Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   ...   7   8   9   10   11   12   13   14   15

55 

 

-



 

Təhsil  proqramlarının  və  tədris  planlarının  dövlət  təhsil  standartları 

tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir; 

-

 



Tələbələrin  pedaqoji  praktikasının  həyata  keçirilməsi  üçün  şərait  yaradır 

və onu nəzarətdə saxlayır;  

-

 

Fakültə  üzrə  dərs  cədvəllərinin  tərtibinə  rəhbərlik  edir,  onun 



optimal variantlarının  təmin  olunması  üçün  məsuliyyət  daşıyır  və  həyata 

keçirilməsinə nəzarət edir;  

-

 

Tələbələrin  müstəqil  işlərinə  nəzarəti  təşkil  edir  və  onların  elmi 



fəaliyyətləri üçün şərait yaranmasını təmin edir; 

-

 



Tələbələrin  imtahan  və  yoxlamalarının  keçirilməsinə  nəzarəti  təşkil  edir, 

akademik  borcları  ləğv  etmək  üçün  qruplar  yaradır.  Bütün  imtahan  yoxlama 

prosesinin  normal,  mövcud  tələblərə  uyğun  keçirilməsinə  birbaşa  cavabdehlik 

daşıyır; 

-

 

Tələbələri  semestrdən-semestrə  keçirmək,  eləcə  də  tələbələr  sırasından 



xaric etmək və təkrar kursda saxlamaq üçün rektora təqdimatlar verir; 

-

 



Tələbələrin buraxılış – yekun dövlət imtahanlarında və buraxılış işlərinin 

müdafiəsinə buraxılmasına icazə verir; 

-

 

Fakültədə  təhsil  alan  tələbələrə  mövcud  qaydaya  uyğun  şəkildə  təqaüdü 



təqdim edir; 

-

 



Fakültədə  çalışan  professor-müəllim  heyətinin  ixtisas  artırılması  və 

yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir; 

-

 

Fakültədə  təhsil  alan  doktorantların  təhsilin  lazımi  səviyyədə  təşkil 



olunmasını təmin edir. Onların attestasiyalarını keçirir; 

-

 



Fakültənin  profilinə  uyğun  dərsliklərin,  dərs  vəsaitlərinin,  fənn 

proqramlarının,  təhsil  normalarının,  tədris  planlarının,  metodiki  göstərişlərin  və 

tələbələrə  təqdim  olunan  mətnlərin  hazırlanmasına  göstərişlər  verir  və  bu  işə 

ümumi rəhbərlik edir; 

-

 

Kafedralararası 



müşavirələrin, 

elmi-metodiki 

müzakirələrin 

və 


konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir; 


56 

 

-



 

Ümumfakültə elmi-metodiki və elmi seminarların təşkil olunmasını təmin 

edir; 

-

 



Fakültədə hazırlanan ixtisaslar üzrə peşə yönümü işinin aparılmasını təşkil 

edir və onun lazımi səviyyədə olmasına məsuliyyət daşıyır; 

-

 

Ali  təhsilin  hər  iki  pilləsi,  eləcə  də  magistratura  və  doktorantura  üzrə 



fakültədə  hazırlanması  mümkün  və  zəruri  olan  ixtisasları  və    ixtisaslaşmaları 

müəyyənləşdirir,  onlar  üzrə  illik  perspektiv  qəbul  planları  üzrə  ali  məktəbin 

rəhbərinə təkliflər təqdim edir; 

-

 



Fakültə elmi şurasına rəhbərlik edir; 

-

 



ADPU-da  fakültənin  fəaliyyətı  ilə  bağlı  olan  bütün  tədbirlərdə, 

komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir; 

-

 

Dekan müavinlərini təyin etmək üçün təqdimat verir; 



-

 

Fakültədə  olan  tədris  köməkçi  heyətin  işinə  nəzarət  edir.  Onların  işə 



qəbulu  və  işdən  azad  olunması,  eləcə  də  rəğbətləndirilməsi  və  cəzalandırıması 

üçün ADPU-nun  rektoruna təqdimat verir; 

-

 

Ayrı-ayrı kafedraların tədris  yükünün  düzgünlüyünü  yoxlayıb, onlara rəy 



verir. 

“Filologiya”  fakültəsinin  dekan  müavinləri  fakültə  dekanının  təqdimatı 

əsasında  ADPU-nun  rektorunun  əmri  ilə  təyin  olunur.  Dekan  müavini  fakültənin 

profilinə  uyğun  olaraq  müvafiq  ixtisasa  malik  olmaqla  yanaşı,  elmi  ad  və  ya 

dərəcəyə də malik olmalıdır.  

“Filologiya” fakültəsinin fəaliyyətinə dair məsələlərə baxmaq üçün fakültədə 

mövcud qanunvericiliyə uyğun  təşkil olunmuş elmi şura fəaliyyət göstərir. 

 

 




57 

 

 



FIİLOLOGİYA FAKÜLTƏSİNİN ELMİ ŞURASI HAQQINDA 

ƏSASNAMƏ 

1.  Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti  (ADPU)  “Filologiya”  fakültəsinə 

ümümi  rəhbərlik  dekanın  başçılıq  etdiyi  seçkili  orqan  olan  “Filologiya”  fakültəsi 

Elmi  Şurası  tərəfindən  həyata  keçirilir.  “Filologiya”  fakültəsi  Elmi  Şurası 

Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  rektorunun  əmrinə  əsasən  3  il 

müddətinə  seçilir.  “Filologiya”  fakültəsi  Elmi  Şurasının  sədri  dekandır. 

“Filologiya”  fakültəsi  Elmi  Şurasının  vaxtından  əvvəl  yenidən  seçilməsi  onun 

üzvlərinin  ən  azı  2/3  hissəsinin  tələbi  ilə,  həmçinin  müstəsna  hallarda  ADPU 

rektorunun təqdimatına görə həyata keçirilə bilər. 

2.  “Filologiya”  fakültəsinin  Elmi  Şurasına  tutduqları  vəzifələrinə  görə  dekan 

müavinləri (onlardan biri sədr müavini), fakültənin tərkibindəki bütün kafedraların 

müdirləri, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri daxil olurlar. Elmi Şuranın digər 

üzvləri  fakültənin  professor-müəllim  heyətinin  ümumi  iclasında  gizli  səsvermə 

yolu  ilə  seçilir.  Elmi  Şura  üzvlərinin  həmin  seçilən  say  miqdarı  ADPU  rektoru 

tərəfindən müəyyənləşdirilir. 

3. “Filologiya” fakültəsinin Elmi Şurasının tərkibi ADPU rektoru tərəfindən təsdiq 

olunur. 

4. “Filologiya” fakültəsinin Elmi Şurası: 

 

fakültədə  mütəxəssis  hazırlığına,  fakültənin  elmi-tədqiqat  fəaliyyətinə  və 



kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır; 

 



fakültənin professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr 

keçirir; 

 

tədris  planlarının  və  proqramlarının layihələrinin,  kafedraların  tədris-



metodiki  və  elmi-tədqiqat  işləri  haqqında hesabatlarını  dinləyib  müzakirə 

edir; 


 

elmi-tədqiqat  və  tərbiyə  işlərinin  planlarını,  fakültənin  professor-müəllim 



heyətinin ixtisaslarının artırılması planlarını müzakirə edir; 

 



hər il dekanın hesabatını dinləyir; 


Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə