Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   ...   15

 

bütün  imkanlarından  faydalanmaq  yolunu  taparaq,  onu  bir  dəyər  kimi  təqdim 



etməyi  bacarmalıyıq.  Bunun  üçün  sizdən,  siz  gənclərdən,  gələcək 

müəllimlərimizdən  çox  şey  asılıdır.  Siz  öz  hədəflərinizi  elə  seçməlisiniz  ki, 

gələcəkdə  layiqli  müəllim  kimi  təhsilimizə,  elmimizə  böyük  töhfələr  verəsiniz. 

Buna  görə də  fakültəmizin  məqsədi elmi-nəzəri  hazırlığı yüksək olan  və bu elmi-

nəzəri  hazırlığı  praktikaya  tətbiq  edə  biləcək,  müasir  düşüncə  tərzinə  malik 

məzunlar hazırlamaqdır. 

Azərbaycan Respublikası multikurtural dəyərlərə üstünlük verən ölkədir. Bu 

dəyərlərə  üstünlük  vermək  gündəmə  onu  gətirir  ki,  biz  ölkəmizi  təkcə  iqtisadi, 

siyasi  baxımdan  deyil,  həm  də  mənədəni  baxımdan  irəli  aparmalıyıq.  Bu, 

Azərbaycan Respublikasında  hər bir  vətəndaşın  müqəddəs  işlərindən biridir. Əziz 

tələbələr,  biz  sizi  elə  hazırlamalıyıq  ki,  sizin  hər  biriniz  gələcəkdə  Azərbaycanın 

mədəni, mənəvi inkişafının təminatçısı ola biləsiniz. Bunu biz gənclərimizin milli-

mənəvi dəyərlərə sahib çıxması istiqamətində aparmalıyıq. Həm də sivil dünyanın 

milli-mənəvi dəyərlərinə  hörmət etmək ruhunda  gənclərimizi  hazırlamalıyıq. Həm 

milli,  həm  də  sivil  dünyanın  milli-mənəvi  dəyərlərindən  faydalanmağı  və  bu 

istiqamətdə  milli-mənəvi  dəyərlərimizin  bütün  üstünlüklərini  və  imkanlarını 

təqdim etməyi hədəf kimi götürməliyik. 

Əziz  tələbələr,  Azərbaycan  təkcə  coğrafi  baxımdan  deyil,  həm  də  dil, 

ədəbiyyat,  mədəniyyət  və  mənəviyyat  baxımından  Avropa  ilə  Asiyanın  kəsişdiyi 

bir  yerdir.  Ona  görə  də  belə  bir  məkanda  dilimizi,  ədəbiyyatımızı  qorumaq  və 

inkişaf  etdirmək,  gələcək  nəsillərə  çatdırmaq  üçün  siz  gənc  kadrların  üzərinə 

böyük məsuliyyət düşür. 



 


 

 



Fakütənin yaranma və inkişaf tarixi 

Ali Pedaqoji İnstitut yarandığı vaxtdan burada fəaliyyət göstərən şöbələrdən 

biri  tarix-ədəbiyyat  şöbəsi  olmuşdur.  Bu  şöbə  1925/1926-cı  dərs  ilindən  tarix  və 

ədəbiyyat  şöbələrinə  ayrılmışdır.  Ədəbiyyat  şöbəsi  1933-cü  ildən  müstəqil  dil-

ədəbiyyat fakültəsi kimi fəaliyyətə başlamışdır. 

1933/1934-cü  tədris  ilindən  tələbə  kontingentinin  və  müəllim  heyətinin 

artması  fakültənin  genişlənməsinə,  böyüməsinə  səbəb  olmuşdur.  Bu  tədris  ilinə 

qədər filologiya fakültəsinin əsas kafedrası Dil və ədəbiyyat kafedrası adlanmışdır. 

1933/1934-cü  tədris  ilindən  Dil  və  ədəbiyyat  kafedrasının  bazası  əsasında  üç 

müstəqil  kafedra təşkil edilmişdir:  Azərbaycan ədəbiyyatı tarixi, Dilçilik, Ümumi 

ədəbiyyat tarixi kafedraları. 

Filologiya  fakültəsi  yaranandan  ona  nüfuzlu  alimlər  rəhbərlik  etmişlər.  İlk 

dekanı  professor  B.V.Çobanzadə  olmuş,  sonrakı  illərdə  kollektivə  professor 

A.S.Abdullayev  (1939-1941),  professor  M.H.Rəfili  (1943-1945),  baş  müəllim 

C.F.Bağırov  (1945-1947),  dosent  İ.R.Əfəndiyev  (1947-1952),  dosent  S.M.Əfən-

diyev (1952-1957) rəhbərlik etmişlər. ADPİ-nin 5 illik təhsilə keçməsi ilə əlaqədar 

(1956) müstəqil tarix və dil-ədəbiyyat fakültələri təşkil edilmişdir. Lakin bir neçə il 

keçməmiş yenidən bu fakültələr birləşdirilmişdir.  

Dil-ədəbiyyat  fakültəsinə  dekan  vəzifəsinə  dosent  A.Ə.Hüseynov  (1957-

1961), birləşəndən sonra isə dosent Ş.Ə.Sadıqov (1961-1964) seçilmişdir. 

Tarix-filologiya  fakültəsi  1964/1965-ci  tədris  ilindən  yenidən  müstəqil 

fakültəyə ayrılmış və bundan sonra filologiya fakültəsinə professor A.M.Qurbanov 

(1968-1981),  professor  F.Q.Fərhadov  (1981),  professor  P.Ş.Əfəndiyev  (1981-

1982),  dosent  B.Muradov  (1982-1989),  professor  Q.Ş.Kazımov  (1989-1997), 

professor  H.B.Balıyev  (1997-2006)  rəhbərlik  etmişlər.  2006-cı  il  may  ayının  12-

dən  filologiya  fakültəsinin  dekanı  filologiya  elmləri  doktoru,  professor  Buludxan 

Xəlilovdur. 



 

 



Fakültə haqqında ümumi məlumat 

 

Fakültənin  nəzdində    8  kafedra,  2  elmi  tədqiqat  laboratoriyası  fəaliyyət 



göstərir:  Müasir  Azərbaycan  dili,  Azərbaycan  dilçiliyi,  Azərbaycan  və  dünya 

ədəbiyyatı,  Azərbaycan dilinin tədrisi  metodikası, Ədəbiyyatın tədrisi  metodikası, 

İngilis  dili  və  onun  tədrisi  metodikası,  Xarici  dillər  və  onların  tədrisi  metodikası, 

İngilis  dili  kafedraları,  Dədə  Qorqud  və  Türk  araşdırmaları  elmi  –  tədqiqat 

laboratoriyaları. 

Fakültənin  professor-müəllim  heyətinin  tərkibində  20  nəfər  elmlər  doktoru, 

professor,  40  nəfər  elmlər  namizədi,  dosent,  2  nəfər  əvəzçiliklə  dosent,  elmlər 

namizədi,  14  nəfər  baş  müəllim,  elmlər  namizədi,  49  nəfər  müəllim  çalışır. 

Fakültədə 1999/2000-ci tədris ilindən dil və ədəbiyyat ixtisaslarından əlavə fransız 

dili,  2001/2002-ci  tədris  ilindən  isə  ingilis  dili  ixtisasları  üzrə  müəllimlər  hazır-

layan şöbə fəaliyyət göstərir. Orada Fransadan gələn elmi-pedaqoji kadrlar da dərs 

deyir və tədqiqatla məşğul olurlar. 

Fakültədə bu gün 1328 tələbə təhsil alır: 1231 tələbə əyani şöbədə, 97 tələbə 

qiyabi  şöbədə.  Filologiya  fakültəsinin  magistraturasında  100  magistr  təhsil  alır. 

Fakültədə  hal  –  hazırda  9  aspirant,  10  dissertant  vardır.  Bakalavr  pilləsində 

tələbələr  üç  ixtisasa:  Azərbaycan      dili      və    ədəbiyyatı  müəllimliyi  (əyani  və 

qiyabi),  Xarici  dil  (ingilis)  müəllimliyi  (əyani),  Xarici  dil  (fransız)  müəllimliyi 

(əyani),  magistraturada  isə  8  ixtisasa:  Azərbaycan  dili,  Ümumi  dilçilk,  Ədəbiyyat 

nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, Foklorşünaslıq və mifologiya, Azərbaycan dili 

və ədəbiyyatın tədrisi metodikası, ingilis və fransız dilləri ixtisaslarına yiyələnirlər. 

Ancaq  son  iki  ildə  (tədris  ilində)  qeyd  olunan  ixtisaslar  üzrə  fakültəyə  magistr 

qəbulu  verilmir  (Ana  dilinin  və  ədəbiyyatın  tədrisi  metodikası  ixtisası  istisna 

olmaqla). Bakalavr və magistrlərin yüksək ixtisaslara yiyələnmələri üçün fakültədə 

hər  cür  şərait  yaradılmış,  yüksək  ixtisaslı  professor-müəllim  heyəti  var  gücü  ilə 

çalışır.  Aparılan  işlər,  keçirilən  çoxsaylı  tədbirlər  onların  elmlərə  yiyələnməsinə, 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə