Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 305,1 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.09.2017
ölçüsü305,1 Kb.
#293
1   2   3   4   5   6   7   8   9   10

 15

 

Qaraciyərin, böyrəklərin, qalxanvari vəzinin funksiyasının 



müayinəsi 

 

Nevroloji müayinə, EKQ, flüoroqrafik müayinə, oftalmoloji 



müayinə (40 yaşdan yuxarı  şəxslər üçün), hədd-buluğa 

çatmış qadınlarda hamiləliyə görə müayinə 

 

Sifilis, hepatit C, İİV, vərəm testi, narkotiklərin və alkoqolun 



istifadəsinə görə test. 

Şizofreniya xəstəliyinin müalicəsi 

1.

 



Şizofreniya diaqnozu olan xəstələr AR-nın konstitusiyası ilə 

təminat verilən bütün hüquqlara malikdirlər.  Şizofreniyalı 

xəstələrin müalicəsi AR-nın “Psixiatriya yardımı haqqında” 

qanunu və digər qanunverici aktları ilə  tənzim olunur. 

Müəssisənin müdriyyəti və tibbi personal müalicə  və yardım 

göstərmə prosesində  şizofreniyalı  xəstələrin hüquqlarına riayət 

olunmasına görə məsuliyyət daşıyırlar. 

2.

 



Pasiyentlər və onların ailə üzvləri, adətən kifayət qədər 

məlumata malik olmurlar və çox vaxt özlərinə qarşı və xəstəliyin 

proqnozu haqqında neqativ hisslər keçirirlər. Buna görə  də, 

həkimlər aydın və başa düşülən formada onlara şizofreniya və 

yardım göstərmə prosesində ailənin pozitiv rolu haqqında 

məlumatlar verməlidirlər. Müalicənin bütün mərhələlərində 

həkimlər terapevtik optimizm və etibar atmosferini saxlamaqla, 

pasiyentlər və onların ailə üzvləri ilə qarşılıqlı  əməkdaşlıq 

əlaqələrini inkişaf etdirməlidirlər [D] 

Şizofreniyanın ilk epizodunun müalicəsi 

U

Affektiv əlamətləri olmayan şizofreniyanın  

U

ilk epizodunun müalicəsi 

1.

 



İlk dəfə diaqnozu qoyulmuş  şizofreniyanın müalicəsinə imkan 

daxilində tez başlamaq lazımdır. Müalicənin gecikməsi ifadə 

olunmuş distreslə  əlaqədardır və ictimai-təhlükəli fəaliyyət 

riskini artırır. Eyni zamanda ilk epizodun müalicəsinin tez 

başlanması 90% pasiyentlərin vəziyyətinin yaxşılaşmasına 

gətirib çıxarır [B]

2.

 

Şizofreniyanın ilk epizodundan əvvəl uzun müddət qeyri-



psixotik  əlamətlərin olması  və prodromal dövrdə adaptasiyanın 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 16

tədricən pisləşməsi ola bilər. Şizofreniyanın ilk epizodunun son 

dərəcə yüksək riskdə başlanmasına aşağıdakılar aiddir [A]

 

gənc yaş-14-35 yaş 



 

əvvəlki aylar ərzində pasiyentin hisslərinin və davranışının 

dəyişməsi 

 

kifayət qədər ifadə olunmayan və ya diaqnoz qoyulması üçün 



uzunmüddətli subklinik pozitiv əlamətlər 

 

yaxın qohumlarda psixotik və ya şizotipik pozuntular 



 

son zamanlar sosial fəaliyyətin davamlı azalması 

3.

 

İlk epizodun müalicəsini stasionardan kənarda aparmaq lazımdır, 



bu psixiatriya xəstəxanalarında müalicəyə görə qorxu və yanlış 

fikir hissini keçirən pasiyentlər və onların ailə üzvlərinin 

psixoloji travma və təşvişini azaldır. Stasionar yardım özünə və 

ətrafdakılara zərər yetirmə riski olan, həmcinin ailədə  və ya 

icmada göstərilən yardımın səviyyəsi kifayət etməyən 

pasiyentlər üçün lazımdır [C]

4.

 

İlk dəfə psixotrop dərman vasitələri qəbul edən pasiyentlərə 



farmakoloji müalicə çox ehtiyatla təyin edilməlidir.  Əgər 

xəstənin vəziyyəti imkan verirsə, ilk 24-48 saat ərzində 

antipsixotiklər təyin etməmək olar. Lakin bu zaman  təşviş  və 

yuxu pozuntusunu aradan qaldırmaq üçün benzodiazepinlər təyin 

edərək müşahidə etmək məsləhət görülür (C)

5.

 



Atipik antipsixotiklər  şizofreniyanın müalicəsi ücün birinci 

seçim dərman vasitələridir, belə ki, onlar daha yaxşı tolerantlığa 

və gecikmiş diskineziyanın inkişaf etməsinin aşağı riskinə 

malikdirlər. Azərbaycanda qeydiyyatdan keçmiş atipik 

antipsixotiklər olanzepin, risperidon, sertindol, ziprazidondur 

[B]. Klozapin də atipik antipsixotikdir, lakin o, ikinci seçim  

dərman vasitələrinə aiddir [A].  

6.

 

Şizofreniyanın ilk epizodu olan xəstələrə antipsixotiklərin kiçik 



dozalarını, 7 gün müddətində başlanğıc müalicə dozasına 

(olanzapin üçün - 10 mg, risperidon üçün - 2 mq, sertindol üçün - 

8mq., ziprazidon üçün - 80 mq.), qədər artıraraq və üç həftə 

ərzində saxlayaraq təyin etmək lazımdır [C]

7.

 

Əgər effekt kifayət qədər deyilsə, sonrakı 4 həftə  ərzində, 



tədricən, göstərilən dərman vasitələrinin dozasını orta terapevtik 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 17

dozaya çatdırmaq lazımdır (risperidon – 4 mq, olanzapin - 20 

mq, sertindol - 16 mq., ziprazidon - 160 mq,) [C]  

8.

 



Əgər atipik antipsixotikin qəbulu ilə  əlaqədar çəkinin artması, 

karbohidrat mübadiləsinin pozulması  və cinsi disfunksiya baş 

verirsə, digər atipik və ya ənənəvi anipsixotiklərin təyin 

edilməsini nəzərdən keçirmək lazımdır [D]

9.

 

Əgər terapevtik reaksiya kifayət deyilsə, səbəbini 



müəyyənləşdirin [D]

 

Dərman vasitəsinin kifayət etməyən dozası - əlavə  təsirlər 



olmadıqda artırıla bilər  

 

Kifayət qədər olmayan meyllilik - imtina etmənin səbəblərini 



müzakirə edərək,  doza və müalicə rejimi variantlarını təklif 

edin 


 

Zəif həssaslıq olarsa - digər atipik antipsixotikə keçin və 6-8 

həftə müşahidə edin. 

10.


 

Kifayət qədər həssaslıq, meyllilik olmayan və ya intihar riski 

yüksək olan hallarda klozapinə (klozapinin başlanğıc dozası 12,5 

mq/gün) keçin və   ya uzunmüddətli təsir göstərən (prolong – 

risperidon - CONSTA) inyeksiya şəklində atipik antipsixotikin 

təyin edilməsinin mümkünlüyünü nəzərdən keçirin [A].  

11.

 

Əgər həssaslıq  əldə olunubsa, 12 ay müddətində terapiyanı 



davam etdirmək və sonra 2-4 ay ərzində  dərmanın qəbulu 

kəsilənə qədər  tədricən dozanı azaltmaq lazımdır. Təqribən 20% 

pasiyentlərdə şizofreniyanın ilk epizodunun müalicəsindən sonra 

tam remissiya əldə etmək mümkün olmur, belə pasiyentlər daha 

uzun müddət 

ərzində 


dəstəkverici terapiyanı davam 

etdirməlidirlər [B]

12.

 

İlk epizodun müalicəsi qurtardıqdan sonra müntəzəm olaraq 



pasiyentin psixi sağlamlığının monitorinqini (intihar etmə  və 

digər ictimai-təhlükəli fəaliyyət riskini qiymətləndirmək daxil 

olmaqla) aparmaq lazımdır.  Şizofreniyanın ilk epizodunu 

keçirmiş  əksəriyyət pasiyentlər xəstəliyin birinci ili ərzində 

psixiatr mütəxəssislər tərəfindən müntəzəm müşahidə olunmalı 

və onların psixi sağlamlıq problemi tam həll olunmayana qədər 

ilkin yardım sisteminə göndərilməməlidirlər [D]

13.


 

Psixososial müdaxilələr müalicənin əvvəlində böyük əhəmiyyətə 

malikdirlər. Belə ki, onlar davamlı  və münasib yardım üçün 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



Yüklə 305,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə