Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu



Yüklə 0,51 Mb.
səhifə5/5
tarix17.09.2017
ölçüsü0,51 Mb.
1   2   3   4   5

Nəticə və Təkliflər

İqtisadi əlaqələrin inkişafı Azərbaycanla dünya ölkələri arasında ticarət əlaqələrinin genişləməsinə, yəni ixrac-idxal əməliyyatlarının şaxələnməsinə gətirib çıxarır. Ticarət dövriyyəsindəki bu artım gömrük sərhəddindən keçirilən mallara daha tez, daha sürətli, daha effektiv və daha etibarlı nəzarəti labüd edir, bu sahədə ixtisaslaşmaya təkan yaradır və ekspertizanın inkişafı üçün zəmin yaradır. Geniş ədəbiyyat xülasəsindən istifadə etməklə, dissertasiya işi zamanı müəyyən nəticələr əldə olunmuşdur. Gömrük sektoru Azərbaycan Respublikasının büdcəsinin formalaşdırılmasında əvəzsiz rol oynayan sektordur. Azərbaycan Respublikasının gömrük ekspertizası əməliyyatlarını idarə etmək və nəzrət altında saxlamaq üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, Azərbaycan Respublikası Gömrük Ekspertizasının Aparılması Qaydaları, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Gömrük Təşkilatının bəndləri əsas normativ-hüquqi sənədlər hesab olunur. Lakin bu qanunların tətbiqində bəzi problem, çatışmazlıq və məsuliyyətsizliklərlə qarşılaşılmaqdadır. Müstəqillik dövründən sonra bu sahədə peşəkarlıq səviyyəsinin tədricən artması prosesi baş verir. İstər gömrük sərhəddində birbaşa olaraq ekspertizanın təşkil olunduğu yerdə, istərsə də bu sahədəki statistik göstəricilər nöqteyi nəzərdən bəzi çatışmazlıqlar mövcuddur. Gömrük orqanlarında, sərhəddində, keçid məntəqələrində müəyyən boş dayanmalar, operativlikdə müəyyən axsaqlıqlar aradan qaldırılmalıdır. Bitki mənşəli malların təsnifat və eyniləşdirmə əlamətləri Azərbaycan XİF-nin ƏN-nın II (07-14-cü qruplar) və IV qruplarında (17-22-ci qruplar) təşkil etməklə ən geniş qrup əlamətlərinə malik mal kateqoriyalarından birini təşkil edir. Gömrük ekspertizası zamanı istifadə olunan nоrmаtiv-tехniki sənədlər ərzаq mаllаrının bütün qruplаrı, müхtəliflikləri, növləri və çеşidi üzrə аpаrılır. Bu isə, bitki mənşəli malların texniki sənədlətlə yoxlanması baxımından hərtərfli əhatə olunduğunun göstəricisidir. Bitki mənşəli mallar ekspertiza yoxlanılması və keyfiyyət qiymətləndirilməsi zamanı ekspert, laborotoriya, orqanoleptik, xromatoqrafik metod və infraqırmızı spektraskopiya metodlarından vasitəsi ilə birbaşa ekspertlərin, mətkəzi laboratoriya və onun qollarının və birbaşa olaraq müəyyən texnoloji vasitələrin istifadəsini həyata keçirir. 2008-ci il dünya maliyyə böhranından sonra dünya ticarətində, o cümlədən Azərbaycan Respublikasının ticarət dövriyyəsində azalmalar qeydə alındı. İqtisadi olaraq, bu proses bitki mənşəli malların gömrük sərhəddindən keçirilmə dövriyyəsini azaltdı, ixrac-idxal əməliyyatlarında düşüşlər yaşandı. Əldə etdiyimiz bu nəticələrlə yanaşı, ortaya çıxan problemlər çərçivəsində bəzi təkliflər irəli sürmək mümkündür:



  1. Bitki mənşəli mallar və onun tərkibinə daxil olan elementlərin təyini, analizi, yoxlanılması məqsədilə instrumental təhlil analiz metodlarından, sürətli diaqnostik metodlardan və dünya təcrübəsindən istifadə etməklə ortaq identifikasiyaya və ekspertiza sahəsində operativlik, nəzarət və anında statistik nəticələr əldə etmək mümkün olur.

  2. Gömrük tənzimləmələri bu identifikasiyaya uyğun həyata keçirilməlidir.

  3. Gömrük gəlirləri büdcənin əsas hissələrindən birini təşkil etdiyi üçün, gömrük ekspertizası büdcə təşkilatı ilə real-vaxt rejimində əməkdaşlıq etməlidir.

  4. Bölgələrdə olan gömrük keçid məntəqələrində ekspertiza əməliyyatını sürətləndirmək, operativləşdirmək və rəsmiləşdirməni daha tez şəkildə aparmaq üçün sürətli diaqnostik vasitələrdən, ən son texnologiyadan istifadə edilməsi məqsədə uyğundur.

  5. Bitki mənşəli malların gömrük ekspertizasının nəticələri qeyri-qanuni dövriyyənin, saxtakarlığın aşkar olunmasına imkan yaradır.

  6. Bitki mənşəli malların gömrük ekspertizasının aparılması zamanı mütəmadi olaraq baş verən elmi-texniki inqilab nəticəsində instrumental və analitik-kimyəvi təhlil metodlarının, elmi-tədqiqat institutları tərəfindən eyniləşdirilmənin həyata keçirilməsi üçün hazırlanmış standart nümunələrdən istifadəsi praktiki tətbiq baxımından nəzərə alınmalıdır. Bu isə məsrəflərə qənaət və qısa zaman kəsiyində nəticələrin alınmasına səbəb olur.

  7. Gömrük ekspertizası, onun gedişatı və statistik nəticələri barədə məlumatlar əldə etmək imkanı internet üzərindən artırılmalıdır. Bununla daha ekspertiza sahəsində məlumatlı rezident, daha sürətli diaqnostik yoxlama mümkündür.

  8. 2008-ci il dünya maliyyə böhranından gömrük ekspertizası sahəsində daha az itki ilə çıxan ölkələrin təcrübələrindən yararlanaraq gömrük nəzarətinin məhsuldarlığının artırılması, gömrük nəzarətinin dəqiqliyinə təminatına nail olmaq mümkündür.

  9. Ümumdünya Gömrük Təşkilatının və Ümumdünya Ticarət Təşkilatının tələblərinə müvafiq olaraq yalnız standartlaşdırılmış metod, üsul, analitik cihaz, avadanlıq və detektorlardan istifadə məqsədə uyğundur.


Ədəbiyyat Siyahısı

  1. Nuriyev.C.Q., Şəkərəliyev. A.Ş., Əliyev. A.Ə., S.T.Əhmədov “Gömrük Ekspertizası”, Bakı 2003

  2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli, 164 nömrəli Qanunu

  3. Nuriyev.C.Q., Əliyev. A.Ə., Atakişiyev.M.C. “Gömruk işinin təşkili və idarə edilməsi”. Ali məktəblər üçün dərslik. Bakı 2009. 293 səh.

  4. Nuriyev C.Q. “Azərbaycanın gömrük tarixi”. Dərs vəsaiti. Bakı 2007

  5. Аzərbаycаn Rеspublikаsının Dövlət Stаndаrtlаşdırmа Sistеmi. Bаkı, Аzərdövlətstаndаrt, 1998.

  6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 052 nömrəli əmri ilə təsdiq olunmuş “Mərkəzi Laboratoriya Əsasnaməsi”, 10.08.1999-cu il

  7. Əliyеv M.T., Musаyеv N.Х. “Tахıl, un, qənnаdı məhsullаrının əmtəəşünаslığı və kеyfiyyətinin еkspеrtizаsı”. Аli məktəblər üçün dərslik. Bаkı, Çаşıоğlu, 1999. 532 səh.

  8. Musayev N.Х. “Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları”. Dərslik. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003 – 368 səh.

  9. Əhmədоv Ə.İ., Musаyеv N.Х., “Ərzаq mаllаrının еkspеrtizаsı”. Dərslik, Bаkı, “Çаşıоğlu” nəşriyyаtı, 2005.-568 səh.

  10. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Uyğunluq Sertifikatlarının Məlumat Bazası, Qüvvədə olan uyğunluq sertifikatlarının dövlət reyestri, 2016

  11. Əhmədоv Ə.I. “Bitki mənşəli ərzаq mаllаrı əmtəəşünаslığı kursu üzrə lаbоrаtоriyа işlərinin yеrinə yеtirilməsinə dаir mеtоdiki göstərişlər”. Bаkı, Çаşıоğlu. Bölmələr: “Tахıl-un mаllаrı” 1996, 63 səh., “Mеyvə-tərəvəz mаllаrı” 1996, 54 səh., “Nişаstа, şəkər, bаl və qənnаdı mаllаrı” 1997, 60 səh

  12. Məmmədov N.R. “Standartlaşdırmanın əsasları”. Bakı 2002, 388 səh.

  13. Qurbanov N.H., Хəlilova Ü.İ., Qurbanova A.A. “Qida fiziologiyası”. Bakı 2003. 248 səh.

  14. “Yеyinti məhsullаrı hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunu. “Biznеsmеnin büllеtеni” nəşriyyаt еvi, Bаkı 2000.

  15. Аzərbаycаn Rеspublikаsının “Əmtəə nişаnlаrı və cоğrаfi göstəricilər” hаqqındа Qаnunu. 12 iyul 1998-ci il, Bаkı, “Biznеsmеn büllеtеni” nəşriyyаt еvi, 1999

  16. Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturası, Bakı 2012

  17. “Azərbaycan Respublikasının Gömrük Tarifi”, Bakı 2004

  18. Ляпустин.С.Н., Сопин.Л.В., Вашукевич.Ю.Е., Фоменко.П.В. Товароведение и таможенная экспертиза товаров животного и растительного происхождения

  19. Крассовский П.А., Ковалев А.И., Стрижев С.Г. Товар и его экспертиза. Москва, Центр экономики и маркетинга, 1998.

  20. Чечеткина Н.М. Управление качеством продукции и экспертиза. Учебное пособие. Ростовна/Дону,РГЭА,1998.

  21. Таможенное дело. Словарь-справочник. С.Петербург.Логос.СПБ, 1994,318 С.

  22. Национальный исcледовательский Томский политехнический университет. Государственная система обеспечения единства измерений., Внутренний контроль качества резултатов количественного химического анализа, Москва Стандартинформ 2006.

  23. ГОСТ Р 8.536-96 ГСО ЕИ. Методики выполнения измерений.

  24. ГОСТ 8.315-91 ГСИ. Стандартные образцы.

  25. Dr.Adriane Titz, Dr.Gerard Bodeker. A. Medicinal herbs and plants – scope for diversified and sustainable extraction. 22-26 July 2004

  26. Sunita A. Chaudhary, Krupa V. Gadhvi, Ankit B. Chaudhary. Comprehensive Review on World Herb Trade, 2015

  27. Dagmar Lange University of Landau, Institute of Biology. Medicinal and Aromatic Plants: Trade, Production, and Management of Botanical Resources, 2012

  28. www.customs.gov.az - Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi saytı

  29. www.wto.org – Ümumdünya Ticarət Təşkilatının rəsmi saytı

  30. www.wcoomd.org/en.aspx - Ümumdünya Gömrük Təşkilatının rəsmi saytı

  31. www.cabmin.gov.az – Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi saytı

  32. www.azstand.gov.az – Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytı

  33. www.e-qanun.az – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazası

  34. www.testing-lab.com



Annotasiya

Bеynəlхаlq əmək bölgüsünün inкişаfı nətiсəsində dünyа ölkələri аrаsındа iqtisаdi əlаqələr dаhа dа gеnişlənir. İqtisadi əlaqələrin inkişafı ölkələr arasında ticarət əlaqələrinin genişləməsinə, yəni ixrac-idxal əməliyyatlarının genişləməsinə gətirib çıxarır. İxrac-idxal əməliyyatlarının həcminin artması ekspertizanın inkişafına zəmin yaradır. Ticarət dövriyyəsindəki bu artım gömrük sərhəddindən keçirilən mallara daha tez, daha sürətli, daha effektiv və daha etibarlı nəzarəti labüd edir və bu sahədə ixtisaslaşmaya təkan yaradır. Ekspertiza - gömrük işi məsələlərinin həlli məqsədi ilə ekspertlər tərəfindən həyata keçirilən xüsusi elmi-praktiki tədqiqatdır. Yəni, bu prosesdə xüsusi ekspertlərin iştirakı, elmi-praktiki tədqiqatlar, gömrük qanunvericiliyinin tətbiqi bu sahəyə marağı daha da artırır. Bundan başqa, bu mövzu haqqında xarici nəşrlərdə çoxlu sayda iqtisadi ədəbiyyat, jurnal, məqalə və tezislər vardır ki, bu da mövzunun aktual olmasını bir daha sübut edir. Belə ki, dövlətlər arasında xarici iqtisadi əlaqələrin qorunması məsələsi, bu əlaqələrin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də mövzunun aktuallığı onun elmi cəhətdən təhlil olunması zəruriliyini əsaslandırır.



Summary

Economic relations between the countries is further widening as a result of the development of the international division of labor. Developing of economic relations between countries leads to the expansion of trade relations and an increase in export-import transactions. The increase in circulation of goods stimulates passing process more quicker, more faster, more efficient, and more secure through customs border and creates significant impetus to specialize in this area. Customs expertise - special scientific and practical research carried out by experts in order to make solution to the issue of the customs.

In the first chapter, the organization of the customs examination of the topic, expert and research methods, the customs examination was conducted on the directions of improvement of the legislative framework and the basis. Classification and identification characteristics of herbal goods is indicated in the II (07-14th groups) and IV (17-22th groups) group of Azerbaijan Commodity Nomenclature of Foreign Economic Activity.

The second chapter covers characteristics, expertise and technical documents of goods that passing through Azerbaijan Republic’s border. Normative-technical documentation is used in customs expertise in all type, group and kind of herbal products. İt concerns the evaluation of the herbal commodity and makes customs expertise comparisons of Azerbaijan Republic’s practice with the world practice level. Global financial crisis had effected the world economy negatively and as a result production, import and export transaction of herbal products declined properly.

The third chapter of the thesis concerns quality assessments, such as expert, laboratory, organoleptic, infrared spectrascopy and chromatographic methods are used in the customs border in order to examine herbal products.

Резюме

Экономические отношения между странами расширяется в результате развития международного разделения труда. Развитие экономических отношений между странами приводит к расширению торговых отношений и увеличение экспортно-импортных операций. Увеличение оборота товаров стимулирует процесс прохождения более быстрее, более быстрее, эффективнее и безопаснее через таможенную границу и создает значительный импульс специализироваться в этой области. Таможенная экспертиза является специальная научно-практическая исследования, проведенные специалистами для того, чтобы решение вопроса о таможне.

В первой главе, организация таможенной экспертизы методов темы, экспертных и научно-исследовательских, таможенная экспертиза проводилась по направлениям совершенствования нормативно-правовой базы и основы. Классификация и идентификационные признаки растительного происхождения товара указано в (07-14 групп) II и IV (17-22 группы) группа Азербайджана Товарной номенклатуры внешнеэкономической деятельности.

Вторая глава охватывает характеристики, опыт и технические документы товаров, проходящих через границу Азербайджанской Республики. Нормативно-техническая документация используется в таможенной экспертизы во всех видах, группы и вида растительных продуктов. Речь идет об оценке растительного товара и делает таможенной экспертизы сравнения Азербайджанской Республики практики с мировым уровнем практики. Мировой финансовый кризис повлиял на мировую экономику негативно, как сделка растительных продуктов в результате, импорт и экспорт сократился надлежащим.



Третья глава диссертации относится к oценки качества, такие, как эксперт, лаборатории, органолептическим, ИК-спектроскопии и хроматографические методы используются на таможенной границе с целью изучения растительных продуктов.

11 C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov “Gömrük Ekspertizası”, Bakı-2003.

2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi saytı, “Gömrük ekspertizasının aparılma Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar Nº232, Bakı şəhəri, 27 avqust 2013-cü il

3 Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Əmtəə Nomenklaturası, Bakı - 2012

4 Национальный исcледовательский Томский политехнический университет. Государственная система обеспечения единства измерений., Внутренний контроль качества резултатов количественного химического анализа, Москва Стандартинформ 2006.

5 Əhmədоv Ə.İ., Musаyеv N.Х., “Ərzаq mаllаrının еkspеrtizаsı”. Dərslik, Bаkı, “Çаşıоğlu” nəşriyyаtı, 2005.-568 səh.

6 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Uyğunluq Sertifikatlarının Məlumat Bazası, Qüvvədə olan uyğunluq sertifikatlarının dövlət reyestri, 2016.

7 Sunita A. Chaudhary*, Krupa V. Gadhvi, Ankit B. Chaudhary. Comprehensive Review on World Herb Trade, 2015

8 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası, Hesabat dövrü 01.01.2016 – 31.08.2016

9 ИСО 9000-1:1994. Общее руководство качеством и стандарты по обеспечению качества. -Часть 1 Руководящие указания по выбору и применению.

10 ISo 8402 . Управление качеством и обеспечение качества . –Словарь.

11 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi saytı, “Azərbaycan Respublikasının Gömrük Komitəsinin məsələləri haqqında”nın təsdiq edilməsi haqqında Qərar Nº301, Bakı şəhəri, 1 iyun 1992-ci il.

12 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli, 164 nömrəli Qanunu

: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə