Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



MÖVZU 1. 

 

AZƏRBAYCAN RESPUBLĠKASININ KONSTĠTUSĠYASI 

DÖVLƏTĠN ƏSAS QANUNUDUR 

 

Plan: 

1.

 



Konstitusiyanın anlayıĢı və mahiyyəti 

2.

 



Konstitusiyanın sosial hüquqi mahiyyəti 

3.

 



Konstitusiyanı fərqləndirən cəhətlər 

4.

 



Konstitusiyanın qəbulu, ona dəyiĢiklik və əlavələrin edilmə qaydaları 

 

Ədəbiyyat 

1.

 

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002 



2.

 

Ġsmayılov Ġ, Əmirov M. Azərbaycan Respublikası Konstitusiyanın əsasları. Bakı, 1998. 



3.

 

Ġsmayılov Ġ. Azərbaycan Respublikası Konstitusiyasının və hüququn əsasları. Bakı, Qanun, 2002. 



4.

 

Xropanyuk V.A. Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 1995. 



5.

 

Əsgərov Z.A. Hüquqi dövlət Konstitusiyasının formalaĢması. Bakı, 1992. 



 

 

 



1.

 

Konstitusiyanın anlayıĢı və mahiyyəti 

 

Əvvəlcə  Konstitusiyanın  mahiyyətini  izah  edək.  Konstitusiya  (latın  sözü  olub,  «quruluĢ»,  «təsisat» 



deməkdir)  –  dövlətin  əsas  qanunudur.  Konstitusiya  həmin  ölkənin  ictimai-iqtisadi  quruluĢunun  əsasını, 

idarəetmə formasını və dövlət quruluĢunun formasını, Ģəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə ha-

kimiyyət  və  idarəetmə  orqanlarının  təĢkili  qaydasını  və  səlahiyyətlərini,  dövlət  hakimiyyətinin  bölünməsi 

prinsipini  təsbit  edir.  Konstitusiya  həmin  ölkənin  hüquq  sistemini  təĢkil  edən  digər  normativ  aktlara  nisbətən 

ailə hüquqi qüvvəyə malikdir. 

1995-ci  ilin  noyabr  ayının  12-də  yüksək  fəallıqla  xalq  tərəfindən  bəyənilib  qəbul  edilən  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ölkənin  tarixində  yeni  əlamətdar  səhifənin  açılmasından  xəbər  verir.  Bu 

əlamətdar  hadisə  dünya  praktikasında  qazanılan  və  demokratik  dəyərlərə  söykənən  ilk  Əsas  Qanunun  qəbul 

edilməsi ilə səciyyələnir. Konstitusiya 12 fəsil 158 maddədən ibarətdir. Düzdür, bundan əvvəl respublikanın bir 

neçə Konstitusiyası olmuĢdur. Lakin yeni Konstitusiya Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qəbul 

edilib,  mahiyyəti,  siyasi, iqtisadi  və  ictimai  cəhətləri ilə,  ümumbəĢər  dəyərləri,  demokratik  və  hüquqi-dünyəvi 

cəhətləri, ən əsası isə insan hüquq və azadlıqlarının təsbit edilməsi ilə fərqlənir. 

Dövlətin  əsaslarına  həsr  edilmiĢ  Konstitusiyanın  ikinci  fəslində  Azərbaycan  dövlətinin  demokratik, 

hüquqi, dünyəvi və unitar respublika olunması elan edildi. 

Daxili  məsələlərdə  hüquqa  əsaslanması  xarici  münasibətlərdə  isə  beynəlxalq  müqavilələrdən  irəli  gələn 

müddəalara əsaslanır. 

Qununun  hüquqi  prinsiplərə  əsaslanmasının  təmin  edilməsində  Konstitusiyanın  rolu  olduqca  böyükdür. 

Məhz  Konstitusiya  milli  müstəqilliyi  əks  etdirən  ali  hüquqi  qüvvəyə  malik  olan  qanunvericilik  aktıdır. 

Cəmiyyətin siyasi, iqtisadi və digər Qanunauyğunluqlarını, habelə etik və hüquqi təsəvvürlərini özündə əks etdi-

rən,  beləliklə  də  qanunvericilik  və  baĢqa  hakimiyyət  qolları,  vətəndaĢlar,  ictimai  birliklər,  cəmiyyətin  siyasi 

sisteminin  bütün  həlqələri  üçün  rəhbər  baĢlanğıc,  ümumi  sosial  tələblər  kimi  çıxıĢ  edən  hüquqi  prinsiplər  məhz 

əsas qanunda təsbit olunur. 

Konstitusiyamızda  hakimiyyətin  bölünmə  prinsipinin  təsbit  edilməsi  demokratik  quruluĢu  təsdiqləyən 

bariz əsaslardan biridir. 

Konstitusiyaya  əsasən  hakimiyyət  bölgüsü  elə  təĢkil  edilib  ki,  hakimiyyətin  hər  üç  qolu  səlahiyyətləri 

çərçivəsində müstəqil olmaqla qarĢılıqlı fəaliyyət göstərirlər. Bu o deməkdir ki, qanunvericilik fəaliyyətini icra 

edən Milli Məclis bu sahədəki səlahiyyətlərini sərbəst həyata keçirdiyi halda qəbul etdiyi qanunları imzalamaq 

üçün ölkə baĢçısı Prezidentə təqdim edir. 

Bu  imzalanma  formal  mahiyyət  daĢımır,  Prezident  Milli  Məclisin  qəbul  etdiyi  qanunla  razılaĢmadığı 

halda onu öz etirazları ilə müəyyən edilmiĢ müddətdə, Milli Məclisə yenidən müzakirə edilməsi üçün qaytarır. 

Konstitusiyamız  Azərbaycan  Dövlətinin  dünyəvi  dövlətlər  sırasına  aid  edilməsini  təsbit  edir.  Bu  o 

deməkdir  ki,  din  dövlətdən  ayrıdır.  Konstitusiya  bununla  bərabər  bütün  dini  etiqadların  qanun  qarĢısında 

bərabərhüquqlu olmalarını müəyyən edir. Eyni zamanda Konstitusiya vətəndaĢlar vicdan azadlığı bəxĢ etməklə 

yanaĢı, hər kəsin hansı dinə təkbaĢına və ya baĢqaları ilə birlikdə etiqad etmək hüququ verir. 




 

 



 

2.

 

Konstitusiyanın sosial hüquqi mahiyyəti 

 

Məlum həqiqətdir ki, hüquqi dövlət yaranmasını bəyan edən hər hansı bir xalq hüquqi dövlətə xas olan 



əsas əlamətləri qəbul etdiyi Konstitusiyada əks etdirməlidir. 

Bu  baxımdan  Azərbaycan  Respublikasının  Konstitusiyası  özünün  təsbit  sosial-hüquqi  normaları  ilə 

əhəmiyyətli  dərəcədə  fərqlənir.  Konstitusiyanın  sosial-hüquqi  mahiyyəti  əsasən  aĢağıdakı  cəhətləri  ilə 

səciyyələnir: 

1.

 

Dövlət  hakimiyyətinin  ictimai  münasibətlərinin  nizama  salınması  sahəsindəki  fəaliyyətinin 



məhdudlaĢdırılması. Burada söhbət dövlətin müdaxilə edə biləcəyi münasibətlərin ixtisarından gedir. Məsələn 

müxtəlif mülkiyyət formalarının tətbiqi ilə əlaqədar qanunda göstərilir ki, sahibkarlar öz fəaliyyətində sərbəs-

tdirlər,  hansı  məhsulu  hansı  keçiddə  buraxmalı,  hansı  qaydada  realizə  etmələri  məsələsinə  dövlət  müdaxilə 

etmir, həmçinin ailə münasibətlərində, münasibətlərə dövlət qarıĢmır; 

2.

 

VətəndaĢlara verilməsi hüquq və azadlıqlarından onlar sərbəst istifadə etmə hüquqları təsbit edilməklə 



yanaĢı, bu hüquqların qorunmasının təmin olunması vəzifəsini dövlət öz üzərinə götürür. Beləliklə, insan hüquq 

və  azadlıqlarının  təmin  edilməsi  vətəndaĢları  dövlətin  müttəfiqi  və  bərabər  hüquqlu  tərəfdaĢı  səviyyəsinə 

qaldırır; 

3.

 



VətəndaĢlara  dövlət  orqanları,  onların  səlahiyyətli,  vəzifəli  Ģəxslərin  hərəkətlərindən  məhkəməyə 

Ģikayət  etmə  hüququnun  verilməsi  sosial  ədalət  prinsipinə  tam  uyğun  olmaqla  insan  hüquq  və  azadlıqlarının 

qorunmasına təminat yaradır. Bu da öz növbəsində insanın demokratik cəmiyyətdəki dəyərini yüksəldir, insan 

amilini ön plana çəkir; 

4.

 

Konstitusiyanın  bir  sıra  normaları  hüquq  mühafizə  orqanlarının  insan  hüquq  və  azadlıqlarının 



qorunmasına  istiqamətləndirir.  Konstitusiyanın  12-ci  maddəsində  «Ġnsan  və  vətəndaĢ  hüquqlarının  və 

azadlıqlarının  təmin  edilməsi  dövlətin  ali  məqsədidir»  göstərilməsi  dövlətin  vətəndaĢ  qarĢısında  onun  hüquq-

larının  və  azadlıqlarının  qorunması  sahəsindəki  borcundan  xəbər  verir,  bu  da  sosial  və  hüquqi  cəhətdən  əsas 

məsələni, yəni insan hüquq və azadlıqlarının, o doğulduğu andan baĢlayaraq toxunulmaz və ayrılmaz, pozulmaz 

olması prinsipi sübut edir. 

5.

 



Konstitusiya həmçinin sosial hüquq sahəsində hər bir Ģəxsə özünün hüquq və azadlıqlarını bilavasitə 

qorunması  imkanını  verir.  Konstitusiyanın  26-cı  maddəsində  göstərilir  ki,  «hər  kəsin  qanunla  qadağan 

olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır». 

6.

 



Konstitusiya  normalarının  yüksək  hüquq  qüvvəsinə  malik  olması  normalarının  düzünə  icraya 

yönəldilə  bilməsi,  respublika  miqyasında  qəbul  ediləcək  qanunların  və  qanun  qüvvəli  aktların  yalnız  bu 

normalara  uyğun  olmaları  tələbləri  onun  sosial-hüquqi  mahiyyətini  bariz  təsdiqləyir.  Konstitusiyanın  147-ci 

maddəsində  göstərilir:  «Azərbaycan  Respublikasının  Konstitusiyası  Azərbaycan  Respublikasında  ən  yüksək 

hüquqi qüvvəyə malikdir». Sonra təsbit edilir ki, Konstitusiya birbaĢa hüquqi qüvvəyə malikdir. 

7.

 



Məlum  həqiqətdir  ki,  hüquqi  dövlət  eyni  zamanda  sosial  dövlət  olmalıdır.  Bu  baxımdan 

Konstitusiyanın 16-cı maddəsi xüsusilə əhəmiyyətlidir. Orada deyilir ki, «Azərbaycan dövləti xalqın və hər bir 

vətəndaĢın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır». Sosial ba-

xımdan  əmək,  istirahət,  tibbi  yardım  almaq,  sosial  təminat,  sağlamlığın  qorunması  və  s.  hüquqların  təmin 

edilməsi sosial-hüquqi mahiyyətinə görə Konstitusiyanın əsas prinsiplərini əhatə edir. 

 

 



3.

 

Konstitusiyanı fərqləndirən cəhətlər 

 

ĠnkiĢaf  etmiĢ  dünya  ölkələrində  qanunun  aliliyi  yüksək  qaydada  təmin  edilir.  Yüksək  fəallıq  nümayiĢ 



etdirməklə respublikamızın xalqı tərəfindən qəbul edilən Konstitusiyamız hüquqi dövlətlərə xas olan və hüquqi 

dövlətin yaradılması üçün nəzərdə tutulan normaları özündə təsbit edir. 

Azərbaycan Respublikasının Konstitusiyası inkiĢaf etmiĢ dövlətlərin Konstitusiyalarından bəhrələnməklə 

yanaĢı xalqımızın istək və arzularına cavab verən bir sıra demokratik hüquq və azadlıqları özündə əks etdirir. 

Konstitusiyanın  bizim  üçün  ən  vacib  olan  fərqləndirici  cəhəti  ondan  ibarətdir  ki,  bu  demokratiya  yoluna 

baĢlayan xalqın müstəqilliyini ilk dəfə təsbit edən və yüksək hüquqi qüvvəyə malik olan sənəddir. 

Bu əsas Qanunun digər fərqləndirici cəhəti ondadır ki, o dövlətçiliyimizin inkiĢafını istiqamətləndirməklə 

bərabər, xalqın uzun illər boyu həsrətində olduğu, ağır itkilər bahasına əldə etdiyi və qətiyyətlə müdafiə etmək 

əzmində  olduğu  müstəqilliyinin  təminatçısıdır.  Konstitusiyamızın  beynəlxalq  normalara  cavab  verəcək  tərzdə 

təsbit olunması Azərbaycanı tam hüquqlu dövlət kimi tanıdır, dünyada mövcud sivil dövlətlərin sırasına qəbul 

olunmasına təminat yaradır. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə