Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   41

16 

 

likasının dövlət təhlükəsizliyi  mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaĢlıqdan çıxmağa 



yol verilmir. 

ġəxs Azərbaycan Respublikası vətəndaĢlığını əldə edərkən vətəndaĢlığı almaq üçün zəruri olan məlumatı 

qəsdən saxtalaĢdırmıĢsa və ya saxta sənəd təqdim etmiĢsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaĢlığını 

itirir. 


 

 

4. Xarici vətəndaĢların və vətəndaĢlığı olmayanların hüquqları 



 

Azərbaycan  Respublikasındakı  mövcud  qanunlar  xarici  vətəndaĢlar  və  vətəndaĢlığı  olmayan  və  respublika 

ərazisində yaĢayan Ģəxslərə yaĢayıĢ hüququndan və digər hüquqlardan Azərbaycan vətəndaĢları səviyyəsində istifadə 

etmələri  üçün  tam  Ģərait  yaradır.  Xarici  vətəndaĢlar  və  vətəndaĢlığı  olmayanlar  sərbəst  surətdə  sahibkarlıq 

hüququndan  istifadə  etməklə  müəssisələr  yaratmaq,  mülkiyyətə  sahib  olmaq,  birgə  müəssisələr  yaratmaq 

hüquqlarından istifadə edirlər. 

Azərbaycan  hökuməti  müəyyən  əsaslarla  respublika  ərazisində  yaĢayan  xarici  vətəndaĢların  və 

vətəndaĢlığı olmayanların qanuni hüquqlarının qorunmasına zəmanət verir. 

Diplomatik immunitetə malik olanlar istisna olmaqla digər xarici vətəndaĢlar və vətəndaĢlığı olmayanlar 

Azərbaycan Respublikasının qanunlarına, onun Konstitusiyasına tabe olmalı, bu qanunlardan yaranan vəzifələri 

və öhdəlikləri icra etməyə borcludur. 

Respublika  ərazisində  cinayət  edən,  yaxud  inzibati  hüquq  pozmaya  yol  verən  xarici  vətəndaĢlar  və 

vətəndaĢlığı olmayanlar öz əməllərinə görə Azərbaycan qanunlarına əsasən məsuliyyət daĢıyırlar. 

Qanun  xarici  vətəndaĢlar  və  vətəndaĢlığı  olmayanlar  üçün  yalnız  bir  istisna  nəzərdə  tutur.  Onlar 

respublika  seçkilərində  iĢtirak  edə  bilməz,  müəyyən  dövlət  vəzifələri  daĢıya  bilməz,  həqiqi  hərbi  qulluğa 

çağırıla bilməzlər. 

 



17 

 

 



MÖVZU 4. 

 

ĠNSAN VƏ VƏTƏNDAġ HÜQUQLARI, 

AZADLIQLARI VƏ VƏZĠFƏLƏRĠ 

 

Plan 

1.

 

Ġnsan və vətəndaĢ hüquq və azadlıqlarının anlayıĢı və əsas prinsipləri. 



2.

 

Hüquq və azadlıqların fərdi xarakteri və onun Konstitusiya hüquqi təminatları. 



3.

 

Hüquq və azadlıqların məhkəmə təminatı. 



4.

 

Ġnsan və vətəndaĢların əsas vəzifələri. 



 

Ədəbiyyat 

1.

 



Azərbaycan Respublikası Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002. 

2.

 



Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları., Bakı, Qanun, 2002. 

3.

 



Ġsmayılov Ġ, Əmirov M. Konstitusiyanın əsasları. Bakı, 1998. 

4.

 



Əsgərov Z.A. Konstitusiyanın mahiyyəti haqqında // «Qanunçuluq», 1997, № 5. 

5.

 



«Ġnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyası» (Roma, 4 noyabr 

1950-ci il) // «Qanun», 1997, № 5. 

 

 

 



1.

 

Ġnsan və vətəndaĢ hüquq və azadlıqlarının anlayıĢı və əsas prinsipləri 

 

Azərbaycan  Respublikası  Konstitusiyası  müəyyən  edir  ki,  hər  bir  kəsin  doğulduğu  andan  toxunulmaz, 



pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (24-cü maddə). 

Hüquq və azadlıqlara aid edilən bu üç anlayıĢın hər biri özündə dərin məna gəzdirir. 

«Toxunulmaz»  dedikdə  demokratik,  humanizm  və  ədalət  prinsiplərinə  arxalanan,  Konstitusiya  ilə 

vətəndaĢlara  bəxĢ  edilən  hüquq  və  azadlıqları  özündə  əks  etdirən  insanlıq  və  xalqın  əldə  etdikləri  dəyərlər 

əsasında insanın mənəviyyatını və Ģərəfini qoruyan amillər baĢa düĢülməlidir. 

Hüquq  və  azadlığın  «pozulmaz»lığı  dedikdə  qanunlar  və  Konstitusiya  ilə  müəyyən  edilmiĢ  normalarla 

nizama  salınan  hüquq  münasibətlərinin  qanuni  əsaslar  olmadan  hər  hansı  Ģəxs  və  yaxud  təĢkilat  tərəfindən 

pozulmasına yol verilə bilməməsi anlaĢılmalıdır. 

«Ayrılmaz»  anlayıĢına  gəlincə  Konstitusiya  hər  bir  vətəndaĢa  ayrı-ayrılıqda  qazandığı  hüquq  və 

azadlıqlardan onun təcrid edilməsinin qeyri mümkünlüyü kimi baĢa düĢülməlidir. Yəni hər bir vətəndaĢın özünə 

məxsus  ona  verilən  hüququn  qanuni  əsaslar  olmadan  əlindən  alınmasına  heç  cür  yol  verilmir.  Bu  üç  anlayıĢ 

birlikdə hüquq və azadlıqların müdafiəsinin möhkəm təməl üzərində qərarlaĢdırıldığını sübut edir. 

Hüquq  və  azadlıqların  «ayrılmaz»lığının  ikinci  anlayıĢı  heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən  bütün 

respublika  vətəndaĢları  qanun  qarĢısında  bərabər  olmaları,  milliyyətindən,  irqindən,  dinindən  və  baĢqa 

iĢarələrindən asılı olmayaraq hüquq və azadlıqlardan bərabər surətdə bəhrələnmələri, bu hüquq və azadlıqlardan 

məhrum edilə bilməmələri kimi baĢa düĢülməlidir. Konstitusiya vətəndaĢlara qanun çərçivəsində öz hüquqlarını 

və  azadlıqlarını  qorumaq  imkanı  yaratdığı  halda,  bu  qanun  və  azadlıqların  qorunmasını  təmin  edən  üsul  və 

qaydaların, həmçinin qorunma tədbirlərinin hansı orqanlar və təĢkilatlar vasitəsilə edilməsini müəyyən edir. 

 

 

2. Hüquq və azadlıqların fərdi xarakteri və onun Konstitusiya hüquqi təminatları 



 

Konstitusiyanın 25-ci maddəsinin I bəndində deyilir ki, hamı qanun və məhkəmə qarĢısında bərabərdir. 

Bu hüquqi vəzifə həm kiĢilər və həm də qadınlara aiddir, ona görə ki, onların hüquq bərabərliyi Konstitusiya ilə 

təsbit edilir. 

Belə  ki,  Konstitusiyanın  25-ci  maddəsinin  II  bəndində  deyilir  ki,  kiĢi  və  qadının  eyni  hüquqları  və 

azadlıqları vardır. 

Azərbaycan  dövləti  irqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənsubiyyətindən,  əmlak 

vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi və ictimai mənsubiyyətindən asılı olmayaraq hər kəsin 

hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, hər hansı bir məhdudiyyətə yol verilməsini qadağan edir. 

Bunlarla yanaĢı hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını 

müdafiə etmək hüququnun olması Konstitusiyada təsbit olunur. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə