Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə66/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   58   59   60   61   62   63   64   65   66

sisteminə  daxil  edilməsi  onlann  mirzə-pedaqoqlar  tərəfindən  tərtib 
olunmasına,  yazılmasına  bərabərdir,  ağıllı  və  uğurlu  pedaqoji 
üsullardan  biridir.  Özlərinin  qısalığı  və  ifadəliliyi  ilə  bu  cür  mətnlər 
daha yaxşı  yadda  qalır.  İstənilən  nəticəsi  -  tətbiq  edilən  həqiqətlərin 
və  qaydaların  mənimsənilməsi  qat-qat tez və  asan  baş  verir.  Əgər  o, 
darıxdırıcı  nəsihətlər  yolu  ilə  öyrədilsəydi,  belə  nəticə  əldə  etmək 
olmazdı.  Bundan  başqa,  şagirdlərdə  qilı  duyma  qabiliyyəti  inkişaf 
edir,  çünki  belə  mətnlər  sözün  oynaqlığı  üzərində  qurulur,  səs 
birləşmələri,  qafiyələrbaşqa ədəbi  əsəriərdəkindən  daha  tez-tez tətbiq 
edilir.  Ancaq bizim yaddaşımız üçün belə mətnlər xüsusilə çətin olur. 
Professor  Kramerin  qeyd  etdiyi  kimi,  bir  sıra  hallarda  nəinki 
hakimanə  sözün  ruhunu  çox  gözəl  tutur,  həm  də ona uğurlu ingilis 
analoqu  tapır.  Rus  oxucusunun  rus  folkloru  ilə  müqayisə  eyməyə 
imkanı  var,  məsələn,  ”дыма  без  огня  не  бывает”  (144  s.), 
“сапожник ходит без сапог”  (145  s.) və s.
58  Şir köməksiz keçini  tutdu.
- Burax!  Qoyun -rəfiqəmi  öz əzvəzimə gətirərəm  sənə!
- Əgər buraxsam səni,  öz adını de mənə!
Keçi  şirə cavab verir:
- Bilmirsən mənim  adımı?!
O ləqəb ki,  sən buraxdın” -  o mənim  ləqəbimdir.
Şir küzə yaxınlaşanda,

Mən səni  buraxdım!  -  belə mınldadı  o.
Çəpərin o tayından ona cavab verdi  o:

Sən məni  buraxdın,  - ağıllı hərəkət etdin.
Qoyunlara gələndə,  onlar burda yaşamır.
Atalar  sözləri  və  zərb-məsəllər kimi,  təmsilləri  də izah  etmək 
çətindir,  çünki  biz  heç  də  həmişə  söz  oyununun  arxasında  hansı 
həqiqətin  gizləndiyini  yaxşı  başa  düşmürük,  qədim  Şumerdə  nəiyn 
gülməli  olduğunu bilmirik.
Misal  gətirdiyimiz təmsil  mətnin  tam  müxtəlif izahına 
imkan  verən  yeganə  misaldır,  abidənin  söz  oynaqlığını  axıra  qədər 
açmır.
Belə  interpretasiya  mümkündür:  “Mən  üç  yaşlı  uşaqla 
evlənmərəm,  guya  mən  eşşəyəm!”  Şumer  folkloru  haqqında  bax:
272
Dyakonov  İ.  M.  Общественные  отношения  в  шумерском  и 
вавилонском  фолклоре  (120  atalar  sözü  və  zərb-məsəl).  -   VDİ,  N 
1,  s. 9-27.
60  Kramerdə  -  Lusalusa.  Şumeroloqlann  çoxu  tərəfindən 
qəbul olunmuş ana adının yeni oxunuşu.
61  Sivil  tərəfindən  mətnin  nəşri  bax:  Civil  M.  The  Home  of 
the Fish.  Hew  Sumerian  Literary  Comprosition  -   İraq  23  (1961),  s. 
154-175. Bu nəşr buradakı  şeri tərcümənin əsasını təşkil  edir.
62  93-cü  səhifədəki  mətnlə  və  34-cü  şərhifəyə  şərhlə 
müqayisə et.
63  Axırıncı  arxeoloji  və  filoloji  tədqiqatlar,  o  cümlədən  pof.
Kramerin  özünün,  Dilmun  sözünü  daha dəqiq lakallaşdırmağa imkan 
vermişlər -  bu,  Fars  körfəzi  adaları  Bəhreyn  qruplarından  biridir.  E. 
ə.  III minilliyin təxminən  ortalarından  Dilmun  adası  İkiçayın mühüm 
ticarət məntəqəsi  və  siyasi  təsir  arenası  kimi  məşhurdur.  O,  e.  ə.  III 
minilliyin  sonu  -   II  minilliyin  əvvəlində  Şumerin  Hindistanadək 
başqa  ölkələrlə  vasitəçi  ticarətində  xüsusilə  mühüm  rol  oynamışdır. 
Enki və Ninxursaq haqqında rəvayət mətninin daxil  edildiyi  “Dilmun 
ticarəti  haqqında  —
  himn”  bunu  bir  daha  sübut  edir.  Axırıncı 
axtanşlara  əsasən  Dilmun  adasının  əzəli  “cənnət  olması  barədə 
təsəwrülər 
dəyişmişdir. 
Dilmun 
adası 
qarşımızda 
“qəm 
bilməyəndən”  çox  bilməzlik,  xəbərsizlik,  təbiət və  insani  qanunların 
olmadığı 
ada 
kimi 
canlanır. 
Mətnin 
əvvəlində 
haqqında 
danışılanların  varlığını  yaxud  yoxluğunu  mətnin  özündən  başa 
düşmək 
olmur: 
göyərçin 
solod 
üçün 
dəni 
onu 
yeməyi
bilmədiiyndənmi,  yaxud  bu  taxılın  olmadığındanmı  dənləmir, 
həmçinin  girişdə  adlan  çəkilən  bütün  hadisələr  doğrudan  da  adada 
içməli  (“şirin”)  suyun  olmadığından  baş  verir.  Hadisələrin  sonrakı 
inkişafının təsviri  də bu təsəvvürə uyğun gəlir -  cinsi  əlaqələrin onun 
necə  edildiyini  “bilməməkdən”  nizamsızlığı,  qısa,  qeyri-təbii 
hamiləliyin  nəticəsi  olaraq  ağıssız  doğuş,  ilahə  ilə  birlikdə  allahın 
doğum  əzabları.  Mətnin  birinci  hissəsində  olduğu  kimi,  hadisələrin 
nizamlanması,  Dilmunun  tarixə,  mədəniyyətə  düşməsi,  hadisələrin 
qanunauyğun  axını  baş verir.  Mətnin  eyni  tərcüməsi  bax:  Attinger P. 
Enki  et Ninhursaqa  -Zeitschrift  für  Assyrioloqie,  Bd.  74,  1984,  s.  1-
273


52.  Dilmım  adası  üzrə  ən  yeni  tədqiqtlarm  ümumiləşmiş  materialı, 
həmçinin  əfsanənin  izahı  və  digər  ədəbi  ədəbi  mənbələr,  bax:  Aster 
В.  Dilmun,  Hew  Studies  in  the  Ar  -  eholoqy  and  Earl  Historu  of 
Bahrain -  Berliner Beitriiqezun Vorderen Orient, B.  2,  s.  10 və aş.
4 Professor  Kramerin  Həvva  adının  Şumer  əfsanəsi  analoqu 
üzrə  interpretasiyası  tam  əsaslandırılmış  və  alimlərin  çoxu  -   həm 
şumeroloqlar,  həm  də  biblioloqlar  tərəfindən  qəbul  edilmişdir. 
Əfsanənin  ümumi  ideyası  -  bilməməzlikədn  dərkə  doğru  -  görünür, 
həmçinin  Bibliyanı  tərtib  edənlər  tərəfindən  də  qəbul  edilmiş,  lakin 
öz ahənglərinə uyğun dəyişdirilmişlər.
Daşqın  haqqında  əfsanənin  Şumer variantı  Sivil  tərəfindən 
Atraxasis  haqqında  Akkad  eposunun  nəşrinə  əlavə  kimi  dərc 
etdirilmişdir.  (Civil  M.  Sumerian  Flood  Story  -   Lambert  W.  G.  and 
Millard.  Atrahasis  the  Babylonian  Story  of the  Flood.  O xt,  1969). 
Təəssüf  ki,  mətn  özünün  fraqmentliliyi  üzündən  hələ  də  az  başa 
düşülən  kimi  qalır.  Şumer mətni  əsasında yaranmış  daşqın  haqqında 
rəvayət  yalnız  Gilqameş  haqqında  eposda  deyil,  həm  də  Atraxasis 
haqqında  eposda  da  verilmişdir;  rus  dilində  bax:  Я  открою  тебе 
сокровенное  слово...  М.,  1989  (tərtibçilər  V.  Afanasyeva  və  İ. 
Dyakonov, tərcüməçi  V.  Afanasyeva).
Dumuzi  və  İnannanm  məhəbbəti  haqqında  çoxlu  miqdarda 
nəğmələr,  hekayələr,  kiçik  poemalar  mövcuddur.  Bu  mətnlərin  çoxu 
professor  Kramerin  özü  tərəfindən  dərc  etdirilmiş  və  onun  iki 
kitabına  salınmışdır.  Onlardan  biri  müqəddəs  kəbin  mərasiminə  həsr 
edilmişdir (Kramer S.  N.  The  Sacred Marriage Rite,  1969).  Həmçinin 
professor  Torkild  Yakobsenin  və  başqa  qərb  tədqiqatçılarının 
əsərlərində  də  həmin  təəccüblü  poetik  əsərlərin  parçalarının 
tərcüməsinə  rast  gəlmək  olar.  Onların  bəziləri  rus  dilində  də  dərc 
olunmuşdur,  bax:  Поезия  и  проза,  s. 
141-144,  həmçinin. 
Лирическая  поезия  древнего  Ближнего  Востога  М  1983  s  33- 
44.
7Kramerin  və mənin  BVL-də poetik tərcüməmdə  bu mətndə 
Ninşubur  qadm  deyil,  kişi  obrazında  göstərilir.  Lakin  başqa 
tərcüməçilər  həmin  mətndə  onu  qadın  obrazı  kimi  izah  etmək 
tərəfdandılar.  Bəlkə  də  həmahənglik  xatirinə  belə  tərcümə  etmək
274
lazımdır,  ancaq  bu  konteksdə  Ninşubur  -   səfir  üzvü  surətdə  kişi 
cinsindən  olan  tiç  allahın  sırasına  yazılır.  Onlar yeraltı  dünyada  ona 
əvəz axtararkən  İnannanm və qala  şeytanların qarşısında yerə  sərilir; 
müq: Ninşubur,  Şara, Latarak.
68  Yeralti  dünyanın  qala  şeytanlarının  təqib  etdikləri 
Dumuzinin  ölümü  haqqında  bizə  bir  neçə  əfsanə  çatmışdır.  Onlar 
eyni  mövzunun  variantlarıdır.  Onların  ən  başlıcası  “Dumuzinin 
yuxusu”  şərti  adı  altında B.  Alster tərəfindən dərc  etdirilmişdir;  bax: 
Alster  V.  Dunusis  Dream.  Coppenqagen,  1972.  Rus  dilində  bax: 
Поезия и проза,  s.  156-162, həmçinin Лирическая поезия,  s.  45-59.
69  Ənənəvi  “İnanna,  yeraltı  dünyanın  mərasimlərini  qınama” 
(Kramerin  tərcüməsində  də  belədir)  tərcüməsinin  əksi  olaraq 
“İnanna, yeraltı  mərasimlər zamanı,  sus!” tərcüməsi  Şumer ifadəsinin 
konstruksiyasını,  demək olar,  eynilə verir.
70  Dumizinin 
əvəzinə  Yeraltı 
dünyaya  onun  bacısı 
Gestinannanın düşməyə hazır olması və İnannanm hökmü:  yarım  il  -  
sən  (yəni  Dumuzi),  yarım  il  -   o  (Geştinanna)  -   A.  Falkenşteyn 
tərəfindən  mətnin  axırında  dərc  edilmişdir.  Mətnin  müxtəlif 
variantlarının yığma kompaziyası  mənim tərəfimdən  edilmişdir,  bax: 
Поезия и проза,  s.  144-155.
71  Ludinğira  (hərf,  “allahın  adamı”)  şərti  uydurulmuş 
personajdır.  Onun  adından  təkcə  bu  elegiya  -   ağılar  deyil, 
qəhrəmanın  sevən  və  sadiq  oğul  keyfiyyətlərini  nümayiş  etdirən 
anaya müraciəti də yazılmışdır.
72  Müqayisədə bu yaxınlarda birinci  elegiyanm ixtisar edilmiş 
variantı  olan  daha  bir  mətn  tapılmışdır.  Ake  Şölberq  onu  öz 
müəlliminə həsr etdiyi topluda dərc etdirmişdir.
Lakin  bu mətn  A.  S.  Puşkin  adma Muzeyin  kolleksiyasındakı 
ciddi  zədələnmiş mətnin boş yerlərini bərpa etməyə kömək etmədi.
72 Kramerin tərcüməsində olduğu kimi, Ludinğiranın vuruşma 
zamanı  yaxud  hücum  vaxtı  öldüyünə  tam  əminlik  yoxdur,  çünki 
həmin  yer  pis  başa  düşülür.  Təkrar  olunan  ona  xəstəlik  hücum 
çəkdi” beyti  belə fikirləşməyə imkan verir ki, bəlkə də o,  öz əcəli  ilə 
ölmüşdür.
275


74  Gilqameş  və  xuluppu  ağacı  haqqında  rəvayətin  mətninin 
birinci  nəşrində  mən  belə  bir  fikir  söyləmişdim  ki,  Enkinin  Kurla 
vuruşmasından  söhbət  getmir,  sadəcə  Enkinin  böyük  qayığının 
sürətli  qaçışı  təsvir  olunur,  bax:  Афанасуева  В.  Одна  цумерская 
песня о Гилъгамеше  и  ее  иллюстрации  в  глиптике  -  BDU.  1962, 
N  1,  s.  74-93.  Mən indi “əldaşlan” və “rəqs  edən  qamışlann  daşlan” 
ifadələrinin  o  qədər  də  aydın  olmayan  mənalannı  açmaqla  öz 
izahatımı  möhkəmləndirə  bilərəm.  Həm  o,  həm  bu  Enkinin  böyük 
qayığının  sürətli  gedişi  zamanı  əmələ  gələn  çevrələrin  və 
çevrəciklərin  obrazlı  təsviridir.  “Əl  daşları”  -   atılan  daşın  suda 
yaratdığı  çevrələrdir,  “qamışlan  rəqs  etməyə  məcbur  edən  daşlar” 
(mətndə  hərfi  belədir)  -   böyük  daşlardan  yayılan  böyük  çevrələrdir. 
Obrazın  izahı  sonrakı  iki  sətirdədir:  “Enkinin  böyük  qayığının  kili 
ətrafında onlar tısbağalar kimi  səpələnirlər”  Enkinin  Kurla  mübarizə 
aparması  barədə mətnin heç bir yerində danışılmır.  Mətnin tam toplu 
halında nəşri yerinə yetirilmişdir:  Chaffer A.  Gilqameş, Enki, Enkidu 
and  the  Nether  World,  Dissertation,  1963,  Ann  Arbor  Mikrofilms, 
63-7085.
75  Mətnin  tam  nəşri  A  Van  Diyk  tərəfindən  həyata 
keçirilmişdir,  bax:  Dijk  J.  Van.  Luqal  ud-me-lam-bi.  MLR-GAL. 
Leiden,  1983.  Ninurta və onun  işləri  haqqında həmçinin bax:  Cooper 
J.  The  Return  of Ninurta  to  Nippur.  Roma,  1978.  Mətndə  800-dən 
çox sətir var.
76
Mətn  yeni  tapılmış  parçalarla  yenidən  işlənmiş  və 
tamamlanmışdır.  Rus  dilində  bax:  Поезия  и  проза,  s.  130-135.  Van 
Diyk və Falkenşteyn  tərəfindən  dərc  edilmiş  parçalar və fraqmentlər 
mətnə daxil  edilmişdir.
77  Poemanın  nəşri  haqqında  74-cü  şərhə  bax.  Poema  özünün 
tam  şəklində  bizə  məlum  olan  kosmoqoniya  mövzusunda  ilk  Şumer 
əsəridir.  O,  səma,  yer və yeraltı  dünya haqqında şumer təsəvvürlərini 
bərabərləşdirdi,  (tam variantı  rus dilində nəşrə hazırlanmışdır).
Gilqameş hər halda,  görünür,  ağacı  İnannaya verir, “pukku” 
və  “mikkunu”  isə  onun  budaqlarından  və  ağacın  qalan  hissəsindən 
düzəldir.  Sonrakı  hadisələr bu  cür inkişaf etmişdir:  Gilqameş  özünün 
“çoxdanışan”  və  “hündürdən  danışan”  barabanını  Uruk  küçəsinə
276
çıxaranda gənc insan qrupu oxumağa və rəqs etməyə başlayır. Onlar 
o  dərəcədə  qızışırlar  ki,  dayana  bilmirlər.  Bundan  da  görünür  ki, 
baraban  sehirli  imiş  (müqi  sehirli  nağılların  analoji  süjetləri).  Gənc 
insanlar  şivənlə  rəqs  edirdilər:  “oy  mənim  ombalarım,  oy  mənim 
boğazım”,  analan  və  bacılan  isə  onlara  güclərini  saxlamaq  üçün  su 
gətirirdilər.  Axşam  düşəndə,  bacılar  lənət  yağdırdılar,  baraban  və 
çubuqlar  yerin  altına,  yeraltı  dünyanın  qapılannın  (giriş?  saray?) 
yanına düşdülər.
79  Bu  parçanın  ideyası  onu  S.  N.  Kramerin  1977-ci  ildə  dərc 
etdirdiyi  və  şərti  olaraq  “Qız  və  qur”  (səyyah,  yol  yoldaşı) 
adlandırdığı  başqa  mətnlə  tutuşdurduqda  aydınlaşır.  Burada  söhbət 
ondan  gedir  ki,  onu  yeraltı  dünyada  saxlamasınlar  deyə  Enkidu  ölü 
vəziyyətində  olmamalıdır.  Göründüyü kimi,  mıətndə,  həmçinin,  dəfn 
mərasimlərinin  hansısa  yada  salmır  (ətirli  yağ  sürtmək,  təmiz  paltar 
geyinmək  və  s.).  Enkidu  bütün  bu  qadağalara  məhəl  qoymur və  ölü 
qalır.  Ona görə  də “yeraltı  dünya”,  qismətsiz “tale Nerqal”  onu çəkib 
öz yanında saxlayır.  Şumer mətninin bu hissəsi  Akkad dilinə tərcümə 
olunmuş  və  12-ci  lövhəcik  kimi  Gilqameş  haqqında  Babil  eposuna 
əlavə  edilmişdir,ona  görə  ki,  Babil  kahinlərinin  nöqteyi-nəzərindən 
yeraltı dünya haqqında vacib ezoterik məlumatları özündə  saxlasın.
80  Yeni  tam  tərcümə  bax:  Berlin  A.  Emmerkar  and 
Ensuchkeşdanna,  Philadelphia,  1979.
81  Mətnə  bax:  Wieske  C.  Das  Luqalbandaepos.  Wiesbaden,  1969. 
Rus  dilində  bax:  Афанасъуева  В.  Поеэия  Древнего  Шумера  и 
Вавилона.  Лугалбанда  -   Востогный  алманах,  вын.5;  Обелиск 
Свлободы  М.,  1976,  с.  539-553.
82  Birinci  poema  Luqalbəndə  və  Anzudenin  qartalı  haqqında 
rəvayətin  birinci  hissəsi  deyilmi  sualı  ətrafında  indiyədək  elmdə 
çoxlu  mübahisələr gedir.  Hər  halda,  Luqalbəndə  və  qartal  haqqında 
rəvayətin  mətninin  başlanğıcı  bu  rəvayətin  öz  məzmunundan  aydın 
olur.  Əks  halda  məlum  olmur,  luqalbəndə  necə  oldu  dağlarda  tək 
qaldı  və o,  niyə Uruk qoşunlan  ilə birləşməyə can atır.  Mətnin böyük 
hissəsi  K.  Vilke  tərəfindən  onun  nəşrindəki  luqalbəndənin  qartalla 
görüşü haqqında hekayətdə toplanmışdır.  Mətni  tamamlayan  mühüm
277


parçanı Hallo dərc etdirmişdir; bax: Hallo Luqalbanda Excavavated 
JAOS,  1983,  s.  165-180
'  “Qədim  Şərq  lirik  poeziyasında”  İ.  M.  Dyakonovun  Kramerin 
tərcüməsinə  yaxın  tərcüməsi  verilmişdir,  (s.  37-38).  Yeni  tərcümə 
əsərin  emosional  quruluşunu  verməyə,  həmçinin  bir  sıra  sözlərin  və 
ifadələrin  əhəmiyyətim  dəqiqləşdirməyə  cəhdlərlə  fərqlənir.  Bizim 
şumerlərin  “məhəbbət  lirikası”  adlandırdığımız,  əslində  ibadət 
İnikasıdır,  müqəddəs  kəbin  mərasimi  ilə  bağlıdır  (həmçinin  66-cı 
şərhə  bax).  Bu  mətnlərin  bir  çoxunda  nəinki  əhval-ruhiyyəsinə, 
obrazlanna,  hətta  hərfi  eyniliyi  ilə  Bibliya  “Nəğmələr  nəğməsilə” 
eynilik gözə dəyir;  bax:  “Öz sağ əlini  o,  döşünün üstünə qoydu,  onun 
sol  əli  mənim başımın üstündədir,  sənin  ağzın mənimkinə can  atır  ” 
(“Nəğmələr Nəğməsi”,  1,6 və lirik poeziya  s.  87).
Bu parçanın yeni  daha tam variantında dillərin yerdəyişməsində və 
insanların  ayrılmasında  adətən  insan  nəslinin  xeyirxahı  kimi  çıxış 
edən  kələkbaz və  müdrik Enkinin  rolu  haqqında  əfsanənin  ən  qədim 
variantı  saxlanmışdır.
278
MÜNDARİCAT
Ön söz (V.K. Afanasyeva.)................................................................... 2
Ön söz (S.Kramer.)............................................................................... 11
1.  Təhsil. İlk Məktəbi ər............................................................... 13
2.  Məktəb günləri. Birinci “Yaltaq”........................................... 20
3.  Ata və oğul.  “İlk həddi-buluğa çatmamış qanunpozan” ....... 24
4.  Beynəlxalq münasibətlər.  Birinci  “əsəblər
müharibəsi”..............................................................................30
5.  Siyasi  sistem. Birinci  ikipalatalı “parlament” ....................... 42
6.  Şumerdə vətəndaş müharibəsi.  İlk tarixçi..............................47
7.  Sosial  islahatlar........................................................................ 61
8.  Qanunlar topluları. Birinci “Monsey” .................................... 66
9.  Ədliyyə.  Birinci hüquqi presedent.......................................... 71
10.  Təbabət..................................................................................... 74
11.  Kənd təsərrüfatı. Birinci “əkinçi təqvimi”.............................80
12.  Bağçılıq.  İlk qoruyucu əkinlər................................................ 87
13.  Toxa və kotan.  Əməkdə ilk nailiyyət.................................... 93
14.  Təbiət fəlsəfəsi.  İlk kosmoqoniya və kosmologiya............ 101
15.  Etika.  Birinci mənəvi  ideallar.............................................  129
16.  İztirab və itaət.  Birinci  “iov”................................................ 139
17.  Qədimlərin müdrikliyi.  İlk  atalar sözləri və zərb-
məsəllər...................................................................................144
18.  Ezopun sələfləri. Heyvanlar haqqında ilk təmsillər............ 151
279


19. Balıq evi. Birinci balıq qoaığu........................................... 159
20. Disputlar.  İlk ədəbi mübahisələr.......................................... 164
21.  Cənnət. Bibliya ilə ilk paralellər........................................... 171
22. Nuh əyyamı. Birinci  “Nuh”.................................................. 178
23.  Axirət.  Ölülərin dirilməsi  haqqında  birinci  əfsanə.............183
24.  Elegiyalar. Birinci  dəfn  nəğmələri.....................................198
25.  Əjdaha ilə mübarizə. Müqəddəs georgi............................... 209
26.  Gilqameş haqqında daetan. Birinci ədəbi  iqtibas................220
27. Epik ədəbiyyat. Bəşəriyyatın birinci  “qəhrəmanlıq
əsri”....................................................................................... 238
28. Vüqarlı bəyin şərəfinə. İlk məhəbbət nəğməsi.................. 249
29. Biblioqrafiya. Birinci  kitabxana kataloqu.......................... 253
30.  Xəritə. Dünyada  sülh və həmrəylik................................... 258
31.  Şərhlər................................................................................... 261
280

Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə