Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 305,1 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.09.2017
ölçüsü305,1 Kb.
#293
1   2   3   4   5   6   7   8   9   10

 24

qədər artırmaqla klozapin ilə əvəz etmək lazımdır. Kifayət qədər 

terapevtik effekt olmadıqda, klozapini digər antipsixotik 

vasitələrlə birgə  təyin etmək olar. İkinci dərman vasitəsinin 

seçilməsi konkret pasiyent üçün onun böyük effektivliyi və daha 

yaxşı tolerantlığı (digər dərman vasitələrinə nisbətən) ilə 

müəyyən edilir [C]

4.

 



Əgər müalicəyə rezistentlik (dözümlülük), xəstənin dərmanların 

qəbul rejiminə əməl etməsinə kifayət qədər meylli olmaması ilə 

əlaqədardırsa uzunmüddətli təsir göstərən (prolonq – reperidon 

CONSTA) antipsixotik dərman vasitəsinin təyin edilmə 

mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Uzunmüddətli təsir 

göstərən (prolonq) dərman vasitələri standart dozalarda və vaxt 

intervallarına əməl edilməklə təyin olunmalıdırlar. Onların təyini 

zamanı, dərman vasitəsinin  əzələdaxili inyeksiyasının yerinə 

yetirilməsi üçün nəzərdə tutulan müalicə müəssisəsinə müntəzəm 

gəlişlər və ya tibbi personalın evə getməsi kimi təşkilati 

proseduralar dəqiq müəyyən edilməlidir [C]

5.

 



Terapevtik rezistentliyi olan xəstələrdə pozitiv effekti müalicəyə 

koqnitiv-davranış terapiyasını (KDT) əlavə etməklə  əldə etmək 

olar  [B]. Bundan başqa ailə müdaxilələri və normal həyat 

şəraitinin saxlanması müalicəyə rezistentliyi (dözümlülüyü) olan 

xəstələr üçün çox vacibdir. Belə ki, onlar cəmiyyətdə  təcrid 

olunma riskinə malikdir, ailələri isə müalicə nəticəsində gözlənilən 

effektin olmaması ilə əlaqədar ruhdan düşə bilərlər [D]

U

Remissiya dövründə müalicə  

1.

 

Remissiya dövründə terapiyanın məqsədləri sabit psixi vəziyyəti 



saxlamaq, təkrar kəskinləşmələrin qarşısını almaq, maksimum 

imkan dərəcəsində  cəmiyyətdə tam dəyərli həyata qayıtmaq, 

produktiv fəaliyyət qabiliyyətini inkişaf etdirmək və ya bərpa 

etmək, həyat keyfiyyətini yaxşılaşdırmaqdır [C]

2.

 

Şizofreniyanın müalicəsi zamanı remissiya mərhələsində 



antipsixotik dərman vasitələri dəstəkverici terapiya 

əvəzedilməzdir.  Şizofreniyalı  xəstələrə psixososial tədbirlər 

apardıqda dəstəkverici terapiyanın tətbiqi vacibdir. Vəziyyəti və 

dəstəkverici terapiyanın tolerantlığını qiymətləndirmək 

məqsədilə, remissiya dövründə  xəstələrin müayinəsi 3 ayda bir 

dəfədən az olmayaraq aparılmalıdır [D]. Bu zaman klinik effekt, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır




 25

dərmanların  əlavə  təsirləri və müalicə alanların qənaətbəxş 

olması sənədləşdirilməlidir.  

3.

 



Remissiya dövründə  dəstəkverici terapiya məqsədilə  dərman 

vasitələrinin dozasını  təyin etdikdə, o faktı  nəzərə almaq 

lazımdır ki, residivin qarşısını almaq üçün minimum və lazımi 

dozanı müəyyən edən etibarlı üsullar mövcud deyil. Remissiya 

dövründə AA əlavə  təsirlər törətməyən, standart terapevtik 

dozada təyin edilməlidirlər.  Əlavə  təsirlər olmadıqda AA 

dozasının azaldılması  təkrar kəskinləşmə riskinə görə  məsləhət 

görülmür [C]

4.

 

ƏN remissiya dövründə kiçik dozalarda təyin edilə bilər, çünki 



yüksək dozanın üstünlüyü haqqında dəlil yoxdur və bundan 

başqa yüksək dozalar  xəstələr tərəfindən daha pis tolerantlığa 

malikdirlər. Kiçik dozada ƏN təyin edilməsi müalicəyə yüksək 

meylliliyə  səbəb olur və  xəstələrin funksional adaptasiyasını 

yaxşılaşdırır [D]

5.

 



Şizofreniyalı  xəstələrin dəstəkverici (dəstəkləyici) terapiyanın 

qəbulunu nə vaxt dayandırmasını qabaqcadan dəqiq göstərən 

üsul (metod) mövcud deyil. Vəziyyətin kəskinləşməsinin və 

kəskin epizodun təkrar inkişaf etməsinin yüksək riskini nəzərə 

alaraq, iki və daha çox epizod keçirmiş  xəstələrdə  dəstəkləyici 

terapiyanı adətən 2 ildən az olmayan müddətə  təyin etmək 

lazımdır. Antipsixotik dərman vasitəsinin qəbulunun kəsilməsi 

mümkün ola biləcək kəskinləşmə  əlamətlərinin daimi 

monitorinqini həyata keçirməklə, tədricən 2-4 ay ərzində 

aparılmalıdır. Dəstəkləyici terapiyanı dayandırdıqdan 

(kəsdikdən) sonra xəstənin vəziyyətinin monitorinqi minimum 2 

il davam etdirilməlidir [D]

6.

 

Remissiya vəziyyətində  xəstələrin müalicəsinə  cəmiyyətdə 



maksimum mümkün ictimailəşmə  və muxtariyyətin nail 

olunmasına yönəldilmiş reabilitasiya və psixososial tədbirlərin 

aparılması daxil edilməlidir. Tibb müəssisələrinin və sosial 

yardım xidmətinin  əməkdaşları funksional adaptasiyanın 

qiymətləndirilməsini aparmalı  və  şizofreniyalı  xəstələrdə onun 

artmasına kömək etməlidirlər [D]

7.

 

Hətta stabil remissiya vəziyyətində olduqda belə  şizofreniyalı 



xəstələr işə düzəlmə məsələlərində xeyli çətinliklərlə qarşılaşırlar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 26

və uzun müddət işsiz qalırlar. Əmək qabiliyyətini bərpa etmək və 

işə düzəlmək istəyən  şizofreniyalı  xəstələr arasında sosial və 

əmək reabilitasiyası proqramları aparılmalıdır [A]

U

Şizofreniya zamanı psixososial müdaxilələr 

 



Ailə müdaxilələri [A] 

Ailə  şizofreniyalı  xəstəyə yardım göstərən çox böyük vasitədir. 

Lakin eyni zamanda ailə üzvləri öz yaxınlarının xəstəliyinin neqativ 

psixoloji və sosial nəticələrini hiss edirlər. Ailə müdaxilələrinə 

xəstəyə yardım göstərilməsində ailə ilə  əməkdaşlığın inkişaf 

etdirilməsi, xəstəlik və müalicə haqqında məlumat verilməsi, ailənin 

digər üzvlərində emosional distressin azaldılması, pozitiv ailə 

atmosferinin saxlanması, xəstəlik ilə əlaqədar müəyyən problemlərin 

həll edilməsi, pasiyent barəsində real istiqamətin inkişaf etdirilməsi 

daxildir. Ailə müdaxilələri mümkün qədər tez başlanmalıdır və 

müalicənin bütün mərhələlərində aparmalıdır. Onlara ailə üzvləri 

üçün xüsusi çap və video materialların yayılması da daxil 

edilməlidir. Xəstələrin ailə üzvlərini istehlakçılar təşkilatlarına cəlb 

etmək lazımdır. 

 

Məlumatlandırmanın artırılması [A] 



Pasiyentlərin xəstəlik və müalicə metodları haqqında bilik 

səviyyəsinin yüksəldilməsi kəskinləşmələrin miqdarını azaldır. Bu, 

müalicəyə meylliliyin yaxşılaşdırılması, pasiyentlərin göstərilən 

yardımdan qənaətbəxşliliyinin və  kəskinləşmələrin erkən  əlamətləri 

haqqında məlumatlandırılmasının artırılması hesabına baş verir. 

Kəskinləşmə  və sabitləşmə  mərhələlərində  məlumatlandırmanın 

artırılması daha dəqiq məsələlər üzərində toplana bilir. Lakin 

pasiyentlər sağaldıqca müxtəlif problemlərin həll edilməsi, stress 

vəziyyətlərinin (situasiyalarının) tənzimlənməsi, psixi sağlamlıq 

məsələləri üzrə pasiyentin maariflənməsinin artırılması ilə  əlaqədar 

daha geniş mövzulara toxunulur. 

 



Koqnitiv-davranış terapiyası (KDT) [B] 

Şizofreniya zamanı KDT məqsədi müalicəyə rezistent (davamlı) 

əlamətlərin, həmçinin xəstəliyin emosional, koqnitiv və davranışla 

bağlı  nəticələrinin aradan qaldırılmasıdır. Standart farmakoloji 

müalicə ilə birgə KDT remissiyanın başlamasını sürətləndirir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



Yüklə 305,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə