Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 305,1 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix17.09.2017
ölçüsü305,1 Kb.
#293
1   2   3   4   5   6   7   8   9   10

 27

Şizofreniya zamanı KDT-nın daha effektli vasitələrinə  çətinlikləri 

aradan qaldırmaq üzrə strategiyanın inkişaf etdirilməsi, xəstəliyin 

əlamətlərinin başa düşülən  şəkildə izah edilməsi, real məqsədlərin 

qoyulması, ağrılı  tərəflərin dəyişdirilməsi, yeni davranış 

formalarının mənimsənilməsi aiddir. Adətən  şizofreniya zamanı 

KDT həftədə 1 dəfə olmaqla, 20 fərdi psixoterapevtik sessiyadan 

ibarətdir, lakin qalıq təzahürlərin olması hallarında, əlavə görüşlərin 

keçirilməsi zərurəti yarana bilər. KDT, xüsusilə, komorbid (yanaşı) 

pozuntusu olan və güclü emosional distress keçirən  şizofreniyalı 

xəstələrə göstərişdir. 

 



Sosial qabiliyyətlərin inkişaf etdirilməsi [A] 

Şizofreniyalı  xəstələrə sosial qabiliyyətlərin öyrədilməsi, 

xüsusilə, xəstəlik gənc və yeniyetmə yaşlarında başladıqda 

gələcəkdə vacib sosial qabiliyyətlərin inkişaf etməsi üçün əngəl 

törətmir. Bundan başqa xəstəliyi uzun müddət davam edən xəstələr 

sosial qabiliyyətlərini itirə bilər. 

Şizofreniyalı 

xəstələrə 

kommunikasiya (əlaqə) qabiliyyətlərinin inkişaf etdirilməsi,  şəxslər 

arası əlaqələrin saxlanması, özünəxidmət (özünə qulluq) və müstəqil 

yaşamaq imkanlarının yaxşılaşdırılmasına aid olan xüsusi təlimlərin 

aparılması lazımdır. Sosial qabiliyyətin öyrədilməsi müəyyən  

əlamətə  və ya xəstənin tələblərinə uyğunlaşdırılmalıdır ki, onların 

cəmiyyətdə yaşamasını yüngülləşdirə bilsin.  

 

Əmək terapiyası [A] 



Əmək terapiyası insanın fundamental əmək hüququna əsaslanır. 

O, 2 komponentdən ibarətdir: peşə  təhsili və  xəstələrin 

məşğulluğunun dəstəklənməsi.  Əmək terapiyası pasiyentlərin sosial 

fəaliyyətini yaxşılaşdırır, xəstəliyə görə  əlilliyi və  xərcləri azaldır, 

həmçinin xəstəliyin gedişinin pisləşmə riskini azaldır. Xəstələrin 

peşə  təlimi ilə  əmək terapiyası sahəsində xüsusi hazırlanmış 

mütəxəssislər məşğul olmalıdırlar.  Şizofreniyalı  xəstələrin 

imkanlarına  uyğun  iş tapmaq arzuları  dəstəklənməli və onlar işə 

düzəltmə agentliklərinə göndərilməlidirlər.  Şizofreniyalı  xəstələrin 

işə düzəldilməsi onların peşə  tələbatlarına uyğun və yüksək 

təhlükəsizlik texnikası  tələblərinə malik olan xüsusi iş yerlərinin 

yaradılmasını tələb edir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 28

 



Keyz menecment [A] 

Keyz menecment - fərdi  əsasda istehlakçıya xidmətlərin təşkili 

və koordinasiyasından (əlaqələndirilməsindən) ibarət sosial iş 

metodudur. Bu metod konkret (müəyyən) pasiyent üçün vacib və 

arzu olunan yardım və  dəstək növlərindən yararlanmaq imkanını 

təmin etməklə planlaşdırılmış  nəticələrə nail olmağa yönəlmişdir. 

Fərdi menecment prosesində sosial işçi aşağıdakı  məsələləri həll 

edir: 1) istehlakçı ilə uzun müddətli  əlaqənin dəstəklənməsi 

(saxlanması); 2) istehlakçının tələblərinin və istəklərinin 

qiymətləndirilməsi; 3) müştərək fəaliyyətin planlaşdırılması; 4) 

istehlakçının tibbi və sosial müəssisələr ilə əlaqələrinin qurulması və 

koordinasiyası; 5) qəbul edilən xidmətlərin monitorinqi; 6) 

istehlakçının maraqlarının müdafiəsi; 7) Assertiv yardım [A] 

Assertiv yardım - ağır sosial dezadaptasiyalı və bununla əlaqədar 

adi psixiatriya müəssisələrində yardım almaq imkanından məhrum 

olan böyük pasiyentlərə intensiv və kompleks yardımdır. Assertiv 

yardım tərkibinə psixiatr, tibb bacıları, sosial işçilər, narkoloqlar, 

psixoloqlar, reabilitasiya sahəsində mütəxəssislər daxil olan 

multidissiplinar briqada tərəfindən həyata keçirilir. Bu mütəxəssislər 

belə pasiyentlərin olması ehtimal edilən evdə, küçədə, vağzalda və 

digər yerlərdə bilavasitə  işləyirlər. Pasiyentlər ilə uzunmüddətli 

əlaqəni saxlamaqla və onların tibbi və sosial problemlərinin həllinə 

kömək etməklə, mütəxəssislər xroniki psixi xəstəliyin sərsərilik, 

qanunla problemlər, alkoqol və narkotiklərin qəbulu, tez-tez 

hospitalizasiyalar və müalicə rejiminə riayət etməmə kimi neqativ 

nəticələrinin profilaktikasını həyata keçirirlər. 

U

Şizofreniyalı xəstələrə yardım göstərən müəssisələr 

1.

 



İlkin tibbi yardım müəssisələri 

Rayon poliklinikaları 

şizofreniyalı 

xəstələrə yardım 

göstərilməsində vacib rol oynaya bilər. Bu müəssisələrdə  işləyən 

həkimlər çox vaxt birinci dəfə  şizofreniya  əlamətləri aşkar olunan 

pasiyentlərin ilk dəfə müraciət etdikləri mütəxəssislər olurlar. İlkin 

səhiyyə sistemi həkimləri psixoz əlamətlərini aşkar etməyi, məsləhət 

xidmətlərini və belə  xəstələri müayinə  və müalicə üçün 

mütəxəssislərə göndərmək daxil olmaqla, ilk yardım göstərməyi 

bacarmalıdırlar.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 29

Eyni zamanda, sahə terapevtləri və ailə  həkimləri xəstələri 

remissiya dövründə onların təbii  əhatəsində daha çox müşahidə 

etmək imkanına malikdirlər, ona görə  də onlar psixi sağlamlıq 

sahəsindəki mütəxəssislərlə yanaşı  şizofreniyalı  xəstələrə yardım 

göstərilməsində  iştirak etməlidirlər.  İlkin səhiyyə sistemi həkimləri 

bilməlidir: 

 



 AR “Psixiatriya yardımı” Qanunu ilə  təminat verilmiş  xəstəlik 

haqqında məlumatın məxfiliyinə riayət etməklə, xidmət etdikləri 

sahədə yaşayan  şizofreniya tutmaları olan xəstələr haqqında 

məlumatlı olmaq 

 

 Xəstələrin ixtisaslaşdırılmış yardım sistemində müalicəsi 



qurtardıqdan sonra fiziki və psixi vəziyyətinin monitorinqini 

həyata keçirmək 

 

Endokrin pozuntulara görə (diabet, hiperprolaktinemiya) 



şizofreniyalı  xəstələrin müayinəsini aparmaq; ürək-damar 

xəstəliklərinin risk amillərini (AT, lipid göstəriciləri) aşkar 

etmək; qəbul edilən dəstəkləyici terapiyanın  əlavə  təsirini və 

dərmanların qarşılıqlı  əlaqəsini, alkoqol və/və ya narkotiklərin 

sui-istifadə edilməsini. 

 



Şizofreniyalı  xəstələrin ixtisaslaşdırılmış tibbi yardım sisteminə 

təkrar göndərilməsi aşağıdakı hallarda həyata keçirilir: 

 

Psixi vəziyyətin kəskinləşməsi 



 

Terapiya rejiminə riayət olunmaması 

 

Müalicəyə qarşı mənfi reaksiyanın olması 



 

Psixoaktiv maddələrdən istifadə edilməsi 

 

Özünə  və  ətrafdakılara zərər yetirmə riskinin meydana 



gəlməsi 

 

Əlavə müayinənin və ya mütəxəssisin məsləhətinin zəruri 



olması.  

2.

 



Ambulator psixiatriya müəssisələri 

Ambulator yardıma ixtisaslaşdırılmış psixiatrik ambulator 

müəssisələrdə  və rayon poliklinikalarının psixiatriya kabinetlərində 

göstərilən yardım aiddir. Ambulator yardımın üstünlüyü yaşayış 

yerinə görə pasiyentlərə xidmət göstərmə imkanının olmasıdır. 

Ambulator yardımın vacib komponenti pasiyentin konkret 

tələbatlarından asılı olaraq cəlb oluna bilən və  tərkibinə  həkim 

psixiatr, psixiatriya tibb bacıları, psixoloq, sosial işçilər,  əmək 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır




Yüklə 305,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə