Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

18 

 

Məsələn,  qanuna  əsasən  əgər  hər  hansı  bir  Ģəxs  hüquqa  zidd  hərəkəti  ilə  digər  Ģəxsin  hüququna  təcavüz 



edirsə və bu hərəkət sonuncunun həyatını, yaxud sağlamlığını təhlükə altına salırsa, o vaxt təcavüzə məruz qalan 

Ģəxs,  təcavüzkara  fiziki  müqavimət  göstərməyə  haqlıdır.  Qanun  burada  yalnız  bir  məhdudiyyət  nəzərdə  tutur, 

hücum  və  onun  dəf  edilməsinə  yönələn  hərəkətdə  uyğunluq  olmalıdır,  yəni  hücuma  məruz  qalan  Ģəxs  zəruri 

müdafiə  həddini  aĢmamalıdır.  Bu  Ģərtə  əməl  edildikdə  hücumun  də  edilməsinin  nəticələrindən  asılı  olmayaraq 

bunu edən Ģəxs heç bir məsuliyyət daĢımır. 

Bununla yanaĢı, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinin təmin edilməsini öz üzərinə 

götürür. 

Konstitusiyaya  əsasən  hər  bir  vətəndaĢın  azadlıq  hüququ  vardır,  (maddə  28)  qanuni  əsaslar  mövcud 

olmadıqda Ģəxs azadlıqdan məhrum edilə bilməz. Cinayət hərəkətinə yol verdiyinə görə insan tutula, həbsə alına 

və ya azadlıqdan məhrum edilə bilər. Lakin bunların hər biri üçün qanuni əsasların olması tələb olunur. Məsələn, 

vətəndaĢ cinayət etdiyi anda,  və yaxud bunu törətdikdən sonra yaxalana və ya tutula bilər. Yaxud həbsə alına 

bilər. Ġnsan yaxalandıqda onun hansı cinayət əməlinə, yaxud təqsirli hərəkətə yol verməsi elan edilməklə yanaĢı 

protokol  tərtib  edilməli,  arzu  etdiyi  halda  müdafiəçi  ilə  təmin  edilməlidir.  Əgər  həbsə  alınarsa  mütləq  buna 

hakimin icazəsi olmalıdır. Yalnız Ģəxsin azadlıqdan məhrum edilməsinə məhkəmənin hökmü olduqda yol verilir. 

Qalan  hallarda  vətəndaĢ  və  baĢqa  Ģəxslər  respublika  daxilində  (ərazisində)  sərbəst  hərəkət  edə  bilər,  özünə 

yaĢayıĢ yeri seçə bilər, yaxud heç bir maneə olmadan respublika ərazisindən gedə bilər. 

Respublika vətəndaĢı öz arzusu ilə hər zaman maneəsiz öz ölkəsinə qayıda bilər. 

Mülkiyyət  hüququ  (maddə  29).  Respublika  Konstitusiyası  ölkənin  iqtisadi  əsasını  dövlət,  bələdiyyə  və 

xüsusi mülkiyyətlə yanaĢı, onların əsasında yaradılan digər mülkiyyət formaları təĢkil etdiyini təsbit edir. Əsas 

qanun xüsusi mülkiyyətə təminat verməklə bərabər bu normanın əsasında verilmiĢ qanunlar bu mülkiyyətin və 

fəaliyyət  hüdudlarını  müəyyənləĢdirir.  Qanuna  əsasən  xüsusi  mülkiyyət  məcburi  surətdə  özgəninkiləĢdirilə 

bilməz.  Yalnız  qanunla  nəzərdə  tutulmuĢ  hallarda  xüsusi  mülkiyyət  zərərin  əvəzini  ödəmək  üçün  dövlət  və 

yaxud  digər  kreditorun  xeyrinə  özgəninkiləĢdirilə  bilər.  DaĢınar  və  daĢınmaz  əmlakın  tam  müsadirəsinə  yol 

verilmir. 

Heç  bir  vətəndaĢ  məhkəmənin  qərarı  olmadan  mülkiyyətdən  məhrum  edilə  bilməz.  Mülkiyyət  hüququ 

mülkiyyətçinin  təkbaĢına  və  ya  baĢqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun 

barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 

Konstitusiyaya əsasən dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququ iki əsas üzrə yaranır – 

qanuna  əsasən  və  vəziyyətə  görə.  Qanuna  əsasən  vərəsəlik  hüququ  qohumluq  münasibətlərinə  görə  yaranır. 

Qanunla  yaranan  vərəsəlik  hüququ  növbələrə  ayrılır.  Birinci  növbə  vərəsələr  ata,  ana,  valideynlər  və  uĢaqlar 

hesab edilir. Onlar olmadıqda bacı və qardaĢlara, digər qohumlara aid edilir. Beləliklə, qanuni vərəsələrin tərkibi 

yeni Mülki Məcəlləyə əsasən geniĢlənir. 

Vəsiyyətnaməyə əsasən hər hansı bir Ģəxs öz əmlakını istədiyi adama, təĢkilata yaxud dövlətə vəsiyyət 

edə  bilər.  Bu  sahədə  qanun  yalnız  bir  məhdudiyyət  nəzərdə  tutur.  ġəxs  yaxın  ailə  üzvlərini  və  azyaĢlı  (yaĢ 

həddinə çatmayan) uĢaqlarını vərəsəlikdən tam məhrum edə bilməz. Adətən vərəsəlik Ģəxs öləndən 6 ay sonra 

açılır. Əgər vərəsəlik açılmaqla irs qoyulmuĢ əmlak üzrə vərəsələr arasında mübahisələr yaranarsa, bu mübahisə 

məhkəmə yolu ilə həll edilir, mübahisə olmadığı halda, notariat idarəsi tərəfindən miras qalmıĢ əmlaka hüquq 

yaranması haqda vərəsələrə vəsiqə verilir. Dövlət hər kimi formada yaranan vərəsəlik hüququnu müdafiə edir. 

Konstitusiyasının 31-ci maddəsinə əsasən hər bir vətəndaĢın təhlükəsiz yaĢamaq hüququ vardır. Qanunla 

nəzərdə tutulmuĢ hallar istisna olmaqla Ģəxsin həyatına fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə 

qəsd edilməsi, ona qarĢı zor iĢlədilməsi qadağandır. 

Respublikanın cinayət qanunvericiliyinə əsasən həyata, fiziki sağlamlığa qəsd etmə, Ģəxsin öldürülməsi, 

ona  müxtəlif  dərəcələrdə  xəsarət  yetirilməsi,  yaxud  iĢgəncə  verilməsinə  görə  Ģiddətli  cəza  tədbirləri  nəzərdə 

tutulur. Ölüm cinayəti ağırlaĢdırıcı hallarda edildikdə təqsirkara uzun müddətli azadlıqdan məhrumetmə cəzası 

təyin edilə bilir. Həmçinin Ģəxsə ağır, az ağır və səhhətini qısa müddətdə pozan yüngül xəsarətə görə cinayət 

məcəlləsində azadlıqdan məhrumetmə və baĢqa növ cəzalar nəzərdə tutulur. 

ġəxsin  əmlakını  oğurlamaq  məqsədilə  onun  mənzilinə  soxulmaq  cinayəti  ağırlaĢdıran  hal  kimi 

səciyyələndirilir. 

Lazımi  icazə  olmadan  Ģəxsin  mənzilinə  daxil  olmaqla  orada  axtarıĢ  aparılması,  bunu  edən  Ģəxsin 

kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq qanun tərəfindən qadağan olunur. 

Konstitusiyamızın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsası kimi anlaĢılır. Əsas qanunda 

qeyd edilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peĢə, məĢğuliyyət 

və iĢ yeri seçmək hüquq vardır. 

Əməyə  olan  hüququn  həyata  keçirilməsi  üçün  qanunvericilik  müəyyən  qaydalar  müəyyən  edilir. 

Bunlardan  ən  vacibi  və  əlveriĢlisi  əmək  müqaviləsinin  bağlanmasıdır.  Əmək  müqaviləsi  əməyə  qabiliyyətli 

Ģəxslə  iĢəgötürən  arasında  onların  (tərəflərin)  sərbəst  surətdə  ifadə  etdikləri  iradələrinə  əsasən  bağlanır.  Bu 

müqavilə  tərəflərin  hüquq  və  vəzifələrini  təyin  edir,  iĢ  günü,  əmək  haqqı,  istirahət  vaxtı  və  baĢqa  Ģərtlər 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə