Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41

14 

 

layihələri müsabiqəyə təqdim olundu və bu layihələrlə birlikdə Azərbaycan Demokratik Respublikası dövründə 



hazırlanmıĢ gerb layihəsi də Milli Məclisdə müzakirə edildi və 1919-1920-ci illərdə hazırdanmıĢ gerb layihəsi 

müəyyən  düzəliĢ  və  təkmilləĢdirilmələrdən  sonra  1993-cü  il  yanvarın  19-da  «Azərbaycan  Respublikasının 

Dövlət  gerbi  haqqında» Azərbaycan  Respublikasının Konstitusiyası  Qanunu  ilə  təsdiq  olundu.  1993-cü  il  fevral 

ayının  23-də  isə Azərbaycan  Prezidenti  tərəfindən  «Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında  əsasna-

mənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanunu imzalandı. Hal-hazırda Dövlət gerbindən istifadə 

qaydalarını bu Əsasnamə müəyyənləĢdirir. 

Beləliklə, yaranma tarixi Azərbaycan Demokratik Respublikası ilə bağlı olan Azərbaycan Respublikasının 

Dövlət  gerbindəki  qalxan  azərbaycanlıların  Ģərq  xalqlarından  biri, Azərbaycanın  isə  Ģərq  dövləti  kimi  özünü 

müdafiə qüdrətinə malik olması, qalxanın üzərindəki dairəvi üçrəngli milli bayrağımızdan türklük, müasirlik və 

islamçılıq,  səkkizguĢəli  ulduz  əbədiyyət  rəmzi  olan  günəĢ,  alov,  odlar  yurdu,  palıd  budaqları  milli  hərbi  qüd-

rətimizin,  sünbül  vətənimizin  bolluğu,  bərəkətliliyi,  çörəyə  olan  müqəddəs  münasibəti,  günəĢin  ağ  rəngdə 

verilməsi  isə  Azərbaycan  dövlətinin  sülhsevərliyini,  xalqımızın  sülh,  barıĢ,  əmin-amanlıq  tərəfdarı  olması 

mənalarını ifadə edir. 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə görə Dövlət gerbinin ağ-qara və rəngli 

təsvirlərindən istifadə olunur. 

Azərbaycan Respublikasının Dövlət himni 1992-ci il mayın 27-də «Azərbaycan Respublikasının Dövlət 

himni  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  təsdiq  olunmuĢdur.  Bu  Qanuna  əsasən  musiqisi 

Ü.Hacıbəyovun, sözləri Əhməd Cavadın olan «Azərbaycan marĢı» müstəqil respublikamızın himni kimi qəbul 

edilmiĢdir. 

 

MÖVZU 3. 

 

AZƏRBAYCAN RESPUBLĠKASI VƏTƏNDAġLIĞI 

 

Plan 

1.

 



Azərbaycan Respublikası vətəndaĢlığının anlayıĢı və prinsipləri. 

2.

 



Azərbaycan Respublikası vətəndaĢlığının əldə edilməsi əsasları və qaydası 

3.

 



Azərbaycan Respublikasının vətəndaĢlığına xitam verilməsi. 

4.

 



Xarici vətəndaĢların və vətəndaĢlığı olmayanların hüquqları. 

 

Ədəbiyyat 

1.

 

Azərbaycan Respublikasının Konstitusiyası «Hüquq ədəbiyyatı» nəĢriyyatı, Bakı, 2002. 



2.

 

Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları. Bakı, Qanun, 2002. 



3.

 

Ġsmayılov Ġ, Əmirov M. Konstitusiyanın əsasları. Bakı, 1998. 



4.

 

«Azərbaycan  respublikasının  VətəndaĢlığı  haqqında»  Azərbaycan  Respublikasının  Qanun.  Bakı, 



«Hüquq ədəbiyyatı» nəĢriyyatı, 1998.  

 

 



 

1.

 

Azərbaycan Respublikası vətəndaĢlığının anlayıĢı və prinsipi 

 

Azərbaycan Respublikası vətəndaĢlığının anlayıĢı Konstitusiyanın 52-ci maddəsində aĢağıdakı kimi Ģərh 



edilir. «Azərbaycan dövlətinə mənsub olan onunla siyasi və hüquq bağlılığı, habelə qarĢılıqlı hüquq və vəzifələri 

olan  Ģəxs  Azərbaycan  Respublikasının  vətəndaĢıdır».  Bu  anlayıĢdan  nəticə  çıxır  ki,  Azərbaycan  dövlətinə 

mənsub olan, baĢqa sözlə dövlətə aid olmasını təsdiqləyən, bu dövlətə siyasi və hüquqi cəhətdən bağlılığını öz 

əməlləri  ilə  sübut  edən,  həmçinin  Konstitusiyada  təsbit  edilən  hüquqlardan  dəyərincə  bəhrələnən  və 

Konstitusiya ilə müəyyən edilən vəzifələri dərk edib onlara öz münasibətini bildirən Ģəxs Azərbaycan vətəndaĢı 

sayılır. 

Konstitusiyanın həmin maddəsində daha sonra göstərilir ki, Respublikasının ərazisində və ya Azərbaycan 

Respublikasının vətəndaĢlığından doğulmuĢ Ģəxs Azərbaycan Respublikasının vətəndaĢıdır. 

Hər üç anlayıĢ özündə  geniĢ hüquqi məzmun daĢıyır. Birinci halda Respublika ərazisində doğulan Ģəxs 

heç bir Ģərt nəzərdə tutulmadan Azərbaycan vətəndaĢı sayılır. 

Ġkinci  halda  hansı  ərazidə  doğulmasından  asılı  olmayaraq  Azərbaycan  vətəndaĢlarından  doğulan  Ģəxs 

həmçinin Azərbaycan Respublikasının vətəndaĢı sayılır. 

Üçüncü  halda  valideynlərindən  biri  Azərbaycan  Respublikasının  vətəndaĢı  olan  Ģəxs  Azərbaycan 

vətəndaĢı hesab edilir. 




15 

 

Ġki  halda  valideynlərin  hər  ikisi  Azərbaycan  vətəndaĢı  olması  nəzərdə  tutulduğu  halda,  üçüncü  halda 



yalnız valideynlərdən biri Azərbaycan vətəndaĢı, digəri xarici vətəndaĢ, yaxud vətəndaĢlığı olmayan Ģəxs olsa 

da belə bu ərazidə doğulan uĢaq Azərbaycan vətəndaĢı hesab edilir. 

Konstitusiyanın  53-cü  maddəsinə  görə  Azərbaycan  Respublikasının  vətəndaĢı  heç  bir  halda  bu 

Respublikanın vətəndaĢlığından məhrum edilə bilməz. Həmin maddənin 53-cü maddəsinin 2-ci hissəsinə görə 

Azərbaycan Respublikasının vətəndaĢı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə 

verilə bilməz. 

30  sentyabr 

1998-ci 


ildə  Azərbaycan  Respublikasının  vətəndaĢlığı  haqqında  Azərbaycan

 

Respublikasının vətəndaĢlığı haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində deyilir: 



Azərbaycan Respublikasının vətəndaĢlığını təsdiq edən sənədlər aĢağıdakılardır: 

1.

 



Doğum haqqında Ģəhadətnamə 

2.

 



Azərbaycan Respublikası vətəndaĢının Ģəxsiyyət vəsiqəsi. 

3.

 



Azərbaycan Respublikası vətəndaĢının pasportu. 

 

 



2.

 

Azərbaycan Respublikası vətəndaĢlığının əldə edilməsi əsasları və qaydası 

 

VətəndaĢlıq anlayıĢına aid edilən Azərbaycan Respublikasının Konstitusiyanın göstəriĢləri eyni zamanda 



vətəndaĢlığın hansı əsaslar üzərində yaranmasını və xitam edilməsi qaydalarını əhatə edir. 

Azərbaycan  Respublikası  vətəndaĢlığının  əldə  edilməsi  əsasları  Qanunun  11-ci  maddəsində  təsbit 

edilmiĢdir. 

ġəxs Azərbaycan Respublikasının vətəndaĢlığını aĢağıdakı hallarda əldə edir: 

1.

 

Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaĢından doğulduqda. 



2.

 

Azərbaycan Respublikasının vətəndaĢına qəbul edildikdə; 



3.

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuĢ əsaslar olduqda; 



4.

 

Qanunda (30.09.1998-ci il tarixli) nəzərdə tutulmuĢ baĢqa əsaslar olduqda. 



VətəndaĢlığı  olmayan  Ģəxslərin  Azərbaycan  Respublikası  ərazisində  doğulmuĢ  uĢağı  Azərbaycan 

Respublikasının  vətəndaĢıdır.  Azərbaycan  Respublikasının  ərazisində  olan,  hər  iki  valideyni  naməlum  uĢaq 

Azərbaycan Respublikasının vətəndaĢıdır. 

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası vətəndaĢlıq problemini daha dəqiq və daha ədalətli 

həll edir. Azərbaycan Respublikası vətəndaĢları qüvvədə olan qanunlara əsasən yaĢayıĢ yeri və olduğu yer üzrə 

qeydiyyata  alınmalıdır.  Qeydiyyatdan  məqsəd  respublikada  yaĢayan  Ģəxslərin  uçota  alınması,  onların  baĢqa 

Ģəxslər dövlət və cəmiyyət qarĢısında vəzifələrinin icra edilməsi, insan və vətəndaĢ hüquqlarının və azadlıqları-

nın həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çığırıĢ, məhkəmə qərarlarının icrası və 

s.) üçün zəruri Ģərait yaradır. 

Tam fəaliyyət qabiliyyəti Ģəxsin yaĢayıĢ yeri mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud 

qanunla nəzərdə tutulan digər əsaslar üzrə daimi yaĢadığı yer (yataqxana, xidməti mənzil və s.) hesab olunur. 14 

yaĢınadək yeniyetmələrin yaĢayıĢ yeri onların valideynlərinin yaĢadığı yer hesab edilir. 

Respublika ərazisində vətəndaĢlar sərbəst yaĢayıĢ yeri seçmək, sərbəst hərəkət etmək hüquqlarından tam 

istifadə edə bilərlər. 

 

 

3. Azərbaycan Respublikasının vətəndaĢlığına xitam verilməsi 



 

Azərbaycan Respublikasının vətəndaĢlığına aĢağıdakı hallarda xitam verilir: 

1.

 

Azərbaycan Respublikasının vətəndaĢlığından çıxmaq nəticəsində; 



2.

 

Azərbaycan Respublikasının vətəndaĢlığını itirmək nəticəsində; 



3.

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuĢ əsaslar olduqda; 



4.

 

Qanunda (30.09.1998-ci il tarixli) nəzərdə tutulmuĢ digər əsaslar olduqda. 



Azərbaycan Respublikasının VətəndaĢlığından çıxma Qanunla müəyyənləĢdirilmiĢ qaydada Ģəxsin vəsaiti 

üzrə həyata keçirilir 

Azərbaycan Respublikasının vətəndaĢlığından çıxmaq barəsində vəsatət qaldıran Ģəxsin dövlət qarĢısında 

icra edilməmiĢ öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki Ģəxslərin mənafeləri ilə bağlı olan 

əmlak öhdəlikləri varsa, vətəndaĢlıqdan çıxmaq haqqında vəsaiti rədd edilə bilər. 

Azərbaycan  Respublikasının  vətəndaĢlığından  çıxmaq  barəsində  vəsatət  qaldıran  Ģəxs  müttəhim  kimi 

cinayət  məsuliyyətinə  cəlb  edilmiĢsə,  yaxud  onun  barəsində  qanun  qüvvəyə  minmiĢ  və  icra  edilməli  olan 

məhkəmə  hökmü  varsa  və  ya  Ģəxsin  Azərbaycan  Respublikası  vətəndaĢlığından  çıxması  Azərbaycan  Respub-




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə