Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   2   3   4   5   6   7   8   9   10   ...   66

Bir çox müasir valideynlər kimi,  ata oğlunun onun peşəsinin 
davamçısı  -   mirzə  olmaq  istəməməsindən  daha  çox  kədərlənir.  O, 
oğlunu  dostlarından,  tanışlarından  və  qardaşlarından  irəli  getməyə, 
atasının  peşəsini  seçməyə  təhrik  edir.  Bu  peşə  başqalarından  çətin 
olsa  da,  yazı  ustalığı  allahın  fikirləşib  insanlara  bəxş  etdiyi  bütün 
sənətlərin  ən  mürəkkəbidir.  Ata deyir ki,  bu  peşə  insanın  təcrübəsini 
poetik  formada  gələcək  nəslə  ötürmək  üçün  çox  vacibdir.  Hər  halda 
oğul  atasının  davamçısı  olmalıdır,  çünki  allahların  hakimi  Enlil  belə 
əmr etmişdir.
Oğlunun  insana  layiq  fəaliyyətlə  məşğul  olmaq  əvəzinə 
maddi 
nemət 
arxasınca 
qaçmaqla 
əlaqədar  atanın 
axırıncı 
məzəmmətlərindən  sonra  mətnin  mənası  anlaşılmaz  olur.  Belə 
təsəvvür yaranır ki, oğlunu həqiqət yoluna qaytarmaq məqsədilə qısa, 
aforistik  ifadələr  səslənəcək.  Hər necə  olsa  da  sonluq  uğurludur.  Ata 
oğluna  xeyir-dua  verir  və  yalvarır  ki,  onların  ailə  allahı  (ay  allahı 
Nanna) və onun arvadı  ilahə Hinqahn  səxavəti  onun  üstündə olsun.
Mətnin  daha  yaxşı  anlanan  parçalanmır,  sonuncu  olmayan, 
demək  olar  ki,  dəqiq  tərcüməsi  budur.  Yalnız  aydın  olmayan  ayn- 
ayrı  ifadələr yaxud zədələnmiş sətirlər buraxılmışdır6.
Hara hazırlaşmısan?
Heç yerə hazırlaşmamışam.
Əgər  sən  heç  yerə  getmirsənsə  öz  günlərim  necə
keçirirsən?
Məktəbə get,  məktəbdə otur.
Tapşırığı  oxu,  tapşırığı  həll  et.
Palçıq lövhəciyi  yaz.
Qoy  “məktəbli  böyük  qardaşın”  sənə  təzə  palçıq  lövhəcik
yazsın.
Öz ev tapşırığını  qurtardınmı,
Öz sinif nümayəndənə cavab verdinmi,  oııda yanıma gəl.
Mən nə dediyimi  başa düşdünmü?
Bəli, başa düşdüm, cavab verə bilərəm.
Onda cavab ver.

Cavab verərəm.

Danış görüm.
26

Deyərəm.

Tez danışsana!

Sən mənə dedin məktəbə gedim.
Dərsə cavab verim.  Tənliyi  həll  edim.
Palçıq lövhəciyi yazım.
“Məktəbli  böyük qardaşım” mənim lövhəciyimi yazsın. 
Tapşırığımı  həll  edib  qurtarandan  sonra,  öz  əməyimə
qayıdaraq;
Onu  sinif  nümayəndəsinə  danışdıqdan  sonra  yanına  gəlim,
bunları dedin mənə sən.
Onda get, adam ol.
Meydanlarda dik durma,  səfehlənmə.
Küçələrdə veyllənmə.
Döngələrlə gedəndə ətrafa gözlərini zilləmə.
Mən  sənin üçün çalışıram!
Əgər mən sənə öyüd verirəmsə,
Onda nəsihətə nə edirlər,
Kiçiklər ona tabe olmağa borclu deyillərmi?
Bax,  mən ancaq sənin üçün yaşayıram,
Sən isə küçələrdə veyillənirsən! ..
Məııdən öyrən, yaşlılardan öyrən!
Tam  həddi  -  bııluğa çatana qədər.
Ürəyinlə,  ciyərinlə  mühakimə  edirsən,  ancaq  sənin  cismin
həiə möhkəmlənməyib.
Mən  sənə necə qayğı  göstərirəmsə,
Heç kim  öz oğluna belə qayğı  göstərmir!
Təbiətin  sənə  bəxş  etdiyi  qabiliyyətlə  heç  kim  səninlə
müqayisəyə gəlməz! 
...
Sən  avaralar kimi  hərəkət edirsən,  sənin əlin  sənə layıq deyil.
Axtarsan, bizim  ailənin  içərisində.
S ə n ə  
bənzəyəni  tapılmaz!
İndi  mənim  sənə söylədiklərim,
Həqiqətdə qaranlığı  aydınlaşdırar!..
Sənin tənbəlliyini,  sənin  yalanını  qəbul  etmirəm!
Mənim  ürəyim  həddindən artıq doludur,
27


Sənə qəzəbləndiyimə görə!
Səndən ötrü narahatlıq!..
Sənin qayğılann məni öldürür,
Sən mənim ürəyimi çöllərə salmısan!
Mən səni  heç vaxt qamışa,  qarğı  gətirməyə göndərməmişəm 
Qamış cəngəlliklərində onu azyaşlılar daşıyır,
Ömründə sən heç vaxt qamış daşımamısan!
Öküzlərimin dalınca getməyi  mən  sənə əmr etməmişəm. 
Öküzlərin  arxasında  zəhmətə  qatlaşmağı  mən  sənə  əmr 
etməmişəm!
Tarlalarımda toxa ilə işləməyə səni  məcbur etməmişəm. 
Tarlanı toxalamaq işinə səni məcbur etməmişəm.
Və hər hansı başqa işlərə də səni  məcbur etməmişəm.
“Get işlə,  mənə çörək qazan!”
Həyatımda bir dəfə də olsun sənə belə deməmişəm!
Sənin tayların başqa cür -  öz əməkləri ilə yaşayırlar 
Ataları  ilə analarına çörək qazanırlar!
Mənim  doğmalarımın  uşaqlarının  necə  işlədiklərinə  baxmaq 
kifayətdir!
Başqaları  kimi  onlar da hərəsi  on qurA taxıl  qazanırlar! 
Körpələr,  lakin  atalarının  qulları  -   hərəyə  on  qur  taxıl  əldə
edirlər!
Onlar indi  atalanna -
Taxıl, yağ,  qoyun yunu gətirirlər!
Budur insanlar, onlar səndən  yüksəkdədirlər!
Onların yanında sən adam deyilsən!
İş görməkdə sən onlarla müqayisə olunmazsan!
Bəli,  bəli,  o oğulların  atalan,
Onlara işləmək üçün nə öyrətmişlər?
Nə?  Mən onlar kimi  işləməyi  bacarmarammı?
Mən sənə yandığımdan da çox 
Kim öz oğlunun qayğısına qalır?
Qohumlarımdan heç kim buna sadəcə baxa bilməz!
Budur sənə deyirəm:
Utan, abınn olsun!
28
Sənin yaşıdların səninlə bir boyunduruqda 
Səninlə  çəkirlər  -   nədən  sən  onlara  baxmırsan,  onlarla 
bərabərləşmirsən?
Dostların  -   yoldaşlarındır  -   nədən  sən  onlara  baxmırsan, 
onlarla  bərabərləşmirsən?
Bax!  “böyük qardaşlarına” bərabərləş!
Bax!  “kiçik qardaşlarına” bərabərləş!
Dünyada mövcud insan zəkaları  arasında,
Enki  allahı  adlandırılan,
Mən bu qədər ağır,  savad aqilliyi  işini  seçmişəm, 
Adlandırılmadı.  Nəğmə incəsənətdirmi.
Dəniz kənarı  kimi  bir-birindən uzaqdır.
Nəğmə incəsənətinin  məğzi,  ürək də uzaqdır 
Mənim mirzəlik işim  barədə sən heç düşünmürsən...
Atanın işini öz oğlu seçir
Şərəfli yoldur,  -  sən onunla getmirsən!..
Sənin  ucbatından  mənim  bütün  bədənim  gecə-gündüz sızlayır, 
sanki  bütün  qabırğalarım  sınmışdır.
Sən isə gecə-gündüz şənlənirsən!
Bir damcı  qarışdırılmış pivə içdikdə mənim  bədənim  sustalır! 
Sən isə öz əməllərinlə hədsiz şişmisən!
Sən gombul,  sən  piyli  olmusan,
Həmişə səpələnirsən,  həmişə tökülüb-itirsən.
Bütün qohumların  fikirləşirlər ki,  sənin axırın  pis olacaqdır! 
Niyə sən adam olmaq  istəmirsən,  nəyə şadlanırsan?
Məni isə sənin  şadlığın  cana gətirib.
O vaxt ki  sən klounlarla,  gəzərgi müğənnilərlə,
Onlarla və onların ətrafında fırlanırsan.
İşin-gücün  at çapmaq,  atılıb-düşməkdir!
Sən  ancaq buna yararlısan!
Ancaq  mən  səni  qayıtmağa məcbur edəcəyəm!
Ardınca  mənası  anlaşılmayan  qırx  bir  sətirdən  ibarət  parça 
gəlir.  Görünür,  o,  özündə  atalar  sözlərini  və  zərb-məsəlləri 
birləşdirir7.
Sonra mətn  atanın poetik xeyir-duası  ilə qurtarır:
29


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə