Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

 

VətəndaĢlara  azad  müraciət  üçün  Ģərait  yaradılması,  vətəndaĢlıqdan  xaric  edilmənin  qadağan  edilməsi, 



hansı ölkədə yaĢamasından asılı olmayaraq respublika vətəndaĢının hüququnun müdafiəsinə təminat verilməsi 

və vətəndaĢlığa aid digər normaları Konstitusiyanın fərqləndirici cəhətləri hesab edilməlidir. 

Türkiyə Konstitusiyasına görə vətəndaĢlıqdan çıxmağa yol verilir. Türkiyə vətəndaĢı olmaq üçün qanun 

müəyyən Ģərtlər nəzərdə tutur. 

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilir ki, Azərbaycan Dövlətinə mənsub olan, onunla 

siyasi  və  hüquqi  bağlılığı,  habelə  qarĢılıqlı  hüquq  və  vəzifələri  olan  Ģəxs  Azərbaycan  Respublikasının 

vətəndaĢıdır. 

Göründüyü  kimi, Türkiyə Konstitusiyasından  fərqli olaraq Azərbaycan Konstitusiyasında  bilavasitə  heç 

bir istisna edilmədən vətəndaĢlıq anlayıĢı təsbit edilir. Azərbaycan Konstitusiyasında hüquq və azadlıqlara qarĢı, 

Ģərəf və ləyaqətə toxunulmasına qarĢı vətəndaĢın bilavasitə məhkəməyə müraciət edilə bilməsi dəqiq göstərilmir 

və s. 

Digər inkiĢaf etmiĢ ölkələrdən fərqli olaraq Azərbaycan Respublikası Konstitusiyası dövlət baĢçısı olan 



prezident majoritar prinsiplərə əsaslanmaqla birbaĢa xalq tərəfindən seçilməsini nəzərdə tutur. 

Bununla  yanaĢı  Prezidentə  Milli  Məclisi  buraxmaq  səlahiyyəti  vermir.  Bəzi  ölkələrdə  Prezident  Ġcra 

Hakimiyyətinin baĢçısı olmaqla eyni zamanda Nazirlər Kabinetinin sədri vəzifəsini də aparır. 

Azərbaycan  Respublikası  Konstitusiyasında  Prezidentin  vəzifəsindən  kənarlaĢdırıla  bilməsi  müəyyən 

edildiyi halda bəzi keçmiĢ ittifaq respublika Konstitusiyalarından bu norma nəzərdə tutulmayıb. 

Göründüyü  kimi  demokratik  prinsiplər  baxımından  Azərbaycan  Respublikası  Konstitusiyası  daha  irəli 

getməklə geniĢ imkanlar nəzərdə tutur. 

 

 



4.

 

Konstitusiyanın qəbulu, ona dəyiĢiklik və əlavələrin edilmə qaydaları 

 

Azərbaycan  Respublikasının  Konstitusiyası  12  noyabr  1995-ci  ildə  Ümumxalq  referendumunda  yüksək 



fəallıqla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən, yəni 27 noyabrdan qüvvəyə minmiĢdir. Bununla 

əlaqədar olaraq 1978-ci il 21 apreldə qəbul edilmiĢ Azərbaycan Respublikasının Konstitusiyası öz qüvvəsini itir-

miĢdir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  152-ci  maddəsində  göstərilir  ki,  Azərbaycan  Respublikası 

Konstitusiyasının mətnində dəyiĢikliklər yalnız əlaqədar olaraq müəyyən bir dəyiĢikliyin meydana çıxdığı zəruri 

hallarda Azərbaycan Respublikası Konstitusiyasının mətnində referendumla dəyiĢiklik etmək olar. Referendum 

– latın sözü olub mənası xəbər vermək deməkdir. Referendumun keçirilməsi Ģərtləri və onun üsulu hər bir döv-

lətin Konstitusiyası və qanunvericiliyi ilə nizama salınır. Referendum demokratiya institutlarından biridir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  nəzdində  dəyiĢikləri  Azərbaycan  Respublikasının  Milli 

Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təĢkil etdikdə təklif olunan dəyiĢikliklərə dair əvvəlcədən 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  rəyi  alınır.  Deməli,  Azərbaycan  Respublikası  Konsti-

tusiyasının  nəzdində  dəyiĢiklikləri  Milli  Məclis  və  Respublika  Prezidenti  təklif  edə  bilər.  Konstitusiyamızın 

154-cü  maddəsində  deyilir  ki,  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul 

olunmuĢ Azərbaycan Respublikası Konstitusiyasının nəzdində dəyiĢikliklərə dair qərar qəbul edə bilməz. 

Konstitusiyamızda  dəyiĢikliklər  təklif  edilməsi  təĢəbbüsünün  məhdudlaĢdırılması  da  xüsusi  maddədə 

göstərilmiĢdir.  Belə  ki,  155-ci  maddədə  deyilir:  «Bu  Konstitusiyanın  1-ci,  2-ci,  6-cı,  7-ci,  8-ci  və  21-ci 

maddələrində dəyiĢikliklər və ya onların ləğv edilməsi haqqında 3-cü fəslində nəzərdə tutulmuĢ insan və vətən-

daĢ  hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulduğundan  daha  artıq  dərəcədə  məhdudlaĢdırılması  haqqında  təkliflər  referenduma 

çıxarıla bilməz». 

Azərbaycan  Respublikası  Konstitusiyasına  əlavələr  Milli  Məclisin  95  deputatının  səs  verməsi  ilə 

Konstitusiya qanunları Ģəklində qəbul edilə bilər. 

Azərbaycan  Respublikası  Konstitusiyasına  əlavələr  edilməsi  məsələsinə  iki  dəfə  səsə  qoyulma  yolu  ilə 

Milli Məclisdə baxılır. Ġkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. 

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Milli Məclisdə həm 

birinci,  həm  də  ikinci  səsvermədən  sonra,  Konstitusiya  qanunları  üçün  nəzərdə  tutulan  qaydada  Azərbaycan 

Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur. 

Azərbaycan  Konstitusiyasına  əlavələr  haqqında  qanunlar  ikinci  səsvermədən  sonra  Azərbaycan 

Respublikası  Prezidenti  tərəfindən  imzalandıqdan  sonra  qüvvəyə  minir.  Konstitusiya  qanunları  Respublika 

Konstitusiyasının ayrılmaz hissəsi olmaqla bərabər onun əsas nəzdinə zidd ola bilməz. Azərbaycan Respublikası 

Konstitusiyasına  əlavələr  edilməsi  təĢəbbüsü  barədə  Prezident  və  ya  Milli  Məclisin  azı  63  deputatı  təklif  irəli 

sürə bilər. 




 

Konstitusiyanın  birinci  bölməsində  əks  etdirilmiĢ  müddəalarla  əlaqədar  Azərbaycan  Respublikasının 



Konstitusiyasına əlavələr təklif edilə bilməz. 

 

 



 

 

 



 

 

 



 

 



 

 



MÖVZU 2. 

 

AZƏRBAYCAN DÖVLƏTĠNĠN KONSTĠTUSĠYA STATUSU 

 

Plan: 

1.

 

Xalq hakimiyyəti 



2.

 

Xalq suverenliyi 



3.

 

Hüquqi dövlət 



4.

 

Hakimiyyətin bölünməsi prinsipi 



5.

 

Respublika idarəetmə formasının xüsusiyyətləri 



   5.1 Prezidentli respublika 

   5.2 Parlamentli Respublika 

6.

 

Azərbaycan dövlətinin xarici siyasətinin konstitusiya əsasları 



7.

 

Silahlı qüvvələrin Konstitusiya hüquqi statusu 



8.

 

Azərbaycan dövlətinin rəmzləri 



 

Ədəbiyyat 

1.

 



 Azərbaycan 

Respublikasının Konstitusiyası. Bakı, Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002. 

2.

 

 Ələsgərov  M.H.  Müstəqil  Azərbaycanın  ilk  demokratik  Konstitusiyası.  «Azərbaycan»  qəzeti,  26 



oktyabr, 1995. 

3.

 



 Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiya əsasları // «Qanunçuluq», Bakı, 1993, № 2. 

4.

 



 Əsgərov Z.A. Hüquqi dövlət Konstitusiyasının formalaĢması. Bakı, 1992. 

5.

 



 Əsgərov  Z.A.  Ġnsan  və  vətəndaĢ  hüquqlarının  Bəyannaməsi.  «Ədalət»  qəzeti,  1  may  1992,    18  may 

1992. 


6.

 

 Cəmilzadə H. «Bayrağımız, Gerbimiz, Himnimiz», Bakı-2000. 



7.

 

 Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, 2002. 



 

 

1.



 

Xalq hakimiyyəti 

 

Hüquqi  dövlət  qurmaq  amalı  ilə  yaĢayan  xalq  ilk  növbədə  öz  hüquq  və  vəzifələrini  öyrənməli  və  dərk 



etməlidir. Konstitusiya təsbit edir ki, respublikanın hakimiyyətinin yeganə mənbəyi xalqdır, bu xalq respublika 

ərazisində  və  ondan  kənarda  yaĢayan,  Azərbaycan  dövlətinə  və  onun  qanunlarına  tabe  sayılan  Azərbaycan 

Respublikası vətəndaĢlarından ibarətdir. Konstitusiyanın müddəası beynəlxalq hüquqla müəyyənləĢdirilmiĢ nor-

maları istisna etmir. 

Bu o deməkdir ki, 1948-ci il dekabr ayının 10-da «Ġnsan hüquqlarının ümumi bəyannaməsin»də və insan 

hüquqları  haqqında  digər  beynəlxalq  konvensiya  və  müqavilələrdə  müəyyən  edilmiĢ  hüquqlar  və  azadlıqlar 

tamamilə Azərbaycan xalqına aiddir. 

Bu  hüquqlara əsasən bilavasitə ümumxalq  səsverməsi  – referendum  və  ümumi  bərabər  və  birbaĢa  seçki 

hüququ əsasında, gizli və Ģəxsi səsvermə yolu ilə xalq seçilmiĢ nümayəndələri vasitəsilə dövlət hakimiyyətinin 

idarə olunmasındakı hüquqlarını həyata keçirir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  qəbul  edilməsi  və  ona  dəyiĢikliklər  edilməsi,  dövlət 

sərhədlərinin dəyiĢdirilməsi yalnız referendumla həll oluna bilər. Xalq öz müqəddəratını həll etməkdə suveren 

hüquqlara malikdir və heç kim onu bu hüquqlardan məhrum edə bilməz. 

Azərbaycan  xalqının  vahidliyi,  bölünməzliyi  dövlətin  əsasını  təĢkil  edir,  onu  vətənə  bağlayır,  onun 

üzvlərinə bərabər, toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlar bəxĢ edir. Hüquq və azadlıqların təmin edilməsi 

üçün Konstitusiya əsaslı təminatlar verir. 

Təsbit edilir ki, insanlara verilən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və baĢqa Ģəxslər qarĢısında 

məsuliyyətini  və  vəzifələrini  əhatə  edir.  Bundan  belə  nəticə  çıxarılır  ki,  hüquqlar  və  vəzifələr  eyni  vəhdətdə 

birləĢir, hüquqsuz vəzifə və nə də vəzifəsiz hüquq ola bilməz. 

Müəyyən edilmiĢ hüququ əldə edən vətəndaĢ bu hüquqdan doğan vəzifəni icra etməyə borcludur. 

Demokratik  dəyərləri  əsas  götürən  Konstitusiya  insan  amilini  ön  plana  çəkir,  xalqın  mənafeyinə  uyğun 

olan bütün fəaliyyət növlərinə rəvac verir. Təsbit edilir ki, qanunla qadağan olunmayan hər hansı bir fəaliyyətin 

və hərəkətin edilməsinə yol verilir. Bu ona görədir ki, insan fəaliyyətinin bütün sahələrini qanunla və qanunqüv-

vəli  aktlarla  əhatə  etmək  mümkün  deyil,  qanunların  ümumi  müddəalarından  kənara  çıxmamaq  Ģərti  ilə 

münasibətlərin nizama salınmasına yol verilir. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə