Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   ...   15

10 

 

Azərbaycanda  gənclərin  müasir  biliklərə  və  texnologiyalara  yiyələnməsi 



üçün  hər  cür  şərait  yaradılır.  Müasir  dövrdə  yaxşı  təhsil  almağın  vacib  olduğu 

dövlət  başçımız  tərəfindən  diqqət  mərkəzində  saxlanılır.  Dövlət  başçısı  İlham 

Əliyev  təhsili  inkişaf  etdirmək  məqsədilə  söyləyibdir:  «İnkişaf  etmiş  ölkələrin 

təcrübəsinə  nəzər  salsaq,  görərik  ki,  o  ölkələr  inkişaf  edib  ki,  orada  təhsil  yüksək 

səviyyədədir. Dünyada  gedən tərəqqinin əsas əlaməti də  bilik, savaddır. Ona  görə 

Azərbaycanda  yeni  gənc  nəslin  yetişdirilməsi  və  tərbiyə  olunmasında  təhsilin  çox 

böyük  əhəmiyyəti  var».  Bu  mənada  qloballaşan  təhsil  sahəsi  üzrə  Boloniya 

prosesinə  üstünlük  verilir.  Bu  proseslə  bağlı  olaraq  Boloniya  Deklarasiyası  qəbul 

olunmuşdur.  Boloniya  Deklarasiyası  19  iyun  1999-cu  ildə  29  Avropa  dövlətləri 

tərəfindən  keçirilən  görüşdə  baş  tutmuşdur.  Boloniya  prosesinə  qoşulmaqda 

məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, Avropa Universitetləri bir-biri 

ilə  inteqrasiya  olunsun,  vahid  kreditlər  sistemi  yaransın,  ali  təhsil  sənədləri  və 

ixtisasları  Avropa  məkanında  qarşılıqlı  tanınsın,  tələbələrin  mobilliyi  təmin 

olunsun və s. Hal – hazırda filologiya fakültəsinin tələbələri kredit sistemi ilə təhsil 

alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 264 saylı 

əmrini əsas tutaraq filologiya fakültəsinin I kurslarının 2006/2007-ci tədris ilindən 

kredit 

sisteminə 



keçmələri  barədə  Universitetimizdə  əmr  olmuşdur. 

Universitetimizdə ilk dəfə kredit sistemi filologiya fakültəsində tətbiq olunmuşdur. 

Universitetimizdə  ilk  kredit  sisteminin  məzunları  (2009-2010-cu  tədris  ilində) 

filologiya  fakültəsinin  Azərbaycan  dili  və  ədəbiyyatı  ixtisasının  tələbələri 

olmuşdur. Bizim Filologiya fakültəsi bu sistemlə tədris prosesinin aparılması üçün 

yeni  tədris  planı  hazırlamış,  tələbələrə  yaddaş  kitabçaları  paylamış  və  müntəzəm 

olaraq  kredit  sisteminin  tələblərinə  uyğun  olaraq  öz  işini  davam  etdirir.  Ən 

təcrübəli müəllimlər kredit sistemində dərs deməyə cəlb olunur. İlk təcrübə olduğu 

üçün  tez-tez  tələbələrimiz  və  müəllimlərimizin  iştirakı  ilə  seminarlar  keçirilir,  bu 

istiqamətdə  maariflənmə işi aparılır. 

Bu  gün  universitetimizin  beynəlxalq  əlaqələri  gün  –  gündən  genişlənir. 

Müxtəlif  ölkələrlə  müəllim,  tələbə  mübadiləsi,  birgə  konfrans,  simpoziumların 

keçirilməsi  son  illərin  uğurlu  işləri  kimi  diqqəti  çəkir.  Filologiya  fakültəsi  bu 



11 

 

istiqamətdə  də  əlindən  gələni  əsirgərmir.  Əməkdaşlarımız  beynəlxalq 



konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edirlər. Elmi nailiyyətlərimizin 

beynəlxalq  arenaya  çıxmasında  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 

keçirdiyi  beynəlxalq  konfrans  və  simpoziumların  imkanlarından  qədərincə 

faydalana bilirlər. 



Fakültədə təhsil pillələri  üzrə aşağıdakı ixtisaslar və 

ixtisaslaşmalar üzrə mütəxəssis hazırladığı aparılır. 

Bakalavr pilləsində 

1.

 



Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

2.

 



İngilis dili müəllimliyi 

3.

 



Fransız dili müəllimliyi 

Magistr pilləsində 

1.

 



Azərbaycan dili 

2.

 



Ümumi dilçilik 

3.

 



Azərbaycan ədəbiyyatı 

4.

 



Xarici  ölkələr  ədəbiyyatı  (türk  xalqları  ədəbiyyatı, 

dünya ədəbiyyatı) 

5.

 

Ədəbiyyat nəzəriyyəsi 



6.

 

Azərbaycan dilinin tədrisi metodikası 



7.

 

Ana dilinin tədrisi metodikası 



8.

 

Ədəbiyyatın tədrisi metodikası 



9.

 

İngilis dili 



Qeyd:  Son  iki  ildə  (tədris  ilində)  filologiya  fakültəsində 

magistrlərin  qəbulu  verilmir  (Ana  dilinin  və  ədəbiyyatın 

tədrisi metodikası ixtisası istisna olmaqla). 

Doktorantura 

1.

 



Fəlsəfə doktoru 

2.

 



Elmlər doktoru 

 

 




12 

 

 



Məqsədimiz 

Məsələlərin  həllində  birlik,  fəaliyyət  prosesində  sərbəstlik,  bütün  işlərdə 

inam, etibar prinsipinə əsaslanan, davamlı  inkişaf  hədəfi  olan təcrübəli professor-

müəllim heyəti və yenilikçi fakültə rəhbərliyi ilə sağlam, xeyirxah, rəqabətə hazır 

olan, öz sahələrində mövcud olan elmi yenilikləri mənimsəyib tətbiq etməyi bacara 

bilən,  milli  dəyərlərə  sadiq,  bəşəri  dəyərlərə  üstünlük  verən,  bilik,  bacarıq  və 

qabiliyyəti  ilə bütün problemləri  həll etmək iqtidarında olan  və Respublikamızda, 

regionda  Azərbaycan  dili,  ədəbiyyatı,  xarici  dil  (fransız,  ingilis)  müəllimliyi 

ixtisasını yüksək səviyyədə bilən məzunlar yetişdirən fakültə olmaqdır. 

 

Missiyamız 

Azərbaycan  dili,  ədəbiyyatı  və  xarici  dil  (fransız,  ingilis)  müəllimliyi 

ixtisasında  yüksək  səviyyədə  uğur  qazana  bilən,  elm  və  praktikanın  vəhdətini 

təlimə çevirə bilən, müntəzəm şəkildə öyrənən və öyrədənlər üçün mühit yaratmaq, 

sosial  məsuliyyəti  yüksək  olan,  elmə,  tədrisə  aid  bütün  yenilikləri  mənimsəməyi 

bacaran müəllimlər yetişdirmək.    



 

Vizionumuz 

Azərbaycan  dili,  ədəbiyyatı  və  xarici  dil  (fransız,  ingilis)  müəllimliyi 

ixtisasını  hazırlayan  ali  təhsil  müəssisələri  arasında  etibarlı  və  nüfuzlu  fakültə 

olmaqdır. 



 


Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə