Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   ...   15

24 

 

Prof.B.Ə.Xəlilovun  elmi  fəaliyyəti  çoxsahəli,  geniş  və  əhatəlidir.  Onun    



400-dən  çox  elmi,  elmi-publisistik  əsəri  çap  edilmişdir.  Bunlardan  28-i  mono-

qrafiya, dərslik və dərs vəsaitidir. 

Azərbaycan  dilçiliyinin,  türkoloji  dilçiliyin  ən  müasir  məsələləri,  prob-

lemləri B.Ə.Xəlilovun elmi yaradıcılığının əsasını təşkil edir.  

B.Ə.Xəlilov  1999-cu  il  iyunun  9-da  «Azərbaycan  dili»  ixtisası  üzrə 

(10.02.02)  Bakı  Dövlət  Universiteti  nəzdində  filologiya  elmləri  doktoru  alimlik 

dərəcəsi  almaq  üçün  dissertasiyaların  müdafiəsini  keçirən  Təhsil  Nazirliyi  və 

Elmlər  Akademiyasının  Birləşdirilmiş  (D.054.03.15)  İxtisaslaşdırılmış  Şurasının 

iclasında  «Azərbaycan  dilində  fellərin  fono-semantik  inkişafı»  mövzusunda 

doktorluq  dissertasiyası  müdafiə  edərək,  filologiya  elmləri  doktoru  alimlik 

dərəcəsini almışdır. Onun doktorluq dissertasiyasında əldə olunmuş elmi nəticələr 

yeniliyi  ilə  diqqəti  cəlb  etmiş  və  türkoloji  dilçiliyin  nailiyyəti  kimi 

qiymətləndirilmişdir. 

B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə 

bağlıdır.  O,  «Azərbaycan  dilində  təkhecalı  fellərin  əsasında  duran  ilkin  köklərin 

fonosemantik  inkişafı»  (1995),  «Azərbaycan  dilində  ikihecalı  fellərin 

fonosemantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998) kitablarında fellərin 

təşəkkül  etdiyi  ilkin  kökləri  bərpa  etmiş  və  onların  bir  çoxu  müxtəlif  dillərlə 

müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda amorf quruluşlu ilkin köklərin 

sinkretikliyi və onların amorfluqdan təkamül edərək  iltisaqi quruluşa  yiyələnməsi 

kimi hallar da tədqiqata cəlb olunmuşdur. 

Prof.B.Ə.Xəlilovun  elmi  yaradıcılığında  mühüm  istiqamətlərdən  biri  də 

türkologiya  ilə  bağlıdır.  Onun  «Birinci  Beynəlxalq  Türkoloji  qurultay»  (1999), 

«Türkologiyanın intibah dövrü» (2001), «Türkologiyaya giriş» (2006) kitablarında 

XIX  əsrdən  başlayaraq  XX  əsrin  30-cu  illərinə  qədərki  dövrdə  milli 

türkologiyamızın  bir  sıra  vacib  məsələrinə  geniş  yer  verilir.  XIX  əsrin,  eləcə  də 

XX  əsrin  (30-cu  illərə  qədər)  milli  türkoloqlarının  bir  qisminin  türkologiya 

sahəsindəki fəaliyyətinə diqqət yetirilir.  




25 

 

O,  arxiv  materiallarına  istinad  edərək  ilk  dəfə  olaraq  I  Türkoloji  qurultayın 



stenoqrafik materiallarını izahlar və şərhlərlə çap etdirmişdir. Türkoloji istiqamətdə 

olan elmi yaradıcılığında türk dillərinin tarixi, quruluşu, təsnifi barəsində təhlillər 

aparılır,  bu  dillərin  digər  dil  ailələri  ilə  qohumluğu  barəsində  mövcud  olan 

cərəyanlar  haqqında  məlumat  verilir,  Ural-Altay  cərəyanının  yaranması, 

öyrənilməsi, müasir mövqeyi geniş izahını tapır. 

Prof.B.Ə.Xəlilovun  elmi  yaradıcılığının  ən  böyük  nailiyyətlərindən  biri  də 

müasir  Azərbaycan  dili  və  onun  müasir  problemləri  ilə  bağlıdır.  Bu  mənada 

«Azərbaycan dili» (VI-VII siniflər üçün, 2003), «Müasir Azərbaycan dilinin  mor-

fologiyası.  I  hissə»  (2000),  «Müasir  Azərbaycan  dilinin  morfologiyası.  II  hissə» 

(2003),  «Azərbaycan  dili:  dünən,  bu  gün»  (2004),  «Müasir  Azərbaycan  dili: 

fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya» (2007), “Müasir Azərbaycan 

dilinin leksikologiyası” (2008) kitabları ən qiymətli dərslik və dərs vəsaitləri kimi 

olduqca  dəyərlidir.  Bu  kitablarda  qrammatika,  qrammatik  quruluş,  kök,  şəkilçi, 

nitq hissələrinin təsnifi geniş şərhini və izahını tapır. Burada əsas, köməkçi, xüsusi 

və qeyri-müəyyən nitq hissələrinə gen-bol yer ayrılır. 

«Azərbaycan  dili:  dünən,  bu  gün»  (2004)  kitabında  Azərbaycan  Respub-

likasının  ideoloji  istiqamətdə  apardığı  kursun  tələblərinə  və    milli  məfkurəmizə 

uyğun  şəkildə  ədəbi-bədii  irsimizin,  yaddaş  tariximizin  bəzi  qaranlıq  məqamları 

təhlil  olunur.  «Kitabi-Dədə  Qorqud»un  Sovetlər  İttifaqı  dövründə  sovet 

ideologiyasının  tələblərinə  uyğun  repressiya  olunmasının  kökləri,  eləcə  də  həmin 

dövrdə  Azərbaycan  dilinə  qarşı  yönəlmiş  təqib  və  təzyiqlərin  səbəbləri  geniş 

izahını  tapır.  Ədəbi-bədii  irsimizə  sovet  rejiminin  qərəzli  mövqeyi  ilə  dilimizə 

qarşı tuşlanmış qərəzli münasibətin bir-biri ilə əlaqəli olduğu göstərilir və o dövrdə 

Azərbaycan dilinin repressiyaya məruz qaldığı diqqətdən yayınmır. Bundan başqa, 

Azərbaycan  dilinin  tətbiqi  ilə  bağlı  bu  gün  qarşıya  çıxan  problemlər,  qayğılar 

faktlar əsasında, obyektiv və real təhlil düşüncəsi ilə verilir. 

Prof.B.Ə.Xəlilov  dilçiliyin  ən  vacib  sahələri  ilə  bağlı  bakalavr,  xüsusilə  də 

magistr  pilləsi  üçün  proqramların  yazılmasına  da  öz  yaradıcılığında  mühüm  yer 

ayırır. Onun «Türk dillərinin müqayisəsi» (2002), «Müasir Azərbaycan ədəbi dili» 



26 

 

(2002), «Müasir Azərbaycan ədəbi dilinin fonetikası» (2002), «Azərbaycan dilinin 



tarixi» (2005), «Azərbaycan dilinin müasir problemləri» (2005), «Azərbaycan dili 

elminin  tarixi  və  metodologiyası»  (2005)  proqramları  dilçilik  elminin  son  elmi 

nailiyyətlərinə əsaslanaraq tərtib və çap olunmuşdur. 

Prof.B.Ə.Xəlilovun  çap  etdirdiyi  dərsliklər,  dərs  vəsaitləri,  monoqrafiyalar 

mütəxəssislər  tərəfindən  yüksək  qiymətləndirilmiş,  çoxlu  sayda  rəylər  mətbuat 

səhifələrində çap olunmuşdur. 

Prof.B.Ə.Xəlilov  «Birinci  Türkoloji  qurultay»,  «Türkologiyanın  intibah 

dövrü», «Türkologiyaya giriş», «Feillərin ilkin kökləri», “Türkün hikmət xəzinəsi: 

Xoca  Əhməd  Yəsəvi”,  “224  qədim  türk  sözü”  və  s.  kitablarını  xarici  ölkələrə 

yaymış və onlardan istifadə olunur (Türkiyədə, Türkmənistanda və digər yerlərdə). 

Prof.B.Ə.Xəlilov Respublikada və ondan kənarda dilçilik problemlərinə həsr 

olunmuş konfranslarda öz məruzələri ilə iştirak edir. Bişkekdə 1992-ci ildə, Ufada 

1994-cü ildə, Ankarada 2006, 2007, 2008-ci illərdə, Aşğabadda 2010-cu ildə və s.  

O,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  I  Türkoloji  Qurultayın  75  və  80 

illiyi  ilə  bağlı  konfransın  təşkilatçısı  olmuş  və  hazırda  da  bu  istiqamətdəki 

tədbirlərə xüsusi diqqət yetirir.  

Prof.B.Ə.Xəlilov elmi kadrların-magistrlərin, namizədlərin yetişdirilməsində 

fəal iştirak edir. O, 8 magistrin rəhbəri olmuş, hal-hazırda 5 aspiranta, 9 dissertanta 

rəhbərlik  edir.  Onun  aspirantlarından  5-i  müdafiə  etmiş,  3-ü  isə  müdafiə 

ərəfəsindədir. Onlarla elmi əsərin rəsmi opponenti olmuşdur. 

B.Ə.Xəlilov  həm  də  elmi  işlərin  çapı  üçün  əlindən  gələni  əsirgəmir. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili nəşriyyatında çap olunan «Filo-

logiya  məsələlərinə  dair  tematik  toplu»  və  «Dədə  Qorqud»  elmi  məcmuələrinin 

redaktoru,  «Pedaqoji  Universitet  Xəbərləri,  humanitar  elmlər  seriyası»  elmi  jur-

nalının isə məsul katibidir. 

B.Ə.Xəlilov  Azərbaycan  Yazıçılar  Birliyinin,  Azərbaycan  Jurnalistlər 

Birliyinin və Yazıçılar Birliyindəki «İrs» komissiyasının üzvüdür. 

2003-2004-cü illərdə AAK-ın Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü 

olmuşdur.  2006-2013-cü  illərdə  Bakı  Dövlət  Universitetindəki  filologiya  elmləri 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə