Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   ...   66

Bax tapşırıqlarımı ona danışdım,
Lövhəciyimi  ona oxudum -  mənim atam çox razıdır  ...
Budur,  səhər oyandım.
Anamı gördüm mən.

Mənə  səhər  yeməyi  hazırla-mən  məktəbə  gedirəm-bunu 
söylədim  ona.  Anam  mənə  iki  kökə  verdi-düz  onun 
qənşərində  yedim  onlan  mən.  Özümlə  götürməyə  anam 
iki kökə verdi-və mən qaçdım məktəbə.  Məktəbdə hamı: 
“Sən niyə gecikdin?”  -  söylədi o.
Mənim içim titrədi.
Budur,  mən  müəllimə  yaxınlaşdım,  budur,  ona  baş  əydim
mən.
Ancaq  nəzakət  kömək  etmədi:  görünür  bu  bizim  şagird  üçün 
qara  gün  imiş.  Onu  boşboğazlığa  görə,  dərs  zamanı  yerindən  ayağa 
qalxdığına  görə,  məktəbin  darvazasından  çölə  çıxdığına  görə  başqa- 
başqa  müəllimlər  tənbeh  etdilər.  Hər  şeydən  pisi,  müəllim  ona  dedi: 
“ Sənin əlin (əlyazma) heç nəyə yaramır”, və yenidən onu kötəklədi.
Görünür  bu,  şagird  üçün  çox  ağır  idi.  Ona  görə  də  atasına 
təkid  edir  ki,  müəllimi  evə  dəvət  edib  ona  hədiyyə  versə  yaxşı  olar. 
Bu,  şübhəsiz,  məktəbin tarixində birinci  “yaltaqdır”4.  Müəllif ardınca 
davam  edir:
“Atası  məktəblinin  sözünü qandı.
O,  məktəb müəllimini  çağırdı.
Evə dəvət etdi, layiqli yerdə oturtdu onu.
Məktəbli  ona qulluq etdi,  qabağında mil  durdu.
Bəli,  savada  çatdı o,
Öz atasına göstərdi  onu 
Ata ürəkdən  şadlandı.
Məktəb atasına həvəslə söylədi:
“  Mənim balam əl  açdı,  və  sən  öz müdrikliyini  ona qoydun. 
Bilik müdrikliyini,  onun bütün incəliklərini  sən  açdın ona. 
Bütün  həlləri,  bütün  sayları,  bütün  yozumları  sən  izah  etdin
ona.
İdrakı,  onun  müqəddəsliyini  ona sən işıqlandırdın.
Təzə xalat geyindirdilər,  çörək-yemək  verdilər.
22
Əllərini  üzüklə bəzədilər.
Müəllim ürək sevinci  ilə dedi.
“Körpə,  sözlərimi  unutmadın,  atmadın  sən.
Savadın  müdrik  zirvəsinə  çatacaqsan,  onu  mükəmməl 
öyrənəcəksən!
Mənə nə verdinsə mən qəbul etdim.
Çörək-mənim  qidamdır,  həddindən  artıq  verdin,  mənə  böyük 
şərəf göstərdin.
Nidaba ilahə müdafiəçin,  himayəçin olacaq!
Q a m ış  
çubuğuna uğur qoyacaq !
Palçıq surətindən qəmi  atacaq!
Qardaşların qarşısında  duracaqsan!
Həmyaşıdlarının başında duracaqsan!
Məktəb şagirdlərinin  ən yaxşısı  kimi tanınacaqsan!”
Müəllimin  belə  şən,  optimist  sözlərlə  də  məktəb  həyatı 
haqqında  mətn  qurtarır.  Müəllif təsəvvür edə  bilməzdi  ki  onun  ədəbi 
oyun-oyuncağı  dörd  min  il  sonra  dağıntılar  altından  çıxarılacaq  və 
yeni  eranın  iyirminci  əsrində  bərpa  olunaraq,  Amerika  professoru 
tərəfindən  oxunacaqdır!  Bu  mətn  xoşbəxtlikdən,  hələ  qədim  dövrdə 
populyar  olmuş  və  geniş  yayılmışdır.  İndi  onun  əlimizdə  olan  və 
müxtəlif  dərəcələrdə  saxlanmış  21  surəti  buna  sübutdur.  Onların 
otuzu  Filadelfiyada  Pensilvani  Universitetinin  Muzeyində,  yeddisi 
istanbulda  Qədim  Şərq  Muzeyində, biri  Luvrda saxlanılır
Sənəd  bizə çoxsaylı  parçalar halında  çatmış  və tədricən  vahid 
halda  toplanmışdır.  Birinci  fraqment  1909-cu  ildə  o  vaxt  gənc 
assiroloq  Quqo  Radau  tərəfindən  nəşr  edilmişdir.  Ancaq  o  parça 
mətnin  orta  hissəsindən  olduğuna  görə  Radau  söhbətin  nədən 
getdiyini  başa  düşməmişdir.  Yeni  fraqmentlər  sonrakı  25  il  ərzində 
görkəmli,  hazırda  dünyalarını  dəyişmiş  alimlər  Stefan  Lenqdon, 
Edvard  Kyera  və  Anri  de  Jenuyak  tərəfindən  dərc  edilmişdir.  Lakin 
onların  araşdırılması  hələ  bütün  əsərin  məğzini  açmırdı.  1938-ci  ildə 
uzun  müddət  İstanbulda  olarkən  mətnin  daha beş  fraqmentini  tapmaq 
mənə  nəsib  oldu.  Onlardan  yaxşı  vəziyyətdə  olan  biri  lövhəcik 
üzərində  saxlanmış  və  haçansa  dörd  sütunla  mətn  bütünlüklə 
cızılmışdır.  Sonra  Pensilvani  Universitetinin  Muzeyindəki  başqa
23


fraqmentlər  tanınmışdır.  Onlann  arasında  yaxşı  saxlanmış  dörd 
sütunlu lövhəcik, üstündə bir-iki  sətrin  salamat qaldığı  çoxlu parçalar 
müəyyən  edilmişdir.  Son  nəticədə  mətn,  bir  neçə  işarə  istisna 
olmaqla,  praktik olaraq bütünlüklə bərpa edilmişdir.
Ancaq  bu  hələ  birinci  mərhələ  idi.  Qədim  sənədin  geniş 
oxucu kütləsinə münasib  olması  üçün  onun  düzgün  elmi  tərcüməsinə 
ehtiyac  vardı.  Belə  tərcümə  mətnin  bərpasından  daha  vacib  və 
olduqca  çətindir.  Onun  ayn-ayn  hissələri  şumeroloqlar  Torkild 
Yakobsen 
(Çikaqo, 
Şərq 
institutu) 
və 
Adam 
Falkenşteyn 
(Geydelberq  universiteti) tərəfindən  müvəffəqiyyətlə tərcümə  olundu. 
Onlann  əməyi,  həmçinin  əvvəllər  Leypsiqdə  və  Ankarada  işləmiş, 
hazırda  Çikaqoda  Şərq  institutunun professoru  Benno Landsberğerin 
söylədiyi  çoxsaylı  fərziyyələr  1949-cu  ildə  mətnin  Journal  of 
Amerikan  Oriental  Sokiety  jurnalında  çap  olunan  birinci  tam 
tərcüməsini  hazırlamağa imkan yaratdı.
Şumer  mətnində  bir  çox  sözlər  və  ifadələr  indiyədək  tam 
aydın deyildir.  Ancaq biz şübhə etmirik  ki, gələcəkdə hər şeyi  bilmək 
istəyən  hansısa  bir  alim  bu  qədim  sənədin  tamamilə  dəqiq 
tərcüməsim  edə biləcəkdir5.
Şumer  məktəbində  atmosfer  qaranlıq,  təhsil  proqramı  quru, 
tədris  darıxdırıcı  və  yeknəsəq,  intizam  sərt  olmuşdur.  Ona  görə  də 
təəccüblü  deyil  ki,  bəzi  şagirdlər  müxtəlif  bəhanələrlə  məşğələlərə 
gəlmir,  indi  deyildiyi  kimi,  “çətin”  uşaqlar  olurdular.  Bu  bizi  ilk 
yazılı  surətdə  qeydə  alınan  “uşaq  cinayətkarlığı”  hallarına  gətirib 
çıxarır.  Bu məsələ ilə əlaqədar sənədlər özlüyündə  maraqlıdır.  Həmin 
sənədlərdə  ilk  dəfə  Şumer  sözü  “namlulu”va,  yəni  “insani”  sözünə 
rast gəlirik.  O,  insana şərəf gətirən əxlaq  və əməl  mənasında işlənir
24
Э. ATA VƏ OĞUL
İLK  ‘HƏDDİ -  BULUĞA ÇATMAMIŞ 
QANUNPOZAN”
Bizim  günlərdə  həddi  -   buluğa  çatmayanlar  arasında 
cinayətkarlıq  ciddi  problemə  çevrilmişdir.  Qədim  dövrdə  bu  sahədə 
vəziyyətin  bir  qədər  yaxşılığı  qoy  bizə  təskinlik  olsun!  Min  illər 
bundan  əvvəl  dəcəl,  sözə  qulaq  asmayan,  naşükür  uşaqlar  öz 
valideynləri  üçün  cəza  mənbəyi  olmuşlar.  Onlar  hamilərinin  bütün 
şayiələrinə baxmayaraq  küçə və  izdihamlı  meydanlarda  qrup halında 
avaralanırdılar.  Onlar  təhsilə  və  məktəbə  nifrət  bəsləyirdilər,  öz 
valideynlərini  şikayət və sızıltılarla təngə gətirirdilər.
Biz  bütün  bunlar  haqqında  bu  yaxınlarda  bərpa  olunmuş 
qədim  şumer  mətnindən  xəbərdar  oluruq.  Bu  sənəd  on  yeddi  palçıq 
lövhəcikdən  və  fraqmentdən  ibarətdir  və  təxminən  3700  il  bundan 
əvvəl  yazılmışdır.  Ola  bilər  ki,  mətn  bir  neçə  yüz  il  əvvəl 
yaradılmışdır.
Haqqında  söhbət  gedən  əsər  mirzə  ilə  onun  fərsiz  oğlu 
arasındakı  dialoq  haqqındadır.  Orada  ata  oğlunu  dostcasına  başa 
salmaq  istəyir ki,  məktəbə getsin,  səylə  oxuyub  evə  qayıtsın,  küçədə 
dayanmasın  Ata  oğlunun  ona  diqqətlə  qulaq  asdığına  əmin  olmaq 
üçün onu  öz ifadələrini  olduğu kimi  təkrar etməyə məcbur  edir.
Sonradan  söhbət  atanın  monoloquna  çevrilir.  Ata,  oğluna 
“adam  olmaqda”  kömək  edə  biləcək  praktik  məsləhətlərdən  başlayır: 
küçələrdə  və  bağlarda  avaralanma;  öz  tərbiyəçinə  qulaq  as;  məktəbə 
get,  keçmişin  təcrübəsini  öyrən.  Sonra  atanın  sözlərinə  görə,  öz 
qorxaqlığı,  “qeyri-insani”  (insana  yaraşmayan)  hərəkətləri  ilə  onu 
ümidsizliyə gətirmiş  fərsiz  oğlunun  ünvanına  acı  qınaqları  gəlir.  Ata 
oğlunun  naşükürlüyündən  çox  pərişandır.  O,  heç  vaxt  oğlunu  xış 
arxasında  getməyə,  öküzləri  qovmağa  məcbur  etməmiş,  başqalarının 
etdiyi 
kimi,  onu  yanacaq 
arxasınca  göndərməmiş,  köməyə 
çağırmamışdır.  Bununla  belə,  onun  oğlu  başqalarının  uşaqlarından 
çox  pis olmuşdur.
25


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə