Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   ...   15

 

gənc  bir  müəllim  kimi  formalaşmasına  xidmət  edir.  Hər  bir  gəncin    elmi 



yaradıcılıqla məşğul olması üçün lazımi şərait yaradılmışdır. 

Fakültədə Cəfər  Xəndan auditoriyası  fəaliyyət  göstərir.  «Gənc  filoloq» adlı 

divar  qəzeti  müntəzəm  olaraq  çap  olunur.  «Gənc  dilçilər»  və  «Gənc 

ədəbiyyatçılar»  adlı  iki  dərnək  tələbələrin  yaradıcılıq  qabiliyyətinin  inkişaf 

etdirilməsi  istiqamətində  mühüm  işlər  görür.  Bu  dərnəklərə  dilimizə  və 

ədəbiyyatımıza marağı olan tələbələr cəlb olunur. Onlar indidən bədii yaradıcılığın 

və ədəbiyyatşünaslıq, dilçilik elmlərinin sirlərinə yiyələnirlər. 

Fakültədə  tələbə  elmi  cəmiyyəti  müntəzəm  olaraq  tələbələrin  elmə  olan 

marağını  artırmaq  istiqamətində  işlər  görür.  Hər  il  tələbələrin  elmi  fəaliyyəti 

yekunlaşır və seçilən tələbələr müvafiq yerlər üzrə mükafatlandırılır. Tələbələrimiz 

Respublika  olimpiadalarında  fəal  iştirak  edir,  ayrı  –  ayrı  universitetlərdə  təşkil 

olunmuş konfranslarda məruzələrlə çıxış edirlər. 

Hazırda filologiya fakültəsi Pedaqoji Universitetin kadr potensialına görə iri 

fakültələrindəndir.  Burada  1326-dən  artıq  tələbənin  təhsil-tərbiyəsi  ilə  200 

nəfərdən çox professor-müəllim, köməkçi tədris işçiləri məşğul olur. 

Filologiya  fakültəsi  şərəfli  bir  yol  keçmiş,  həmişə  öz  məzunları  ilə  fəxr  et-

mişdir. Vaxtilə bu  fakültədə təhsil almış  yüzlərcə tələbə öz əməli  fəaliyyətləri  ilə 

universitetimizə  şərəf  gətirmişlər:  S.Vurğun,  M.Rahim,  M.Dilbazi,  C.Xəndan, 

H.Araslı,  M.Hüseynzadə,  O.Sarıvəlli,  Əbülhəsən,  M.Cəfər,  M.H.Təhmasib, 

M.C.Paşayev, M.İbrahimov, İ.Şıxlı və digərləri. İndiyə qədər fakültəmizin 12.000-

dən çox məzunu olmuşdur. 

Bu  gün  müstəqil  dövlət  kimi  mövcud  olduğumuz,  qurub  yaratdığımız 

şəraitdə  filologiya  fakültəsinin  gənc  kadrların  hazırlanmasında  oynadığı  rolu 

müstəsna xidmət kimi qiymətləndirməliyik.  

Nizami, Füzuli, Xətai, Axundov, Cabbarlı və digərləri ədəbiyyatımızın ədəbi 

simaları  olmaqla  filoloji  düşüncəmizin  səviyyəsini  göstərə  bilən  nadir  in-

cilərdəndir.  Bədii  düşüncəmizin  kamillik  zirvəsini  fəth  etmiş  ədəbi  simalardır. 

Fakültəmizdə bu  nadir  incilərin, ədəbi simaların həyatı,  yaradıcılığı tədris olunur, 




 

gənc  nəslə  çatdırılır.  Bununla  da  gəncliyin azərbaycançılıq ruhunda  böyüməsində 



əlimizdən gələni əsirgərmirik. 

Filologiya  fakültəsində  elmi  işlərə  olan  diqqət,  ədəbiyyatımızın,  dilimizin 

müxtəlif  sahələri  ilə  bağlı  aparılmış  tədqiqat  işləri  diqqət  mərkəzində  saxlanılır. 

Biz  yaxşı  başa  düşürük  ki,  əldə  etdiyimiz  hər  bir  nailiyyətə  görə  elmimizə 

borcluyuq.  Elmimizin  böyük  tarixi  vardır.  Ondan  hər  birimiz  faydalanmışıq  və 

gələcəkdə  də  belə  olacaqdır.  Ulu  öndər  Heydər  Əliyevin  sözləri  ilə  desək: 

«Azərbaycanın  dövlət  müstəqilliyi  əldə  etməsi  tarixi  nailiyyətdir  və  bu,  hər  bir 

azərbaycanlı  üçün  ən  böyük  xoşbəxtlikdir.  Amma  bu  müstəqilliyi  əldə  edərkən 

nəyimiz  vardı,  nəyimiz  yox  idi  bunun  da  çox  böyük  əhəmiyyəti  var.  Biz  dövlət 

müstəqilliyi əldə edərkən  müstəqil dövlət  kimi  yaşamaq  üçün,  demək olar ki,  hər 

şeyimiz  var  idi,  o  cümlədən  böyük  elmimiz  var  idi».  Bu  mənada  filologiya 

fakültəsi yarandığı gündən indiyə qədər həmişə elmi tədqiqat işinə və onun yüksək 

səviyyədə olmasına xüsusi önəm vermişdir. Fakültənin nəzdində fəaliyyət göstərən 

kafedraların apardığı elmi tədqiqat işlərinin istiqaməti respublika miqyasında elmi 

nailiyyət  kimi  qiymətləndirilməlidir.  Konkret  olaraq  kafedralar  üzrə  elmi 

araşdırmaların əsas istiqamətini belə göstərmək olar. Azərbaycan dilçiliyi kafedrası 

Azərbaycan  onomalogiyası,  ümumi  dilçilik,  Azərbaycan  dilçiliyinin  problemləri, 

türkologiya  istiqamətində  elmi  tədqiqat  işləri  aparır  və  bunun  nəticələrini  elmi 

məqalələrdə,  monoqrafiya,  dərslik  və  dərs  vəsaitlərində  çap  etdirir.  Müasir 

Azərbaycan  dili  kafedrası  müasir  dil,  onomastika,  türkologiya  və  s.  istiqamətdə 

elmi  işlərə  xüsusi  diqqət  yetirir.  Azərbaycan  və  dünya  ədəbiyyatı  kafedrası  ədə-

biyyat  tarixi,  müasir  ədəbiyyat,  folklor,  ədəbiyyatın  problemləri,  xarici  ölkələr 

ədəbiyyatı, ədəbiyyat  nəzəriyyəsi  və ədəbiyyatşünaslıq  istiqamətində dərslik, dərs 

vəsaiti  və  monoqrafiyalar  çap  etdirir,  respublikamızın  ədəbi-elmi  mühitində 

ləyaqətlə təmsil olunurlar. 

Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan ədəbiyyatı və onun 

tədrisi  metodikası  kafedraları  dilmizin  və  ədəbiyyatımızın  tədrisinə  dair 

dərsliklərin,  dərs  vəsaitlərinin,  metodik  göstərişlərin  yazılmasında  respublika 

dairəsində tanınan, sayılan, seçilən kafedralardır. 



 

İngilis  dili  və  onun  tədrisi  metodikası,  Xarici  dillər  və  onların  tədrisi 



metodikası kafedraları ümum universitet kafedraları olmaqla, daha çox praktik işə– 

tədrisə  üstünlük  verir,  tələbələrimizin  əcnəbi  dilləri  öyrənməsi  üçün  əllərindən 

gələni  əsirgəmirlər.  Yarandığı  gündən  indiyə  qədər  filologiya  fakültəsinin 

əməkdaşları  tərəfindən  150  dərslik  və  dərs  vəsaiti,  50  metodik  göstəriş,  100-ə 

yaxın monoqrafiya yazılmışdır. 

Filologiya  fakültəsinin  nəzdində  olan  kafedraların  hər  birinin  Azərbaycan 

elminin  inkişafında  xüsusi  xidmətləri  var.  Onların  fədakar  əməyi  ən  yüksək 

qiymətə  layiqdir.  Təsadüfi  deyildir  ki,  Universitetimizin  85  illik  yubileyində 

fakültəmizin  9  əməkdaşı  Prezidentimiz  İlham  Əliyevin  sərəncamı  ilə 

mükafatlandırıldı. 3 nəfər əməkdaşımız “əməkdar  müəllim”, 5 nəfər əməkdaşımız 

“Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görüldü. 

Universitetimizin  90  illik  yubileyində  fakültəmizin  6  əməkdaşı 

Prezidentimiz  İlham  əliyevin  sərəncamı  ilə  “Əməkdar  müəllim”  adına,  1  nəfər 

əməkdaş “Tərəqqi” medalına layiq görülmüşdür. 

Filologiya  fakültəsində  müntəzəm  olaraq  şairlərlə,  yazıçılarla,  ziyalılarla 

görüşlər  keçirilir.  Son  illərdə  bu  qəbildən  olan  görüşlər  içərisində  Əlibala 

Hacızadə,  Nəriman  Həsənzadə,  Anar,  Fikrət  Qoca  və  digərləri  ilə  olan  görüşlər, 

Rəsul  Rzanın,  Cəfər  Xəndanın,  Mir  Cəlal  Paşayevin,  Zərifə  Budaqovanın,  Mirzə 

İbrahimovun  və  başqalarının  yubiley  tədbirləri  yüksək  səviyyədə  keçirilməklə 

yanaşı, həm də tələbələrimizin yaddaşına həkk olunmuş,  onların mənəvi cəhətdən 

zənginləşməsində  böyük  rol  oynamışdır.  Müntəzəm  olaraq  kafedralar  üzrə 

əməkdaşların açıq dərsləri təşkil olunur. Bunların hamısı tədrisə və təhsilə müsbət 

təsirini göstərir. 

Müstəqillik əldə etdikdən sonra respublikamızda elmə xüsusi diqqət yetirilir. 

Mərhum Prezidentimiz Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 

statusu  haqqında 4  yanvar 2003-cü  il tarixli  fərmanı,  Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyevin  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  60  illik 

yubileyi  haqqında 14  fevral 2005-ci  il tarixdə  imzaladığı sərəncamı buna ən bariz 

nümunə kimi göstərilə bilər. 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə