Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 305,1 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix17.09.2017
ölçüsü305,1 Kb.
#293
1   2   3   4   5   6   7   8   9   10

 12

və ya rabitəsiz nitq) klinik mənzərədə üstünlük təşkil 

etməməlidirlər. 

 



Hebefrenik  şizofreniya (F20.1) - aydın və davamlı emosional 

solğunluq və/və ya qeyri-adekvatlıq, yöndəmsiz və/və ya 

mənasız (“səfeh”) davranış, rabitəsiz nitq şəklində təzahür edən 

təfəkkür pozuntuları daha çox ifadə olunmuşdur. 

 

Katatonik  şizofreniya (F20.2) - minimum 2 həftə müddətində 



bir və ya daha çox katatonik əlamətlərin (stupor, psixomotor 

oyanıqlıq, qəribə pozada donmaq, neqativizm, rigidlik, 

mumabənzər plasatiklik, göstərişlərə qeyri-şüuri itaət etmək) 

olması ilə səciyyələnir. 

 

Diferensasiya edilməmiş  şizofreniya (F20.3) - yuxarıda 



sadalanan formaların meyarlarını 

aşkar etmək üçün 

simptomatika kifayət qədər deyil və ya iki və daha artıq 

formalara uyğun meyarlar üzə çıxır. 

 

Postşizofrenik depressiya (F20.4) - Son 12 ay müddətində 



şizofreniyanın ümumi meyarları aşkar olunmalı idi, lakin hazırda 

onlara rast gəlinmir. G1 (2) a), b),c) və ya d) meyarında qeyd 

olunan vəziyyətlərdən biri saxlanmalıdır. Heç olmasa yüngül 

depressiv epizodun (F32.0) meyarlarına uyğun gəlmək üçün 

depressiv  əlamətlər kifayət qədər davamlı, ifadəli və  rəngarəng 

olmalıdır. 

 

Qalıq  şizofreniya (F20.5) -  şizofreniyanın ümumi meyarları 



keçmişdə  hər-hansı bir müddət aşkar olunmalı idi, lakin onlara 

hazırda rast gəlinmir. Əvvəl gələn 12 ay müddətində minimum 4 

“neqativ”  əlamət olmalıdır (psixomotor tormozlanma və ya 

hipoaktivlik, emosional kütlük, təşəbbüs göstərməkdə passivlik 

və çatışmamazlıq, həcm və  məzmunca nitqin kasadlığı, üzün 

qeyri adekvat mimik ifadəsi, göz kontaktı, səsin və ya pozanın 

modulyasiyası ilə  təyin olunan qeyri-verbal ünsiyyət kasadlığı, 

sosial adaptasiyanın və özünə qulluq etməyin aşağı  səviyyəyə 

düşməsi. 

 



Sadə şizofreniya (F20.6) - hər üç əlamətin-autizasiya, “neqativ” 

əlamətlərin tədricən meydana gəlməsi və  dərinləşməsi, sosial, 

təlim və ya peşə adaptasiyasının aydın şəkildə aşağı enməsi, bir 

ildən az olmayaraq müddətə yavaş-yavaş proqressiv surətdə 

inkişaf etməsi. Bu zaman klinik hadisə heç vaxt şizofreniyanın 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 13

və ya digər psixotik pozuntunun istənilən digər tipinə uyğun 

gəlməməlidir.  

Gediş tipi  

Şizofrenik pozuntuların gedişində xeyli müxtəlifliyi nəzərə 

alaraq, beş  işarədən istifadə etməklə gediş tipini dəqiqləşdirmək 

məqsədəuyğun ola bilər. Gediş  minimum bir il müddətində 

müşahidə olunduqdan sonra kodlaşdırılmalıdır. 

F20x0 fasiləsiz (bütün müşahidə dövrü ərzində psixotik 

simptomatikada remissiya yoxdur) 

F20x1 epizodik artan qüsurlu (psixotik epizod arasındakı 

fasilələrdə “neqativ” simptomatikanın proqredient inkişaf etməsi) 

F20x2 epizodik stabil qüsurlu (psixotik epizod arasındakı 

fasilələrdə davamlı, lakin qeyri-proqredient simptomatika) 

F20x3 epizodik remittent (qayıdan) (psixotik epizodlar arasında 

tam və ya faktik tam remissiyalar) 

F20x4 natamam remissiya  

F20x5 tam remissiya 

F20x8 digər gediş tipi 

F20x9 gediş təyin edilməmişdir, müşahidə dövrü olduqca qısadır 

Diferensial diaqnostika 

Cədvəl № 1. Şizofreniyanın diferensial diaqnostikası 

Pozuntu 

Şizofreniyanın 

meyarları 

Digər əlamətləri 

Vəziyyətin 

davamlılığı 

Şizofreniya Bəli 

Xeyr 

> 1 ay 


Şizotipik pozuntu 

Xeyr 


Davranış, təfəkkür 

və emosiya 

pozuntuları, 

proqredient gediş və 

neqativ 

əlamətlər 

olmadan 

> 2 il 


Sayıqlama 

pozuntusu 

Ayrı-ayrı 

meyarlar 

Monotematik 

sayıqlama, 

hallüsinasiya və 

neqativ  əlamətlərin 

olmaması 

 

> 3 ay 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır




 14

Kəskin 


şizofreniyayabən-

zər psixotik 

pozuntu 

Bəli Kəskin başlanğıc 



< 1 ay 

Şizoaffektiv 

pozuntu 

Bəli 


İfadə olunmasına 

görə 


şizofrenik 

əlamətlərə  bərabər 

maniakal və ya 

depressiv 

əlamətlərin eyni 

vaxtda olması 

> 2 həftə 

Pasiyentlərin aşkar edilməsi və müayinəsi 

1.

 



Belə ki, ilk dəfə şizofreniya əlamətləri aşkar olunan pasiyentlərin 

əksəriyyəti çox vaxt ilkin səhiyyə sistemi həkimlərinə müraciət 

edirlər. Ona görə ilkin səhiyyə sistemi mütəxəssisləri 

şizofreniyaya  şübhə olan və ya ilk dəfə  şizofreniya diaqnozu 

qoyulmuş bütün xəstələri həkim psixiatrın müayinəsinə 

göndərməlidirlər [D]

2.

 

İlkin səhiyyə sistemi həkimləri pasiyentlərin qeyri-adi mülahizə 



və şikayətləri, qəribə davranış, qeyri-adekvat əhval-ruhiyyə kimi 

əlamətlərinə diqqət yetirməlidirlər. Belə  xəstələrin müayinə 

planına psixiatrın konsultasiyası da daxil olmalıdır [D]

3.

 



İlkin səhiyyə sistemi həkimləri xəstələrdə  şizofreniyanın kəskin 

psixotik əlamətlərini aşkar etdikdə, bu xəstələri təcili psixiatriya 

müəssisələrinə göndərməlidirlər. Həkim psixiatr tərəfindən 

yardım göstərmək mümkün olmadığı müstəsna hallarda, ilkin 

səhiyyə sistemi həkimi kəskin vəziyyəti aradan götürmək üçün 

atipik antipsixotiklər təyin edərək,  ən qısa müddətə 

ixtisaslaşdırılmış yardımla yararlanma imkanını  təmin etməlidir 

[C].  

4. Müalicə başlanana qədər pasiyentdə  aşağıdakı müayinələri 

aparmaq lazımdır [D]

 

Əsas göstəricilər – arterial təzyiq, nəbz, hərarət, bədən kütləsi 



indeksi 

 

Qanın genişləndirilmiş analizi, qanda qlükozanın, lipidlərin 



(xolesterin, lipoproteidlər, triqliseridlər) və  prolaktinin 

miqdarı 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır




Yüklə 305,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə