Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

şöhrətli  olduğunu  elan  etməklə  Aratta  hökmdarı  qarşısında  eynilə 
həmin  şərtləri  qoyur, ondan əqiq və lazurit tələb  edir.
Enmerkar  elçi  qayıtdıqdan  sonra  müxtəlif  rəmmallara 
müraciət  edir.  Məsələn,  o,  “işıqdan  qaranlığa,  qaranlıqdan  işığa 
aparan  “susima”  qamışı  götürür;  “beş  il,  on  il  keçdikdən  sonra” 
Enmerkar həmin qamışı kəsir.
Bundan  sonra  o,  öz  elçisini  yenidən  Arattaya  göndərir,  bu 
dəfə  heç  bir  cavabsız  özünün  hökmdar  əsasını  ona  verir.  Bu 
hakimiyyət  simvolu  Aratta  hökmdarını  lərzəyə  salır.  O,  öz 
“şatamması”  (görünür,  vəzifəsi  heç  də  aydın  olmayan  məsləhətçisi) 
ilə məsləhətləşir.  Onun və bütün xalqın  İnannanın  qəzəbinə  gəldiyini 
kədərlə  söyləyir  və  Enmerkara  güzəştə  getməyə  meyilli  olduğunu 
deyir.  Bununla  belə,  Enmerkara  yenidən  çağırış  göndərir.  O,  ilkin 
plana  qayıdaraq  yenidən  təklif edir  ki,  işi  iki  döyüşçünün  savaşı  ilə 
yoluna qoyaq.  Onda “kimin güclü olduğu  aydınlaşacaq”.
Çağırış  olduqca  dumanlı  ifadələrlə  tərtib  edilmişdir.  Orada 
deyilir  ki,  döyüş  üçün  seçilmiş  hərbçi  “nə  qara,  nə  ağ,  nə  san,  nə 
palıdı,  nə çil-çil  olmalıdır.  Bütün bunlar savaş üçün  seçilmiş  döyüşçü 
haqqındadırsa, heç bir məna vermir.
Elçi  yenidən  Uruka qayıdır.  Onda  Enmerkar elçini  özünün üç 
bənddən ibarət ültimatumu ilə yenidən  Arattaya göndərir:
1) 
Enmerkar Aratta hökmdarının çağırışını  qəbul  edir və 
öz yaxınlarından birini  arattalı  döyüşçü  ilə savaşa göndərməyə 
hazırdır;
2) 
Enmerkar Aratta hökmdarından  lirukda İnannanın 
məbədi  üçün qızıl,  gümüş və qiymətli  daşlar toplamağı  tələb edir,
3) 
Enmerkar yenə  do  hədələyir  ki,  əgər  hökmdar  və  xalq 
Eridııda  müqəddəs yerin  ucaldılması  üçün  “dağ  daşlan”  gətirməsələr 
Arattanı  yerlə yeksan  edəcək.
Enmerkarın  ültimatumunun  əvvəlində  savaş  üçün  seçilən 
döyüşçünün  rəngi  ilə  əlaqədar  Aratta  hökmdarının  şərtlərinə 
müəyyən  dərəcədə  aydınlıq  gətirilir.  Burada  “döyüşçü”  sözü  “libas” 
sözü  ilə  əvəz  olunur.  Görünür, 
söhbət  döyüşçünün 
xarici 
görünüşündən deyil, paltarından  gedir.
34
Poemanın  sonrakı  davamı  xüsusi  maraq  kəsb  edir.  Biz  əgər 
mətni  düz başa  düşürüksə,  onda  deyilir ki,  Kullab  hakimi  Enmerkar, 
poema  müəllifinin  rəyinə  görə,  palçıq  lövhəciklərdə  yazmağa 
başlayan  ilk  adamdır:  guya  bu  üsulu  ona  görə  seçmişdir  ki,  onun 
“çəpdilli”  elçisi  cavabı  olduğu  kimi  çatdıra  bilmirdi  (bəlkə  də  onun 
həddən artıq uzun  olduğuna görə).
Amma  hekayənin  üzərinə  qayıdaq.  Deməli,  elçi  lövhəciyi 
Aratta hömdarına verir və cavab gözləyir.  Ancaq burada görünməmiş 
hadisə baş  verir.  Aratta  hakimi  qəfildən  kömək  alır!  Şumer yağış  və 
şimşək  allahı  İşkur  gözlənilmədən  ona  vəhşi  buğda  və  paxla  gətirir. 
Aratta  hökmdarı  buğdanı  görəndə  özünə  gəlir.  Yenidən  özündə  güc 
tapan  hökmdar  elçiyə  deyir  ki,  İnanna  “Arattada  öz  evini  və  öz 
taxtını” heç də atmamışdır.
Sonrakı  mətn  parçalardan  ibarətdir  və  ardıcıllığını  müəyyən 
etmək  getdikcə  çətinləşir.  Ancaq  bir  şey  aydındır:  Aratta  xalqı  son 
nəticədə  İnanna  üçün  Uruka  həm  qızıl,  həm  gümüş,  həm  lazurit 
gətirib  onları  Eanna məbədinin  həyətinə yığır.  Şumerdə tapılmış  epik 
poemalar  arasında  dünya  ədəbiyyatında  bu  janrda  yazılmış  ilk  ən 
uzun  əsər belə qurtarır.
“Enmerkar  və  Aratta  hökmdarı”  poeması  20  lövhəcik  və 
fraqmentlər  əsasında  bərpa  edilmişdir.  Onlardan  ən  mükəmməli 
indiyədək  İstanbulun  Qədim  Şərq  Muzeyindəki  12  sütunlu  lövhəcik 
sayılır.  Artıq  yuxanda  qeyd  edildiyi  kimi,  onun  surəti  1946-cı  ildə 
mənim  tərəfimdən  çıxarılmışdır.  Poemanın  mütəxəssislər  üçün  elmi 
nəşri-tərcümə  və  şərhlərlə  şumer  mətni  —
  1952-ci  ildə  Pensilvani 
universitetinin  Muzeyi  tərəfindən  dərc  edilmişdir8.  Bir  sıra 
mübahisəsiz  məziyyətlərə  malik  ilk  epik  qəhrəmanlıq  poeziyası 
nümunəsi  olan  bu  əsər  hətta  mütəxəssis  olmayanlann  da  diqqətini 
cəlb etməlidir  Ona görə də mən  aşağıda  poemanın  birinci  yarısından 
daha  yaxşı  qalmış  parçaların  hərfi  tərcüməsini  verəcəyəm.  Bu, 
poemanın  spesifik üslubu,  əhvalı  və ruhu haqqında təsəvvür yaradır.
Enmerkarın  ilahə  İnannaya  müraciəti  və  onun  cavabı, 
Emerkarın  öz  elçisinə  verdiyi  göstərişlər  və  onların  elçi  tərəfindən 
Aratta  hökmdarına  çatdırılması,  qəzəblənmiş  Aratta  hökmdarının 
cavabı;  İnannanın  indi  onun  tərəfində  olması  barədə  izahatla
35


Enmerkann ikinci  müraciəti  və nəhayət,  Aratta hökmdarının çaş-baş 
qalmasının təsviri  həmin parçalardandır.
Onda ali  kahin-hökmdar, işıqlı ürəkli İnannanm seçdiyi. 
Parıltılı  dağ daşlarından işıqlı  ürəkli İnannanm seçdiyi.
Öz bacısı,  istəkli ilahəyə.
İnannaya belə sitayiş edir:
“ -  Bacım  mənim İnanna,  qoy Uruk üçün 
Gözəl  qızıl-gümüş işləsinlər Aratta sakinləri.
Nəcib lazuriti lay-lay,
Elektr, təmizlənmiş lazurit...
Uruka müqəddəs dağı gətirsinlər.
Aşian evi,  sənin taxt-tac yerin 
Orda Evina sənin üçün tiksinlər.
Müqəddəs yataq otağını  sənin9,
Qoy Arattanm ürəyində zərif bəzəsinlər.
Mən  özüm,  lacivərd  rəngli  gənc  öküzcüyəz,  orda  səninlə 
uzanaram!
Aratta Uruka tabe olsun!
Qoy Aratta sakinləri
Öz dağlarından dağ daşlan gətirsinlər mənə!
Böyük  müqəddəs  yer  tiksinlər  mənə,  böyük  saray  ucaltsınlar 
mənə,
Böyük məbəd, parlayan allah məbədi ucaltsınlar mənə, 
Kullaba göndərsinlər birbaş mənim  Sutimi.
Müqəddəs dağa bənzər Abzanı  ucaltsınlar mənə!
Mənim  üçün  meşəli  dağa  bənzər  Ereduqu  müqəddəs 
saysınlar!
Çoxrəngli  panltıya  bənzər  müqəddəs  Abzanı  kökündən 
ucaldıb bəzəsinlər.
Abzadan nə vaxt ki  təriflər söylərənı,
Ereduqdan  nə vaxt ki  Sutini  gətirərəm,
Kahinlik  çələngini  nə  vaxt  ki  müqədəslik-məbəd  kimi 
üzərimə götürərəm,
Urukda,  Kullabda tacımı  başıma qoyaram.
36
Məni,  baş  müqəddəs  yerdən  xeyirxahı  müqəddəs  yataq 
otağına aparacaqlar,
Müqəddəs yataq otağımdan baş müqəddəs yerə aparacaqlar! 
Xalq heyranlıqla ah çəkəcək.
Utu da şadlıqdan kənar qalmayacaq”.
Onda, xanım, göyün yüksək şəfəqi  bütün ölkələrə baxacaq. 
İnanna,  şahı-Amauşumqalanna,
İnanna, bütün ölkələrin hakimi,
Utu oğlu  Enmerkara deyir:
-  Enmerkar,  sənə söz deyirəm,  sözümü anla,
Diqqətlə qulaq as məsləhətimə!
Seçmə döyüşçülərin arasından sənin sözlərin üçün elçi  seç, 
Müdrik İnannanm tutarlı  sözlərini-onun  Suteyini  aparacaq! 
Parlayan  dağlara qalxacaq,
Parlayan dağlardan enəcək!
Suzam, dağlar ölkəsi  Anşana 
Balaca siçan  kimi  qoy,  səssiz baş əysin,
Bu böyük dağların qorxunc gücünə.
Qoy tozla yollar örtülsün,
Aratta Unıka tabe olsun.
Aratta əhli  doğrudan da
Öz dağlarından  dağ daşları  gətirəcək sənə.
Böyük  ziyarətgah  tikəcək  sənə,  böyük  taxt-tac  ucaldacaq
sənə!
Böyük məbəd,  allah məbədi  ucaldacaq  sənə.
Sənin  Sutini  həqiqətən  Kullaha göndərəcək,
Sənə müqəddəs dağa bənzər Abzunu  ucaldacaq,
Meşəli  dağlara bənzər Ereduqu sənə təqdim  edəcək.
Çoxrəngli  işartıya  bənzər  müqəddəs  Abzunu  kökündən 
ucaldacaq  sənə!
Elə ki  Abzudan təriflər söyləyəcəksən,
Ereduqudan  Sutini  gətirəcəksən,
Elə ki, kahinlik yüksəkliyinə müqəddəs kimi  çatacaqsan.
Elə ki,  Urukda,  Kullabda tacı  başına qoyacaqsan,
37


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə