Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,96 Mb.
səhifə13/13
tarix14.02.2018
ölçüsü0,96 Mb.
#27047
1   ...   5   6   7   8   9   10   11   12   13

Qarovul otağının avadanlığı

 

1. Qarovul otağı aşağıdakılardan ibarətdir:



qarovul heyəti üçün ümumi otaq;

qarovul rəisinin və onun köməkçisinin qarovul heyəti üçün ümumi otaqla şüşələnmiş qapı ilə birləşdirilmiş otağı;

istirahət edən növbənin qarovul heyəti üçün ümumi otaqla qapı ilə birləşdirilmiş otağı.

Bunlardan başqa, qarovul otağında xörəyi qızdırmaq üçün avadanlığı olan yemək otağı, əl-üz yuma, papirosçəkmə, silah və ayaqqabı təmizləmə, paltar qurutma yerləri, ayaqyolu, yanacaq saxlamaq üçün anbar da olmalıdır.

Azsaylı heyəti olan qarovullarda qarovul otağında yemək otağı olmaya bilər. Belə halda qab-qacaq saxlamaq və xörək qızdırmaq üçün yer olmalıdır.

2. Qarovulun şəxsi heyəti üçün ümumi otaqda aşağıdakılar olmalıdır:

portretlər;

hərbi andın mətni olan plakat;

postlar tabeli;

nizamnamələr;

qəzet və jurnallar;

qarovul xidmətini əyani əks etdirən plakat, yaxud şəkillər, eləcə də saatdarlar, dəyişdiricilər və qarovul rəislərinin qarovul xidməti vaxtı göstərdikləri qəhrəmanlıqları əks etdirən şəkillər;

radioverilişlərə qulaq asmaq üçün qulaqlıqlar (onların sayını hərbi komendant, yaxud hərbi hissə komandiri müəyyən edir);

şahmat və dama;

saat;

dəyişdiricilərin sayı qədər fənər;



içəri və bayır termometrləri;

dərman qutusu və fərdi paketlər;

qarovul heyətinin şəxsi və tualet əşyalarını saxlamaq üçün şkaf;

silah üçün piramida;

oyaq növbə nəfərləri üçün stol və stullar (kətillər);

qarovulun bütün heyətinin üst paltarlarını və post paltarlarının ikinci dəstini asmaq üçün paltarasılan;

zibilqabı və tüpürcəkqabı.

Qarovul binasının yerləşməsindən asılı olaraq şkaf və paltarasılanı başqa otaqda (dəhlizdə) qoymağa icazə verilir.

3. Qarovul rəisinin otağında aşağıdakılar olmalıdır:

qarovul rəisinin qəbul etdiyi sənədlərin siyahısı;

qarovul otağında olan avadanlıq, inventar və əmlakın siyahısı;

postların yerləşmə sxemi, postlar tabeli;

qarovul rəisi üçün təlimat;

buraxılış vərəqəsini imzalamağa hüququ olan şəxslərin sayı qədər onların imzası olan buraxılış vərəqələrinin nümunələri;

qarovulu yoxlamaq hüququ haqqında birdəfəlik vəsiqənin nümunəsi;

dəyişdiricilərin sayı qədər xüsusi qutulara yığılmış möhürlərin üzlərinin (plombların izlərinin) nümunələri;

saxlancları (anbarları, parkları) açmağa hüququ olan, yaxud dayanacaqdakı maşınları (təyyarələri, topları ya da başqa texnikanı) qarovuldan qəbul etməyə icazə verilə bilən şəxslərin siyahısı (adətən siyahıda şəxslərin hərbi rütbələri və vəzifələri, şəxsi vəsiqələrinin (pasportlarının) nömrəsi, hansı obyekti açmağa (bağlamağa) icazə verildiyi, obyektin hansı möhürlə möhürləndiyi, obyekti açma (bağlama) vaxtı göstərilir);

həbs edilənlərin kameralarının açarları;

nizamnamələr;

telefon, qarovullar (hərbi hissə) növbətçisi və postlarla əlaqə saxlamaq üçün siqnalizasiya vasitələri;

dəmir, yaxud dəmir üzlüklü yeşiklərdə saxlanan döyüş sursatı ehtiyatı və onların qıfıl və açarları;

yazı ləvazimatı dəsti;

su qrafini və stəkanlar;

bağlanan yeşikləri olan stol və iki stul;

paltarasılan;

tüpürcəkqabı;

akkumlyator fənəri;

yarıyumşaq taxt.

4. Postlar tabeli, postların yerləşmə sxemi, buraxılış vərəqələri və birdəfəlik vəsiqə nümunələri, eləcə də portret, plakat və şəkillər çərçivədə olmalıdır.

5. Qarovulun istirahət edən növbəsi üçün otaqda qarovul nəfərlərinin bir növbəsinin qarovulun qalan heyəti ilə birlikdə dincəlməsi üçün baş tərəfi örtüklü yarıyumşaq taxtlar olmalıdır.

6. Yemək otağında aşağıdakılar olmalıdır:

stollar və qarovul heyətinin üçdə ikisinin sayı qədər stul (kətil);

qab-qacaq və ərzaq üçün şkaf;

xörəyi gətirmək və yemək üçün qarovulun bütün heyəti sayında qab-qacaq və çəngəl-bıçaq;

ağzı qıfılla bağlı və fəvvarəciyi olan altlıq üstünə qoyulmuş su qabı, ya da su kəmərində düzəldilmiş fəvvarəcik;

xörək qızdırmaq üçün qaz, yaxud elektrik plitəsi;

su qaynatmaq üçün çaydan, yaxud qaynadıcı;

qabları yumaq üçün tas.

7. Papirosçəkmə, silah və ayaqqabı təmizləmə yerlərində silah təmizləmək üçün stol, əsgilər üçün dəmir qutu, skamya, su tökülmüş tüpürcək qabı, ayaqqabı təmizləmək üçün ləvazimat olmalıdır.

8. Hər bir otaqda orada olan əmlak və inventarın siyahısı asılır.

9. Qarovul otağı otaqların sayı qədər elektrik (ağ neft) çıraqları, eləcə də yanğınsöndürmə vasitələri: yanğınsöndürən, qum yeşiyi, su çəlləyi, vedrələr və inventarla (bel, balta, ling və dəstəli qırmaqla) təmin edilməlidir.

Qarovul otağı hərbi şəhərcikdən kənarda yerləşəndə onun pəncərələri içəridən bağlanan taxta pəncərə qapıları ilə təchiz olunmalıdır.

10. Ayaqqabıları palçıqdan təmizləmək üçün qarovul otağının girəcəyində metaldan, yaxud taxtadan qurğu — metal çərçivə, yaxud dəmir qövs düzəldilir; qarovul otağının yanında zibil qutusu qoyulur.

11. Qarovul otağının anbarında yanacaq, lampa, ağ neft ehtiyatı, eləcə də şotka, süpürgə, balta, bel, əsgi, giriş və pilləkənlərə səpmək üçün ağac kəpəyi və qum saxlanılır.

12. Qarovul otağının önündə qarovulu düzmək üçün meydança, silahları doldurmaq və boşaltmaq üçün güllətutanı olan və gecə vaxtı yaxşı işıqlandırılan yer hazırlanır.

 

12 saylı əlavə



Saxlancları açmaq üçün buraxılış vərəqəsinin Forması

Hərbi hissənin
(müəssisənin)
ştampı

Birdəfəlik

 

___________№-li buraxılış vərəqəsi

_____________№-li qarovul rəisinə

_____________________________________________________________________________

(hərbi rütbəsi, adı, atasının adı, soyadı)

_________________________saat_______dan________saat________kimi

(filan tarixdə)

_______________________________________________________________________________

(mühafizə olunan obyektin adı)

açmağa

___________________buraxılsın



bağlamağa

Qarnizon hərbi komendantı

(hərbi hissə qərargahı rəisi)



 

_________________________________

(hərbi rütbəsi, imzası)



Hərbi hissənin
(müəssisənin)
gerbli möhürü

 

 

Qeyd:

Əgər buraxılış vərəqəsi daimidirsə, onda «Birdəfəlik» yerinə «Daimi» yazılır və onun etibarlılıq müddəti göstərilir. Tarix yerində isə saxlancın (anbarın, parkın) açılmasına icazə verilən həftənin günləri (yaxud hər gün) göstərilir.

 

13 saylı əlavə



Qarovul itləri ilə mühafizə

 

Ümumi müddəalar

 

1. Qarovul itlərindən obyektlərin mühafizəsini əsasən gecə və pis görmə şəraitində (yağış, duman və s.) gücləndirmək üçün istifadə edilir.



2. Qarovulların dəyişməsinə ancaq qarovul rəisinin xidmət itləri üzrə köməkçisi gəlir.

3. Qarovul itinin postda olma müddəti sutkada 12 saatdan çox olmamalıdır. Temperatur —20o S və aşağı olduqda itin postda olma müddəti 6 saata qədər azaldılır, bu barədə qarovul rəisi qarovul itləri növbəsi jurnalında və postlar cədvəlində qeyd edir.

4. Obyektin mühafizəsini gücləndirmək üçün iti çıxarmaqdan ötrü xüsusi hazırlanmış yer sahəsinə qarovul itinin postu deyilir.

5. Qarovul itləri postlarının sayını mühafizə olunan obyektin rəisi müəyyən edir.

Qarovul iti postları ən qorxulu yollarda xarici hasarlardan (postlardan) 80 metrə qədər irəlidə elə qoyulur ki, itdən irəlini atəşə tutmaq mümkün olsun.

6. Qarovul rəisinin qarovul itləri üzrə köməkçisi itləri postlara qarovul rəisinin göstərişi ilə qoyur. O, itləri postlara qoyanda qarovul rəisinin köməkçisi, yaxud müvafiq dəyişdirici onu müşayiət edir. Hər bir it təlimçisi mütləq buruntaqda və ikidən çox olmayan it aparır.

Post avadanlığını yoxlayıb sazlığına əmin olduqdan sonra it təlimçisi zənciri itin döş halqasına sancır, onun buruntağını və xalta qayışını açır.

7. İtləri postlara qoyub qurtardıqdan sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi qarovul rəisinə bu barədə məlumat verir.

8. Saatdardan siqnal alanda, yaxud itin hürməsini eşidəndə, qarovul rəisi qarovul itləri üzrə köməkçisini və o postun it təlimçisini dərhal posta vəziyyəti aydınlaşdırmağa göndərir.

9. Hava işıqlaşanda, yaxud görmə şəraiti yaxşılaşandan (yağışdan, dumandan, qardan) sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi qarovul rəisi köməkçisinin, yaxud postların müvafiq dəyişdiricisinin müşayiəti ilə posta gedir və öz itlərini postlardan götürüb it damına aparır. İtlərin postlardan götürülməsi, yaxud dəyişilməsi barədə qarovul rəisi qarovul itləri üzrə köməkçisinə göstəriş verir.

10. Qarovul itlərinin təlimi və saxlanması qaydaları, eləcə də qarovul itləri postlarının hazırlanması, qarovul itlərinin postlarda işinin yoxlanması qaydaları xüsusi təlimatlarla müəyyən edilir.

Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifələri

11. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisi baş it təlimçilərindən təyin edilir. O, itlərin postlara vaxtında qoyulması və qarovul heyətinin tərkibinə daxil olan qarovul iti təlimçilərinin xidməti üçün cavabdehdir. Qarovulun tərkibinə daxil olan it təlimçiləri ona tabedirlər.

12. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifəsidir:

qarovul itləri postlarının yerlərini dəqiq bilmək və itlərin postlara qoyulmasına rəhbərlik etmək;

qarovul itlərinin təlimçilərini itlərlə postlara yola salanda təlimçilərin öz vəzifələrini bilib-bilmədiklərini və itlərin ləvazimatının sazlığını yoxlamaq;

itlər postlarda olduğu vaxt bir dəfədən az olmayaraq onları yoxlamaq;

qarovul itlərinin növbə jurnalını aparmaq.

Qarovul itləri təlimçisinin vəzifələri

13. Qarovul itləri təlimçisi qarovul itləri postlarının saz saxlanmasına cavabdehdir. O qarovul rəisinə və onun qarovul itləri xidməti üzrə köməkçisinə tabedir.

14. Qarovul itləri təlimçisinin vəzifəsidir:

qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin icazəsi olmadan öz bölməsindən heç yerə getməmək;

qarovul itləri postlarının yerlərini və onlarda xidmət şəraitini bilmək;

öz növbəsinin qarovul itlərini tanımaq və onların özlərini postda necə aparmasını bilmək;

qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin əmri ilə itlərin postlarda davranışını, eləcə də postların vəziyyətini yoxlamaq;

postlarda aşkar edilmiş nasazlıqların (trosun, zəncirin qırılması, itin dolaşması) dərhal aradan qaldırılması üçün ölçü götürmək.

 

14 saylı əlavə


(postlar cədvəlinin 1-ci səhifəsi)

__________№-li____________________________qarovulunun

(qarnizon, daxili)

__________________________________________________________________________

(il, ay, gün)

__________________________________________________________________________


Postlar cədvəli

Bu səhifədə qeyd edilir:

1. Qarovul binasına, mühafizə obyektlərinə buraxılışlar haqqında qeydlər, qarovul rəisinin və saxlancların açılmasına icazə verilmiş şəxslərin imzaları.

2. Köhnə və təzə qarovul rəislərinin qarovulun dəyişməsi barədə imzaları və aşkar edilmiş çatışmazlıqlar haqqında qeydlər.



Qeyd:

Postlar cədvəlində hər şey mürəkkəblə, ləkəsiz və düzəlişsiz yazılmalıdır.

(postlar cədvəlinin 2-ci və 3-cü səhifələri)

________________________________________________________________________№-li qarovulun

(hərbi hissənin şərti adı, bölmə)



Postlar cədvəli

Qarovul rəisi____________________________________________________________________

(hərbi rütbəsi, adı, atasının adı, soyadı)

Qarovul rəisinin köməkçisi________________________________________________________

(hərbi rütbəsi, adı, atasının adı, soyadı)



 

Postların nömrələri

Dəyişdiricilərin nömrələri, hərbi rütbələri, soyadları, inisialları

Saatdarların hərbi rütbələri, soyadları, inisialları

1-ci növbə

2-ci növbə

3-cü növbə

 

Çıxarıcılar______________________________________________________________________

Qarovul nəfərlərinin postlara qoyulması vaxtı:

üçnövbəlilər____________________________________________________________________

ikinövbəlilər____________________________________________________________________

Bölük (batareya) komandiri_______________________________________________________

(hərbi rütbəsi, imzası)



 

QEYDLƏR:

1.

Saatdarlar hər saatdan bir dəyişilirlərsə, dəyişmə vaxtını və onları hansı dəyişdiricinin dəyişdiyini göstərməli.

 

2.

Növbələrin heyətində hər hansı dəyişiklik olsa, bu barədə müvafiq sütunda qeydlər edilməlidir.

 

3.

Əgər qarovulun tərkibində konvoy nəfərləri təyin edilibsə, onların soyadları saatdarlardan sonra yazılır.

 

4.

Qarovulun qarovul itləri postları olsa, ikinci sütunda dəyişdiricilərdən sonra it təlimçilərinin soyadları yazılır.

 

5.

Qarovulun sərəncamına nəqliyyat vasitəsi ayrılıbsa, maşınların markası, nömrəsi, sürücülərin hərbi rütbəsi, soyadı və inisialları çıxarıcılardan qabaq yazılır.

(postlar cədvəlinin 4-cü səhifəsi)

Bu səhifədə qeyd edilir:

1. Qarovulun yoxlanmasının nəticələri.

2. Saxlanclar bağlananda (açılanda) saatdarların qoyulması (götürülməsi) vaxtı.

3. Qarovulda baş vermiş hadisələr.

4. Həbs edilmişlərə görüş verilməsi.

5. Qarovul itlərinin postlara çıxarılması və götürülməsi.

6. Mühafizə olunan obyektlərin hasarlarında aşkar edilmiş nasazlıqlar və onların aradan qaldırılması vaxtı.

 

15 saylı əlavə



 

Postda saatdarın silahının vəziyyəti





Saatdarın avtomatının ayaqüstə atmaq üçün hazır vəziyyəti.



Saatdarın avtomatının ayaqüstə qayışdan istifadə etməklə atmaq üçün hazır vəziyyəti.



Saatdarın karabininin ayaqüstə atmaq üçün vəziyyəti.



Saatdarın silahının geyilmiş plaş-örtüklə vəziyyəti.

 

Qeydlər:

1.

Yeriyərkən saatdar silahını şəkillərdə göstərildiyi kimi tutur.

 

2.

Saatdara növbə ilə sağ, ya sol qolunu aşağı salmağa icazə verilir; karabini olan saatdar sağ əli ilə karabini tətik dəstəsinin qabağından tutmaqla saxlayır.

 

3.

Silah «qayışda», «döşdə» və «ayaqda» vəziyyətlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində göstərildiyi kimi saxlanılır.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


  1. 16 iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 754)

  2. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

  3. 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709)

  4. 22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056)

  5. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

 

 

 



 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1]  22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 18-ci maddəsinin iyirmi dördüncü abzasında “, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq” sözləri çıxarılmışdır.

 

[2] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 39-cu maddənin ikinci hissəsinin on səkkizinci abzasında “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.



 

 

[3] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 39-cu maddənin ikinci hissəsinin iyirminci abzasında “yaralanmasına və ölməsinə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına (ölməsinə)”sözləri ilə əvəz edilmişdir.



 

 

[4] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 40-cı maddənin üçüncü hissəsinin on üçüncü abzasında “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz   edilmişdir.



 

[5] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 41-ci maddəsinin ikinci hissəsinin doqquzuncu abzasından “və pensiya təminatı” sözləri çıxarılmışdır.

 

[6] 16 iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 754) ilə 94-cü maddəsinin birinci abzasının birinci cümləsində “ən ciddi hərbi sirr kimi” sözləri “məxfi” sözü ilə əvəz edilmişdir.



 

[7] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 158-ci maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 166-cı maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilmişdir.



 

[9] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 168-ci maddənin ikinci hissəsində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.

 

[10] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 178-ci maddədə “(yaralandıqda)” sözü “, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.



 

[11] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 319-cu maddənin ikinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.



 
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə