9
simptomatikanın ifadə olunma dərəcəsi nisbətən yüngül emosional
solğunluqdan özünəxidmət qabiliyyətinin itirilməsinə qədər geniş
dairədə dəyişə bilər. Sabitləşmə (stabilləşmə) mərhələsi pasiyent
kəskin vəziyyətdən çıxdıqdan sonra başlayır. O, kəskin mərhələyə
nisbətən az ifadə olunmuş neqativ və qalıq məhsuldar əlamətlərin
mövcud olması ilə səciyyələnir. Bəzi pasiyentlərdə qalıq produktiv
(məhsuldar) əlamətlər olmaya bilər, digərlərində isə təşviş,
depressiya, yuxunun pozulması kimi qeyri-psixotik əlamətlər aşkar
edilə bilər. Təqribən 50% xəstələrdə remissiyanın olması qeyd edilir,
hansı ki, funksional adaptasiyanın bərpa olunması ilə səciyyələnir.
Lakin xəstələrin digər yarısında remissiya dövründə neqativ
simptomatikanın artması aşkar edilir. Bu, ehtimal ki, xəstəliyin gediş
xüsusiyyəti, qeyri-adekvat medikamentoz və psixososial yardım ilə
əlaqədardır.
Xəstəliyin başlanmasından sonra ilk 5 ili xəstəliyin erkən dövrü
hesab etmək qəbul edilmişdir. Simptomatikanın inkişafı və
pasiyentin sosial fəaliyyətinin pisləşməsi məhz kritik hesab olunan
bu dövrdə müşahidə edilir, hansı ki, 80% xəstələrdə ilk 5 il ərzində
təkrar kəskinləşmələr baş verir. Təkrar kəskinləşmələri, bir qayda
olaraq, bir ay müddətində qeyri-psixotik əlamətlər müşayiət edir.
Şizofreniyanın uzunmüddətli proqnozu nisbi sağalmadan əmək
qabiliyyətinin tam itirilməsinə qədər dəyişir. 15-20% pasiyentlərdə
təkrar epizodların qeyd edilməməsinə baxmayarq, 70% xəstələrdə
klinik mənzərənin tədricən pisləşməsi ilə kəskinləşmələr
remissiyalar ilə növbələnir, 10-15% xəstələrdə isə xroniki ağır
vəziyyət müşahidə olunur. Yaxşı proqnoz, adətən, aşağıdakı
amillərlə assosiasiya olunur:
►
Qadın cinsinə mənsub olma
►
Ailə üzvlərində affektiv xəstəliklərin mövcudluğu
►
Xəstəliyin mənşəyində irsi amilin olmaması
►
Yaxşı premorbid fəaliyyət
►
Yüksək zehin
►
Nigahda olmaq
►
Xəstəliyin gec yaşda başlaması
►
Stresslə əlaqədar kəskin başlanğıc
►
Nadir kəskinləşmələr
►
Fasiləli gediş
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
10
►
Komorbidliyin (yanaşı xəstəliklərin olmaması) olmaması
►
Klinik mənzərədə pozitiv əlamətlərin üstünlük təşkil etməsi
İntihar 10% pasiyentlərdə, çox vaxt kişilərdə qeyd olunur,
ölümün səbəbi həmçinin bədbəxt hadisələr, ürək-damar, respirator
və infeksion xəstəliklər də olur.
XBT-10 ÜZRƏ TƏSNİFAT
F20
Şizofreniya
F20.0 Aranoid şizofreniya
F20.1 Hebefren şizofreniya
F20.2 Katatonik şizofreniya
F20.3 Diferensiasiya edilməmiş şizofreniya
F20.4 Postşizofrenik depressiya
F20.5 Qalıq şizofreniya
F20.6 Şizofreniyanın sadə tipi
F20.7 Şizofreniyanın digər tipi
F20.8 Dəqiqləşdirilməmiş şizofreniya
ŞİZOFRENİYANIN DİAQNOSTİKASI
F20 Şizofreniya*
G1 Müddəti bir aydan az olmayan psixotik epizodun çox
hissəsi ərzində (və ya əksəriyyət günlərin hər-hansı vaxtı ərzində)
Siyahı 1-də sadalanan əlamətlərdən minimum biri, və ya Siyahı 2-də
olan əlamətlərdən minimum ikisi qeyd edilməlidir.
Siyahı 1. Aşağıdakı əlamətlərdən minimum biri:
a) “əks-səda” fikirlər, fikirlərin əlavə edilməsi və ya ayrılması,
ya da aşkar fikirlər.
b) bədənin və ya ətrafların hərəkətlərinə və ya fikirlərə aydın
şəkildə aid olan təsir və ya nüfuz etmə sayıqlaması; sayıqlama
qavraması;
c) xəstənin davranışının cari şərhi və ya onu öz aralarında
müzakirə etmək kimi ifadə olunan hallüsinator “səslər” ya da
bədənin hər hansı hissəsindən çıxan hallüsinator “səslər”in digər
tipləri;
d) özünü dini və ya siyasi şəxslərlə eyniləşdirmək, fövqəlinsan
bacarıqları barədə fikirlər söyləmək (məsələn, havanı idarə etmək
imkanı və ya yad planetlilər ilə ünsiyyət haqqında) kimi mədəni
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
11
cəhətdən qeyri-adekvat və mahiyyətcə tamamilə mümkün olmayan
digər növ davamlı sayıqlama ideyaları.
Siyahı 2. Aşağıdakılardan minimum iki əlamət:
a)
istənilən növ xroniki hallüsinasiyalar, əgər onlar aydın
affektiv məzmun olmadan minimum bir ay müddətində hər gün baş
verir və sayıqlama ilə (hansı ki, qeyri-sabit və yarımformalaşmış ola
bilər) müşayiət edilir;
b)
neologizmlər, nitqin rabitəsiz və ya mənasız olmasına gətirib
çıxaran təfəkkür qırıqlığı
c)
oyanma, donma, mumabənzər plastiklik, neqativizm, mutizm
və stupor kimi katatonik əlamətlər;
d)
ifadə olunmuş apatiya, nitqin kasadlaşması və hamarlanması
(silinməsi) və ya emosional reaksiyaların qeyri-adekvat olması kimi
neqativ əlamətlər (aydın olmalıdır ki, onlar depressiya və ya
neyroleptik terapiya ilə əlaqədar deyil).
G2. Daha çox istifadə olunan müstəsna meyarları:
1.
Əgər hal həmçinin maniakal epizodun (F30-) və ya depressiya
epizodunun (F32-) meyarlarına uyğun gəlirsə, yuxarıda
sadalanan meyarlar G1.1 və G1.2 əhval-ruhiyyə pozuntusunun
inkişaf etməsinə qədər aşkar edilməlidirlər.
2.
Pozuntu beynin üzvi xəstəliyinə (F00-F09 ifadə edildiyi kimi) və
ya alkoqol və narkotik intoksikasiyaya (F1x.0), asılılığa (F1x.2)
və ya kəsilmə vəziyyətinə (F1x.3 və F1x.4) aid edilə bilməz.
*
psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış
Formaları
Klinik mənzərəsindən asılı olaraq şizofreniyanın ayrı-ayrı
formalarını ayırd edirlər. Şizofreniyanın ilk 4 əsas formaları ümumi
meyarlara uyğun gəlməlidir (cəd. bax)
►
Paranoid şizofreniya (F20.0) - şizofreniyanın daha tez-tez rast
gəlinən formasıdır, bu zaman sayıqlama (təqib, əhəmiyyət və
münasibət, təsir) və/və ya hallüsinasiya (hədələyici və ya
imperativ xarakterli “səslər”, iybilmə və dadbilmə qavramasının
təhrif olunması, qeyri-adi cinsi və ya cismani hisslər) ən çox
ifadə olunan əlamətlərdir. Şizofreniyanın digər əlamətləri
(emosional solğunluq və ya qeyri-adekvatlıq, katatonik əlamətlər
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
Dostları ilə paylaş: |