Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 260,12 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix08.04.2018
ölçüsü260,12 Kb.
#36755
1   2   3   4   5   6   7   8   9   10

 

6

İxtisarların siyahısı: 



ALT  

– 

alaninaminotransferaza 



AMA   

– antimitoxondrial anticisim 



ANA   

– antinuklear anticisim 



anti-LKM-1 – qaraciyərin və böyrəyin I tip mikrosomlarına olan 

anticisimlər 



Anti-HİV – 

insanın immunçatışmazlığı virusu 



AST  

– 

aspartataminotransferaza 



DİY  

– 

“dəmirin izafi yüklənməsi” 



EQDS – 

ezofaqo-qastroduodenoskopiya 



EKQ – 

elektrokardioqrafiya 



HA(B,C,D)V  – hepatit A (B, C, D) virusu 

HSK 

– hepatosellülar karsinoma 



XBT-10 – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



İHX    

– irsi hemoxromatoz 



KT 

 

– kompüter tomoqrafiyası 



QASH  

– qeyri-alkoqol mənşəli steatohepatit 



QDİ   

– 

qaraciyərin dəmir indeksi 



QF  

– 

qələvi fosfataza 



QQT  

– qamma-qlutamiltransferaza 



QSİƏDV 

– qeyri-steroid iltihab əleyhinə dərman vasitəsi 



MRT   

– maqnit rezonans tomoqrafiyası  



p-ANCA – 

p tipli antineytrofil sitoplazmatik anticisim  

RKT   

– randomizasiya olunmuş klinik tədqiqat 



SMA  

– saya əzələ əleyhinə anticisim 



TDD   

– transferrinin dəmirlə doyması 



USM  

– ultrasəs müayinəsi 



ÜİX  

– 

ürəyin işemik xəstəliyi 



VX 

 

– Vilson xəstəliyi 



ZÜDBQ  

– zərdabın ümumi dəmir birləşdirmə qabiliyyəti 




 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  və stasionarlarda 



çalışan terapevt, qastroenteroloq, infeksionist və ailə həkimləri üçün 

nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: xronik hepatit xəstəliyi olan böyük yaşlı şəxslər 

və uşaqlar.  

 

Protokol xronik hepatitlərin diaqnostika və müalicəsinin 



təkmilləşdirilməsi və  nəticədə  xəstələnmə  və ölüm hallarının 

azaldılması üzrə sübutlu təbabətə  əsaslanan müasir metodik 

tövsiyələrin verilməsi məqsədini daşıyır. 

ÜMUMİ MÜDDƏALAR 

Xronik hepatitlər qaraciyər parenximasının müxtəlif mənşəli 

diffuz iltihabı  xəstəlikləridir. Bu zaman klinik-laborator və 

morfoloji dəyişikliklər 6 ay və daha çox müddət ərzində müşahidə 

olunur. 

EPİDEMİOLOGİYA 

Xronik hepatitlərin epidemiologiyası ilə bağlı  ətraflı 

məlumatlar yoxdur. Son illər aparılan kütləvi biokimyəvi və 

immunokimyəvi müayinələr nəticəsində  aşkar edilmişdir ki, 

təxminən 50% hallarda xronik hepatitlər klinik əlamətlər olmadan və 

ya minimal simptomatika ilə keçir.  



ETİOLOGİYA 

Xronik hepatitlər  əsasən infeksion və qeyri-infeksion 

etiologiyalı olmaqla əsas iki qrupa bölünür (hepatotrop virus 

infeksiyaları  nəticəsində inkişaf edən hepatitlər haqqında digər 

klinik protokollarda bəhs edilir). Qeyri-infeksion etiologiyalı 

xronik hepatitlərə qeyri-alkoqol mənşəli steatohepatitlər, 

alkoqolun toksik təsiri nəticəsində inkişaf edən qaraciyərin 

alkoqol xəstəliyi, irsi hemoxromatoz, Vilson xəstəliyi,  alfa          

1-antitripsin çatışmazlığı və başqaları daxildir.  



 

8

XBT-10 ÜZRƏ TƏSNİFAT 



 

K70 

Qaraciyərin alkoqol xəstəliyi 

K70.0 Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (piyli qaraciyər) 

K70.1 Alkoqol 

hepatiti 



K73 

Başqa rubrikalarda təsnif edilməyən xroniki hepatit 

K73.0 Başqa rubrikalarda təsnif edilməyən xroniki persistəedici 

hepatit 

K73.1 Başqa rubrikalarda təsnif edilməyən xroniki lobulyar hepatit 

K73.2 Başqa rubrikalarda təsnif edilməyən xroniki aktiv hepatit 

K73.8 Başqa rubrikalarda təsnif edilməyən digər xroniki hepatitlər 

K73.9 Dəqiqləşdirilməmiş xroniki hepatit  

K76 

Qaraciyərin digər xəstəlikləri 

K76.0 Qaraciyərin başqa rubrikalarda təsnif edilməyən piy 

degenerasiyası 

E83 Mineral 

mübadiləsinin pozğunluğu 

E83.0   Mis mübadiləsi pozğunluğu 

E83.1 Dəmir mübadiləsinin pozğunluğu 

MƏRHƏLƏLİ DİAQNOSTİKA 

Poliklinika: 

 



Xəstənin klinik müayinəsi 

 



Qanın klinik – laborator müayinəsi (trombositlər və 

retikulositlərin miqdarının hesablanması daxil olmaqla) 

 

Qan qrupu və rezus-faktorun təyini 



 

Sidiyin ümumi analizi 



 

Nəcisin gizli qana görə müayinəsi 



 

Qanın biokimyəvi müayinəsi: ümumi zülal, albumin, ümumi və 



düz bilirubin, qlükoza, kreatinin, ALT, AST, QQT, QF 

 



HAV, HBV, HCV, HDV viruslarının markerlərinin yoxlanılması 

 



Anti-HİV, Vasserman reaksiyası 

 



Qarın boşluğu orqanlarının USM-si 

 



EQDS (ehtiyac olarsa)  

 



Yüklə 260,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə