Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

31 

 

Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır. 



Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və Məhkəmə orqanlarının səlahiyyətlərinə 

aid edilməyən digər məsələləri icra qaydasında həll edir. 

 

Qanunların imzalanması qaydası 

Konstitusiyamızın 110-cu maddəsi ilə Azərbaycan Respublikasının Prezidentinə verilən səlahiyyətlərdən 

biri də qanunların imzalanmasıdır. Yəni qanunların həqiqi qüvvəyə minməsidir. Həmin maddədə qeyd edilir ki, 

Azərbaycan Respublikasının  Prezidenti qanunları ona təqdim olunmuĢ  gündən baĢlayaraq 56 gün ərzində im-

zalayır. 

Qanun Azərbaycan  Respublikası  Prezidentinin  etirazına  səbəb  olarsa,  qanunu  imzalayıb  öz  qeydləri  ilə 

birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. 

Konstitusiya  qanunları  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  imzalanmazsa,  qüvvəyə 

minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 

səs  çoxluğu  ilə  qəbul  edilən  qanunları  isə  83  səs  çoxluğu  ilə  yenidən  qəbul  edərsə,  belə  qanunlar  təkrar 

səsvermədən sonra qüvvəyə minir. 

 

Hərbi vəziyyət elan edilməsi 

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki iĢğal 

olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarĢı 

real  silahlı  hücum  təhlükəsi  yarandıqda, Azərbaycan  Respublikasının  ərazisi  blokadaya  alındıqda,  habelə  blo-

kada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində bu və ya ayrı-ayrı yerlərində hərbi 

vəziyyət  elan  edir  və  bu  barədə  qəbul  etdiyi  fərmanı  24  saat  müddətində Azərbaycan  Respublikasının  Milli 

Məclisinin təsdiqinə verir. 

Göründüyü kimi, hərbi vəziyyət aĢağıdakı hallarda elan edilir: 

1.

 

Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəsi faktiki olaraq iĢğal olunduqda; 



2.

 

Xarici dövlət və ya dövlət Azərbaycan Respublikasına müharibə elan etdikdə; 



3.

 

Azərbaycan Respublikasına qarĢı real silahlı hücum təhlükəsi yarandıqda; 



4.

 

Azərbaycan Respublikası üçün blokada təhlükəsi yarandıqda. 



 

Fövqəladə vəziyyət tətbiq edilməsi 

Azərbaycan  Respublikası  Prezidentinin  ölkədə  fövqəladə  vəziyyət  tətbiq  edə  bilməsi  səlahiyyətindən 

aĢağıdakı hallarda istifadə edə bilər: 

1.

 



Ölkədə təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və baĢqa iĢlər baĢ verdikdə; 

2.

 



Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün  pozulmasına,  dövlətə  qarĢı  qiyama  və  ya  dövlət 

çevriliĢinə yönəldilən hərəkətlər edildikdə; 

3.

 

Zorakılıqla  müĢayiət  olunan  kütləvi  iğtiĢaĢlar  yarandıqda,  vətəndaĢların  həyatı  və  təhlükəsizliyi  və 



yaxud dövlət təsisatlarının norma fəaliyyəti üçün qorxu törədən digər münaqiĢələr meydana gəldikdə. 

Deməli,  yuxarıda  sadaladığımız  hallarda  Azərbaycan  Respublikasının  Prezidenti  ölkənin  ayrı-ayrı 

yerlərində  fövqəladə  vəziyyət  tətbiq  edir  və  bu  barədə  qəbul  etdiyi  fərmanı  24  saat  müddətində Azərbaycan 

Respublikasının Milli Məclisinin təsdiqinə verir. 

 

Azərbaycan Respublikası Prezidentinin aktları 

Konstitusiyamızın  113-cü  maddəsində  deyilir  ki,  ölkə  prezidenti  Respublikada  ümumi  qaydaları 

fərmanlar  verməklə,  baĢqa  məsələləri  isə  sərəncamlar  qəbul  etməklə  həll  etmək  səlahiyyətlərinə  malikdir. 

Həmin fərman və sərəncamlarda baĢqa qayda nəzərdə tutulmayıbsa onlar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin statusu 

Azərbaycan  Respublikasının  Prezidenti  icra  səlahiyyətlərinin  həyata  keçirilməsinin  təĢkili  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yaradır. 

Nazirlər  Kabineti  icra  orqanıdır.  Prezident  Nazirlər  Kabinetində  icra  səlahiyyətlərini  həyata  keçirmək 

məqsədi ilə istifadə edir. Elə bu məqsədlə də Nazirlər Kabinetinə status verilmiĢdir. 

Status  –  latın  sözü  olub  mənası  vəziyyət  deməkdir.  Yəni  onun  səlahiyyət  və  hüququn  vəziyyəti  baĢa 

düĢülür. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan  Respublikası  Prezidentinin  yuxarı  icra 

orqanıdır,  ona  tabedir  və  onun  qarĢısında  cavabdehdir.  Nazirlər  Kabinetinin  iĢ  qaydasını  Azərbaycan 

Respublikasının Prezidenti müəyyənləĢdirir. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi 



32 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  tərkibinə  Azərbaycan  Respublikasının  BaĢ  naziri,  onun 



müavinləri, nazirlər və baĢqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası 

Konstitusiyanın 116-cı maddəsinə əsasən yeni seçilmiĢ Azərbaycan Respublikasının Prezidenti vəzifəsini 

tutduğu və səlahiyyətlərini icra etməyə baĢladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan 

Respublikası  Prezidentinə  istefa  verir.  Konstitusiyanın  117-ci  maddəsinə  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin iclasına bir qayda olaraq Azərbaycan Respublikasının BaĢ naziri sədrlik edir. 

 

Azərbaycan Respublikası BaĢ Nazirinin təyin edilməsi qaydası 

Azərbaycan  Respublikası  BaĢ  Nazirini  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  razılığı  ilə 

Azərbaycan Respublikasının Prezidenti təyin edir. 

Azərbaycan  Respublikasının  BaĢ  naziri  vəzifəsinə  namizədlik  haqqında  təklifi  Azərbaycan  Respub-

likasının  Prezidenti  onun  öz  vəzifələrinin  icrasına  baĢladığı  gündən  bir  ay  və  ya  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətində gec olmayaraq Azərbaycan Respublikası Milli 

Məclisinin müzakirəsinə təqdim edir. 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Azərbaycan  Respublikasının  BaĢ  naziri  vəzifəsinə  namizədlik 

haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən 

qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respubli-

kasının  BaĢ  naziri  vəzifəsinə  təyin  olunmasına  üç  dəfə  razılıq  verilməzsə,  Azərbaycan  Respublikasının 

Prezidenti Azərbaycan Respublikasının baĢ nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan 

təyin  edə  bilər.  Burada  Milli  Məclisin  razılığı  olmadan  BaĢ  nazirin  təyinatı  həmin  məsələnin  operativ  həlli  və 

böhranın  aradan  qaldırılması  məqsədi  ilə  edilir.  Digər  tərəfdən  Nazirlər  Kabineti  icra  orqanı  olduğu  üçün  və 

Prezident qarĢısında cavabdeh olduğu üçün BaĢ nazirin təyin edilməsini Konstitusiya Prezidentə həvalə etmiĢdir. 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri 

Konstitusiyamızın  119-cu  maddəsi  ilə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə  aĢağıdakı 

səlahiyyətlər vermiĢdir: 

1.

 



Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  layihəsini  hazırlayıb  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim edir; 

2.

 

Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; 



3.

 

Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; 



4.

 

Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; 



5.

 

Dövlət sosial-təminat proqramlarının həyata keçirilməsini təmin edir; 



6.

 

Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; 



7.

 

Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə Aid etdiyi digər məsələləri həll edir. 



Nazirlər  Kabinetinin  rabitə,  informasiya,  meteorologiya,  geologiya,  standartlaĢdırma  sisteminin  idarə 

edilməsini tənzimləyir. Bununla yanaĢı, ərzaq, sağlamlığın qorunması, sosial-təminat, əhalinin məĢğulluğu, ana 

və  uĢaqların  qayğısı,  mədəniyyət,  maarif,  elmi-texniki  tərəqqinin  inkiĢafı,  ictimai  asayiĢin  qorunması, 

mülkiyyətin  qorunması,  vətəndaĢların  hüquqlarının  və  azadlıqlarının  qorunmasını  öz  səlahiyyətləri  əsasında 

təmin edir. 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  üzvlüyünə  namizədlərə  aid  tələblər  və  Nazirlər 



Kabinetinin üzvlərinə aid tələblər 

Konstitusiyamızın 121 və 122-ci maddələrində bu tələblər aĢağıdakı kimidir. Azərbaycan Respublikasının 

BaĢ naziri vəzifəsinə yaĢı 30-dan aĢağı olmayan, seçkilərdən iĢtirak etmək hüququna malik, ali təhsilli, baĢqa 

dövlət  qarĢısında  öhdəliyi  olmayan, Azərbaycan  Respublikasının  vətəndaĢı təyin  edilir. Azərbaycan  Respubli-

kası  BaĢ  Nazirinin  müavini,  nazir,  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarının rəhbəri  vəzifəsinə  yaĢı  25-dən 

aĢağı olmayan, seçkilərdə iĢtirak etmək hüququna malik, ali təhsilli Azərbaycan vətəndaĢı təyin edilir. 

Azərbaycan  Respublikasının  BaĢ  naziri,  onun  müavinləri,  nazirlər,  digər  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının rəhbərləri vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən baĢqa heç bir sahibkarlıq, 

kommersiya və digər ödəniĢli fəaliyyətlə məĢğul ola bilməzlər, vəzifə maaĢından, habelə elmi, pedaqoji və yaradı-

cılıq fəaliyyətinə görə aldığı vəsaitdən baĢqa məvacib ala bilməzlər. 

 

BaĢ nazirin toxunulmazlığı və yerlərdə icra hakimiyyəti 

Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası BaĢ nazirinin Ģəxsiyyəti toxunulmazdır. Azərbaycan 

Respublikasının  BaĢ  naziri  cinayət  baĢında  yaxalanma  hallarından  baĢqa tutula bilməz,  cinayət  məsuliyyətinə 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə