Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü0,99 Mb.
#66496


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 noyabr 2009-cu il tarixli 

29 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

HAMİLƏLİK ZAMANI  

HİPERTENZİV VƏZİYYƏTLƏR ÜZRƏ 

 KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2009 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

2

 



54.10+57.16 

H 26 


 

 

 



 

 

 



 

 

 



 

 

H 26  Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik 



 

protokol – 28 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər 

proqramı əsasında tərtib edilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Əliyeva – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun direktoru, t.e.n., dosent 

M.Həsənova – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun Mamalıq bölməsinin rəhbəri, t.e.n. 

S.Abdullayeva – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun Endoskopiya şöbəsinin həkim mama-ginekoloqu, 

t.e.n. 

L.Məmmədova – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 



İnstitutunun elmi katibi 

A.Məhərrəmova – Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutu Mamalıq bölməsinin elmi işçisi 

F.Qəhrəmanlı – Səhiyyə Nazirliyi “Ailə Planlanması” 

Məsləhətxanasının həkim mama-ginekoloqu 

G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi 

keyfiyyət standartları şöbəsinin müdiri 

 

Rəyçilər: 

S.İsrafilbəyli – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

baş mama-ginekoloqu, Ə.Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya 

kafedrasının müdiri, ə.e.x., t.e.d., professor 

H.Bağırova – ATU-nun II Mamalıq-ginekologiya kafedrasının 

müdiri, t.e.d., professor 

 



 

4

İxtisarların siyahısı: 

 

AÇF   

– angiotenzin-çevirici ferment 



ALT   

–  alanin-aminotransferaza 



AST   

– aspartat-aminotransferaza 



AT    

– arterial təzyiq 



BÇİ   

– bədən çəkisi indeksi  



İTP    

– intensiv terapiya palatası 



XBT-10  – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu buraxılış 

KTQ  

– kardiotokoqrafiya  



RKT  

– randomizasiya olunmuş klinik tədqiqat 



USM  

– ultrasəs müayinəsi 



ÜST   

– Ümumdünya Səhiyyə Təşkilatı 

 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya randomizə 

olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır 

Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizə olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal – nəzarət tipli, və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 


 

6

Protokol mama-ginekoloqlar üçün nəzərdə tutulmuşdur. 



 

Pasiyent qrupu: hipertenziya əlamətləri olan hamilə qadınlar 

 

Protokolun hazırlanmasının məqsədi: 

 

Antenatal qulluğun keyfiyyətinin yaxşılaşdırılması 



 

Ana xəstəliyi və ölümü səviyyəsinin aşağı salınması 



 

Perinatal xəstəlik və ölüm səviyyəsinin aşağı salınması 



 

Hiperdiaqnostika və  əsassız müdaxilə hallarının sayının 



azaldılması 

ÜMUMİ MÜDDƏALAR 

Hamiləlik zamanı meydana çıxan  hipertenziv vəziyyətlərə  – 

hestasion arterial hipertenziya, preeklampsiya, eklampsiya, xroniki 

arterial hipertenziya (essensial və ya ikincili olaraq böyrək, endokrin 

və ya digər patologiya ilə əlaqəli) aiddir. 

Xroniki arterial hipertenziya – hamiləliyin 20-ci həftəsinə 

qədər mövcud olan və doğuşdan 6 həftə keçdikdən sonra saxlanılan 

hipertenziyadır. 

Hestasion arterial hipertenziya  hamiləliyin 20-ci həftəsindən 

sonra arterial təzyiqin yüksəlməsidir. 



Preeklampsiya – adətən arterial təzyiqin yüksəlməsi və 

proteinuriya ilə müşayiət olunan polisistem sindromdur. 

Preeklampsiyanın hamilələr arasında yayılma tezliyi 5-7%-dir. 

Hamiləliyin bu ağırlaşması yüngül formada olduqda əksərən ana və 

dölün sağlamlığına ciddi təsir göstərmir. Preeklampsiyanın ağır 

forması isə ana və dölün vəziyyətində ciddi pozğunluqlar törədərək, 

hətta ölümlə belə  nəticələnə bilər. Ağır preeklampsiya zamanı ilk 

növbədə böyrəklər, qaraciyər, qanın laxtalanma sistemi, baş beyin, 

cift zədələnir. Preeklampsiyanın inkişafı zamanı  əlamətlər kifayət 

dərəcədə  aşkar (arterial təzyiqin yüksəlməsi, epiqastral nahiyədə 

ağrıların olması, proteinuriya ) və ya nəzərə çarpmayan (məsələn, 

qanda trombositlərin sayının tədricən azalması, qaraciyərin 

funksiyasının pozulması) ola bilər. Preeklampsiyanın erkən aşkar 

edilməsi üçün hamiləyə müntəzəm doğuşaqədər nəzarətin aparılması 

olduqca vacibdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

7

Eklampsiya –  preeklampsiyası olan hamilələrdə digər beyin 

pozğunluqlarının təzahürləri (epilepsiya və ya beyindaxili qansızma) 

ilə  əlaqəli olmayan, bir və daha artıq qıcolmanın meydana 

çıxmasıdır. 

Epidemiologiya 

Hamiləlik zamanı hipertenziv vəziyyətlər ana ölümünün aparıcı 

səbəbləri arasında ikinci yerdə qalmaqdadır. Hər il dünyada 63000-ə 

yaxın hamilə qadın preeklampsiya və eklampsiyadan dünyasını 

dəyişir ki, bu da ÜST-nün (2006) məlumatına əsasən ana ölümünün 

strukturunda 16% təşkil edir (UNDP/UNFPA/WHO/World Bank 

Special Programme, 2006). 

Amerika Mama Ginekoloqlar Cəmiyyətinin məlumatına (2002) 

əsasən hamiləlik zamanı hipertenziv vəziyyətlər 12-22% hallarda 

hamiləliyin gedişini ağırlaşdırır və ana ölümü səbəblərinin 

strukturunda 17,6% təşkil edir. 

Etiologiya 

Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranmasını izah 

edən bir sıra nəzəriyyələr mövcuddur (endotelial, neyrogen, 

tromboksan-prostasiklin, hormonal, immunoloji, plasentar, genetik). 

Müəyyən olunmuşdur ki, preeklampsiyanın inkişafı üçün zəmin artıq 

hamiləliyin ilkin mərhələlərində yaranır. Lakin hipertenziv 

vəziyyətlərin yaranmasının dəqiq səbəbi məlum deyil. 

Preeklampsiyanın risk faktorları 

 



Birinci hamiləlik (B) 

 



Anamnezində preeklampsiya/eklampsiya olan hamilə qadınlar (B) 

 



Doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olduqda (B) 

 



Yaşı 18-dən aşağı, 35-dən yuxarı olan hamilə qadınlar (B) 

 



Piylənmə – bədən çəkisi indeksi ( BÇİ ) 35-dən yuxarı (B) 

 



Ailə anamnezində preeklampsiya halları (hamilənin anasında və 

ya bacısında preeklampsiya) (B) 

 

Diastolik təzyiq 80 mm.c.süt.-dan yuxarı (B) 



 

Proteinuriya (≥ +1 test zolaq üsulu ilə  və ya ≥ 0,3 q/l sutkalıq 



sidikdə) (C) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

8



 

Çoxdöllü hamiləlik (B) 

 

Ekstragenital xəstəliklər (B) 



 

Hipertoniya 

 

Böyrək xəstəlikləri 



 

Ürək-damar sisteminin xəstəlikləri 

 

Şəkərli diabet 



 

Antifosfolipid sindromu 



 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

O10   Əvvəl mövcud olan, hamiləliyi, doğuşu, zahılıq dövrünü 

ağırlaşdıran hipertenziya 

O11   Əvvəl mövcud olan, proteinuriya qoşulmuş hipertenziya 

O12   Hamiləliklə bağlı proteinuriya (hestasion proteinuriya) 

O12.0  Hamiləliklə bağlı ödemlər 

O12.1  Hamiləliklə bağlı proteinuriya 

O12.2 Hamiləliklə bağlı proteinuriya ilə müşayiət olunan 

ödemlər 

O13 Nəzərəçarpan proteinuriya ilə müşayiət olunmayan 

hamiləliklə bağlı hipertenziya 

O14   Nəzərəçarpan proteinuriya ilə müşayiət olunan 

hamiləliklə bağlı hipertenziya 

O14.0  Orta dərəcəli preeklampsiya  

O14.1  Ağır dərəcəli preeklampsiya 

O14.2  Dəqiqləşdirilməmiş preeklampsiya  



O15   Eklampsiya 

O15.0  Hamiləlik zamanı eklampsiya 

O15.1  Doğuş zamanı eklampsiya 

O15.2  Zahılıq dövrü eklampsiyası 

O15.9  Müddətinə görə dəqiqləşdirilməmiş eklampsiya 

O16   Ananın dəqiqləşdirilməmiş hipertenziyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

9

DİAQNOSTİKA 



Hipertenziv vəziyyətlər 

Hipertenziya 

Hipertenziya diaqnozu sistolik arterial təzyiq  ≥140 mm.c.süt. 

və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 110 mm.c.süt., 

və ya iki ölçülmədə ≥ 90 mm.c.süt. olduqda qoyulur. (C) 



 

Ağır hipertenziya 

Ağır hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥160 mm.c.süt. 

və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 120 mm.c.süt., 

və ya iki ölçülmədə ≥ 110 mm.c.süt. olduqda qoyulur. (C) 



Proteinuriya 

Normal inkişaf edən hamiləlik zamanı böyrəklər vasitəsilə zülalın 

xaric olunması artır. Lakin proteinuriya, 24 saat müddətində və ya 4 

saatlıq intervalla götürülmüş 2 sınaqda sidikdə zülalın miqdarı 300 

mq-a bərabər, və ya ondan çox olduqda patoloji sayılır. 

Bundan başqa, sidik-ifrazat sisteminin infeksiyalarını istisna 

etmək lazımdır. Hamilə qadınlarda patoloji proteinuriya daxili 

orqanların zədələnməsinin ilkin əlaməti sayılır. 

 

Hər bir hamilə qadın proteinuriyanın müəyyən olunması 



məqsədilə müayinə olunmalıdır. (C) 

 

Preeklamsiyanın inkişaf riski aşağı olan qadınlarda 



proteinuriyanı müəyyən etmək üçün zolaq testdən istifadə 

oluna bilər. (C) 

 

Test-zolaq üsulu ilə sidikdə zülalı təyin etdikdə +≥1 (+≥0,3q/l 



sutkalıq sidikdə) nəticəsi proteinuriyanı təsdiq edir. (B) 

 

Preeklampsiya riski yüksək olan qadınlarda proteinuriyanı 



müəyyən etmək üçün daha dəqiq testlərin (sutkalıq sidikdə 

zülalın səviyyəsi) aparılması məsləhətdir. (B) 



Ödemlər 

Orta dərəcəli ödemlər hamiləliyi fizioloji keçən hamilə qadınların 

50-80%-də müşahidə olunur. Ödemlə müşayiət olunmayan 

preeklampsiya ana və  uşaq üçün ödemlə müşayiət olunan 

preeklampsiyaya nisbətən daha təhlükəlidir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

10

Qeyd etmək lazımdır ki, sürətlə inkişaf edən yayılmış 



ödemlər (xüsusilə bel və üz nahiyələrində) proqnostik cəhətdən 

qənaətbəxş hesab olunmur (Royal College of Obstetricians and 

Gynaecologists. THE MANAGEMENT OF SEVERE 

PREECLAMPSIYA/ECLAMPSIYA.  Guideline 10, RCOG Press, 

March 2006). 



Hamiləliklə bağlı fizioloji ödemlər müalicə  tələb etmir. 

Ödemləri azaltmaq məqsədilə sidikqovucu preparatlardan 

istifadə etmək olmaz! 

Preeklampsiyanın ağırlığının müəyyən edilməsi 

Preeklampsiya – hamiləliyin 20-ci həftəsindən sonra inkişaf 

edən hipertenziya və proteinuriya ± ödemlər  ilə səciyyələnir. 



Ağır preeklampsiya   proteinuriya ilə müşayiət olunan ağır 

hipertenziya və ya istənilən dərəcəli hipertenziya, proteinuriya və 

aşağıdakı ağırlaşdırıcı simptomlardan biri qeyd edildikdə: 

 



beyin simptomları (baş ağrısı, görmə pozğunluğu)  

 



epiqastral nahiyədə ağrı 

 



sağ qabırğaaltı nahiyədə ağrı 

 



ürəkbulanma və ya qusma  

 



qəflətən meydana çıxan və ya yayılmış ödemlər (üz və ya oma 

nahiyəsində/kürəyin aşağı nahiyəsi) 

 

hiperrefleksiya 



 

proqressivləşən proteinuriya və hipoproteinemiya 



 

sidik ifrazının azalması (<400 ml/24 saat) 



 

hemoliz, sarılıq  



 

ağciyər ödemi 



 

trombositlərin sayı <100x10



P

9

P



/l 

 



dölün bətndaxili inkişafının ləngiməsi 

 

HELLP    ağır preeklampsiyanın klinik əlamətlərini əks etdirir: 

H   – hemoliz (bilirubinin səviyyəsinin 2-3 dəfə yüksəlməsi) 

EL – qaraciyər fermentlərinin (ALT, AST) aktivliyinin 2-3  

 

   dəfə yüksəlməsi 



LP  – qanda trombositlərin miqdarının azalması (<100 x 10

P

9



P

/l) 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

11

HİPERTENZİV VƏZİYYƏT ZAMANI HAMİLƏLƏRİN 



APARILMASI TAKTİKASI 

İlkin səhiyyə xidməti səviyyəsində  

(ümumi praktika həkimləri, mamalar) taktika 

 

 

Əlamətlər 

Mamanın /ümumi  

praktika həkiminin 

fəaliyyəti 

90≤ diastolik A/T<100 

mm.c.süt. 

Müayinə üçün 

stasionara göndəriş (C) 

90≤  diastolik A/T<100  

mm.c.süt. hər hansı 

ağırlaşdırıcı simptomla

Müayinə üçün 

stasionara göndəriş (C) 

Sistolik AT ≥ 160 

mm.c.süt. 

Müayinə üçün 

stasionara göndəriş (C) 

Nəzərəçarpan 

proteinuriya ilə 

müşayiət 

olunmayan 

hamiləliklə bağlı 

hipertenziya 

Diastolik AT ≥ 100 

mm.c.süt. 

Müayinə üçün 

stasionara göndəriş (C) 

Diastolik AT ≥ 90 

mm.c.süt. və  

proteinuriya ≥ 1+test 

zolaq üsulu ilə (≥0,3 q/l)

Müayinə üçün 

stasionara göndəriş 



(A) 

Diastolik AT ≥ 110 

mm.c.süt. və 

proteinuriya ≥ 1+ test 

zolaq üsulu ilə (≥0,3 q/l)

Təcili stasionara 

göndəriş (A) 

Sistolik AT ≥ 170 

mm.c.süt. və 

proteinuriya  ≥ 1+ test 

zolaq üsulu ilə (≥0,3 q/l)

Təcili stasionara 

göndəriş (A) 

Nəzərəçarpan 

proteinuriya ilə 

müşayiət olunan 

hamiləliklə bağlı 

hipertenziya 

Diastolik AT ≥ 90 

mm.c.süt. və 

proteinuriya  ≥ 1+ test 

zolaq üsulu ilə (≥0,3 q/l) 

və ağırlaşdırıcı 

simptomlar  



Təcili stasionara 

göndəriş (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

12

1+ test zolaq üsulu ilə 



(0,3 q/l) 

1 həftə ərzində təkrar 

müayinə (C) 

2+ test zolaq üsulu ilə 

(1 q/l) 

Müayinə üçün 

stasionara göndəriş (C) 

Hamiləliklə bağlı 

proteinuriya 

(hestasion 

proteinuriya) 

 

≥ 1+ test zolaq üsulu ilə 



(≥0,3 q/l) və hər hansı 

ağırlaşdırıcı simptomla 

Müayinə üçün 

stasionara göndəriş (C) 

Baş ağrısı və ya görmə 

pozğunluğu, diastolik 

AT 90 mm.c.süt.-dan 

aşağı, proteinuriya qeyd 

olunmur və ya zülal 

izləri  


Müayinə üçün 

stasionara göndəriş 

(növbəti tam 

müayinələr arasındakı 

intervalı azaltmaq) (C) 

Epiqastral nahiyəsində 

ağrı, diastolik AT<90 

mm.c.süt. proteinuriya 

qeyd olunmur və ya 

zülal izləri 

Müayinə üçün 

stasionara göndəriş 

(növbəti tam 

müayinələr arasındakı 

intervalı azaltmaq) (C) 

Hipertenziya və  

ya proteinuriya  

olmadan ana və 

döl tərəfdən hər 

hansı simptomlar 

qeyd olunduqda 

 

 



 

 

Dölün hərəkət 



aktivliyinin zəifləməsi, 

dölün bətndaxili 

inkişafının ləngiməsi, 

AT <90 mm.c.süt. ilə 

proteinuriya qeyd 

olunmur və ya zülal 

izləri 

Müayinə üçün 



stasionara göndəriş 

(növbəti tam 

müayinələr arasındakı 

intervalı azaltmaq) (C) 



 

HİPERTENZİYALI HAMİLƏ QADINLARIN STASİONARDA  

APARILMA TAKTİKASI 

Diastolik təzyiqin 90 mm.c.süt. və sistolik təzyiqin 140 mm.c.süt. 

olduğu hal xəstəlik sayılmır, lakin keçid vəziyyəti kimi 

qiymətləndirilir və ananın və dölün vəziyyətinə daha ciddi nəzarətin 

zəruri olduğunu göstərir.  

AT göstəricilərinin yüksək olmasına baxmayaraq, əksər hallarda 

hamiləlik normal keçir. Hipertenziya kompensator mexanizm olaraq 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

13

damar müqavimətinin yüksəlməsi  şəraitində müəyyən dərəcədə 



uşaqlıq-cift qan dövranına müsbət təsir göstərir. 

Hamiləliyin 20 həftəsindən sonra ilk dəfə hipertenziya müəyyən 

olunduqda (və ya mövcud arterial hipertenziya fonunda hamiləliyin 

20 həftəsindən sonra arterial təzyiq yüksəldikdə) preeklampsiyanı 

istisna etmək məqsədilə ciddi müayinə aparılmalıdır. (C) 

 



Dölün vəziyyətini qiymətləndirmək lazımdır (USM vasitəsilə 

dölün kütləsini və ağciyərlərin yetişkənliyini müəyyən etmək) (B) 

 

Preeklampsiya təsdiq olunduğu təqdirdə aparılma taktikası 



preeklampsiya bölməsində qeyd olunmuşdur. 

PREEKLAMPSİYALI HAMİLƏLƏRİN APARILMA 

TAKTİKASI  

Pasiyentdə preeklampsiya müəyyən etmiş həkim və ya mama onu 

ətraflı müayinə olunmaq və hamiləliyin aparılma taktikasını 

müəyyənləşdirmək üçün stasionara (gündüz stasionarına göndərmək 

mümkündür) göndərməlidir. (B) 

Ağır olmayan preeklampsiya – müalicə  tələb etmir, yalnız 

davamlı nəzarət aparılmalıdır.  

Ağır preeklampsiya  əlamətləri olan hamilə qadın intensiv 

terapiya palatasına və ya III səviyyəli xəstəxananın doğum blokuna 

yerləşdirilməlidir (D). Belə imkan olmadıqda ən yaxında yerləşən II 

səviyyəli xəstəxanaya çatdırılmalıdır. Hamilənin vəziyyəti yerində 

sabitləşdirildikdən sonra ixtisaslaşmış  təcili yardım briqadasının 

(reanimasiya) müşayiəti ilə onun başqa tibb müəssisəsinə 

köçürülməsi həyata keçirilməlidir. 

Maqnezium-sulfatla və hipotenziv preparatlarla intensiv müalicə 

aparılmalıdır. 

Doğum şöbəsində 

Ağır preeklampsiya əlamətləri olan hamilə qadını  qəbul 

şöbəsində növbətçi mama-ginekoloq müayinə edir. Hamilə qadının 

hansı  şöbəyə  qəbul olunması  və müalicəsi məsələsi məsul mama-

ginekoloq və reanimatoloq tərəfindən birgə  həll edilir. Doğuş 

fəaliyyəti olduqda və ya dölyanı sular vaxtından  əvvəl axdıqda 

hamilə doğum  şöbəsinə  qəbul olunur. Digər hallarda qadın  İTP-yə 

köçürülür. Hamilənin  şöbələr arası köçürülmələri yalnız təkərli 

xərəkdə mümkündür (Əlavə 2). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

14

Qəbul  şöbəsinin maması tibbi sənədləri hamilə doğum  şöbəsinə 



və ya İTP-yə köçürülüb müalicə başlandıqdan sonra doldura bilər. 

Hamiləliyin 34 həftəsinə  qədər doğuş  fəaliyyəti olmayan ağır 

preeklampsiyalı hamilə qadın maqnezial və hipotenziv terapiya 

başladıqdan sonra III səviyyəli stasionara köçürülür. 



Arterial təzyiqə nəzarət 

Arterial təzyiq qadının vəziyyəti stabilləşənə  qədər hər 15 

dəqiqədən bir ölçülməlidir. 

Qadının vəziyyəti stabilləşdikdən sonra arterial təzyiqin 

ölçülməsi hər 30 dəqiqədən bir aparılmalıdır. Stasionar şəraitində 

qadının vəziyyəti stabildirsə  və qadında patoloji simptomlar qeyd 

olunmursa, arterial təzyiq hər 4 saatdan bir ölçülməlidir. 

Müayinələr 

Qəbul şöbəsində (Təcili!) 

 



arterial təzyiqin ölçülməsi 

 



sidiyin ümumi analizi (zülalın təyini) 

 



qanın klinik analizi (hemoqlobin, trombositlərin miqdarı, qanın 

laxtalanma müddəti)  



Stasionarda 

 



sidiyin ümumi analizi (ayrı-ayrı sidik nümunələrində və sutkalıq 

sidikdə zülalın təyini, 4 saatdan sonra təkrar sidikdə zülalı təyin 

etmək olar) 

 



qanın biokimyəvi analizi (kreatinin, ALT, AST, ümumi zülal, 

sidik cövhəri, bilirubin)  

 

koaquloqramma 



 

qan qrupu və Rh-faktor 



 

KTQ, USM, dopplerometriya 



 

qadının vəziyyətini sabitləşdirdikdən sonra doğuşun vaxtını  və 



aparılma taktikasını müəyyənləşdirmək üçün daxili müayinə 

aparılır.  

 

diurezə ciddi nəzarət 



 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

15

Cədvəl 1. Laborator testlər  



(patoloji vəziyyət kimi qiymətləndirilən nəticələr) 

Hemoqlobin 

Normal və ya yüksək (> və ya = 120 q/l) (norma 

120-140 q/l) 

Hematokrit  > və ya 42% ( norma 35-42%) 

Trombositlər 

Trombositopeniya, < 100x10

P

9

P



/l ( norma 180-400 

x10


P

9

P



/l ) 

Eritrositlər 

Anomal morfologiya, xüsusilə də trombositopeniya 

ilə müştərək olduqda, mikroangiopatik hemolitik 

anemiyanın olmasına dəlalət edir  



Bilirubin 

Normadan 2-3 dəfə çox, əsasən sərbəst bilirubin 

(normada ümumi bilirubin 3,4-22,2 mkmol/l) 

Preeklampsiyanın ağırlıq dərəcəsini 

müəyyənləşdirmək üçün həm birləşmiş, həm də 

sərbəst bilirubinin səviyyəsi təyin olunur  

Sərbəst bilirubinin səviyyəsinin artması hemolizin 

inkişaf dərəcəsini və onun ağırlığını əks etdirir  

Damarların uzunmüddətli spazmı səbəbindən 

mikrosirkulyasiya şəbəkəsində eritrositlərin 

aqqlyutinasiyası nəticəsində birləşmiş bilirubinin 

artması ilə eritrositlərin fraqmentasiyası və hemolizi 

inkişaf edir 

Kreatinin 

> 0,078 mmol/l ( norma 0,015-0,078 mmol/l) 



Sidik turşusu  > 0,35 mmol/l ( norma 0,15-0,35 mmol/l) 

Sidik cövhəri  > 8,0 mmol/l ( norma 3,5-8 mmol/l) 

Qaraciyər 

fermentləri 

(AST, ALT) 

Artır, ağır hallarda normadan 2-3 dəfə çox. AST 

səviyyəsinin artması adətən protenuriyanın 

artmasından əvvəl müşahidə olunur. (Norma AST 8-

40 BV/l, ALT 5-30 BV/l) 

Fibrinogen 

2 q/l-dən aşağı ( norma 2-4 q/l) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

16

MÜALİCƏ 



Hamiləlik dövründə hipertenziv vəziyyətlərin idarə olunması 

prinsipləri  

 



Medikamentoz idarə olunma 

 



Mamalıq vəziyyətinin idarə olunması 

Medikamentoz müalicənin məqsədi 

1.

 



Sistolik arterial təzyiqin 140-150 mm.c.süt. arasında stabil 

səviyyədə saxlanılması 

2.

 

Diastolik arterial təzyiqin 90-100 mm.c.süt. arasında stabil 



səviyyədə saxlanılması 

3.

 



Hamilə qadında eklampsiya, HELLP-sindrom, ağ ciyərlərin 

ödemi, qaraciyər və böyrək funksiyasının pozulması, görmənin 

pozulması kimi ağırlaşmaların qarşısının alınması 

Mamalıq vəziyyətinin idarə edilməsinin məqsədi    ana və 

dölün vəziyyəti baxımından optimal nəticələrin əldə olunması üçün: 

1.

 

Doğuş vaxtının müəyyən edilməsi 



2.

 

Doğuş üsulunun müəyyən edilməsi 



Medikamentoz müalicə 

Medikamentoz müalicə 2 istiqamətdə aparılır:  

 

qıcolma əleyhinə  



 

hipotenziv müalicə 



Qıcolma əleyhinə müalicə 

 



Maqnezial terapiya – preeklampsiya/eklampsiyanın idarə 

edilməsində daha çox öyrənilmiş, effektiv və nisbətən təhlükəsiz 

seçim üsuludur. (A) 

 



Ilkin doza – 20 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 4 qr 

quru maddə v/d yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. (A) 

 

Saxlayıcı doza – 1-2 qr/saat sürətlə infuzomat vasitəsilə yeridilir. 



İnfuziyanın müddəti vəziyyətin  ağırlıq dərəcəsindən asılıdır. 

 



Məhlulların vena daxilinə davamlı yeridilməsi imkanı olmadığı 

halda vena daxilinə 4 qr maqnezium sulfat (16 ml 25%-li 

məhlul) 5 dəqiqə  ərzində  və  hər sağrıya 5 qr (10 ml 50%-li 

məhlul) olmaqla yeridilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

17



 

Maqnezium-sulfatla müalicə doğuşdan və ya axırıncı  qıcolma 

tutmasından (eklampsiyadan) sonra 24 saat müddətində davam 

etdirilməlidir. 



Aşağıdakı əlamətlər qeyd olunduqda maqnezium-sulfatın 

yeridilməsini dayandırmaq lazımdır: 

 

Tənəffüs tezliyi 12-dən az 



 

1 saat müddətində sidiyin miqdarı 30 ml-dən az 

 

Diz refleksi qeyd olunmadıqda 



Maqnezium-sulfatın təsirinin neytrallaşdırılması  məqsədilə  

10 ml 10%-li kalsium qlükonat məhlulu vena daxilinə yavaş sürətlə 

yeridilməlidir. 

Hipotenziv müalicə 

Aşağıdakı tövsiyələr həm hestasion hipertenziyalı qadınlarda, 

həm də xroniki hipertenziyalı qadınlarda istifadə oluna bilər: 

 



Arterial təzyiq aşağı salınmalıdır: sistolik 150 mm.c.süt.-dan 

aşağı və diastolik 100 mm.c.süt.-dan aşağı (C) 

 

Ağır preeklampsiyanın digər  əlamətləri qeyd olduqda, 



arterial təzyiqin daha aşağı göstəricilərində hipotenziv 

terapiya başlanılmalıdır. 

 



İlkin antihipertenziv terapiya tez təsir göstərən labetolol (A)

nifedipin (A) və ya hidralazinlə (A) aparılmalıdır. 

 

Uzunmüddətli hipotenziv terapiya məqsədilə metildopa, 



klonidin, oksprenolol, metaprolol istifadə olunur. 

 



MgSO4 antihipertenziv məqsədlə istifadə olunmamalıdır (C) 

 



AT sabitləşənədək dölün vəziyyətinin monitorinqinin (KTQ) 

aparılması məsləhətdir (D) 

 

Nifedipin və maqnezium-sulfatın birgə  təyin edilməsi məsləhət 



deyil (C) 

Xroniki hipertenziyalı qadınların müalicəsi 

1.

 



Xroniki hipertenziyası olan qadınlar hamiləliyi planlaşdırmazdan 

əvvəl konsultasiya olunmalıdır (D) 

2.

 

Hamiləliyin  əvvəlində  və ya diaqnoz qoyulan kimi AÇF-



inhibitorlarının və angiotenziv reseptorların blokatorlarının 

qəbulunu dayandırmaq lazımdır (B) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

18

3.



 

Hamiləlik təyin olunan vaxtdan atenololun qəbulunu 

dayandırmaq lazımdır (B) 

4.

 



Birinci trimestrdə  aşağıdakı antihipertenziv preparatlar təyin 

oluna bilər: metildopa, labetolol, nifedipin (C) 



Təyin edilən dərmanların istifadə rejimi 

Hidralazin – 5-10 mq v/d sürətlə, lazım gəldikdə  hər 20-30 

dəqiqədən bir, arterial təzyiq lazımi səviyyəyə çatana qədər təkrar 

yeridilə  bilər. Təsiri 15-30 dəqiqə  ərzində  tədricən başlayır, 

maksimal təsir 20-ci dəqiqədə müşahidə olunur; Arterial təzyiqi 

endirməyə müvəffəq olunduğu təqdirdə, lazım gələrsə, (adətən 3 

saatdan sonra) təkrar təyin etmək olar. Əgər 20 mq vena daxilinə 

yeridildikdən sonra lazımi effektə nail olunmursa, digər 

preparatlardan istifadə etmək lazımdır. 

və ya 

Labetolol – 20 mq birmomentli vena daxilinə, lazımi effekt qeyd 

olunmursa 10 dəqiqədən sonra 40 mq və hər  10 dəqiqədən bir 2 dəfə 

80 mq dozada təkrar yeridilə bilər. Maksimum doza 220 mq-dək 

olmaqla. Alternativ olaraq, labetololun fasiləsiz infuziyası 1-2 

mq/saat təyin edilə bilər. Maksimal effekt yeridildikdən sonra 5 dəq. 

müddətində əldə olunur; Bronxial astmalı və ürək çatmamazlığı olan 

qadınlara labetolol preparatını təyin etmək məsləhət görülmür. 

və ya 


Nifedipin – 10 mq daxilə, lazım gələrsə, hər 30 dəqiqədən bir 

təkrar təyin edilir. Təsiri yavaş başlayır və  fəaliyyəti uzunmüddətli 

olur. Zəif tokolitik təsirə malikdir. Maqnezium-sulfatla birlikdə təyin 

etmək məsləhət görülmür (C). Hər iki preparat kalsiumun antaqonisti 

olduğundan antihipertenziv təsiri gücləndirir.  

Dölün ağ ciyərlərinin yetişməsini sürətləndirmək məqsədilə 

kortikosteroidlərin təyini: 

Antenatal kortikosteroid terapiyası (betametazon 12 mq əzələ 

daxilinə 24 saat intervalla 2 dəfə-cəmi 24 mq) 34 həftədən az 

hamiləlikdə bütün preeklampsiyalı qadınlara təyin olunur. (A) 

 

 

 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

19

Eklampsiyanın inkişaf edə biləcəyi ehtimalını bildirən əlamətlər  



(arterial təzyiqin qəflətən yüksəlməsi, ağır hipertenziya, diurezin 

azalması  və sidiyin rənginin tündləşməsi, qəflətən ödemlərin, 

xüsusilə üz və oma nahiyəsində,  əmələ  gəlməsi, proteinuriya) 

qeyd olunduqda vəziyyəti təcili idarə etmək tələb olunur.  

Məqsəd: 

 

qıcolmaların qarşısını almaq 



 

hipoksiya və asidozun korreksiyası 

 

ağır hipertenziyanın tənzimlənməsi 



 

doğuşun aparılma üsulunun seçilməsi 



Qıcolmalar zamanı görülən tədbirlər 

 



Lazım olan avadanlığı hazırlayın (intubasiya borusu, selik 

sorucusu, maska və kisə, oksigen) və dəqiqədə 4-6 litr olmaqla 

oksigen verin 

 



Qadını travmadan qoruyun 

 



Mədə möhtəviyyatının, qusuntu kütləsinin və qanın tənəffüs 

yoluna düşməməsi üçün qadını sol böyrü üstə uzadın 

 

Qıcolmadan sonra ağız boşluğunu və  tənəffüs yollarını sorucu 



ilə təmizləyin 

 



Qıcolmadan sonra dərhal maqnezial terapiyaya başlayın: 

 

başlanğıc doza – maqnezium-sulfatın 16 ml 25%-li məhlulu 



(4 qr quru maddə) 5-10 dəqiqə ərzində vena daxilinə; 

 

saxlayıcı doza – 1-2 qr saatda vena daxilinə (infuzomat 



vasitəsilə yeridilməyə üstünlük verilir) və ya vena daxilinə 

damcı üsulu ilə. 

 

qıcolmalar təkrar olarsa – maqnezium sulfatın 8 ml 25%-li 



məhlulu (2 qr quru maddə) vena daxilinə 5 dəqiqə  ərzində; 

qıcolmalar davam edərsə, maqnezium sulfatdan əlavə bir dəfə 

diazepam 10 mq vena daxiıinə  və ya tiopental 50 mq vena 

daxilinə yeritmək olar. 



Eklampsiya zamanı hipotenziv müalicə preeklampsiyada 

olduğu kimidir. 

Eklampsiya təcili doğuş aparmaq üçün mütləq göstərişdir. 

Lakin doğuşdan  əvvəl qadının vəziyyətini stabilləşdirmək 

lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

20

Mamalıq vəziyyətinin idarə edilməsi 



Preeklampsiyalı qadınlarda doğuşun vaxtının təyin edilməsi: 

 



Hamilə qadının və dölün vəziyyətinə ciddi monitor nəzarəti 

(uzunmüddətli və ya daimi KTQ) vacibdir. (D) 

 

Preeklampsiyanın yüngül və ya ağır dərəcəli olmasından asılı 



olmayaraq, hamiləliyin müddəti 34 həftədən az olarsa, 

hamiləliyin davam etdirilə bilməsinin mümkünlüyü məsələsi həll 

olunmalıdır. Vaxtından  əvvəl doğulmuş  uşağa perinatal 

mərkəzdə qulluq göstərilməlidir. (C) 

 

Hamiləliyin müddəti 34-36 həftə arasında olduqda, hamiləliyin 



davam etdirilməsinin xeyri və  zərəri barədə inandırıcı  dəlillər 

yoxdur. (D) 

 

Hamiləliyin müddəti 37 həftə  və artıq olduğu hallarda 



preeklampsiyanın ağırlıq dərəcəsindən asılı olmayaraq 

hamiləliyi təcili başa çatdırmaq qərarı verilməlidir. (D) 



Doğuş üsulunun seçimi 

 



Hipertenziv vəziyyətli hamilələrin doğuşu, keysəriyyə  kəsiyi 

əməliyyatına digər göstəriş olmadıqda təbii yolla başa 

çatdırılmalıdır. 

 



Əgər doğuşu təbii yolla aparmaq planlaşdırılırsa və  uşaqlıq 

boynu doğuşa hazır deyilsə, uşaqlıq boynunu hazırlamaq 

lazımdır. (A) 

 



Sistolik arterial təzyiqi 160 mm.c.süt-dan, diastolik arterial 

təzyiqi 110 mm.c.süt.-dan aşağı  səviyyədə saxlamaq məqsədilə 

hipotenziv müalicəni doğuşun I dövründə  və doğuş zamanı 

davam etdirmək lazımdır. 

 

Erqometrindən istifadə etmək olmaz (qıcolmalar meydana çıxa 



bilər). (C) 

Doğuşdan sonra müalicə 

Doğuşdan sonrakı 6 həftə ərzində müalicə iıə bağlı tövsiyələr: 

 



Zahılıq dövründə doğuşdan sonra 3-6-cı günlərdə arterial 

təzyiqin yüksəlməsi ehtimalı çox olduğundan xüsusilə ehtiyatlı 

olmaq lazımdır. (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

21



 

Hipotenziv müalicə  ağır preeklampsiyalı qadınlarda və 

hamiləliyi vaxtından  əvvəl doğuşla başa çatmış qadınlarda 

zahılıq dövründə də davam etdirilməlidir. (B)  

 

Zahılıq dövründə ağır hipertenziyanın müalicəsi sistolik arterial 



təzyiqi 160 mm.c.süt.-dan, diastolik arterial təzyiqi 110 

mm.c.süt.-dan aşağı səviyyədə saxlamağa yönəldilmişdir. (C) 

 

Yanaşı  ağırlaşmaları olan qadınlarda doğuşdan sonrakı dövrdə  



arterial təzyiqin orta dərəcədə artması zamanı hipotenziv 

müalicə təyin oluna bilər. (D)  

 

Hipotenziv terapiya – nifedipin, labetolol, metildopa, kaptopril, 



enalapril preparatları döşlə əmizdirdikdə belə istifadə oluna bilər 

 



Zahılıq dövründə hipertenziyanı  tənzimləmək çətin olduqda, 

oliquriya qeyd olunduqda, kreatininin səviyyəsi yüksək olduqda, 

trombositlərin miqdarı 50x10

P

9



P

/l-dən az olduqda qeyri-steroid 

iltihab əleyhinə preparatlar təyin etmək olmaz. (D) 

 



Preeklampsiyalı qadınlara, xüsusilə keysəriyyə 

kəsiyi 


əməliyyatından sonra və ya 4 gündən artıq yataq rejimi təyin 

edilmiş qadınlara doğuşdan sonrakı dövrdə tromboprofilaktika 

təyin etmək olar (tromboprofilaktikanın aparılması  qərarı 

koaquloqrammanın nəticəsinə əsaslanmalıdır).  

 

Ağır preeklampsiyalı qadınlarda keysəriyyə  əməliyyatından 



sonrakı dövrdə maqnezium sulfatın yeridilməsi davam 

etdirilməlidir. 

 

Əməliyyatdan sonra maye qəbuluna ciddi nəzarət edilməlidir. 



Standart rejim 80ml/saat ( vena daxili yeridilən maqnezium-

sulfat və qadının daxilə qəbul etdiyi maye daxil olmaqla). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

22

Hamiləlik hipertenziyasının profilaktikası 

 

Risk faktorlarının təsirinə  məruz qalan qadınların erkən 



diaqnostikası  və adekvat müalicəsi hamiləlik hipertenziyasının 

və onun ağırlaşmalarının qarşısının alınmasında mühüm yer 

tutur. 



 



Maye və duz qəbulunun azaldılması hamiləlik hipertenziyasının 

qarşısını almır. (B) 

 

Preeklampsiyanın inkişafı üzrə yüksək risk qrupuna aid olan 



qadınlarda kiçik dozada aspirinin istifadəsinin faydası qeyd 

olunur. (A) 

 

Sutkada 1 qram dozada kalsium qəbulu preeklampsiya riskini 



azaldır. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

23

Ədəbiyyat 



 

1.

 



Abalos E, Duley L, Steyn DW, et al: Antihypertensive drug 

therapy for mild to moderate hypertension during pregnancy 

(Cochrane Review). In Cochrane Library, Issue 2. Oxford, 

Software, 2001. 

2.

 

Action Pre-eclampsia (APEC) Pre-eclampsia community 



guideline. Middlesex (UK) Action on Pre-eclampsia (APEC), 

2004, 20 p. 

3.

 

American College of Obstetricians and Gynecologists: Diagnosis 



and management of preeclampsia and eclampsia: ACOG Practice 

Bulletin No. 33. Obstet Gynecol 2002; 99:159-167. 

4.

 

Atalah AN, Hofmeyer GJ, Duley L, et al: Calcium 



supplementation during pregnancy for preventing hypertensive 

disorders and related problems (Cochrane Review). In Cochrane 

Library, Issue 2. Oxford, Software, 2001. 

5.

 



Crowley P: Prophylactic corticosteroids for preterm birth 

(Cochrane Review). In Cochrane Library, Issue 2. Oxford, 

Software, 2001. 

6.

 



Diagnosis, Evaluation, and Management of the Hypertensive 

Disorders of Pregnancy. The Society of Obstetricians and 

Gynaecologists of Canada. Journal of Obstetrics and 

Gynaecology Canada - Volume 30, Number 3, Supplement 1, 

March 2008. 

7.

 



Duley L, Henderson-Smart DJ: Drugs for rapid treatment of very 

high blood pressure during pregnancy (Cochrane Review). In 

Cochrane Library, Issue 2. Oxford, Software, 2001. 

8.

 



Duley L, Henderson-Smart D: Reduced salt intake compared to 

normal dietary salt, or high intake, in pregnancy. (Cochrane 

Review). In Cochrane Library, Issue 2. Oxford, Software, 2001.   

9.

 



Knight M, Duley L, Henderson-Smart DJ, et al: Antiplatelet 

agents for preventing and treating pre-eclampsia (Cochrane 

Review). In Cochrane Library, Issue 2. Oxford, Software, 2001.   

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

24

10.



 

Kroner C, Turnbull D, Wilkinson C: Antenatal day care units 

versus hospital admission for women with complicated 

pregnancy. Cochrane Database Syst Rev 2001: CD001803. 

11.

 

Magee LA, Duley L: Oral beta-blockers for mild to moderate 



hypertension during pregnancy (Cochrane Review). In Cochrane 

Library, Issue 2. Oxford, Software, 2001. 

12.

 

Markides M, Growther CA: Magnesium supplementation in 



pregnancy (Cochrane Review). In Cochrane Library, Issue 2. 

Oxford, Software, 2001. 

13.

 

Milne F, Redman C, Walker J et al. The pre-eclampsia 



community guideline (PRECOG). How to screen for and detect 

onset of pre-eclampsia in the community. BMJ. 2005 Mar 12, 

330 (7491): 576-580. 

14.


 

Pre-eclampsia community guideline (PRECOG). Published 

version 2004. 

15.


 

Report of the National Blood Pressure Education Program 

Working Group on High Blood Pressure in Pregnancy. Am J 

Obstet Gynecol 2000; 183: S1-S22. 

16.

 

von Dadelsen P, Ornstein MP, Bull SB, et all: Fall in mean 



arterial pressure and fetal growth restriction in pregnancy 

hypertension: A meta-analysis. Lancet 2000; 355: 87-92. 

17.

 

Royal College of Obstetricians and Gynaecologists. THE 



MANAGEMENT OF SEVERE PREECLAMPSIYA/ 

ECLAMPSIYA. Guideline 10, RCOG Press, March 2006. 



 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

25

Əlavə 1 



Arterial təzyiqin ölçülmə qaydası 

Ölçmə texnikası 

YADDA SAXLAYIN! 

Arterial təzyiqi ölçmək üçün istifadə olunan cihazın düzgün 

işləməsi yoxlanılmalıdır, həmçinin müntəzəm olaraq 

sfiqmomanometrin dərəcələnməsi aparılmalıdır. 

 

 



Qadınlarda AT oturaq vəziyyətdə hər iki qolda ölçülməlidir (B) 

 



Uyğun ölçüdə  manjetdən istifadə edilməlidir (B) 

 



Arterial küyün itməsi diastolik təzyiq nöqtəsi kimi qəbul olunur 

(A) 

 



Əgər yüksək arterial təzyiq hər hansı qolda təyin olunursa, 

növbəti müayinə zamanı AT həmin qolda da ölçülməlidir (D) 

 

AT ölçülməsi üçün civəli manometrdən (sfiqmomanometr) 



istifadə olunur 

 



Elektron (avtomatik) cihaz preeklampsiyalı qadınlarda AT 

ölçməsini dəqiq aparmaya da bilər və müqayisə üçün məsləhət 

görülür ki, sfiqmomanometrdən də istifadə olunsun (B) 

 



Hipertenziya diaqnozu həkimin otağında və ya stasionarda 

aparılmış ölçmənin nəticəsinə əsaslanmalıdır (C) 

 

Yüngül hipertenziya diaqnozu bir neçə ölçmənin nəticələrinə 



əsaslanmalıdır (C) 

 

Əgər ölçmə ev şəraitində aparılacaqsa, pasiyentlər AT 



ölçülməsinin düzgün texnikası barədə məlumatlandırılmalıdırlar. (D) 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

26

Əlavə 2 



Hamilə qadının tibb müəssisəsinə köçürülməsi 

1.

 



Hamilə qadının həyatı tibb personalın fəaliyyətinin cəldliyindən 

asılıdır. 

2.

 

Təcili yardım briqadası tez çağırılmalı  və ya hamilə qadının 



stasionara təcili göndərilməsi təmin edilməlidir. Tez və başa 

düşüləcək tərzdə qadına (huşu aydındırsa) və / və ya yoldaşına 

nə baş verdiyini anlatmaq lazımdır. Hamilənin köçürülmələri 

yalnız təkərli xərəkdə mümkündür. 

3.

 

Qadını sol tərəfə çevirmək və maska vasitəsi ilə oksigen 



təchizatını təmin etmək lazımdır. 

4.

 



Maqnezial terapiya həyata keçirilir, hemodinamik nəzarət və 

qeydlər aparılır  

5.

 

Protokola uyğun olaraq antihipertenziv preparatlar təyin olunur 



6.

 

Qıcolma baş verdikdə, qadın travma ala bilməyəcəyi yerə 



uzadılır (düz yerə) 

7.

 



Qıcolma zamanı qadını tutmaq lazım deyil; güclə ağzına diltutan 

və ya ağızgenişləndirici salmaq olmaz. Bunları  qıcolmadan 

əvvəl etmək lazımdır (dilinə sıxac qoymaq olmaz). 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

27

Əlavə 3 



PASİYENT ÜÇÜN MƏLUMAT 

Preeklampsiya ilə bağlı meydana çıxan suallar 

 

Preeklampsiya nə deməkdir?  

 

Preeklampsiya hamiləlik zamanı meydana çıxan, həm anaya, 



həm də  uşağa təsir göstərən xəstəlikdir. Adətən  preeklampsiyanın 

yüngül forması rast gəlinir, lakin preeklampsiyanın ağır, həyat üçün 

təhlükəli formaları da mövcuddur. Ən ağır vəziyyət – eklampsiya 

adlanan qıcolmalar preeklampsiyanın növbəti mərhələsidir. 

 

Preeklampsiyaya kim məruz qala bilər?  

 

Hamiləlik zamanı arterial təzyiqi yüksək olan hər 10 qadından 



birində preeklampsiya inkişaf edə bilər.  İlk dəfə hamilə olan 

qadınlarda, yaşı 40-dan artıq olan qadınlarda, BÇİ 35-dən artıq olan 

qadınlarda, ailə üzvlərinin və özünün anamnezində preeklampsiya 

olan qadınlarda, hamiləliklər arası interval 10 ildən artıq olduqda, 

arterial təzyiqi yüksək olan, şəkərli diabeti, böyrək xəstəliyi olan 

qadınlarda, çoxdöllü hamiləlik zamanı preeklampsiyanın inkişaf 

etmək təhlükəsi böyükdür.  

 

Bu halın səbəbi nədir?  

 

Bu patologiya plasenta ilə əlaqədardır, bu zaman plasenta dölün 



qanla təchizatını məhdudlaşdırır. Patoloji vəziyyət hamiləliyin erkən 

dövrlərində inkişaf etməyə başlayır, lakin adətən hamiləliyin daha 

gec dövrlərində təzahür edir. 

 

Hansı əlamətlərə diqqət yetirmək lazımdır?  

 

Yüksək arterial təzyiq, proteinuriya, qəflətən meydana çıxan və 



sürətlə artan ödemlər (ayaqlarda, üzdə, qarında, bel nahiyəsində), 

başağrıları, görmə pozğunluqları, epiqastral nahiyədə  ağrı, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

28

ürəkbulanma, qusma, sidik ifrazının azalması, sarılıq, USM zamanı 



dölün inkişafının ləngiməsi. 

 

Preeklampsiya necə müalicə olunur?  

 

Preeklampsiyalı qadınlar ciddi nəzarət altında olmalıdırlar 



(xəstəxanada və ya gündüz stasionarında) və arterial təzyiqi 

sabitləşdirmək məqsədilə dərman preparatları qəbul etməlidirlər. 

 

Preeklampsiyalı qadının tam sağalması mümkündürmü? 

  

Preeklampsiya yalnız uşaq doğulduqdan sonra keçə bilər, çünki 



əsas səbəb – plasentanın patologiyasıdır. Ona görə  də 

preeklampsiyalı qadınlarda süni olaraq sürətləndirilmiş vaxtından 

əvvəl doğuşlar daha çox rast gəlinir. 

 

Bu hal təkrar oluna bilərmi? 



 

Bəli, bəzi qadınlarda bu hal təkrar olunur. 



 

Bu vəziyyəti daha erkən aşkar etmək mümkündürmü?  

 

Hamilə qadın müntəzəm surətdə,  həkimin təyin etdiyi vaxt tibb 



müəssisəsinə  gəldikdə, hipertenziv pozğunluqların vaxtında aşkar 

olunması ehtimalı böyükdür. 

 

Özünə kömək etmək üçün qadın nə edə bilər?  

 

Hamilə qadın həkimin məsləhətlərinə riayət etməli, həkimin 



təyin etdiyi vaxtda qəbula gəlməli və narahat edən bütün simptomlar 

və hallar barədə həkimə və ya mamaya məlumat verməlidir.  

 

Əlaqə telefonu:   

 

Mama (telefon nömrəsi) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Document Outline

  • Preqnancy Hypertension3.jpg
  • 32 Hypertension During Pregnancy A5.doc

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə