Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   2   3   4   5   6   7   8   9   10   ...   15

27 

 

doktoru  və  filologiya  üzrə  fəlsəfə  doktoru  alimlik  dərəcəsi  almaq  üçün 



dissertasiyaların  müdafiəsini  keçirən  D.02.181  Dissertasiya  Şurasının  üzvü 

olmuşdur. 

B.Ə.Xəlilov 

Respublikamızın 

və 

Azərbaycan 



Dövlət 

Pedaqoji 

Universitetinin  ictimai  həyatında  fəal  iştirak  edir.  İki  dəfə  1999-cu  və  2004-cü 

illərdə  Nəsimi  bələdiyyəsinə  üzv  seçilmiş,  Sosial  məsələlər  daimi  komissiyasına 

sədrlik  etmişdir.  2006-cı  il  dekabr  ayının  26-da  Azərbaycanda  təhsil  sisteminin 

inkişafındakı  xidmətlərinə  görə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən 

“Tərəqqi” medalı ilə təltif olunmuşdur.  

B.Ə.Xəlilov  2001-ci  ildə  «İlin  alimi»  nominasiyasının,  2003-cü  ildə 

«Vektor»  Beynəlxalq  Elm  Mərkəzi  Mükafat  Komissiyasının  qərarı  ilə 

«Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü 

ildə  Azad  Qələmlər  Cəmiyyəti  tərəfindən  Azərbaycan  dili,  ədəbiyyatı  və 

türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» 

fəxri  mükafatı  laureatı  seçilmişdir.  2006-cı  və  2009-cu  illərdə  «Vektor» 

Beynəlxalq  Elm  Mərkəzi  Mükafat  Komissiyasının  qərarı  ilə  «XXI  əsrin ziyalısı» 

adına  layiq  görülmüşdür.  2009  və  2010-cu  illərdə  “XX  –  XXI  əsrin  yaradıcı  və 

ziyalı  insanları”  sırasında  yer  alanlardan  biri  olmuşdur.  2009-cu  ildə  türk 

ədəbiyyatına  xidmətləri  ilə  bağlı  olaraq  Türkiyə  Cümhuriyyətinin  KIBATEK 

Akademik ÜYESİ diplomunu alıbdır. KIBATEK Akademik Üyesi seçilmişdir.  

2006-cı  ildə  VII  Uluslararası  Türk  dili  Qurultayının  iştirakçısı  olmuş, 

məruzə  ilə  çıxış  etmiş,  eyni  zamanda  qurultayın  bölmələrindən  birinə  sədrlik 

etmişdir. 

2006-2007,  2007-2008-ci  tədris  illərində    ADPU-da  “İlin  müəllimi”,  2011- 

ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 

2009-cu  ildə  Azərbaycan  Respublikasında  referendum  üzrə  təşviqat 

qrupunun (“Tərəqqi”) təyinatı əsasında vəkil edilmiş şəxs olmuşdur. 

2011-ci ilin Prezident təqaüdçüsüdür. (Yazıçılar Birliyinin üzvü kimi) 




28 

 

2011-ci  ilin  may  ayının  23-də  Azərbaycan  Kütləvi  İnformasiya  Vasitələri 



İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatı 

seçilmişdir. 

2011-ci  ilin  dekabr  ayında  Azərbaycan  Respublikası  Beynəlxalq  Diaspor 

Mərkəzi  tərəfindən  İrəvan  Xanlığının  tarixi  və  mədəniyyəti  sahəsindəki 

xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur. 

2012-ci  ildə  (2-7  apreldə)  Bakı  şəhərində  Fəal  təlim  və  Müasir  Təlim 

Texnologiyaları  üzrə  təlimdə  iştirak  etmiş,  Azərbaycan  Respublikası  Təhsil 

Nazirinin sertifikatını almışdır. 

2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının üzvüdür. 

2014-cü  ildə  Dilçilik  ixtisası  üzrə  Koordinasiya  Şurasının  sədrinin  müavini 

kimi fəaliyyət göstərmişdir. 

2012-ci  ildə  “Mərhəmət  elçisi”  beynəlxalq  ictimai-siyasi,  analitik  jurnal 

tərəfindən  Azərbaycan  milli  ədəbiyyatının  inkişafında  böyük  xidmətlərinə  görə 

“Elm fədaisi” diplomu ilə təltif edilmişdir. 

Kütləvi  informasiya  vasitələri  tərəfindən  2013-cü  ildə  keçirilmiş  sorğunun 

nəticələrinə  əsasən  vətəndaşlıq  mövqeyi  və  əməli  uğurlarına  görə  Azərbaycan 

Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin alimi” 

mükafatı laureatı olmuşdur. 

2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür. 

2013-cü  ildən  Türkologiya  jurnalının  sahə  redaktorlarından  (Azərbaycan 

dili, terminologiya üzrə) biridir. 

2013-cü ildə Sülhün təbliği sahəsindəki xidmətlərinə, insanların, xüsusən də 

gənc  nəslin  bəşəri  ruhda  tərbiyə  olunmasında  və  yüksək  mənəviyyat  nümunəsi 

göstərdiyinə,  “Əsl  İnsan”  məktəbinin  təşkilatçısı  və  “İdeal  Dünya”  uğrunda 

göstərdiyi fəaliyyətə  görə “Qalib Sultan” diplomu ilə təltif olunub. 

17 iyun 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin VII Qurultayının 

nümayəndəsi olubdur. 

2015-ci  ilin  aprel  ayında  Türk  dünyası  araşdırmaları  uluslararası  elmlər 

akademiyasının akademiki seçilib. 



29 

 

2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb. 



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli, 

450  №li  sərəncamına  əsasən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2016-

cı  il  tarixli 4/14 nömrəli qərarı  ilə  AMEA-nın “Türkologiya” jurnalının redaksiya 

heyətinin üzvü seçilmişdir. 

B.Ə.Xəlilov  doktorantların  və  gənc  tədqiqatçıların  XVIII,  XIX,  XX 

Respublika  elmi  konfransının  “Filologiya”  bölməsinin  işinin  təşkilində  və 

keçirilməsində səmərəli fəaliyyət göstərən bölmə rəhbəri olmuşdur.  

Ailəlidir, iki övladı var. 

 

 

 



Dekan  müavini.

  Məhərrəm  Abbasəli  oğlu  Hüseynov  18  fevral 

1945-ci  ildə  Qərbi  Azərbaycanda  –  Göyçə  mahalı  Çənbərək  bölgəsinin  Şorca 

kəndində doğulmuşdur. 1960-cı ildə Şorca kənd 7 illik, 1964-cü ildə Ardanış kənd 

11  illik  məktəbini  bitirmişdir.  1964-1969-cu  illərdə  S.M.Kirov  adına  Azərbaycan 

Dövlət  Universitetinin    filologiya  fakültəsində  ali  təhsil  almışdır.  1969-1971-ci 

illərdə  baş  leytinant  hərbi  rütbəsi  ilə  sovet  ordusunda  motoatıcı  rota  komandiri 

kimi  qulluq  etmişdir.  1971-1975-ci  illərdə  Göyçənin  Ardanış  və  Ağbulaq 

kəndlərində müəllim kimi fəaliyyət göstərmişdir. 1975-1989-cu illərdə X.Abovyan 

adına İrəvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim və dosent kimi çalışmışdır. 

Azərbaycan  Texniki  Universitetində  işlədiyi  illərdə  (1989-2001)  Anadolu  Türk 

Liseyində,  “Araz”  hazırlıq  kurslarında,  Müəllimləri  təkmilləşdirmə  və 

ixtisasdəyişmə  kurslarında  dərs  demişdir.  2001-ci  ildən  Azərbaycan  Dövlət 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə