
özünün 
təşəbbüskarlığından  və  müstəqil  işindən  asılı  olduğu  müasir  tədris 
sistemi  ilə  heç  bir  əlaqəsi  yoxdur.  İntizama  gəldikdə,  burada  iş 
dəyənəksiz keçinmirdi.  Tamamilə mümkündür ki,  şumer pedaqoqlan 
müvəffəqiyyətə 
görə 
şagirdləri 
mükafatlandırmaqdan 
imtina 
etmirdilər,  hər  halda  müəyyən  bir  səhv  yaxud  diqqətsizliyə  görə 
dərhal  dəyənəyin  qorxuducu  hərəkətinə  daha  çox  inanırdılar 
Şagirdin  həyatı  heç  də  cənnət  deyildi.  O,  hər  gün  məktəbə  gəlir  və 
səhərdən  axşamadək  orada otururdu  Yəqin  ki,  il  ərzində  hansısa tətil 
olurdu,  ancaq  bizim  bu  barədə  heç  bir  məlumatımız  yoxdur.  Təhsil 
illərlə  uzanırdı,  uşaq  yeniyetməyə  çevrilirdi.  Şumer  məktəblisinin 
özünə  bu  və  ya  digər  ixtisas  seçmək  imkanının  olub-olmamasını 
bilmək  maraqlı  olardı,  əgər  var  idisə  nə  dərəcədə,  təhsilin  hansı 
mərhələsində.  Ancaq  bu  və  bir  çox  başqa  təfsilatlar  haqqında 
mənbələr susur.
Şumer  məktəbinin  özü  necə  görünürdü9  Mesapotamiyada 
aparılan  saysız-hesabsız  qazıntılar  zamanı  bir  neçə  bina  tapılmışdır. 
Bu  və  ya  digər əlamətlərinə görə  onları  məktəb  binaları  hesab  etmək 
olar  Onlardan  biri  Nippurda,  digəri  Sipparda,  üçüncüsü  isə  Urda 
müəyyən  edilmişdir.  Bu  binalarda  çoxlu  sayda  lövhəciklərin 
tapılmasına  baxmayaraq,  onlar  adi  yaşayış  evlərindən  heç  nə  ilə 
seçilmirlər,  buna  görə  də  bizim  gümanımız  yanlış  ola  bilər.  Ancaq 
1934/35-ci  illərin  qışında  fransız  arxeoloqları  Fərat  çayı  sahilindəki 
Mari  şəhərində  (Nippurdan  şimal-qərbdə)  iki  otaq  tapmışlar. 
Özlərinin  yerləşməsinə  və  xüsusiyyətlərinə  görə  məktəb  sinifləri
19


olduqları  barədə  tam  təsəvvür yaradırlar.  Onlarda  bişmiş  kərpicdən 
bir,  iki  yaxud  dörd  nəfər  şagird  üçün  hesablanmış  skamya  cərgələri 
qalmışdır.
O  dövrdəki  məktəb  barədə  şagirdlər  özləri  nə  fikirləşirdilər? 
Bu  suala,  yarımçıq  da  olsa,  cavab  vermək  üçün  növbəti  fəslə 
müraciət  edək.  Bu  fəsildə  Şumerin  məktəb  həyatından  bəhs  edən, 
təxminən  dörd  min  il  bundan  əvvəl  yazılmış,  lakin  bu  yaxınlarda 
çoxsaylı  parçalardan toxunmuş və nəhayət,  tərcümə  olunmuş  maraqlı 
mətn  misal  gətirilir.  Həmin  mətn  şagird  və  müəllim  arasındakı 
münasibətlərə aydınlıq gətirir və pedaqogika tarixində ilk nadir sənət 
hesab olunur.
20
2.  MƏKTƏB GÜNLƏRİ.
BİRİNCİ  “YALTAQ”
Bu  sənəd  Yaxın  Şərqdə  tapılmış  və  Şumer  məktəblisinin 
gündəlik  həyatından  bəhs  edən  sənədlərin  ən  insanisidir.  Onu 
eramızdan iki  min il  əvvəl  naməlum bir müəllim yazmışdır.
Naməlum 
müəllifin 
sadə  sözlərlə,  heç  bir  bəzəksiz 
hekayətindən  məlum  olur  ki,  ötən  minilliklər  ərzində  insanın  təbiəti 
az dəyişmişdir
Mətndəki  hekayətdən  görünür  ki,  Şumer  məktəblisi  müasir 
şagirdə  çox  oxşayır.  O,  məktəbə  gecikməkdən  qorxur,  bilir  ki,  buna 
görə “müəllim  onu dəyənəklə  kötəkləyəcək”.  O, yuxudan ayılan  kimi 
anasım tələsdirir ki,  səhər yeməyini  tez hazırlasın.
Müəllim  yaxud  müəllimin  köməkçisi  hər  qəbahətə  görə  onu 
dəyənəklə vurur.  Axırıncı  detal  heç bir şübhə doğurmur,  çünki  şumer 
“cismani  cəza”  işarəsi  iki  işarədən  ibarətdir:  “bədən”  və  “dəyənək” 
(yaxud “zəncir”)
Müəllimə  gəldikdə,  görünür,  çox  vaxt bizim  günlərdə  olduğu 
kimi,  qədim  dövrdə  onun  gəliri  cüzi  olmuşdur.  O,  hər  halda 
şagirdlərin  valideynlərindən  əlavə  bəxşiş  və  hədiyyə  olanda  çox 
sevinirdi.
Şübhəsiz,  “lövhəciklər  evinin”  müəllimlərindən  birinin  tərtib 
etdiyi  mətn şagirdə müraciətlə birbaşa  sualdan  başlayır.
Məktəbli,  uşaqlıqdan  sən  hara gedirsən2?
Mən  məktəbə gedirəm.
Sən məktəbdə nə ilə məşğul  olursan?
Mən  öz  lövhəciyimi  öyrənirəm  Səhər  yeməyimi  sonra 
yeyirəm.
Bax  öz lövhəciyimi  düzəltdim və onu yazıb qurtardım.
Surətlərimi  qoyaraq,
Günortayadək  tapşırıqlarımı  həll  edərək,
Məktəb  məşğələlərini  qurtararaq,  mən evə gedə bilərəm.
Mən  evə tələsirəm,  orda atam məni  gözləyir.
21


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə