Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

10 

 

Konstitusiya və respublika qanunvericiliyi bütün hallarda xalqın birliyini təmin etmək məqsədi ilə heç bir 



ayrı-seçkiliyə  yol  vermir.  Cinayət  qanunvericiliyi  milli  və  irqi  bərabərliyi  pozmaq  milli  və  irqi  düĢmənçilik, 

ədavət salmağa görə ciddi cəza tədbirləri nəzərdə tutur. 

 

2.

 

Xalq Suverenliyi 

 

Konstitusiyamızın  2-ci  maddəsində  göstərilir  ki,  Azərbaycan  xalqı  öz  suveren  hüququnu  bilavasitə 



ümumxalq səsverməsi-referendum və ümumi, bərabər və birbaĢa seçki hüququ əsasında sərbəst, gizli və Ģəxsi 

səsvermə yolu ilə seçilmiĢ nümayəndələri vasitəsilə həyata keçirir. Əsas Qanunun bu müddəasına görə seçicilər 

təmsil etmək  hüququ  yalnız  qanunu  yolla  seçilmiĢ  deputatlara  məxsusdur. Konstitusiyanın  bu  müddəası  onun 

əsas demokratik prinsiplərinə uyğunluğundan xəbər verir. 

Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan 

xalqının suveren hüququdur. 

BMT Nizamnaməsinin birinci maddəsinin ikinci bəndində, habelə 1970-ci il tarixli «Beynəlxalq hüququn 

prinsipləri  haqqında»  Bəyannamədə  xalqların  hüquq  bərabərliyi  və  öz  müqəddəratını  təyin  etmək  prinsipi  öz 

əksini tapmıĢdır. Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ qətiyyən Dağlıq Qarabağ 

hadisələrinə tətbiq oluna bilməz. Əvvəla, ona görə ki, Dağlıq Qarabağda yaĢayan ermənilərə «xalq» statusu ve-

rilə bilməz. Onlar etnik cəhətdən erməni milli mənĢəyə mənsub, Azərbaycan ərazisində məskunlaĢmıĢ müəyyən 

bir icmaya aid Azərbaycan əhalisinin bir hissəsidir. Ermənilər bir xalq kimi, beynəlxalq hüququn qeyd olunan 

prinsipinə  uyğun  olaraq,  öz  müqəddəratını  təyin  edərək,  müstəqil  dövlətləri  olan  Ermənistan  Respublikasını 

yaradıblar.  Dağlıq  Qarabağda  yaĢayan  ermənilər  isə  öz  müqəddəratını  sərbəst  təyin  edərək,  müstəqil  dövlət 

yaratmaq  hüququna  malik  deyillər,  xalqlara  məxsus  öz  müqəddəratını  təyinetmə  hüququ  onlara  Ģamil  oluna 

bilər. 


Bu hüquqa malik olan xalqlar xaricdən heç bir təsir olmadan, azad surətdə öz siyasi statusunu müəyyən 

edə və özünün iqtisadi, sosial və mədəni inkiĢafını həyata keçirə bilər. Hər bir dövlət də BMT Nizamnaməsinə 

və yuxarıda adı çəkilən Bəyannaməsinə uyğun olaraq, bu hüquqa hörmət etməyə borcludur. Xalqların öz mü-

qəddəratını təyin etmək hüququ, Bəyannamədə birbaĢa göstərildiyi kimi, dörd yolla  həyata keçirilir: birincisi, 

suveren  və  müstəqil  dövlətin  yaradılması  ilə,  ikincisi,  müstəqil  dövlətə  azad  birləĢməklə,  üçüncüsü,  müstəqil 

dövlətə qoĢulmaqla, dördüncüsü, hər hansı bir baĢqa siyasi statusu xalq tərəfindən müəyyən etməklə. 

 

 

3.



 

Hüquqi dövlət 

 

Hüquqi dövlət anlayıĢı həmçinin dərin məna yükü daĢıyır. Onu izah etməmiĢdən əvvəl dövlətin özünün 



anlayıĢı üzərində dayanaq 

Hüquq ədəbiyyatında ona aĢağıdakı kimi tərif verir. Dövlət – cəmiyyətin elə vahid siyasi təĢkilatıdır ki, öz 

hakimiyyətini  ölkənin  bütün  ərazisinə  və  əhalisinə  Ģamil  edir,  bunun  üçün  xüsusi idarəetmə  aparatı  var,  hamı 

üçün məcburi göstəriĢlər verir və suverenliyə malikdir. 

Dövləti  səciyyələndirən  cəhətlərin  sırasına  onun  hakimiyyətinin  sözsüz  olaraq  bütün  aid  edilməsi, 

cəmiyyətin idarə edilməsi vəzifələrinin yerinə yetirilməsi üçün lazımi idarəçilik sisteminin mövcudluğu, dövlət 

dili və baĢqa rəmzlər daxildir. 

Hüquq  dövlətin  hüquq  hakimiyyət  fəaliyyətini  nizamlayan  əsas  vasitədir.  Hüquq  özlüyündə  mənsub 

olduğu xalqın qanunlaĢdırılmıĢ idarəsinin ifadəsidir. 

Hüquqi dövlət anlayıĢı, qeyd etdiyimiz kimi, geniĢ məna kəsb edir. Hüquqi dövlətdə bütün münasibətlər 

ancaq hüquq normaları ilə nizama salınır. 

Hüquqi  dövlətin  yaranma  tarixinə  nəzər  salaq.  Ədalət  məhkəməsi  Ġlahəsi  –  gözləri  bağlanmıĢ,  əlində 

gücün  rəmzi  kimi  xəncəri  və  ədalətin  rəmzi  kimi  tərəzini  tutan  Femida  hüquqi  dövlətin  baĢlıca  əlamətlərini 

təcəssüm  etdirirdi.  Gücü  və  ədaləti  özündə  birləĢdirən  bu  Ġlahə  insanlara  belə  bir  fikri  aĢılayırdı  ki,  onun 

qoruduğu hüquq qaydaları hamı üçün eyni və məcburidir. Ədalət məhkəməsinin bu mifikləĢdirilmiĢ obrazı təkcə 

dövlətin bir hissəsi kimi haqqı qorumalı olan məhkəmənin deyil, habelə cəmiyyətin ədalətli təĢkilinin rəmzi idi. 

Qədim insanlar ədaləti, hüququ və qanunu Allahın təsisatları hesab edir, bu nemətləri yerdə və gücün kainatda 

nizam-intizamın  bərqərar  olunmasının  əsası,  zorakılığın,  özbaĢınalığın,  hərc-mərcliyin  aradan  qaldırılmasının 

təminatı sayırdılar. 

Obyektiv  idealizmin  banisi,  qədim  yunan  filosofu  Platon  israr  edirdi  ki,  dövlət  ədalətli  qanunlar  olan 

yerdə mövcud ola bilər. Onun hüquqi dövlət ideyasını əks etdirən aĢağıdakı fikirləri indi də çox müasir səslənir. 

O  yazırdı  ki,  qanunun  gücsüz,  kiminsə  hakimiyyəti  altında  olduğu  yerdə  dövlətin  tezliklə  məhvini  görürəm: 

qanunun hakimiyyət nümayəndələri üzərində ağalıq etdiyi, onların isə qanunun qulu olduqları yerlərdə dövlətin 

və Allahın bəxĢ etdiyi sərvətlərin xilasını görürəm. 




11 

 

Humanist  ideyaların  təsiri  altında  XVIII  əsrdə  təkan  almıĢ  dövlət  və  ictimai  quruluĢun  dəyiĢilməsi, 



Ģəxsiyyət azadlığı, formal hüquq bərabərliyi və s. məsələlərin ön plana çəkilməsi zəruri olaraq «Hüquqi dövlət»i 

bir nəzəri təlim və praktiki problem kimi alman filosoflarının, xüsusilə də Kant və Hegelin tədqiqat obyektinə 

çevrilmiĢdi. Hüquqi dövlət haqqında ilk dəfə yazan da məhz Kant olmuĢdur. Kant belə bir müddəanı irəli sürüb 

müdafiə edirdi: dövlətin təyinatı təkmilləĢdirilmiĢ hüquqdur, onun quruluĢunun və rejiminin hüquqa maksimum 

uyğunluğudur. Məhz bu müddəaya görə, Kant hüquqi dövlətin nəzəri yaradıcılarından biri hesab edilir. 

Hüquqi  dövlətin  əsas  qanunu  –  Konstitusiyadır.  Onda  dövlət  həyatının  və  ictimai  həyatın  hüquqi 

prinsipləri ifadəsini tapıb. Konstitusiyanın üstünlüyü hüquqi dövlətin ayrılmaz əlamətdir. Buna görə də hüquqi 

dövlət konstitusiyalı dövlətdir. 

 

 

4. Hakimiyyətin bölünməsi prinsipi 



 

Demokratik  və  hüquqi  dövləti  səciyyələndirən əsas  niĢanələrdən  biri  də  dövlət  hakimiyyətinin  bölünmə 

prinsipidir. 

Hakimiyyətlərin bölünməsi prinsipi müasir dövlətlərin çoxunda, o cümlədən Azərbaycan Respublikasının 

Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilmiĢdir. Konstitusiyanın 7-ci maddəsinin III-IV hissələrində 

deyilir:  «Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında  təĢkil 

edilir: 

 



qaunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. 

 



icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur. 

 



məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 

Bu  konstitusiyanın  müddəalarına  əsasən,  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  qarĢılıqlı 

fəaliyyət göstərir və səlahiyyətləri çərçivəsində müstəqildir». 

Əsas  Qanunun  mənasına  görə  hakimiyyət  qollarının  heç  biri  qola  bilavasitə  aid  edilən  funksiyaların 

icrasına müdaxilə etmir, lakin hər üçü eyni məqsədlə əlaqəli surətdə fəaliyyət göstərir, lazım olan hallarda biri 

digərini tamamlayır. Hakimiyyətin hər qolu üçün əsas tələb qanunlara dönmədən əməl edilməsidir. 

Hakimiyyət  bölgüsü  lap  qədim  dövrlərdən  demokratiyanın  əsas  rəmzlərindən  biri  hesab  edilir.  XVII-

XVIII  əsrlərdə  yaĢayıb  yaratmıĢ  məĢhur  fransız  hüquqĢünası  ġarl  Monteskye  (1689-1755)  müstəqil  nəzəriyyə 

səviyyəsində hakimiyyətin bölünmə prinsipini elmi surətdə əsaslandırmıĢdır. O, 20 il üzərində iĢlədiyi və hüquq 

elmlərinin  ensiklopediyası sayılan  «Qanunların  ruhu haqqında»  (1748)  əsərində  qeyd  edirdi  ki,  siyasi  azadlıq 

ancaq hakimiyyətdən sui-istifadələrin olmadığı idarəçilik üsulları Ģəraitində mövcud ola bilər. 

Daha  sonra  Monteskye  göstərirdi  ki,  hər  bir  dövlətdə  üç  hakimiyyət  mövcuddur-qanunvericilik,  icra  və 

məhkəmə hakimiyyətləri. Azadlıq, Monteskyeyə görə, qanunlarla icazə verilən hər bir Ģeyi etmək hüququndan 

ibarətdir. Azadlığın məhz belə anlamı Monteskyeni müasir hüquqi dövlətin banisinə çevirmiĢdi. 

Hüquqi dövlət,  artıq qeyd edildiyi  kimi,  qanunların aliliyini təmin  edən  siyasi  təsisatdır.  O, hakimiyyət 

orqanları  sisteminin  ədalətli  təĢkilini,  bu  orqanların  fəaliyyət  sahələrinin,  funksiya  və  səlahiyyətlərinin  dəqiq 

müəyyən  edilməsini,  baĢqa  sözlə,  hakimiyyətin  bölünməsi  prinsipinin  qeyri-Ģərtsiz  həyata  keçirilməsini  tələb 

edir. Hüquqi dövlətin bu iki keyfiyyət əlamətləri bir-birilə üzvi surətdə bağlıdır, biri digəri olmadan mümkün ola 

bilməz. 

Deyilənlərdən belə bir aĢkarlıq yəqin olunur ki, hüquqi dövlətdə hamı, ilk növbədə dövlətin özü qanunları 

gözləməlidir, necə deyərlər, qanuna bağlı olmalıdır. MəĢhur fransız mütəfəkkiri J.J.Russonun sözlərilə desək, məhz 

hüquqi dövlətdə hakimiyyət və vətəndaĢlar tərəfindən gözlənilən ən böyük ən birinci qanun – qanuna hörmət qa-

nunu olmalıdır. Deməli, dövlət həm qanunları yaradarkən, həm bu qanunları tərtib edərkən, nəhayət, ümumiyyətlə, 

öz çoxĢaxəli funksiyalarını həyata keçirərkən, hüququn prinsiplərindən çıxıĢ etməlidir. 

 

 

5. Respublika idarəetmə formasının xüsusiyyətləri 



 

Respublika (lat.respublika ictimai iĢ) - ali dövlət hakimiyyətini əhali tərəfindən müəyyən müddətə seçilən 

seçkili  orqanların  həyata  keçirdiyi  idarəçilik  formasıdır.  Respublika  idarəçilik  formasının  ümumi  əlamətləri 

aĢağıdakılardır: 

 

təkbaĢına və kollegial dövlət baĢçısının mövcud olması; 



 

dövlət baĢçısının və ali dövlət hakimiyyətinin digər orqanlarının müəyyən müddətə seçkililiyi; 



 

dövlət hakimiyyətinin Ģəxsi hüquqla deyil, xalqın tapĢırığı üzrə həyata keçirilməsi; 



 

dövlət baĢçısının qanunla nəzərdə tutulan hallarda hüquqi məsuliyyəti; 



 

ali dövlət hakimiyyəti qərarlarının bütün digər dövlət orqanları üçün məcburiliyi; 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə