Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

Tap öz allahının mərhəmətini!
Başını dik qaldır, sinəni düzəlt-insansan axı!
Adını çəkəcək gözəl şəhərin!
Qeyrətli ad,  doğru söz verəcək sənə allahın!
Nanna allahında axtar lütfkarlığı!
Ninqal  ana sığallayar başını!
Nisaba eşq olsun sənə!
Çoxları  bununla  razılaşmasa  da,  dünyanı  müəllimlər,  şairlər, 
insanlıq  carçıları  humanistlər  deyil,  dövlət xadimləri,  siyasətçilər  və 
əsgərlər  idarə  edirlər.  Ona  görə  də  bizim  4-cü  fəsil  tarixdə  ilk  "‘güc 
siyasətinə”  və  5000  il  bundan  əvvəl  “beynəlxalq  münaqişələri”  bu 
cür  siyasətin  köməyi  ilə  həll  etməyə  cəhd  göstərən  Şumer hakiminə 
həsr olunacaq.
30
4.  BEYNƏLXALQ MÜNASİBƏTLƏR.
BİRİNCİ “ƏSƏBLƏR MÜHARİBƏSİ”
Türklər  İstanbulun  Mərmərə  dənizinin  daraldığı,  Qızıl 
Buynuz körfəzi  ilə çay kimi  nazik  Bosforun birləşdiyi  hissəsini  Saray 
burnu  adlandırırlar.  İstanbulun  istilaçısı  sultan  II  Mehmet  500  il 
əvvəl  burada öz sarayını  ucaltmış və onu dağılmaz divarlarla əhatəyə 
almışdır.  Sonrakı  yüzilliklərdə  onun  ardıcılları  yeni  məscidlər  və 
pavilyonlar,  yeni  fontanlar  tikərək  və  bağlar  salaraq  bu  iqamətgahın 
ərazisini  tədricən  genişləndirmişlər.  Bir  zamanlar  hərəmxana 
sakinləri  öz  qulluqçuları  ilə  hamar  döşənmiş  həyətlərdə  ağacların 
kölgəsində gəzinirdilər.  Ottoman  Limanının  hökmdarlarının özləri  də 
əyanların  müşayəti  ilə  burada  əylənirdilər.  Sarayın  qapılan  hamının 
üzünə  açılmırdı,  saray  həyatının  sirlərinə  bələd  olan  seçilmişlərin 
sayı  isə daha az idi.
Ancaq  sultanların  dövrü  keçdi  və  “Saray  burnu”  tamam 
dəyişdi.  Zamanın  hökmü  ilə  yüksək  qülləli  divarlar  dağıldı,  bağlar 
hazırda  İstanbul  əhlinin  sərinlik  tapdığı  ictimai  parklara  çevrildi. 
Binaların 
özlərinə 
gəlincə-qadağalı 
saraylar 
onlara  birləşən 
pavilyonlarla  birlikdə  muzeylərə  çevrildi.  Sultanlar  daha  buraya 
qayıtmayacaqlar.  Türkiyə respublika olmuşdur.
Budur,  mən  həmin  muzeylərin  birində,  Qədim  Şərq 
Muzeyində  oturmuşam.  İşıq  çoxsaylı  pəncərələrdən  böyük  masanın 
üstünə  düşür.  Geniş  üzlü,  fikirli  gözlü  kişinin  portreti  divardan 
asılmışdır.  Bu,  Türkiyə  respublikasının  yaradıcısı  Kamal  Atatürkdür. 
XX  əsrin  ən  görkəmli  siyasi  xadimlərindən  biri  olan  bu  insan 
haqqında  çox  şeylər  yazmaq  olardı.  Hətta  yeni  bütöv  bir  era  açmış 
müasir  qəhrəmanlarla  məşğul  olmaq  mənim  işim  deyil.  Mən 
şumeroloqam  və  özümü  bütünlüklə  uzaq  keçmişin  unudulmuş 
qəhrəmanlarına həsr etməyə borcluyam.
Mənim  qabağımda  masanın  üstündə  palçıq  lövhəcik  var. 
Təxminən  4000  il  əvvəl  naməlum  Şumer mirzəsi  onun  üzərində  mixi 
yazısı  işarələri  cızmışdır.  Lövhəcik  23/23  sm  ölçüdə  kvadrat 
formasındadır,  yəni  adi  makina vərəqindən  kiçikdir.  Ancaq  mirzə  bu
31


lövhəciyi  on  iki  sütuna  bölmüş  və  orada  çox  kiçik  işarəciklərlə 
qəhrəmanlıq  poemasının  600-dən  çox  sətrini  yazmağa  müvəffəq 
olmuşdur.  Bu  poemam  “Enmerkar  və  Arattanm  hökmdarı-’ 
adlandırmaq  olar.  Onda təsvir olunan  hadisələrin təxminən beş min il 
bundan  əvvəl  baş  verdiyinə  baxmayaraq,  poema  təəccüb  doğuracaq 
dərəcədə  müasir  səslənir.  Orada  “güc  mövqeyindən  siyasət” 
tərəfdarlarının  bəzi  priyomlannı  canlı  surətdə  xatırladan  beynəlxalq 
münaqişə təsvir edilir.
Poema bizim mirzənin doğumundan bir neçə yüzilliklər əvvəl 
Cənubi  Mesapotamiyada  Şumer  Qəhrəmanı  Enmerkann  Dəclə  və 
Fərat  çayları  arasında  yerləşən  Uruk  şəhər-dövəltini  necə  idarə 
etdiyindən  danışır.  Urukdan  uzaq  şimalda  Farsidə  Aratta  adlanan 
digər şəhər-dövlət yerləşirdi.  O  Urukdan  yeddi  dağ silsiləsi  ilə  ayrılır 
və elə yüksəklikdə dururdu  ki,  ona qalxmaq,  demək  olar ki,  mümkün 
deyildi.
Aratta  özünün  var-dövləti  ilə  şöhrət  tapmışdı.  Burada  İkiçay 
aran  düzənliyində  yerləşən  Uruk  şəhərinə  çox  lazımlı  olan  metal  və 
tikinti  daşı  çox  idi.  Ona  görə  Enmerkann  Arattanun  qiymətli 
xəzinəsinə  iştaha  ilə baxmasında  təəccüblü  heç  nə  yoxdur.  O,  nəyin 
bahasına  olur-olsun  Aratta  xalqını  və  onun  hökmdarım  özünə  tabe 
etməyi  qərara  aldı  və  bu  məqsədlə  onlara  qarşı  özünə  məxsus 
“əsəblər  müharibəsinə”  başladı.  Arattanın  hakimini  və  sakinlərini  o 
dərəcədə qorxutmağa nail  oldu  ki,  onlar  Uruka tabe oldular.  “Əsəblər 
müharibəsi” uduldu.
Bütün  bunlar  haqqında  sakit,  tələsmədən,  lüzumsuz  sözlərlə, 
qısası  -   bütün  zamanlarda  və  xalqlarda  mövcud  olmuş  ənənə  üsulu 
ilə danışılır.
Poema  Urukun və  Kullabın  (Uruk  şəhərinin  bir  hissəsi  yaxud 
ona  yaxın  yaşayış  məskəni)  şöhrətləndirilməsi  ilə  başlayır  Müəllif 
xüsusilə  nəzərə  çarpdırır  ki,  Urukun  Arattadan  üstün  olmasına  ilahə 
İnanna  havadarlıq  etmişdir.  Bu  girişdən  sonra  hadisələrin  təsviri 
başlayır.
Günəş  allahı  Utunun  oğlu  Enmerkar  bir  dəfə  Arattanı  özünə 
tabe  etmək  qərarına  gələrək  Şumerin  qüdrətli  məhəbbət və müharibə 
ilahəsi,  bacısı  İnannanın  yanına  gedərək  ondan  elə  etməyi  xahiş  edir
32
ki,  Aratta  sakinləri  ona  qızıl,  gümüş,  lazurit  və  qiymətli  daşlar 
gətirsinlər,  həmçinin  müqəddəs  yerlər  və  məbədlər,  o  cümlədən 
Erudu  şəhərində su allahı Enki  üçün Abzu məbədini tiksinlər.
İnanna  Enmerkan  dinlədikdən  sonra  məsləhət  görür  ki, 
Uruku  Arattıdan  ayıran  yüksək  Anşan  dağlarını  aşmağa  qadir  olan 
layiqli  elçi  seçsin.  O,  söz verir ki,  Aratta xalqı Enmerkara tabe olacaq 
və  nə  istəyirsə  onun  üçün  tikəcək.  Enmerkar  elçini  seçir  və  onu 
Aratta  hökmdarının  yanma  göndərir.  O,  hədələyərək  sifariş  göndərir 
ki.  əgər  Aratta  xaldı  dağlardan  ona  qızıl  və  gümüş  göndərməsə  və 
allah  Enki  üçün  zəngin  bəzədilmiş  məbəd  tikməsə  şəhəri  alt-üst 
edəcək.
Enmerkar  Aratta  hakiminə  daha  güclü  təsir  bağışlamaq 
məqsədilə  səfirinə  “Enkinin  ovsununu”  söyləməyi  əmr  edir.  Orada 
Yer  və  onun  sakinləri  üzərində  allah  Enlilin  vahid  ağalığı  zamanı 
bəşəriyyətin “qızıl  əsrinə”  Enkinin  son qoymasından söhbət gedir.
Enmerkann  elçisi  yeddi  dağ  silsiləsini  aşaraq  Arattaya  gəlir, 
ağasının  bütün  əmrlərini  səhərin  hökmdarına  çatdırır  və  cavab  tələb 
edir  Ancaq  Arattanın  hakimi  Enmerkara güzəştə  getmək  istəmir.  O, 
özünün  də İnannanın  sevimlisi  olduğunu elan edir və onu Aratta taxt- 
tacına  ilahənin  özünün  yüksəltdiyini  təsdiq  edir.  Onda  səfir  hazırda 
İnannanın  Urukda  “Eannanın  çarı”  olduğunu  və  Enmerkara  Aratta 
üzərində ağalıq edəcəyinə söz verdiyini  söyləyir.
Bundan  təşvişə  düşən  Aratta  hökmdarı  elçi  vasitəsilə 
göndərdiyi  cavabında  Enmerkarı  silaha  əl  atmaq  istəyinə  görə 
məzəmmət  edir.  Hökmdar  hər  tərəfdən  öz  ölkəsini  təmsil  edən  iki 
döyüşçünün  savaşı  yolu  ilə  bütün  məsələlərin  həllini  üstün  tutur. 
Bununla  yanaşı  İnannanın  ondan  üz  döndərdiyi  üçün  Enmerkara  bir 
şərtlə  tabe  olacağını  bildirir  ki,  o,  Aratta  hakiminə  çoxlu  taxıl 
göndərsin.  Uruka qayıdan elçi  cavabı  Enmerkara çatdırır.
Enmerkar  qərar  qəbul  etməmişdən  əvvəl,  görünür,  hansısa 
mərasimin  hissəsi  olan  bir neçə ayin  həyata keçirir.  Müdriklik  ilahəsi 
Nidaba  ilə  məsləhətləşdikdən  sonra  qoşqu  heyvanlarım  taxılla 
yükləyərək  elçisinə  karvanı  Arattaya  aparmağı  tapşırır.  Elçi  bununla 
birlikdə  Enmerkann  cavabını  da  apanr.  Enmerkar  özünün  güclü  və
33


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə