Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

82 

 

Pedaqoq  yetkinlik  yaĢına  çatmayanın  psixi  inkiĢafının  patologiyası  haqqında  Ģəhadət  verən  əlamətləri 



göstərə bilər. 

Cinayət iĢi üzrə həqiqətə nail olunmasını təmin edən prosessual təminatlardan biri ittihamın elan edildiyi 

andan  ibtidai  istintaqda  müdafiəçinin  iĢtirakıdır.  Müdafiəçinin  iĢdə  iĢtiraka  vaxtında  buraxılmasının  təmin 

edilməsi öz əhəmiyyət kəsb etmir. Bu məsələnin həlli yeniyetməyə ittihamın vaxtında elan edilməsindən asılıdır. 

Təcrübədə ittihamın cinayət iĢi üzrə istintaqın qurtarmasından əvvəl, bəzən isə ibtidai istintaqın qurtarması ilə 

eyni  vaxtda  elan  edilməsi  hallarına  da  təsadüf  olunur.  Belə  təcrübə  müdafiə  hüququnun  kobudcasına 

pozulmasıdır. 

Barəsində təqsirləndirilən Ģəxs  qismində  cəzbetmə  haqqında qərar  çıxarılmıĢ  yetkinlik  yaĢına  çatmayan 

və onun qanun nümayəndələri ittihamın elan edildiyi andan müdafiəçiyə malik olmaq hüququ barədə qabaqdan 

xəbərdar oluna bilərlər. 

Yetkinlik  yaĢına  çatmayanların  iĢləri  üzrə  yeniyetmələrin  psixologiyasının  əsas  cəhətlərinə,  hüququ 

pozmuĢ  yetkinlik  yaĢına  çatmayanlara  tərbiyəvi  təsir  metodları  haqqında  tövsiyələrə,  ayrı-ayrı  istintaq 

hərəkətlərinin aparılmasının taktiki xüsusiyyətlərinə bələd olan vəkilin iĢtirakı məqsədəuyğundur.

7

 



Ġstintaqın  obyektivliliyini  təmin  edən  mühüm  prosessual  təminat  qanunun  iki  təqsirləndirilən  Ģəxsin 

müdafiəsinin bir vəkilə həvalə edilməməsi haqqında (əgər təqsirləndirilən Ģəxslərdən birinin mənafeyi digərinin 

mənafeyinə zidd olarsa) tələbidir. Ġttihamın elan edildiyi andan cinayətin hər bir iĢtirakçısının rolunun axıradək 

aydınlaĢdırılmadığı  vaxt  həmin  prosessual  norma  yetkinlik  yaĢına  çatmayanların  iĢləri  üzrə  xüsusi  əhəmiyyət 

kəsb edir. 

Məlum olduğu kimi, təqsirləndirilən yetkinlik yaĢına çatmayanın müdafiəçidən imtina etməsi müstəntiq 

və prokuror üçün məcburi deyil. Belə Ģəraitdə imtinanın səbəblərini aydınlaĢdırmaq, vəkilin ibtidai istintaqda və 

məhkəmədə iĢtirakının zəruriliyinə və bunun faydalı olmasına yetkinlik yaĢına çatanı inandırmaq zəruridir. 

Hüququ  pozmuĢ  yetkinlik yaĢına çatmayanın  müdafiəsini ibtidai istintaqda  və məhkəmədə  eyni  vəkilin 

həyata keçirməsi mümkün hesab olunur.

8

 Vəkil əvəz edildikdə, bir qayda olaraq, yeniyetimə ilə psixoloji əlaqə 



pozulur, yetkinlik yaĢına çatmayana tərbiyəvi təsir zəifləyir. Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə əlavə pro-

sessual təminatlar ibtidai istintaq prosesində hüququ pozmuĢ yetkinlik yaĢına çatmayana yaĢlı birgə iĢtirakçının 

zərərli təsirinin qarĢısının alınmasını təmin edir. 

AĢağıdakılar  müəyyən  edildiyi  hallarda  yetkinlik  yaĢına  çatamyan  təqsirləndirilən  Ģəxs  haqqındakı  iĢi 

ayrıca icraata ayırmaq məqsədəuyğundur: 

a) yeniyetmə yaĢlı təqsirləndirilən Ģəxslərin cinayətkar fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarında və ya 

vasitəçi, cinayəti gizlədən, onun edilməsini xəbər verməyən qismində çıxıĢ etdikdə; 

b)  yaĢlı  cinayətkar  cinayətin  törədilməsindən  qabaqkı  dövrdə  və  ya  istintaq  prosesində  yetkinlik  yaĢına 

çatmayana təsir göstərdikdə; 

c) ictimai-təhlükəli əməlin hərtərəfli, tam və obyektiv istintaqın üçün mühüm mənafelər yaradıldıqda. 

Cinayət  prosessual  qanunvericilik  Ģübhə  edilən  və  təqsirləndirilən  yetkinlik  yaĢına  çatmayanlar  tutulub 

saxlanarkən, qətiimkan tədbiri seçilərkən, dindirməyə çağırılarkən, habelə qanuni nümayəndələri cinayət iĢinin 

materialları  ilə  tanıĢ  olarkən  yeniyetmələrin  hüquq  və  mənafelərinin  mühafizəsini  təmin  edən  müəyyən 

prosessual təminatları nəzərdə tutur. 

Yeniyetmənin tutulması, hər Ģeydən əvvəl, cinayətin törədilməsindən bilavasitə sonra və ya hadisəni gözü 

ilə görənlərin yeniyetməni cinayəti etmiĢ Ģəxs kimi göstərdikləri zaman baĢ verir. 

Yeniyetmənin  tutulması  haqqında  prokurora  xəbər  verilir.  Prokuror  tutmanın  əsaslı  və  yeniyetmənin 

həbsdə saxlanması zərurətinin olub-olmamasını yoxlayır. 

Tutma  və  Ģəxsi  axtarıĢ  haqqında  protokolların  düzgün  tərtib  edilməsi  mühüm  sübutedici  əhəmiyyətə 

malikdir. Protokollarda tutmanın əsasları, motivləri, yeri və vaxtı, Ģəxsi axtarıĢ zamanı aĢkar edilən sənədlər və 

predmetlər göstərilir. ġəxsi axtarıĢ protokolunda cinayətin aĢkar edilmiĢ izləri də qeyd edilə bilər. 

ġübhə  edilən  və  təqsirləndirilən  yetkinlik  yaĢına  çatmayanların  hüquqlarının  və  onların  qanuni 

nümayəndələrinin  müdafiə  hüququnun  realizəsini  təmin  edən  mühüm  tədbir  yeniyetmənin  valideynlərinin 

yeniyetmənin tutulması və ya həbsi barədə vaxtında xəbərdar edilməsidir. 

Təqsirləndirilən  yetkinlik  yaĢına  çatmayanın  müstəntiqin  yanına  çağırılmasının  xüsusi  qaydası  da 

yeniyetmənin  mənafelərinin  müdafiəsinə  istiqamətləndirilmiĢdir.  ÇağırıĢa  valideynlər  və  ya  digər  qanuni 

nümayəndələr vasitəsilə həyata keçirilir. 

Xuliqanlıq  törətmiĢ  Ģəxsləri  xarakterizə  edən  hallar  içərisində  yaĢ  əlaməti  mühüm  yer  tutur.  Müəyyən 

mənada məhz bu əlamətə görə Ģəxsin ictimai vəziyyəti, onun maraq və tələbatının dairəsi, həyat yolu və mənəvi 

dəyərlilər  yönümü  barədə  mühakimə  yürütmək  olar.  Ġnsanın  yaĢ  «pilləkəni»  üzrə  hərəkəti,  bir  qayda  olaraq, 

                                                 

7

 Левинов Н.Д. Детская и педагогическая психология. М., 1994, стр.53. 



8

 Дан Н. Особенности показаний малолетних и несовершеннолетних свидетелей и тактика их допроса. М., 1993, стр.17. 




83 

 

onun ictimai rolunun, dünyagörüĢünün, ətraf mühit barədə təsəvvürlərinin və buna münasibətinin dəyiĢilməsinə 



gətirib çıxarır.

9

 



ġəxsiyyətdə  baĢ  verən  dəyiĢikliklər  təkcə  yaĢ  xüsusiyyətləri  ilə  əlaqədar  olmayıb,  xeyli  dərəcədə  onun 

əhatəsinin və Ģəxsin malik olduğu konkret məzmunu real fəaliyyət formalarının təsirindən də asılıdır.

10

 

Bütün  bunlar  son  nəticədə  insanın  davranıĢı,  o cümlədən  cinayətkar  davranıĢı qismində  özünü  göstərir. 



Cinayətin  xarakteri  və  cinayətkarın  kriminal  fəallığı  ilə  yaĢ  arasında  müəyyən  əlaqə  alması  kriminologiya 

sahəsində yazılan elmi tədqiqat iĢlərində dəfələrlə qeyd olunmuĢdur. 

«YaĢ,  Ģəxsiyyət  haqqında  geniĢ  və  hərtərəfli  informasiya  daĢıyan  göstəricilər  sarısına  daxildir.  Bir  yaĢ 

qanundan  digərlərinə  keçilməsi  yalnız  sadəcə  olaraq  Ģəxsin  qocalmasını  əks  etdirmir.  Bunun  dalında  həmin 

Ģəxsin də qoĢulduğu ictimai münasibətlərin məzmunun dəyiĢilməsi, tələbatında, maraq, motiv, fəaliyyət tərzin-

də,  eləcə  də  ümumi  ictimai  Ģəraitə  baxıĢlarında,  onun  konkret  təzahürlərinə  yanaĢmada  və  s.  baĢ  verən 

dəyiĢikliklər  dayanır.  Ġnsanın  davranıĢına  mühüm  dərəcədə  təsiri  olan  kriminal  təcrübənin  əldə  olunmasının 

müxtəlif imkanları da yaĢla əlaqədardır».

11

 

Buradan da yaĢ haqqında bilgi fərqləndirilmiĢ, məqsədyönlü qabaqlama tədbirlərin iĢləyib hazırlamağa və 



həyata keçirməyə imkan verir. 

Ġctimai-demoqrafik  və  psixofiziki  kateqoriya  kimi  yaĢın  öz-özlüyündə  hüquqa  zidd  davranıĢa  səbəb 

olmamasını  apardığımız  tədqiqat  prosesində  lap  əvvəlcədən  nəzərə  almıĢıq.  YaĢ  ilə  cinayət  arasında  səbəbli 

əlaqə  yoxdur,  lakin  cinayətkar,  eləcə  də  xuliqanlıq  tərkibli  davranıĢın  tədqiq  zamanı  Ģəxsiyyətin  ictimai-

demoqrafik xüsusiyyətlərini, o cümlədən də yaĢını tamamilə kənara qoymaq olmaz. 

Cinayətkarların  yaĢı  ilə  cinayətlərin  xarakteri  arasında  müəyyən  asılılıq  olduğunu  tədqiqatçılar  çoxdan 

müəyyən etmiĢlər. 

Doğrudan da məlum olduğu kimi, insan bir ictimai varlıqdır və buna görə də yaĢın dəyiĢilməsi ilə insanın 

da  ictimai-psixoloji  və  fizioloji  dəyiĢməsi  baĢ  verir.  Ġctimai  dəyiĢikliklər  isə  təkcə  Ģəxsin  özündə  deyil,  onun 

əhatəsində, mikromühitində də baĢ verir. Bu zaman insanın yaĢadığı, iĢlədiyi mühit və Ģərait də, onun ictimai 

funksiyaları,  rolu ictimai təcrübəsi,  vərdiĢləri,  meylləri,  maraq  dairəsi,  tələbatı  və  bunları təminetmə  formaları 

da dəyiĢir. Bir sözlə, Ģəxsiyyətin formalaĢması, təĢəkkülü və sonrakı inkiĢafı baĢ verir. 

Adətən,  hər  bir  yaĢ  dövrünün  (yeniyetməlik,  gənclik,  yetkinlik  və  qocalıq)  özünün  müəyyən  fizioloji, 

ictimai-demoqrafik və ictimai-psixoloji parametrləri və əlamətləri vardır ki, bunlar da müxtəlif yaĢ qrupundan 

olan adamları bir-birindən fərqləndirir. 

Cinayət  statistikasında,  hüquq  mühafizə  orqanlarının  statistik  hesabatlarında  adamların  (müttəhimlərin, 

məhkumların,  zərərçəkmiĢlərin  və  s.)  əsasən  aĢağıdakı  yaĢ  qruplarına  bölünməsi  qəbul  olunmuĢdur:  14017 

(yetkinlik yaĢına çatmayanlar): 18-24: 25-29: 30-49 və 50 yaĢdan yuxarı olanlar. 

Bu yaĢ qruplarına daxil olan Ģəxslər üçün xarakterik olan əsas əlamətlərə nəzər yetirək. 

Yetkinlik  yaĢına  çatmayanlarda  (14-17  yaĢ)  həyat  təcrübəsi  demək  olar  ki,  yoxdur

12

.  Bu  yaĢda  olan 



Ģəxslərin  fizioloji  və  psixoloji  xüsusiyyətlərinin  ədəbiyyatda  ətraflı  tədqiq  edildiyini  qeyd  edərkən 

F.Y.Səməndərov yazır: «Yetkinlik yaĢına qədər olan dövrdə Ģəxsdə həyat idealının və onun həyata baxıĢlarının, 

mənəvi varlığının, fiziki və intellektual qüvvələrinin formalaĢması prosesi gedir. Onlarda ictimai borc, vicdan, 

Ģərəf və ləyaqət, yoldaĢlıq və dostluq haqqında təsəvvürlər dayaz və səthi, qətilik, cürətlilik və mərdlik və s. bu 

kimi  mənəvi  sima  üçün  xarakterik  olan  xüsusiyyətlər  isə  hələ  ictimai  həyat  üçün  tələb  olunan  səviyyədə 

püxtələĢməmiĢ olur. Bu da ilk növbədə yetkinlik yaĢına çatmayanlarda həyat təcrübəsinin az olması, təlim və 

tərbiyənin tamamlanmaması  və  onların  hələ  intellektual  yetkinliyə  çatmamaları  ilə əlaqədar  olur».  Emosional 

təsirlənmə, özünü saxlaya bilməmə, hətta sadə, az əhəmiyyətli münaqiĢəli vəziyyətlərin belə nail olunmasında 

səriĢtələrinin  olmaması,  çox  vaxt  onların  qanunlarla  toqquĢmaya  gətirib  çıxarır.  Halbuki,  eyni  Ģəraitdə  yaĢlı 

adam  qanunu  pozmadan  keçinə  bilərdi.  Bu  yaĢ  qrupunda  olan  Ģəxslər  əsasən  a)  fəallıq,  qorxmazlıq,  igidlik, 

qətiyyətlilik, əxlaq normalarına nifrət, kobudluq və s. göstərmək həvəsi ilə; b) sadəlövhlük, köməksizlik, qeyri-

kamilliklə  əlaqədar;  v)  özünü  yaĢlı  kimi  aparmaq,  dost-tanıĢlara  özünü  göstərmək  həvəsi,  baĢqa  sözlə,  özü-

nütəsdiq məqsədilə hüquqazidd hərəkətlər, cinayətlər, o cümlədən də xuliqanlıq əməlləri törədirlər. 

Xuliqanlığa  görə  məhkum  olunmuĢların  ən  böyük  hissəsi  20-24  (26,6%)  və  30-39  (23,8%)  yaĢlılardır. 

Belə bir vəziyyəti bütün cinayətlər üzrə məhkum olunmuĢların ümumi göstəricilərində də müĢahidə etmək olar 

(20-24 yaĢlılar – 20%, 30-39 yaĢlılar – 28%). Xuliqanlığa görə məhkum olunmuĢlar arasında çoxluq 14-29 yaĢ-

lılar  (65%)  məxsusdur.  Bu  faizi  də  tam  hesab  etmək  olmaz,  çünki  xuliqanlıq  törədənlərin  müəyyən  qismi, 

xüsusilə  də  14-17  yaĢda  olanların  xeyli  hissəsi,  materialların  yetkinlik  yaĢına  çatmayanların  iĢləri  üzrə 

                                                 

9

 Портнов И.П. Характеристика хулиганства. М., 1981. 



10

 Личность преступника. М., 1975, стр.21. 

11

 Мустафаев Ч.Ф. Вопросы криминологической характеристики лиц, совершивших хищение. «Ганунчулуг» 



12

 Сямяндяров Ф.Й. «Йеткинлик йашына чатмайанлар барясиндя яхлагсыз щярякятляря эюря ъинайят мясулиййяти щаггында». 

«Ганунчулуг», № 3, 1998, с.12. 



84 

 

komissiyalara,  yoldaĢlıq  məhkəmələrinə,  ictimaiyyətin  zaminliyinə  verilməsi  yolu  ilə  cinayət  məsuliyyətindən 



azad olunurlar. 

Beləliklə də göründüyü kimi, xuliqanların əsas kütləsini gənclər təĢkil edir. Bizi maraqlandıran məsələnin 

izahı  zamanı  bu  amillərlə  hesablaĢmaq  vacibdir.  Gənclərin  onları  əhatə  edən  mühitin  təsirinə  həssaslıqlarının 

yüksək olması, onların Ģüuruna təkcə ictimai-faydalı deyil, eləcə də xuliqanlıq törətməyə zəmin yaradan baxıĢla-

rın da nisbətən tez nüfuz etməsini Ģərtləndirə bilər. 

Ġlk  cinayətin  18  yaĢa  qədər  törətmiĢ  xuliqanlığa  görə  cəza  çəkən  Ģəxslər  arasında  sorğu  apararkən, 

Ģəxsiyyətin  cəmiyyətə  zidd  baxıĢlarının  formalaĢmasında  bilavasitə  və  ya  yanaĢı  da  olsa  təsir  imkanı  olan 

ailədəki  həyat  Ģəraiti  barədə  suallar  da  qoyulmuĢdur.  Nəticədə  əldə  olunmuĢ  məlumat  və  göstəricilərdən  belə 

məlum olmuĢdur ki, əvvəla,  yetkinlik yaĢına çatana qədər cinayət törətmiĢlərin böyük əksəriyyətinin (70,3%) 

valideynlərindən biri və ya hər ikisi yoxdur. Sorğuya cəlb olunanların 68,7%-nin atası olmamıĢdır. Sonuncu halı 

xüsusi  qeyd  etmək  lazımdır,  zira,  burada  söz  oğlan  uĢaqlarından  gedir  ki,  onların  da  tərbiyəsində  atanın  rolu 

daha  mühümdür.  Ġkincisi,  bunlardan  64,5%-i  atalarını  13  yaĢa  qədər  olan  dövrdə  itirmiĢlər.  Halbuki,  məhz 

həmin  dövrdə  yeniyetmə  ətraf  mühitin təsirinə  daha həssasdır  və  onun  üçün  nüfuz  olan  bir  Ģəxsin,  bir  qayda 

olaraq, atasının gündəlik və möhkəm rəhbərliyinə möhtacdır. 

Burada  atanın  itirilmə  səbəbinə  də  diqqət  yetirilməlidir.  Sorğu  iĢtirakçılarının  38,6%-i  atalarını 

öldüklərinə görə, 22,7%-i isə ailədən ayrıldıqlarına görə itirmiĢlər. 

Ailənin dağılması bir sıra yeniyetmələrə ağır zərbə vurmuĢdur. Bu da onlarda cəmiyyətə zidd meyillərin 

formalaĢmasına Ģərait yaratmaya bilməzdi. 

Nəhayət, üçüncü, ailənin qeyri-normal təsirinin bir də bu məlumatlar təsdiq edir ki, sorğu iĢtirakçılarının 

43,7%-nin  məlumatlarına  görə,  onların  ilk  dəfə  cinayət  törətmələrinə  səbəb  ailədəki  vəziyyət  olmuĢdur.  Bu 

hallar arasında ən çox ailədəki sərxoĢluq və dava-dalaĢın adı çəkilmiĢdir (müvafiq olaraq 18,8 və 9,4%). 

Ayrı-ayrı  yeniyetmələrin  Ģüurunda  cəmiyyətəzidd  psixologiyanın  yaranmasına  rəvac  verən  Ģərait  kimi 

tərbiyə prosesindəki pisliklərdən danıĢarkən, məktəbdəki və digər təhsil ocaqlarındakı tərbiyəni də qeyd etmək 

lazımdır. Burada da Ģagirdlərlə aparılan tərbiyəçilik iĢində özlülük, formalizm kimi hallar aradan qalxmamıĢdır. 

Canlı Ģəxslərin məhkəmə-tibbi ekspertizası istintaq orqanlarının qərarı, yaxud məhkəmənin qərardadı ilə 

təyin  edilir.  Xüsusi  ittiham  iĢləri  üzrə  məhkəmə-tibbi  ekspertizası  təhqiqat  orqanının,  yaxud  məhkəmənin 

göndəriĢi ilə də aparıla bilər. Ġnzibati idarə və müəssisələrin, ictimai təĢkilatların və xüsusi Ģəxslərin təĢəbbüsü 

ilə ekspertiza aparılmasına yol verilmir. 

Məhkəmə-tibbi ekspertizası bir qayda olaraq ali – tibbi təhsili olan məhkəmə-tibbi ekspertləri tərəfindən 

aparılır. Müstəsna hallarda ekspertizanın aparılması ekspert olmayan ali təhsilli həkimlərə də tapĢırıla bilər. Orta 

tibbi təhsilli Ģəxslərə ekspertizanın tapĢırılmasına yol verilmir. Mürəkkəb iĢlər üzrə, xüsusilə də əmək qabiliy-

yətinin  itirməsi  dərəcəsinin  müəyyən  edilməsi  üçün  məhkəmə-tibbi  eksperti  və  digər  ixtisaslı  həkimlərdən 

(cərrah, pediatr, terapevt, mamagenekoloq və s.) ibarət komissiya təĢkil edilir ki, belə komissiyanın sədri Ģtatda 

olan məhkəmə-tibbi eksperti təyin edilir. 

Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinə müvafiq olaraq müstəntiq bütün hallarda 

ekspertizanın aparılmasında iĢtirak etməyə haqlıdır. 

Yetkinlik  yaĢına  çatmayanların  iĢləri  üzrə  təyin  edilən  ekspertizalardan  biri  də  yetkinliyin  müəyyən 

edilməsi  üçün  məhkəmə  tibbi  ekspertizasıdır.  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Qanunvericiliyi 

göstərir ki, müqəssirin, Ģübhə edilən Ģəxsin və zərər çəkmiĢ Ģəxsin yaĢı haqqında lazımi sənədlər yoxdursa və bu 

sənədlərin  alınması  mümkün  deyildirsə,  iĢ  üçün  əhəmiyyəti  olan  halda  onların  yaĢını  müəyyən  etmək  üçün 

ekspertizanın təyin edilməsi məcburidir. 

Bu  sahədə  ekspertiza  praktikasının  öyrənilməsi  göstərir  ki,  baĢqa  yetkinliyin  müəyyən  edilməsi  üçün 

ekspertizanın  təyin  edilməsinin  digər  məcburi  halları  da  vardır.  Bunlar  həqiqi  yaĢın  qəsdən  gizlədilməsi  və 

yeniyetmənin yaĢı haqqında sənədin həqiqiliyinə Ģübhə yaranması hallarıdır. 

Yetkinlik  yaĢına  çatmayan  müttəhimin,  zərər  çəkməsi  Ģəxsin  və  Ģahidlərin  psixi  vəziyyətinin  və 

intellektual  inkiĢaf  səviyyəsinin  müəyyən  edilməsi  məqsədi  ilə  təyin  edilir.  Yeniyetmənin  psixikasındakı 

qüsurlar. Xroniki ruhu xəstəliklər və s. 



85 

 

 



ƏDƏBĠYYAT 

 

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2002.  

2.  Ġsmayılov  Ġ.  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  hüququn  əsasları.  Dərslik,  Bakı:  Qanun, 

2002.  


3. Ġsmayılov Ġ., Əmirov M. Azərbaycan Respublikası Konstitusiyanın əsasları. Bakı, 1998.  

4. Əsgərov Z.A. Konstitusiyanın mahiyyəti haqqında // Qanunçuluq. 1972. 

5. Əsgərov Z.A. Konstitusiya hüquq normaları // Qanun. 1996, №3.  

6. Əsgərov Z.A. Konstitusiya hüquq elminin mənbələrinin anlayıĢı və təsnifatı // Qanun, 1996, №7.  

7. Ələsgərov Z.A. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası. Azərbaycan qəzeti, 26 oktyabr, 

1995-ci il.  

8. Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiya əsasları // Qanunçuluq, 1993, №2. 

9. Cəmilzadə H. Bayrağımız, Gerbimiz, Himnimiz. Bakı, 2004.  

10. Naimov H.V. Cinayət hüququ. Bakı: Qanun, 1998.  

11. Səməndərov F.Y. “Cinayət hüququ” ümumi hissə. Dərslik, 1999, 2002.  

12. Uqolovnoe pravo. Obhaə çastğ. Moskva, 1997.  

13. Qafarov T., Hüseynov V., Səməndərov F. Həddi-buluğa çatmayanların məsuliyyəti. Bakı: Elm, 1979.  

14. Qafarov T. Cinayət və cinayət məsuliyyəti. Bakı: Azərbaycan Dövlət NəĢriyyatı, 1978.  

15. Dolqova A.Ġ. Soüialğno-psixoloqiçeskie aspektı prestupnosti nesoverĢennoletnix. Moskva, 1991.  

16. Levitov N.D. Detskaə i pedaqoqiçeskaə psixoloqiə. Moskva, 1994.  

17.  Mustafaev  Ç.F.  Voprosı  kriminoloqiçeskoy  xarakteristiki  liü,  soverĢivĢix  poxihenie  //  Qanunçuluq, 

№1, 1994.  

18.  Səməndərov  F.Y.  Yetkinlik  yaĢına  çatmayanlar  barəsində  əxlaqsız  hərəkətlərə  görə  cinayət 

məsuliyyəti haqqında // Qanunçuluq, №3, 1998.  

19. Ġstintaq taktikası. Bakı: Maarif, 1991.  

20. Azərbaycan Respublikasının VətəndaĢlığı haqqında. Bakı: Azərbaycan Respublikasının qanunu, 1998.  

21. Ġnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası (Roma 4 noyabr, 

1950). Qanun, 1997, №5. 

22. BarnaĢov A.M. Teoriə razdeleniə vlastey, stanovlenie, razvitie,  primenenie. Tomsk, 1988.  

23. Əliyev ġ.M. Prezidentlik Ġnstitutu. Bakı: BDU-nun nəĢriyyatı, 1994.  

24. Xroponyuk B.H. Dövlət və hüquq nəzəriyyəsi. M., 1993; Bakı, 1995.  

25. Pravo. M., 1984.  

26. Rəsulov M., Qasımov A., Ġsmayılov. Əmək hüququ. Bakı, 1996.  

27. Manayev Q.Ġ. Ailə hüququ. Bakı, 1999.  

28. Səməndərov F.Y. Cinayətin subyektiv cəhəti. Bakı, 1989.   

 

 



86 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

A.H.Dəmirov, ġ.N.Ġsmayılov, Q.F.Hüseynov 

 

Azərbaycan Respublikasının konstitusiyası 



və hüququn əsasları (mühazirə kursu) 

Dərs vəsaiti 

 

Bakı – Mütərcim – 2010. 




87 

 

 



 

 

 



 

 

Operator: 



Nail İsmayılov 

 

 



 

 

 



 

 

Kitab «Mütərcim» TM Nəşriyyat-Poliqrafiya Mərkəzində  



səhifələnmiş və çap edilmişdir. 

 

 



Çapa imzalanıb: 15.12.2010. 

Format: 60x84 1/16. Qarnitur: Times. 

Həcmi: 12.25 ç.v. Tiraj: 100. SifariĢ № 114.  

Qiyməti müqavilə ilə. 



 

 

ТЯРЪЦМЯ 



ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 

МЯРК ЯЗИ

Аз 1014, Бак ы

, Рясул Рза к цч., 125

596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru

 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə