işıqlı etsin, qoy xoşməramla səni məhəkəmə etsin!
Nanna, “yuxugörmə günündə” qoy taleyini
xoş məramla həll etsin!
Nerqal, Enlili o dünyanın, qoy o sənə qarşı xoş niyyətli olsun!
Qoy Tale yerində sənin adın çəksin, qoy yeməyi
xoş niyyətlə yesinlər.
Sən himayəsində yeraltı dünyanın ilahəsinin,
qoy rəhmlə səninçün oynasın.
Su tökülən yerdə qoy övladlann sənin üçün təzə su töksünlər.
Aşağıdakı evdə onu yerləşdirsinlər.. .cənab Ninqişzidi...
Qoy qüdrətli Gilqameş sənə xoş üz göstərsin...
Nedu Etanla elə sənin köməkçilərin olsun!
Qoy sənin allahın yeraltı dünyada sənin üçün ibadət etsin!
- Kifayətdir! - qoy belə desin sənin hami-allahın, qoy sənin
taleyini xoş məramla həll etsin.
Qoy sənin şəhərinin allahlan sənin ürəyini xoş niyyətlə
dövrələsin!
Qoy qəhrəmanlıqla azad etsinlər ürəyinin qəzəbini.
Qoy sənin ev adamlarının günahlarını, onların hesabını
kəssinlər.
Qoy bütün yamanlıqları, sənə qarşı olanları məhv etsinlər!
Kimləri ki qoyub getmisən, qoy onlar xoşbəxt olsunalr!
Qoy... tutsunalr... geyimi...
Qoy sənin xeyirxah ruhun, qoy bütün hamilərin səni qorusun!
Qoy səndən törəmiş uşaqlar qəhrəmanlıq üçün böyüsünlər!
Qoy sənin qızlarının hamısı ərə getsin!
Qoy sənin arvadın yaşasın, qoy sənin nəslin çiçəklnsin.
Qoy bolluq və xoşbəxtlik hər gün onlarla olsun.
Qoy sənin palçıq borun şərab və pivə süzmək üçün heç vaxt
qurumasın.
Qoy sənin ev adamlarının sehri sənin himayəçi allahının ibadəti
olsun!
206
İKİNCİ ELEGİYA.
Acıqlı gün tutdu onu, təmizə düşdü,
Şirin qadına, təmiz, çiçəklənən, qəzəbli baxış düşdü
Quş balasına yuvanı tərk etmiş tor atıldı
Bəhərli ana, çoxlu oğulların anası, cələyə düşdü.
Sarı inək, müqəddəs, vəhşi, parçalandı, şüşə qab kimi.
O, “mən xəstəyəm” demədi, öz qayğısına qalmadı.
Müqəddəs yerləri.. tərk etmədi ...
Onun qundağında, ağır qundağında onun...
Nippıırun göyü - ağır buludlar içində, səhərlər - ah-nalə.
İnsan yığını dərdə bürünmüş. .
Ona, vaxtı çatana ona can atır dərd
Təmiz qızıldan heykəl uzanıb - onun üstündə kədər.
Hər kimsə baxır - məgər kədər içində deyil?
Ağı deyənlər - hönkürərək və ağlayaraq!
Yaxşı nəğmə oxuyan müğənnilər, şirinsəslilər
Ağı və inilti oxumağa başladılar.
.. Ondan ötrü dəfn mahnılar ifa edir onlar
Sanki azdır..
Daş...
Sanki onun ərinin bətnində günlər uzanır...uzanır hıçqırıqlar.
Sanki
öz əlləri ilə Ninurta qaytarmamış şadlığı.
Sanki onun sevimli kahinəsi öz müqəddəs yerində
“gipara” daxil olmur
Sanki...
Budur, o qalxır özünün əzəməti ilə, dəfn mahnısı qoşur ona
.0 həqiqətən edir bunu onun üçün.
O qəlb getdi onun gözlərinin önündə...
Qəzəbə bürünmüş kimi . . .daşlar qara
Göy işığı düşmür onun şəhərindən...
Onda sevimli əri onun. ..təkbaşına oturdu
207
Öz şəhəri Nippurda, kədər şəhərində oturdu
Ludingira, sevimli əri onun, öz tənhalığında
Öz şəhəri Nippurda, kədər şəhərində oturdu.
Onda ki çatdılar kədər yerinə onun,
əlini tutdular - parçalanmış ürəyi onun.
Yeməkdən qaçır bədəni onun, ürəyi parçalanmış.
Eynilə inək kimi inilti buraxır o, ərlik paltarı olmadan.
...acı-acı ağlayır o, arvadından ötəri.
Ey, hardasan sən? Ey, necə çağırım səni!
Şirinsözlü ağızı, nəcib ağızı, ağızı şirin! Ey, necə çağırım səni!
Qiymətli silahım mənim! Gözəl düzəldilmiş oxdanım!
Ey, necə çağırım səni!
Parlayan almazım, hardasan? Ey, necə çağırım səni!
Gözəl mahnım mənim! Ürəyimin şah nəğməsi!
Ey, necə çağırım səni!
Qorxunc silahım mənim! Parlayan qızıl oxdaşım mənim!
Ruh oxşayan! Ey, necə çağırım səni!
Gözlərim mənim...panldayaıı! Şahanə ağlım mənim!
Ey, necə çağırım səni!
Rəqs edən, əllərim qaldıran! Şənləndirən ürəyimi mənim!
Ey, necə çağırım səni!
Yox olmayacaqdır yolların sənin, əbədi olacaq adın sənin!
Siləcəklər səhvlərini sənin, borclarını bağışlayacaqlar sənin!
Ərin sənin yaşayacaq, öz qocalığına çatacaq!
Taleyi uşaqlarının sənin xoşbəxt olacaq!
Firavanlıq onlarla olacaq!
Ev (?) yaşayacaq həmişə, geniş olacaq onun gələcəyi!
Utu-günəş yeraltı dünyadan öz işığını sənə gətirəcək!
Ninkurra şənlik quracaq, yüksəklərə qaldıracaq səni!
Bəxtinə qara gün gəldi - göy-yer sənə qayıdacaq!
Şeytan sənə əl qaldırdı - acı lənətlər deyəcəklər ona!
Xoş və təmiz, əzəmətli, öküz kimi uzanan,
- kədərli mahnı sənə!
Biz 23-cü fəslin əvvəlində “Kur” terminini yer kökü altında
yerləşən və Yeri coşğun əzəli okeandan ayıran məkan kimi izah etdik
208
(Bibliya “Texoması”). Ancaq görünür, bu söz dağıdıcı yeraltı suları
itaətdə saxlayan əjdaha mənasında da işlənirmiş. Allahların və
qəhrəmanların əjdaha ilə mübarizəsi Şumer mifologiyasının sevimli
süjetlərindən biridir. Növbəti fəsil bu mövzuya həsr edilir.
209
25. ƏJDAHA İLƏ ıMÜBARİZƏ.
BİRİNCİ MÜQƏDDƏS. GEORGİ.
Əjdaha ilə mübarizə bütün vaxtlarda və bütün xalqlarda ən
geniş yayılmış mövzulardan biri olmuşdur. Məsələn, Yunanıstanda
allahlar və qəhrəmanlar haqqında o qədər əfsanələr olan yerdə,
əfsanəvi personajlardan, demək olar ki, hər biri hansısa bir əjdahanı
öldürür (heç olmasa ən şöhrətli qəhrəmanlar - Perseyi və Heraklı
yada salaq!). Xaçpərəsti iyin meydana gəlməsi ilə qəhrəmanlıq
şücaətini müqəddəslər göstərməyə başlamışlar və burada öz əjdahası
ilə müq. Georgi meydana gəlmişdir. Ancaq bu əfsanələrin kökündə
nə yatırdı?
Nə qədər ki, əjdaha ilə mübarizə mövzusu e.ə. 111 minillikdə
Şumerdə yaranmışdır, bizim güman etməyə bütün əsaslarımız var ki,
bu əfsanələrin bir çox detalları, həm yunan, həm də ilkin
xaçpərəstlik, Şumer mənbələrindən gəlir.
Hazırda bizə üç min il yarım şumerlərdə mövcud olmuş
əjdahanın məhv edilməsinin üç variantı məlumdur. Birinci iki
variantda
əjdahanın
rəqibləri
allahlardır:
tamamilə
yunan
Paseydonuna oxşayan su allahı Enki və cənub küləyi allahı Ninurta.
Lakin üçüncü əfsanədə insandır - müq. Georginin uzaq proobrazı
qəhrəman Gilqameş.
Enkinin vuruşduğu əjdaha Kur adlanır. Onların təkbətək
mübarizəsi, görünür, yerin göydən ayrılmasından dərhal sonra
başlayır. Hissə-hissə qalmış sətirlərdən başa düşmək olar ki, bu
döyüşün səbəbi
Kür tərəfindən
səma ilahəsinin xaincəsiııə
oğurlanmasıdır. Süjet yunan Persefonasıııın oğurlanması haqqında
qəhrəmanlıq əsatiri ilə çox oxşardır. Təəssüf ki, biz bu əfsanəni cəmi
bir düjün sətrlərdən bərpa etməli oluaıq. Çünkü bu əfsanənin tam
mətni ilə lövhəcik hələlik tapılmamışdır. Bu hadisə “Gilqameş,
Enkidu və yeraltı səltənət” eposuna proloqda qısaca verilmişdir Bizi
210
maraqlandıran parça bilavasitə dünyanın yaranmasından bəhs edən
sətirlərin arxasınca gəlir. Onun məzmunu belədir.
Göy yerdən ayrıldıqdan sonra səma allahı An göyü qaldırdı,
hava allahı Enlil isə Yeri endirdi. Bu yaramazlıq da elə onda baş
verdi. İlahə Ereşkiqal oğurlandı və Kurun qənimətinə çevrildi. Onu
kim oğurladığı aydın deyil; ola bilər ki, bunu Kurun özü etmişdir.
Allah Enki gəmiyə minib kurun yanına üzdü. Onun niyyətləri barəıdə
heç nə deyilmir, ancaq güman etmək olar ki, Ereşkiqalı oğurladığına
görə o əjdahanı cəzalandırmaq istəyir. Kur daşlarla amansızcasına
müdafiə olunur, ona tabe olan əzəli okeanın dalğalarını Enkinin
gəmisinin üstünə qaldırır. Bununla parça qurtarır. “Gilqameş, Enkidu
və yeraltı səltənət” əfsanəsinin müəllifi Gilqameşin özü haqqında
hekayətə keçməyə tələsir. Biz mübarizənin necə qurtardığını
bilmirik, ancaq yəqin ki, Gilqameş qələbə çalır. Görünür, bu epizod
Gilqameş haqında olan əfsanəyə ancaq ona görə salınmışdır ki,
yunan Paseydonu kimi Enkinin nə üçün dəniz allahı olduğu, niyə
onun Eriduda olan məbədi şumercə “dəniz”, “dibsiz” mənasını verən
Abzu adlandırıldığı izah olunsun.
Allahın əjdaha ilə döyüşü proloqdakı parça budur:74
Nə vaxt ki An göyü özünə apardı, bax onda,
Enlil götürdü özünə yeri, bax onda,
Nə vaxt ki Ereşkiqala kəbin hədiyyəsi kimi yeraltı dünyanı
bağışladılar, bax onda,
Nə vaxt ki o üzməyə yollandı, nə vaxt ki, iizmoyə yollandı, bax
onda
Nə vaxt ki Ata yeraltı dünya ilə üzdü, bax onda,
Nə vaxt ki Enlil yeraltı dünya ilə üzdü, bax onda -
Cənabın üstünə kiçiklər atılır,
Enkinin üstünə nəhənglər gəlir.
Bu kiçiklər əl daşıdır.
Nəhənglər - qamışları rəqs etməyə məcbur edən daşlardır.
Kili ətrafında Enkinin böyük qayığının
Su, canavartək yeyir hər şeyi,
Korması arxasında Enkinin böyük qayığının
Su şir kimi nərə çəkir...
211
Dostları ilə paylaş: |