Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu



Yüklə 0,51 Mb.
səhifə4/5
tarix17.09.2017
ölçüsü0,51 Mb.
#101
1   2   3   4   5

Cədvəl 9. Azərbaycan Respublikası malların ixrac dövriyyəsi

Cədvəldən göründüyü kimi 2015-ci ilin ilk 8 ayı ərzində ixracın ümumi dəyəri 9,2 milyard dollar olmuşdur. Bu əməliyyat 2016-cı ilin ilk 8 ayı dövründə 2,4 milyard dollar azalmaqla 5,8 milyard dollar qədər düşmüşdür.

2016-cı ildə ixrac prosesindəki azalma özünü bitki mənşəli mallarda da göstərmiş və 2015-ci ilin 8 ayına əsasən 37% nisbətində düşüş baş vermişdir. 2016-cı ilin ilk 8 ayı ərzində bitki mənşəli malların ümumi ixracdakı payına diqqət yetirsək, əsas yeri 3,3%-lə meyvə-tərəvəz tutur. Növbəti yerləri ardıcıllıqla – şəkər (0,73%), pamıq iplik (0,22%), bitki mənşəli yağ (0,10%), spirtli içkilər (0,09%) və çay (0,07%) tutur.

İndi isə, bitki mənşəli malların idxal prosesindəki yerinə diqqət yetirək. Aşağıdakı cədvəldə bitki mənşəli malların idxalın ümumi dəyərindəki yeri və payı qeyd olunmuşdur.



Malın adı


2015-ci ilin ilk 8 ayı ərzində

2016-ci ilin ilk 8 ayı ərzində

2015-ci ilin ilk 8 ayının idxalına nisbətən %-lə

2016-ci ilin ilk 8 ayının ümumi idxala nisbəti %-lə

Miqdar

Statistik dəyər

Miqdar

Statistik dəyər

Miqdar

Statistik dəyər







İdxal-cəmi




5 907 904.4




5 539 988




93.77




1

Meyvə-tərəvəz, ton

155 365.20

40 900.48

203 941.55

85 650.40

131.27

209.41

1.55

2

Çay, ton

4 228.66

9 356.66

7 886.51

26 687.85

186.50

285.23

0.48

3

Buğda, ton

936 359.55

216 262.44

953 597.42

178 980.97

101.84

82.76

3.23

4

Bitki mənşəli yağlar, ton

84 302.18

53 950.51

91 190.60

82 809.98

108.17

153.49

1.49

5

Şəkər, ton

183 471.33

81 096.87

255 349.92

105 289.73

139.18

129.83

1.90

6

Tütün və tütün məmulatları, min ABŞ dolları

-

205 741.76

-

105 526.17

-

51.29

1.90

7

Əczaçılıq məmulatları, ton

10 117.18

185 025.49

5 421.15

117 568.15

53.58

63.54

2.12

Cədvəl 10. Azərbaycan Respublikası bitki mənşəli malların idxal dövriyyəsi8

Cədvəldən göründüyü kimi 2015-ci ilin ilk 8 ayı ərzində idxalın ümumi dəyəri 5,9 milyard dollar olmuşdur. Bu əməliyyat 2016-cı ilin ilk 8 ayı dövründə 0,4 milyard dollar azalmaqla 5,5 milyard dollara qədər düşmüşdür.

2016-cı ildə idxal prosesindəki azalma özünü bitki mənşəli mallarda da göstərmiş və 2015-ci ilin 8 ayına əsasən 7% nisbətində düşüş baş vermişdir. 2016-cı ilin ilk 8 ayı ərzində bitki mənşəli malların ümumi idxaldakı payına diqqət yetirsək, əsas yeri 3,23%-lə buğda tutur. Növbəti yerləri ardıcıllıqla – əczaçılıq (2,12%), tütün və tütün məmulatları (1,90%), şəkər (1,90%), bitki mənşəli yağlar (1,49%) və çay (0,49%) tutur.

III Fəsil. Bitki mənşəli malların ekspertizası və təkmilləşdirilməsi

3.1 Bitki mənşəli malların keyfiyyət ekspertizasının qiymətləndirilməsi

Əvvəlki fəsildə qeyd edildiyi kimi, birki mənşəli mallar Xarici İqtisadi Fəaliyyət Mal Nomenklaturasında II və IV əsas qruplar olmaqla, 7-12 və 14-22-ci mal qruplarında qeyd olunur. Bu bitki mənşəli mallar və ondan hazırlanmış məmulatların gömrük ekspertizası baxımından tədqiqi fiskal siyasətin reallaşdırılmasına və tarif, qeyri-tarif tənzimləmələrinə xidmət edir. Bu zaman gömrük orqanları tərəfindən Ümumdünya Gömrük Təşkilatının gömrük laboratoriyalarının təşkilinə yardım məqsədi ilə tövsiyyə olunan beynəlxalq metodiki vəsaitdən geniş istifadə olunur. Bu vəsaitdə ekspertizanın aparılması zamanı sınaq və kimyəvi laboratoriyaların texniki təchizat qaydaları və ona olan tələblər öz əksini tapmışdır.9 Hazırda dünya praktikasında gömrük məqsədi ilə bitki mənşəli malların tədqiqi beynəlxalq standartlara, dövlət standartlarına, texniki şərtlərə uyğun olaraq həyata keçirirlir. Operativliyə təminat baxımından əsasən kimyəvi-bioloji detektorlardan istifadə olunur ki, bu da ilkin ekspress-analiz metodlarından biri olub onun köməyi ilə bitki mənşəli malların diaqnostikası aparılaraq eyniləşdirlir və mallar təsdiq olunur. Bunun əsasında isə malların XİF MN üzrə təsnifat kodu müəyyən olunaraq onlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq tarif dərəcələri tətbiq olunur. Xarakterizə olunan mal qrupu üzrə tariflər 0,5-5, 10-15 faiz tərtibində dəyişir. Bu tarif dərəcələrinə uyğun malların aidiyyatını müəyyən olunması isə müasir kimyəvi təhlil metodları ilə həyata keçirilir. Bu baxımdan tədqiq olunan malların elementar tərkibi müxtəlif metodlarla təyin olunur. Hazırda dünya praktikasında bitki mənşəli mallar və onlardan hazırlanmış məmulatların kimyəvi xarakteristikası əsasən müasir orqanoleptik, spektiroqrafik, xronometroqrafik metodlarla həyata keçirilir. Mənşəli mallar və onlardan hazırlanmış məmulatların çeşidinə müvafiq olaraq analizlərin aparılma qaydası müasir metodlar nəzərə alınmaqla müxtəlif elmi-texniki və normativ-metodiki ədəbiyyatlarda öz təsbitini tapmışdır. Belə ki, XİF MN üzrə bu mallar və onlardan hazırlanmış məmulatların təsnifatı 15-ci bölmədə öz əksini tapır. Bu bölmədə emal dərəcəsindən asılı olaraq yəni, mal məmulatının hazırlıq texnologiyası və ardıcıl emal prosesləri üzrə məmulatların məcmusu 7-12 və 14-22-ci qrupda sinifləşdirilir. Bu qrup mənşəli mallarda ilkin məhsulları, yarımfabrikatları, tullantıları və kimyəvi formulaları özündə birləşdirir. Bunların təyini üçün isə mütləq müxtəlif kimyəvi-analitik və insturmental analiz metodları tətbiq olunur. XİF MN üzrə bu qrupda bitki mnşəli mallar və ondan hazırlanmış məmulatlara müxtəlif xassələr vermək üçün legirləşdirici elementlərdən istifadə olunur. Bu baxımdan müasir dövrdə tədqiqat aparmazdan əvvəl mütləq müxtəlif analitik proseslərin mürəkkəb mərhələlərində nəzarətin aparılması, onların mərhələlər üzrə kimyəvi tərkbinin təyini nəzarət olunan materialların ümumi kütləsindən nümunə götürülərək analitik tədqiqatların aparılması məcburidir. 10

Tədqiqat nəticələrinə uyğun olaraq tələb olunan göstəricilərə (standartlar üzrə: Beynəlxalq standart, Dövlət standartları, Texniki şərtlər) müvafiq mal məhsulundakı inqridiyentlərin təchiz dərəcəsi müəyyən olunur. Bu əsasən qrup üzrə legirləşdirici elementlərin təyininə əsaslanır. Analiz nəticələrinin dəqiqliyinə təminat normativ texniki aktlarda öz təsbitini tapır.

Bu bölmə üzrə bitki mənşəli malların tədqiqat metodları aşağıdakıları əhatə etməklə qrup üzrə tam xarakteristikanı verir:



Ekspertizanın laboratoriya metodu və onun xüsusiyyətləri. Bitki mənşəli malların ən geniş yayılmış və Azərbaycan Respublikasında bu tip məhsulların gömrük ekspertizası zamanı istifadə edilən yoxlama metodudur. Bu metod zamanı müasir texnika, texnolgiya, avadanlıq və cihazlardan istifadə olunur. Bu üsul tətbiqinin mahiyyəti budur ki, Ümumdünya Ticarət Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının təyi etdiyi qayda və normalara uyğun müasir alət və cihazlar vasitəsilə bitki mənşəli mallar birbaşa olaraq laborotoriyalarda ixtisaslı gömrük mütəxəssiləri tərəfindən analiz olunur. Bu metodun əsas məqsədi Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların XİF MN-a əsasən qruplaşdırmasını, sistemləşdirilməsini, onların növünü, bioloji-kimyəvi və texnoloji analizlər vasitəsilə ekspertizasını təşkil etmək; Azərbaycan Respublikası sərhəddindən keçirilən məhsulların, onların sənədlərə uyğunluğunu yoxlamaq, bununla da gömrük işinin fəaliyyətinə yol açmaq; məhsulları nomenklaturaya əsasən sinifləşdirmək və s.

Keyfiyyətin qiymətləndirilməsinin ekspert metodunun xüsusiyyətləri. Bitki mənşəli malların ekspertizası zamanı istifadə olunan yoxlama metodlarından biri ekspert metodudur. Bu metodu istifadə etməklə daha az əmək sərf etmək və daha dəqiq nəticə əldə etmək mümükündür. Malın mövqeyi bəlli olmadığı təqdirdə və ölçülməsi çətinlik yaratdığı anda ekspert metoddan istifadə olunur. Bu metod geniş şəkildə istifadə olunsa da bəzi çatışmazlıqları mövcuddur. Səbəb isə ona yanaşma tərzindədir, nəticələrə subyektiv şəkildə yanaşıldığı təqdirdə qeyri dəqiq nəticələr gətirib çıxara bilər. Bu səbəbdən, bu metodu dərindən mənimsəməli, tədqiq etməli və eskpertiza zamanı daha çox obyektiv şəkildə yanaşılmalıdır.

İndi isə bu metodun tətbiqi ilə ortaya çıxan problemlərə nəzər yetirək. Ekspertizada iştirak edən gömrük ekspert rəylərinin bu prosesin nəticəsinin ortaq və obyektiv olması çox əhəmiyyətlidir. Bəzən isə bu rəylər fərqli olur. Səbəblər isə müxtəlif ola bilər: ekspertlərdə olan məlumatın kifayət etməməsi, məsələyə yanaşma tərzləri, ekspertlərin bu saəhədə ixtisasının kifaəyt etməməsi, münasibətlərdə olan problemlər, ekspertizaya məntiqi şəkildə yanaşma əksikliyi və yoxlanılan material haqqında ekspertlərin az məlumatlı olması. Bu səbəbdən, ekspertlər məsələyə daha obyektiv yanaşmalı, mal haqqında məlumatlar əldə etməli və bu sahədə təcrübələrə yiyələnməlidir. Bu ekspertiza əməliyyatı zamanı hər bir ekspert əmsal təyin edir və 0 əmsalı ekspertin məhsul haqqında məlumatsız olduğunu, 1,0 isə ekspertin məhsul haqqında kifayət qədər təcrübə və biliyə sahib olduğunu göstərir. Bundan sonra isə ekspert ekspertizaya dair pz fikrini sistemləşdirir. Ən sonra hesablanan əmsallara əsasən hər bir ekspertin məhsulu necə bildiyini təyin edilir. Sonrakı mərhələdə bu proses ümumi komissiya üçün icra edilir. Bu əmsalın qiyməti verilmiş qiymətdən kiçik olmamalıdır.

Ekspertiza nəticələrin daha obyektiv olması üçün etalon metod təklif olunur. Bu zaman hər bir məhsula uyğun etalon sıralama tətbiq olunur. Bu sıralama məhsulların texniki tərkibinə və xassələrinə əsasən dörd hissədən ibarətdir: ən yaxşı məhsullar, yaxşı məhsullar, kafi məhsullar, pis məhsullar. Ekspertiza zamanı etalon sıralamsını tərtib edərkən, gömrük ekspertlərindən təşkil olunmuş komissiya yaradılır və bəzən bu komissiyaya digər sektorda çalışan ekspertlər də dəvət olunur. Etalon sırasının tətbiqi ekspertlərə yoxlama zamanı daha obyektiv, daha rasional və dəqiq rəy bildirməkdə köməklik edir, təhlil prosesini sürətləndirir və keyfiyyət qiymətləndirməsini inkiş etdirir. Çünki, bu etalon sabit qala bilməz, çünki hər bir bitki mənşəli malın tərkibi anbaan dəyişə bilər və bu proses dəyişikliyə, əlavələrə və inkişafa açıq olmalıdır.

Bitki mənşəli mallar həm xammal kimi, həm də hazır məhsul ola bilər. Hazır məhsul kimi bu malların tərkibi dəyişə bilər və bu dəyişiklik etalon sıralamasına tətbiq edilməli və yeni struktur cədvəli hazırlanmalıdır. Ekspertiza nəticələri zamanı ekspert rəylərini sistemləşdirmək üçün bəzən riyazi metodlardan da istifadə olunur. Amma riyazi metodun da tətbiqi bəzən rəylərin qərəzli olmasının qarşısını ala bilmir. Əgər ekspertiza zamanı daha çıx ekspert və östərici cəlb edilərsə daha doğru nəticə əldə etmək mümkün olar. Təşkil olunan komissiya və eskpertiza nəticəsinin dəqiq olması üçün bəzi qaydalra riayət olunmalıdır. Bu prosesi detallı şəkildə analiz etmək üçün iki mərhlələyə ayıraq:

İlk mərhələdə ekspertlər ilkin olaraq məhsul haqqında məlumatlara yiyələnirlər, fərdi şəkildə ekspertiza yoxlaması aparır, mümkün olduğu qədər rəyləri daha əsaslı şəkildə xüsusi kartlara daxil edirlər. Rəylərə əsasən orta qiymət müəyyənləşdirilir. Təyin olunmuş bu qiymətə ən yaxın rəy sahibi olan ekspert komissiya rəhbəri təyin olunur. Komissiya rəhbətinin rəyinə ən yaxın rəy verən ekspertlər rəy düşərgəsinini təşkil edirlər. Əks rəylərə sahib ekspertlərə isə austasyder deyilir və əks tərəfdə iştirak edir. Burada bir problem ortaya çıxır-şəxsiyyətin konformluğu. Bu isə bir başa olaraq sosial psixologiya ilə əlaqədar olan məsələdir. Şəxsiyyət konformu, fərd ilə qrup arasında rəy müxtəlifliyi olduqda fərd qrupun təsirinə tabe olur. Komissiyanın rəhbəri rəylərə əsasən qiymətləndirməni icra edir və əmsal təyin edir.

İkinci mərhələ ortaya çıxan nəticənin yenidən qiymətləndirilməsidir. Bu prosesi yenidən başlatmaqda səbəb, ekspertlərin verdiyi rəylərin daha rasional formaya gətirmək, yekdil qərar qəbul etmək və şəxsiyyət komforluğunu azalatmaqdır. Bu prosesi yenidən icra etməkdə bir neçə səbəb ola bilər: ekspertiza prosesindən əvvəl bizə məlum olmayan informasiya əldə oluna bilər, ekspert digər ekspert rəylərinin təsirinə düşə bilər. Qeyd olunan ilk misal, daha çox pozitiv vəziyyətdir, digəri isə neqativ, çünki obyektiv qərar verməyə problem yaradır. Bu proses nəticəsində ekspert rəyləri arasında müxtəlifliklər yarana bilər, bunu aydınlaşdırmaq üçün isə konformluq ölçüsünün müəyyənləşdirilməlidir. Qısa xülasi ilə qeyd etsək, ekspert metodu bu mərhələlərdən keçir:

-hazırlıq(ekspert baxışı,nümunələrin götürülməi) mərhələsi;

-analitik(obyektlərin real tədqiqi) mərhələ;

-sintetik(müqayisəli tədqiqat) mərhələ;

-nəticələrin qiymətləndirilməsi və so nəticəin-rəyin formalaşdırılması.

Bitki mənşəli malların ekspert üsulu ilə qiymətləndirilməsi geniş yayılmış üsul olsa da, bu üsul texniki, elmi, bioloji, kimyəvi cəhətdən tərkiblərin analizini etmək iqtidarında deyil. Bu metod daha çox istehlak malları kimi istifadə oluna bitki mənşəli malların ekspertizası anında istifadə olunur. Məqsəd isə ilkin eksperiza zamanı ölkəyə gətirilən və çıxarılan məhsulun ölkə əhalisi üçün yaralılıq səviyyəsini təyin etəmk və bu barədə rəy bildirməkdir. Daha etibarlı nəticələr əldə etəmk üçün texniki və texnoloji cəhətdən üstün olan metodlardan istifadə olunur.

Orqanoleptik üsulla keyfiyyətin qiymətləndirilməsi. Bu üsul daha çox yeyinti, yüngül sənaye sektoruna daxil olan bitki mənşəli malların ekspertizası zamanı istifad olunur. Burada əsas tələb, mahsulun daxili və xarici xüsusiyyətlərini çox yaxşı bilən gömrük ekspertlərinin olmasıdır. Ekspertizanın bu metodu ekspert üsulu ilə aparılan ekspertizanın əsasını təşkil edir. Bu metod istifadə edilərkən, nəinki məhsulun tərkibi, həmçinin xarici görünüşü də analiz olunur. Ərzaq mallarının dadı, rəngi, qoxusu və s. kimi xüsusiyyətlər bu kateqoiyaya misal ola bilər. Bu metodun xüsusi qaydaları gömrük ekspertizasının hər bir sahəsində istifadə olunur. Birki mənşəli mallardan ərzaq məhsullarına daxil mallarının analizi zamanı bu metodlardan istifadə olunur:

  • cüt-cüt müqayisə: bu zaman əgər iki məhsul xaraqter cəhətdən uyğundurlarsa, bunlar içərisindən ən aydın olan analiz edilib rəy bildirilir;

  • duo-trio müqayisəsi: bu zaman iki bitki mənşəli maldan üçüncü mala daha yaxın olan analiz olunur.

  • üçbucaq müqayisəsi: orqanoleptik üsulun bu metodunda analiz edilən üç məhsuldan hansının eynilik təşkil etmədiyi yoxlanılır. Çay məhsulunun keyfiyyətinin orqanoleptik analizi üçün maksimal qiymət 40 bal müəyyənləşdirilmişdir.

Xromatoqrafik metod və infraqırmızı spektraskopiya, onların səciyyəvi xüsusiyyətləri. Xromatoqrafiya – bitki mənşəli malların tərkibini əmələ gətirən qarışıqların ayrılması ilə həyata keçirilən ekspertiza üsuludur. Analitik kimya metodları arasında ən çox istifadə olunan metod xromatoqrafiya metodudur. Bu metodu bitki mənşəli malları tərkib hissələrinə ayıraraq, qazşəklinə gətirərək malları sistemləşdirməkvə təhlil etmə üçün istifadə olunur. Bu metoddan istifadə edilməsinin əsas üstünlüyü müasir texnologiya, cihaz və avadanlıqlardan istifadə edilməsi və daha etibarlı nəticənin əldə olunmasıdır.

Xromatoqraf – xromatoqrafik ekspertiza zamanı istifadə olunan texnoloji avadanlıqdır. Bu avadanlıq bir tək Mərkəzi Laboratoriayda deyil, həmçinin kimya və digər sənayə sektorlarının laboratoriyalarında mövcuddur.

Xromatoqrafik ekspertiza metodunu elmə ilk dəfə 1903-cü ildə rus kimyaçısı Mixail Svet gətirmişdir. Onun xromatoqraf avadanlığını xlorofilin xüsusiyyətlərini dərk etdikdən sonra yaratmışdır və bunu fərqli rəngli laylara bölmüşdür. Avadanlığı yaradarkən daxilində tabaşir tozu olan borudan xlorofil məhlulunu keçirmişdir. Burda əldə etdiyi qammaşüalar vasitəsilə analizi nəticələndirməyi bacardı. Müasir xromatoqraf cihazları isə çox inkişaf etmiş və günün tələbatlarını yerinə yetirəcək hər növdə avadanlığı mövcuddur.

Şəkil 5. İki-ölçülü GCxGC-TOFMS Xromatoqrafı

XX əsrin əvvəllərində tətbiq edilən xromatoqraf cihazında analiz edilən mal və ya qaz axını ayırıcı kolonkaya ötürülürdü. Kolonka xüsusi bərk neytral kürəciklər, keramika və s. üzərinə hopdurulmuş uçucu olmayan ayırıcı maye ilə doldurulmuşdur. Analiz edilən məhsul və ya qazın tərkibi kolonkanın daxili ilə gedərək parçalanırdı və sorbsiya olunurdu. İndiki texnoloji xromatoqraf avadanlıqlarında isə kolonkalar daxilində nazik burulmuş spiral olan metallik borudan ibarətdir.

İş pirinsipi isə bu şəkildədi - bitki mənşəli mallardan alınmış nümunə kalonkaya ötürülür və bu malın tərkibin proses zamanı parçalanaraq ayrılır. Əvvəlcə analizdəki pis sorbsiya edilən tərkib hissəsi ayrılır. Ekspert kolonkanın ölçüsünü, doldurucunu və ayırıcı mayeni, eləcə də qaz axınının sürətini və temperaturu seçməklə hətta qaz fazaya keçirilməsi mümkün olmayan sintetik və təbii maddələr qarışığını ayıra bilər.

3.2 Ekspertizasının aparıldığı laborotoriyaların təkmilləşdirilməsi məsələləri

Orta əsrlərdən başlayaraq ölkənin ticarət fəaliyyətində baş verən inkişaf gömrük sektoruna da təsirdən yan keçməmişdir. Bunun nəticəsidir ki XVII əsrin sonlarından etibarən gömrük əməliyyatları, müasir vəziyyətinə gələnə qədər müxtəlik inkişaf yolu keçmişdir. Bu dövrlər ərzində gömrük ekspertizasının bir strukturunda dəfələrlə dəyişiklik olmuşdur. Bəzi qurumlar struktura daxil olmuş, bəziləri strukturu tərk eləmiş, bəziləri isə hələ də strukturun ayrılmaz parçasıdır. Bu struktura daha sonralar qoşulan və hal-hazırda bu strukturun ən ayrılmaz parçası hesab edilən gömrük laboratoriyaları müasir ekspertizanın gündəmdə olan ən əhəmiyyətli parçasıdır. Çünki bu sahə elmi-texniki inqilabın, müasir texnologiyaların və elmin inkiaşfı nəticəsində daha da böyüyür, daha da dərinləşir və bu onun kompleks bir sahə olmasına gətirib çıxarır.

Gömrük laboratoriyası - Azərbaycan Respublikasının sərhədləri daxilində gömrük ekspertizasını yerinə yetirən təşkilatdır. Azərbaycan Respublikasının gömrük laboratoriyasının əsası isə Mərkəzi Laboratoriyadır.

Azərbaycan Respublikasının gömrük sahəsindəki dirçəliş 1992-ci il 30 yanvar tarixində Azərbaycan Respublikası Gömrük Komıtəsinin yaranmasına söykənir. 10 yanvar 1997-ci il tarixində Azərbaycan Respublikası Gömrük Komitəsinin nəzdində Mərkəzi Laborotoriya fəaliyyətə başlamışdır.

Gömrük sektorunun xüsusi bir hissəsini təşkil edən, gömrük təhlükəsizliyinin təminatçısı olan, gömrük siyasətinin tətbiq edilməsində istifadə edilən, gömrük ekspertizasının aparıldığı, Gömrük Komitəsinə daxil olmayan digər bir infrastruktur təşkilat Mərkəzi Laboratoriyadır.

Buradakı infrastrukur – gömrük sərhəddindən keçirilən məhsulların yoxlamasını aparmaq, ekspertiza məqsədlərini yerinə yetirmək, məlum prosedurları aparmaq üçün tətbiq olunur. Bununla əlaqədar ekspertiza fəaliyyəti strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gömrük Komitəsinin məsələləri haqqında” 1 iyun 1992-ci il 301 saylı Qərarı ilə bilavasitə Gömrük Komitəsinin özündə təşəkkül tapmiş, sonra isə 19 avqust 1993-cü il tarixli 721 saylı Prezident Fərmanı və Respublika Nazirlər Kabinetinin “Ali və ya yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi haqqında” 14 yanvar 1994-cü il tarixli 12 saylı Qərarına, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 315 saylı 13 aprel 1994-cü il tarixli əmri üzrə hüquqi şəxs statusuna malik tabeli struktur vahid kimi yaradılmışdır.11

Mərkəzi Laboratoriya yaradılarkən əsas məqsəd gömrük işçilərinin daha da operativləşməsi, onların bu sahədə lazımlı məlumatlara sahib olunması, ekspertiza prosesinin sürətinin artırılması, gömrük siyasətinin xaşələndirilməsi olmuşdur.

Mərkəzi Laboratoriya nəzdində onun ekspertiza fəaliyyətini aparması üçün tələb olunan texniki vasitələrə, əsas sənədlərə, müasir texnlogiyaya, nümunələrə və bütün bu fəaliyyəti həyata keçirə biləcək savadlı gömrük işçisinə, işxtisaslı kadrlara sahib olmalıdır.

Azərbaycan Respublikası Mərkəzi Laboratoriya təşkil olunarkən Ümumdünya Gömrük Təşkilatının “Gömrük Laboratoriya1arına Rəhbər1ik” metodiki-top1usuna əsasən inzibati-təşkili struktur müəyyənləşdirilmiş və Laboratoriya üçün ehtiyac duyulan avadan1ıq, ana1itik cihaz, mebe1 dəsti, kimyavi rentgen1ərlə təchiz olunmuş, texniki ədəbiyyat, standard nümune1er, beynəlxalq, dövlət, sahə standard1arı, texniki şərtlərə dair ədəbiyyat – sorğu bankının yaradı1ması üçün ədəbiyyat materialı, metodiki vəsait1ərlə təmin olunmuşdur.

Struktur vahidinin sxematik təsviri aşağıdakı kimi xaraqterizə olunur:



Şəkil 1. Mərkəzi Laborotoriyanın Strukturu

Mərkəzi Laboratoriyanın tərkibində bir şöbə və bir bö1mə mövcuddur. Şöbənin fəa1iyyəti bneft və neft məhsu11arının, qara və ə1van metalların, parça və parça məmulat1arının, tikinti materia11arının, əntiq və incəsənət əşya1arının, konserv1ər, bitki mənşəli malların, alkoqo11u və alkoqo1suz içkilərin, şirələrin, kimta sənayesi mallarının və s. obyektlərinin ekspertizasını əhatə edir.

Bölmənin fəaliyyəti isə heyvandarlıq, bitkiçilik mallarının təqdqiqini, habelə toksiko1ogiya, radio1ogiya, ekologiya və bitki karantin sahəsində və s. üzrə aidiyyatı tədqiqatların aparılması sferasını əhatə edir.

Mərkəzi Laboratoriyanın məqsəd və vəzifələri. Bu təşkilat hüquq mühavizə funksiyasını yerinə yetirən gömrük orqanlarının tərkibinə daxil olmasa da, ölkə iqtisadiyyatının qorunmasına kömək, qeyri-qanuni keçirilən mallara, kölgə iqtisadiyyatına, iqtisadi siyasətdəki qanun pozuntilarına qarşı dirəniş və ən əsası da ekspertiza yoxlamasına göndərilən malları analiz etmək, onlar barəsində uyğun rəy bildirmək kimi gömrük proseslərini icra etməkdə məsul olan təşkilatdır.

Yuxarıda sadalanan fəaliyyətləri icra edə bilmək üçün müəyyən funksiyaları yerinə yetirməlidir:

- Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların XİF MN-a əsasən qruplaşdırmasını, sistemləşdirilməsini, onların növünü, bioloji-kimyəvi və texnoloji analizlər vasitəsilə ekspertizasını təşkil etmək; bununla da gömrük işinin fəaliyyətinə yol açmaq

- Gömrük sərhəddindən keçirilən qeyri-qanuni malların ölkə sərhəddinə keçirilməsinin qarşısını almaq;

- Gömrük mallarının dəyərinin müəyyən edilməsinə köməklik etmək;

- Məhsulları nomenklaturaya əsasən sinifləşdirmək;

- Məhsulların istehsalında istifadə oluncaq materialları müəyyənləşdirmək;

- Materialların və digər məhsulların emalında məhsul çıxımı normalarını müəyyənləşdirmək;

- Gömrük sərhəddindən keçirilən psixoptik dərmanları, narkotik vasitələri təyin edib, yayılmasının qarşısını almaq;

- Ancaq ekoloji cəhətdən istifadətə yararlı məhsulları müəyyənləşdirmək;

- Məhsulların bədii, tarixi, arxeo1oji əşya1arına mənsubiyyətini təyin etmək;

- Müsadirə o1unmuş və qaçaqma1çılıq yolu ilə tutu1muş mal və əşyaların ekspertizasını aparmaq, aidiyyatını müəyyən etməklə onların düzgün qiymətləndirilməsinə praktiki kömək etmək;

- Azərbaycan Respublikası sərhəddindən keçirilən məhsulların, onların sənədlərə uyğunluğunu yoxlamaq;

- Bir tək xaricdən malların nəzarətinə deyil, həmçinin ölkə daxilindəki yerli ixtisaslaşdırılmış gömrük orqanlarının işini yoxlamaq məqsədilə reydlər keçirmək;

- Gömrük orqanında çalışan vəzifəli gömrükçülərin və birbaşa komitənin razılığı ilə yerli gömrük orqan1arında, istehsal müəssisələrində malların keyfiyyətinin yoxlanılması və ekspertizası məqsədi ilə visual və faktiki nəzarətlə əlaqədar reydlər təşkil etmək;

- Məhsul və materialların keyfiyyətinin yoxlanılmasından sonra onların ekspertiza nəticələrinə uyğun sertifikatların verilməsi;

- İstehsal müəssisələrilə birbaşa əməkdaşlıq etmək və lazım gəldikdə ekspertizasında iştirak etmək;

- Gömrük Komitəsi ilə birgə malların analizində iştirak etmək və onların məcmu siyahısını təyin etmək;

- Metodiki vəsait1əri – Döv1ət standardı, Sahə standardı, Texniki şərt1əri sahələr üzrə ayırıb qrup1aşdırmaq;

- Yerli orqanların ekspertizasında çətinlik çəkdiyi sahələrə kömək məqsədi ilə səyyar laborotoriyalar təşkil etmək

- ekspertizanın nəticələrini göstərən sənədləri tərtib etmək və onu aidiyyatı orqanlara göndərmək;

- Mərkəzi Laborotoriya daxilindəki texniki vasitələr və ya işçi heyətinin çətinlik çəkdiyi ekspertiza fəaliyyətləri üçün elmi-tətqiqat intitut1arı, universitet, digər sahə laboratoriya1arı ilə birbaşa əməkdaşlıq etmək;

- Yeniliyə açıq olmaq və daha unikal ekspertiza formaları üzərində işləmək;

- Başqa dövlət orqanları ilə də əməkdaşlıq etmək;

Mərkəzi Laborotoriya aidiyyatı funksiyaları həyta keçirmək üçün aşağıdakıları yerinə yetirir:

- Ekspertizası aparılacaq məhsul və materiallar üçün ilkin hazrlıq işləri görmək;

- Ekspertiza müddəti və öhdəlik daşıyan tərəf qeyd edilmədikdə laboratoriya üzrə iş proqramı tərtib etmək;

- Daxili işçi heyəti üçün fərdi iş planı hazırlamaq;

- Ekspertiza və analizlərin aparılması üçün cihaz, avadan1ıq, qurğu və kimyavi reaktiv1əri sifariş etmək;

- Ekspertiza fəaliyyətində istifadə olunmuş və istifadəyə yararsız olan texniki vasitələrin, məhsulların, malların silinməsini yerinə yetirmək;

- Ekspertiza prosesinin nəticəsini ifadə edən hesabat təşkil etmək və bu ekspertiza yoxlamasına dair rəy bildirmək;

- Mütərəqqi ekspres-analiz metod1arını tətbiq etmək;

- Laboratoriya üzvlərinin işinin səmərəliliyi üçün uyğun iş norması və məişət imkanı yaratmaq;12

Bundan əvvəlki bölümdə qeyd etdiyimiz kimi bitki mənşəli malların ekspertizası zamanı istifadə olunan ən effektiv üsul laboratoriya üsuludur. Bunun səbəbi isə bitki mənşəli malların tərkibini analiz etmək üçün ən yeni texnologiyanın tələb olunmasıdır. Bildiyimiz kimi bitki mənşəli malların tərkibi həm biolojik, həm kimyəvi, həm də quruluş cəhətdən çox müxtəlifdir. Bu məsələni isə ən yaxşı formada müasir texnika, texnologiya, cihaz və avadanlıqlar vasitəsi ilə etmək olar. Əlbəttə ki, bu avadanlıq və cihazları çalışdıracaq savadlı kadr da tələb olunur. Laboratoriya məsələlərinin təkmilləşdirilməsi prosesi yalnız bir aspektdən baxmaq düzgün deyil. Çünki laboratoriya məsələlərininhəllində bir neçə fəqrli faktorla çıxış edir. Bu faktorlara növbə ilə nəzər yetirildikdə, ilk proses laboratoriya əməliyyatlarlnln tamamilə avtomatlaşdırılmış, müasir, nanotexnologiyalara avadanlıq və cihazların tətbiqidir. Bildiyimiz kimi, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Gömrük Təşkilatının uyğun bildiyi cihazlar müasir laboratoriyaların ayrılmaz parçasıdır. Xüsusilə də, bitki mənşəli malların ekspertizası zamanı bu cihazlardan istifadə etmək artıq qaçınılmazdır. Çünki, bitki mənşəli mallar çox qarışıq, dərin üzvi, bioloji və kimyəvi tərkibə sahibdir. Bunların analizi də çox dəqiqlik tələb edir. Ona görə də laboratoriya məsələlərin təkmilləşdirilməsi prosesinin başında bu cihaz-avadanlıqların tətbiqidir. Gömrük laboratoriyalarında bitki mənşəli malların ekspertizasında istifadə edilən ən qabaqcıl texnologiyalara nəzər yetirək. Aşağıda növbə ilə bitki mənşəli malların ekspertizası zamanı istifadə olunan cihaz-avadalıqlar və onların işləmə funksiyası qeyd edilib:

1. HPLC (High performance Liquid Chromatography) – Bitki mənşəli malların tərkibinin kompleks qarışıqları ayrılması üçün ən səmərəli və geniş yayılmış üsullardan biri hesab olunur. Analitik kimya və kimya texnologiyasında istifadə olunur. Daha çox xronomatoqrafik metod zamanı tətbiq edilir. Bu cihaz bitki mənşəli malları kimyəvi və fiziki olaraq tərkibə bölür və onların mövqelərini xronomatoqrafiya ilə analiz edir.

c:\users\tural\appdata\local\microsoft\windows\inetcache\content.word\201109030936299486884.pngŞəkil 2. HPLC

2. ICP-MS (Inductively Coupled Plasma Mass Spectrometry) – Kütləvi spektometr olmaqla bitki mənşəli malların ekspertizası zamanı ətbiq olunan digət cihazlardan biridir. Bitki mənşəli malların tərkibini 1015 qədər təkibini parşalayaraq analiz etmək qabiliyətinə sahib həssas ekspertiza avadanlığıdır. Malları ilk əvvəl kiçik hissələrə, ionlara parçalıyır və ion izotop analizini ica edir.



c:\users\tural\appdata\local\microsoft\windows\inetcache\content.word\icp-ms.jpgŞəkil 3. ICP-MS

3. GS-MS (Gas chromatography–mass spectrometry) – Bildiyimiz kimi bitki mənşəli mallar qruplara və altqruplara bölünür. Bu altqruplar daxil olan mallar içərisində narkotik, psixotrop maddələr də yer alır. Laboratoriyanın vəzifələrindən biri də bu malları ortaya çıxarmaq və gömrük sərhəddindən keçirilməsinin qarşısı almaq və buna qarşı mübarizə aparmaqdır. Elə bu məqsədlə narkotik malların təyin olunması və ya məhsulların daxilindəki psixotrop maddələri təyin etmək üçün istifadə olunan cihaz GS-MS - dir. Bu cihaz bir tək narkotik vasitələri deyil dərman, kosmetik vasitələrin tərkibini analiz etmək üçün istifadə olunur. İşləmə funksiyası isə, nümunəni qaz və ya buxar halına gələnə qədər qaynadır və bundan sonra onun tərkibini analiz edir.

c:\users\tural\appdata\local\microsoft\windows\inetcache\content.word\gcmsms.pngŞəkil 4. GS-MS

Yuxarıda laboratoriya əməliyyatlarında istifadə edilən müasir texnoloji cihazlardan bəhs olundu. Doğrudur, bu cihazlar laboratoriya məsələlərinin həllində ən öndə gələn məsələdir. Çünki, müasir dövrün tələbləri və dünya təcrübəsinə nəzər yetirdikdə görülür ki, gömrük ekspertizası sahəsində ən öndə gələn ölkələrin laboratoriya sistemləri həmişə ən müasir texnoloji avadalıqlarla təchiz olunub. Birki mənşəli mallar da xüsusi ilə kompleks, mürəkkəb və qarışıq tərkibə sahib olduğu üçün ölkə laboratoriyasının ən prioritet tələbi bu sektor üzrə lazımi cihazlara sahib olmasıdır.

Qeyd edildiyi kimi müasir texnologiya laboratoriya məsələlərinin təkmilləşdirilməsində ən qabaqcıl obyektdir. Amma, bu texnologiyanın idarə edilməsi, onu daha da təkmilləşdirməsi, gömrük ekspertizası sahəsində yenikiklərə yönəlik ixtisaslı kadrların təminatı laboratoriya məsələlərinin təkmilləşdirilməsində əhəmiyyətə sahibdir. Çünki bəzi texnologiyaların birki mənşəli malların ekspertizasının tətbiqinin qarışıq olduğu, avtomatik olmadığı, müdaxiləyə ehtiyac olduğu məqamlar olur. Bu isə yalnız o sistemi bilən, savadlı, gömrük prosesini dərk etmiş ixtisaslı gömrük kadrının müdaxiləsi ilə baş verə bilər. Gömrük ekspertizası zamanı analizi yerinə yetirən ekspert ekpertiza nəticələri haqqında rəy bildirməlidir. Bu isə həmin şəxsin iqtisadi savadı çox güclü olmalı, gömrük məsələlərini dərindən dərk etməli, hər bir malın xüsusiyyətlərini və tərkibini bilməli, laboratoriya avadanlıqlarından istifadə etməyi və s. bacarmalıdır. Laboratoriya məsələlərini təkmilləşdirilməsi faktorlarından biri də bu sahədə potensial kadrın yetişdirilməsidir.

Azərbaycan Respublikasının gömrük sektoru gənc bir sahə olduğundan, bu sahədə zamanla bəzi çatışmazlıqlar və problemlər ortaya çıxa bilər. Buna bir neçə faktor səbəb ola bilər. Ekspertiza dərin və kompleks sahə olduğundan burada gömrük işçilərinin hələ ki qarşılaşmadığı müəyyən analizlər ola bilər. Bu məsələnin həlli həmin problem üçün dünya təcrübəsindən istifadə etmək, həmin həll yollarını tətbiq etməkdir. Belə ki, ekspertiza sahəsində qabaqcıl ölkələrin bu sahədə təcrübə, tövsiyyələrindən, elmi nəşrləri və əməkdaşlığı nəticəsində ya birbaşa, ya da dolayı olaraq yararlanmaq məqsədə uyğundur.

Laboratoriya məsələlərin təkmilləşdirilməsi məsələlərindən biri də əməkdaşlıqdır. Gömrük ekspertləri laborotoriya daxilindəki texniki vasitələr və ya işçi heyətinin çətinlik çəkdiyi ekspertiza fəaliyyətləri üçün elmi-tətqiqat intitut1arı, universitet, digər sahə laboratoriya1arı ilə birbaşa əməkdaşlıq etməəlidir. Mərkəzi laboratoriyanın ən əsas məqsədlərindən biri də başqa dövlət gömrük orqanları ilə də əməkdaşlıq etməkdir. Bu funksiyalar da laboratoriya məsələlərinin təkmilləşdirilməsi prosesində iştirak edən əsas prioritetlərdəndir.

Laboratoriya məsələlərin təkmilləşdirilməsi məsələlərini özətləsək – laboratoriyaların müasir diaqnostik cihaz və avadanlıqlarla təchizatı; bu avadanlıqları istifadəsi, malların tərkibini yaxşı bilən, təcrübəyə sahib kadr ehtiyyatı; qarşılaşılacaq problemlərə dair dünya təcrübəsindən istifadə etmək; ən sonda isə laboratoriya mərkəzlərinin digər institut, elmi-araşdırma mərkəzi, digər laboratoriyalar və gömrük orqanları ilə əməkdaşlıq laboratoriya məsələlərini təkmilləşdirilməsində rola oynayan faktorlardır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə