Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Fakültə ixtisasları və tədris planları



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   ...   15

13 

 

 



Fakültə ixtisasları və tədris planları 

Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil  

(ingilis),  xarici  dil  (fransız)  müəllimliyi  ixtisasları  vardır.  Azərbaycan  dili  və 

ədəbiyyatı  müəllimliyi  ixtisasında  əyani  və  qiyabi  şöbələrdə  Azərbaycan  dili  və 

ədəbiyyatı müəllimliyi ixtisası üzrə kadrlar hazırlanır. Əyani şöbənin I, II, III tədris 

ilində  2014-cü  ildə  hazırlanmış  tədris  planından,  IV  tədris  ilində  2009-cu  ildə 

hazırlanmış  tədris  planından  istifadə  olunur.  Azərbaycan  dili  və  ədəbiyyatı 

müəllimliyi  ixtisasının  qiyabi  şöbəsində  III  tədris  ilinin  tələbələri  2014-cü  ildə 

hazırlanmış  tədris  planı  ilə,    IV  və  V  tədris  ilinin  tələbələri  isə  2009-cu  ildə 

hazırlanmış tədris planı ilə təhsil alırlar. 

Xarici dil  (ingilis)  müəllimliyi  və  xarici dil  (fransız)  müəllimliyi  ixtisasına 

tədris planları 2014-cü ildə təkmilləşdirilmiş və yenidən hazırlanmışdır. 

Tədris  planları  müxtəlif  elmlər  arasındakı  əlaqələri  nəzərə  alaraq,  həm  də 

elmlərin  sintezini,  elmi  və  praktik  tərəflərini  əsas  götürərək  müxtəlif  fənn 

qruplarını  əhatə  edir.  Tədris  planları  tələbələrimizin  hərtərəfli  düşünməsinə, 

filologiya  məsələləri  ilə  bağlı  doğru  qərar  vermə  bacarıqlarına,  elmi-nəzəri  və 

təcrübəli bilikləri əlaqələndirmələrinə imkan yaradır. 

Tədris  planlarında  fənlərin  (humanitar  fənlərin,  seçmə  fənlərin, 

ixtisaslaşmanın  peşə  hazırlığı  fənlərinin)  əlaqələri,  bağlılığı  elə  qurulmuşdur  ki, 

məzunlarımız  ixtisas  fənləri  ilə  yanaşı,  beynəlxalq  dillərdən  birini,  müasir  təlim 

texnologiyalarını,  yenilikləri,  təlim  metodlarını  və  s.-ni  öyrənirlər.  Bu  da 

tələbələrimizin hərtərəfli formalaşmasında mühüm rol oynayır. 




14 

 

 



Fakültə ixtisasları və tədris planları 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi əyani təhsil forması üzrə 

 



15 

 

 



Fakültə ixtisasları və tədris planları 

 



16 

 

 



Xarici dil (İngilis) müəllimliyi  

 

 



17 

 

 



 


18 

 

 



Xarici dil (Fransız) müəllimliyi 

 



19 

 

 

 



20 

 

 



Azərbaycan dili və ədəbiyyatı müəllimliyi qiyabi təhsil forması üzrə 

 

 

 

 

 



21 

 

 

 



22 

 

 



 

Fakültənin idarəetmə strukturu 

Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti  Filologiya  Fakültəsinə  ümümi 

rəhbərlik dekanın başçılıq etdiyi seçkili orqan olan Fakültə Elmi Şurası tərəfindən 

həyata keçirilir. 

Filologiya  Fakültəsi  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  tədris, 

elm  və  inzibati  bölməsi  olub,  Filologiya  istiqamətində  Azərbaycan  dili  və 

ədəbiyyatı  müəllimliyi,  Xarici  dil  (Fransız,  İngilis)  müəllimliyi  ixtisasları  üzrə 

bakalavr  hazırlanması  işini  həyata  keçirir,  eləcə  də  fakültədə  elmi-tədqiqat  və 

tərbiyə işlərinə rəhbərlik edir. 

Filologiya  Fakültəsi  Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimliyi,  Xarici  dil 

(Fransız,  İngilis)  müəllimliyi  ixtisaslarının  əsas  ixtisas  kafedraları  olan  Müasir 

Azərbaycan  dili,  Azərbaycan  dilçiliyi,  Azərbaycan  və  dünya  ədəbiyyatı, 

Azərbaycan dili və onun tədrisi metodikası, Ədəbiyyatın tədrisi metodikası, İngilis 

dili  və  onun  tədrisi  metodikası,  Xarici  dillər  və  onların  tədrisi  metodikası,  İngilis 

dili  kafedralarını  həmçinin  fakültəyə  xidmət  göstərən  digər  ümumuniversitet 

kafedralarını, elmi-tədqiqat laborotoriyalarını və s. özündə birləşdirir. 

 

Dekan.

  Buludxan  Əziz  oğlu  Xəlilov  

1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun  

Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə  

V.İ.Lenin adına Azərbaycan Dövlət  Pedaqoji 

 İnstitutunun (indiki ADPU-nun) Filologiya   

fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 

Tələbəlik  illərində  «C.Cabbarlı» adına  olan  yüksək təqaüdlə oxumuşdur.  Biliyini, 

bacarığını, həm də elmə olan böyük marağını nəzərə alaraq Müasir Azərbaycan dili 

kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun 

təqdimatı  əsasında  Təhsil  Nazirliyinin  təyinat  bölgüsündə  gənc  mütəxəssis  kimi 

 



23 

 

Filologiya  fakültəsinin  Müasir  Azərbaycan  dili  kafedrasında  laborant  kimi 



saxlanılmışdır.  

1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur. 

1992-ci  ildə  namizədlik,  1999-cu  ildə  doktorluq  dissertasiyası  müdafiə 

etmişdir.  1994-cü  ilin  mart  ayından  müsabiqə  yolu  ilə  Müasir  Azərbaycan  dili 

kafedrasında  müəllim,  1996-cı ilin may ayından dosent, 2001-ci  ilin iyul ayından 

professor  vəzifəsində  çalışır.  2006-cı  il  may  ayının  12-də  filologiya  fakültəsinin 

dekanı  seçilmişdir.  2011-ci  ilin  sentyabr  ayının  30-da  yenidən  dekan  vəzifəsinə 

təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.  

B.Ə.Xəlilov  2001-ci  ildən  2011-ci  ilə  qədər  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetində  yeni  yaranmış  «Dədə  Qorqud»  elmi-tədqiqat  laboratoriyası»na 

rəhbərlik etmişdir. 

Prof.B.Ə.Xəlilov  1990-cı  ildən  indiyə  kimi  məzunu  olduğu  Azərbaycan 

Dövlət  Pedaqoji  Universitetində  fəaliyyət  göstərir.  Bu  müddət  ərzində  o, 

laborantlıqdan  professorluğa  qədər  ucalmışdır.  Hal-hazırda  filologiya  fakültəsinin 

dekanıdır. 

1992-ci  il  dekabr  ayının  7-də  Naxçıvan  Muxtar  Respublikasına  qarşı 

təcavüzə,  Respublikanın  Ali  Məclisinin  sədri  Heydər  Əlirza  oğlu  Əliyevə  qarşı 

böhtan  və  hədələrə qəti şəkildə son qoymaq  məqsədilə  xüsusi qurum  – Naxçıvan 

MR  dövlət  quruculuğunun  və  MR  Ali  Məclisinin  sədri  Heydər  Əlirza  oğlu 

Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılarkən B.Ə.Xəlilov 

Müdafiə Komitəsinin fəal üzvlərindən biri olmuşdur. 

B.Ə.Xəlilov  2000-ci  ilin  dekabr  ayından  Yeni  Azərbaycan  Partiyasının 

üzvüdür.  

B.Ə.Xəlilova  2013-cü  il  fevral  ayının  21-də  Yeni  Azərbaycan  Partiyası 

Səbail rayon təşkilatının veteran vəsiqəsi verilmişdir. 

Prof.B.Xəlilov  fəal  ictimaiyyətçidir.  Respublikanın  televiziya  kanallarında 

və  radio  verilişlərində,  mətbuat  orqanlarında  dilimiz,  ədəbiyyatımız, 

mədəniyyətimiz,  dövlətimiz,  dövlətçiliyimiz  və  milli  maraqlarımızla    bağlı 

müntəzəm çıxışlar edir. 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə