Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

30 

 

Pedaqoji  Universitetinin  Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  kafedrasının 



dosenti, filologiya fakültəsinin dekan müavinidir. 

1982-ci  ildə namizədlik, 2013-cü  ildə  isə  doktorluq dissertasiyaları  müdafiə 

etmişdir.  Filologiya  üzrə  elmlər  doktorudur.  14  kitabın,  100-dən  artıq  elmi 

məqalənin müəllifidir.  

Ailəlidir, üç oğlu, iki nəvəsi vardır. 

 

 



Dekan müavini. 

Pəri Şəmsəddin qızı Paşayeva 03 

aprel  1954  –  cü  ildə  Tovuz  rayonunda  ziyalı  ailəsində  anadan  olmuşdur.  1970-ci 

ildə  Tovuz  şəhərindəki  A.S.Puşkin  adına  orta  məktəbi  bitirmişdir  Həmin  il  ali 

məktəbə  sənəd  versə  də  müsabiqədən  keçə  bilməmş,  1970-72-  ci  illərdə  Tovuz 

şəhərindəki Məlumat Hesablama Stansiyasında operator vəzıfəsində çalışmışdır. 

1972- ci ildə ADPU-nun (V.İ.Lenin adına APİ) Filologiya fakültəsinə daxil 

olmuş və 1976-cı ildə ali məktəbi bitirmişdir. 

1982-ci  ildən  ADPU-  nun  pedaqoji  fakültəsində  baş  laborant,1994-cü  ildə 

Azərbaycan  dili  və  onun  tədrisi  metodlkası  kafedrasında  kabinə  müdiri,  1996-cı 

ildən isə həmin kafedrada müəllim vəzifələrində çalışmışdır. 

1998-ci  ildə  Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  kaferdrasının 

dissertantı    olmüş,    2004-cü  ildə  “  İbtidai  siniflərdə  fonetikanın  tədrisinin  elmi-

metodik əsasları” movzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə 

doktoru  alimlik    dərəcəsi  almışdır.  2006-ci  ildə  Azərbaycan  dili  və  onun  tədrisi 

metodikası  kafedrasında  baş  müəllim,  2011  –cü  ildə  isə  dosent  vəzifəsinə 

seçılmişdir. 



31 

 

2003-2009-cu illərdə Azərbaycan  Respublikasında kurikulumun  tətbiqi ilə 



əlaqədar  müəllim  hazırlığı  və  ixtisasartırılması    ilə  bağlı  kurs  və  seminarlarda 

iştirak edərək “Təlımçılərin təlimçısı” sertifikatı almışdır. 

2007-2009-  ci  illərdə  ADPU-da,  Azərbaycan  Slavyan  və  Dillər 

universitetlərində müəllimlər üçün təşkil edilmiş treninqlərdə telimçi olmuşdur. 

2008-2015-ci  illərdə  Baki şəhərinin  və respublikanın  müxtəlif bölgələrinin 

məktəblərində  kurikulumun  tətbiqi  ilə  bağlı  müəllimlər  üçün  təşkil  olunmuş 

kurslarda təlimçi kimi fəaliyyət  göstərmişdir. 

2011-ci ildən Filologiya fakültəsində dekan müavini vəzifəsində çalışır. 

Ailəlidir, iki övladı var. 

 

 



Fakültə  tyutoru.    Aygün  Səlim  qızı  Zamanova  1983-cü  il  12 

oktyabrda  Sumqayıt  şəhərində  anadan  olmuşdur.  1990-2000-ci  illərdə  Sumqayıt 

şəhəri,  8  saylı    məktəbdə  orta  təhsilini  başa  vuran  A.S.Zamanova  2001-ci  ildə 

Sumqayıt  Dövlət  Universitetinin  Filologiya  fakültəsinin  Azərbaycan  dili  və 

ədəbiyyatı  ixtisasına  daxil  olmuş  və  2006-ci  ildə  həmin  ali  məktəbin  bakalavr 

pilləsini bitirmişdir. 

         2008-2010-cu 

illərdə  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 

Azərbaycan dili və ədəbiyyatın tədrisi metodologiyası və  metodikası  ixtisası üzrə 

magistr dərəcəsi alan A.S.Zamanova 2012-ci ildən ADPU-nun Təlim və tərbiyənin 

nəzəriyyəsi  və  metodikası  (Azərbaycan  dilinin  tədrisi  metodikası)  ixtisasının 

fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır. 

         2002-2008-ci  illərdə  Sumqayıt  şəhəri,  8  saylı  orta  məktəbdə  laborant 

vəzifəsində  çalışmışdır.  A.S.Zamanova  2010-cu  ilindən  ADPU-nun  Filologiya 

fakültəsində tyutor vəzifəsində çalışır. İşlədiyi müddətdə Azərbaycan Respublikası 



32 

 

Təhsil  Nazirliyinin  təşkil  etdiyi  kompyuter  kurslarında  iştirak  etmişdir 



(26.12.2005-ci  il).  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  təşkil  etdiyi 

ADPU,  13.09.2010-13.10.2010  tarixlərdə  tyutor  işinin  təşkili  haqqında  kursu 

bitirmişdir. Azərbaycan,türk,rus,ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. 

 

 



  Fakültə  tyutoru.    Hümmətova  Günel  Saleh  qızı  1986-cı  il  18 

iyun  Ağdam  rayonu  Qaradağlı  kəndində  anadan  olmuşdur.  1993-2004-cü  illərdə 

Bakı  şəhəri,  Ağdam  rayonu,  73  saylı  orta  məktəbi  başa  vuran  G.S.Hümmətova

2004-cü ildə BSU-nun Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası 

bakalavr  pilləsinə  daxil  olmuş  və  2008-ci  ildə  ali  məktəbi

 

fərqlənmə  diplomu  ilə 

bitirmişdir.  2008-2010-cu  illərdə  AMİ-nin  Azərbaycan  ədəbiyyatı  istiqaməti 

Azərbaycan  ədəbiyyatı  ixtisası  üzrə  magistr  təhsilin  fərqlənmə  diplomu  ilə 

bitirmişdir.  2012-ci  ildə  ADPU-nun  qiyabi  Azərbaycan  ədəbiyyatı  ixtisası  üzrə 

doktoranturada təhsil alır. 2010-cu ildən  ADPU-nun Filologiya fakültəsində tyutor 

vəzifəsində çalışır. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Azərbaycan  Dövlət  Pedaqoji 

Universiteti  13.09.2010  –  13.10.2010  tarixlərdə  tyutor  işinin  təşkili  haqqında  120 

saat həcmində kursu bitirmişdir. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Azərbaycan  Dövlət  Pedaqoji 

Universiteti  23.06.2015  –  06.07.2015-ci  il  tarixlərində  Ali  təhsil  müəssisləri  üçün 

“Ümumi  təhsil  kurikulumunun  əsasları”  fənninin  tədrisi  üzrə  keçirilən  təlim 

məşğələlərində təlim keçmişdir. 

Azərbaycan, türk, rus, ingilis dillərini bilir. 

Beynəlxalq  və  yerli  konfranslarda  iştirak  etmişdir.  Çıxışçı  və  iştirakçı 

sertifikatı almışdır. Meqalə və tezis müəllifidir. Ailəlidir, bir övladı var. 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə