Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

19 

 

müqavilənin əsas Ģərtləri kimi səciyyələnir. Müqavilə bir tərəfdən hüquqları, digər tərəfdən müqavilədən doğan 



vəzifələri müəyyən edir. 

Konstitusiyada  qeyd  edildiyi  kimi  əmək  müqaviləsi  bağlanarkən  məcburiyyətə  yol  verilə  bilməz,  yəni 

müqavilə könüllü prinsipə əsaslanmalıdır. Həmçinin göstərilir ki, heç kəs zorla iĢlədilə bilməz. 

Yalnız məhkəmə qərarı əsasında, hərbi xidmət zamanı rəisin əmrinə əsasən, fövqəladə vəziyyət və hərbi 

vəziyyət zamanı məcburi əməyə cəlb olunmaya Konstitusiya yol verir. 

Konstitusiyanın  əhəmiyyətli  göstəriĢlərindən  biri,  iĢləyənlər  üçün  heç  bir  ayrı-seçkiliyə  yol 

verilməməsidir.  Qanunun  mənasına  görə  əməyin  ödənilməsində,  iĢ  Ģəraitinin  müəyyən  edilməsində  iĢçilər 

arasında heç bir fərq qoyulmamalıdır. 

Qanunla  müəyyən  edilən  minimum  əmək  haqqı  miqdarından  az  olmayan  haqq  almaq  ümumi  Ģərt  kimi 

qəbul edilməklə, iĢçi öz iĢinə, sərf etdiyi əməyin kəmiyyət və keyfiyyətinə görə əmək haqqı almalıdır. 

ĠĢsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. 

ĠĢsiz statusu alan Ģəxslər dövlətdən müavinət almaq hüququ qazanırlar. 



Milli  mənsubiyyət  hüququ.  Respublika  Konstitusiyasının  44-cü  maddəsinin  hər  kəsin  öz  milli 

mənsubiyyətini qoruyub saxlamaq hüququnu təsbit etməsi çoxmillətli bir ölkə üçün xüsusilə əhəmiyyətlidir. 

Məlumdur ki, hazırda Azərbaycan çoxsaylı millət və xalqların nümayəndələri tamhüquqlu insanlar kimi 

yaĢayırlar.  Onlar  özlərinin  mədəniyyətlərini,  dillərini,  irsi  bağlılıqlarını,  adət  və  ənənələrini,  musiqi  və 

incəsənətlərini  saxlayır,  inkiĢaf  etdirirlər.  Azərbaycanlılara  eyni  hüquq  bərabərliyi  verməklə,  bu  hüquq  və 

bərabərliklərin qorunub saxlanmasına təminat verir. 

Milli ayrı-seçkiliyə yol verilməsinə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. 

Konstitusiya  milli  mənsubiyyətin  dəyiĢdirilməsinə  yönəldilən  hər  hansı  məcburiyyətin  yolverilməzliyini 

təsbit edir. 

Beləliklə, respublikada yaĢayan hər bir kəs öz milli mənsubiyyətinin saxlanılmasına təminat alır. Bununla 

birlikdə milli dildə təhsil almaq, milli mədəniyyətin qorunub saxlanması imkanları geniĢləndirilir. 

Hər kəsin öz dini etiqadının yerinə yetirilməsində sərbəstliyini də nəzərə almıĢ olur, qeyd edilməlidir ki, 

Azərbaycan  öz  beynəlmiləlçilik  xüsusiyyətlərinə  görə  beynəlxalq  aləmdə  irəli  getmiĢ  ölkələrdən  biri 

sayılmalıdır. 



Ana dilindən istifadə hüququ. Konstitusiyanın təsbit etdiyi əhəmiyyətli hüquqlardan biri də ana dilindən 

istifadə hüququdur. 

Burada göstərilir ki, hər kəsin ana dilindən istifadə hüququ vardır, istədiyi dildə tərbiyə və təhsil almaq, 

yaradıcılıqla məĢğul olmaq hüququ vardır. 

Ġnsanlar  arasında  ünsiyyət yaradılmasında dilin  əvəzsiz  rolu  vardır.  Hər  bir  xalqın  özünəməxsus  dilinin 

olması, bu dildə heç bir məhdudiyyətə rast gəlmədən istifadə etmək imkanının mövcudluğu milli inkiĢaf üçün 

əsas Ģərtdir. 

Dilin itirilməsi xalq üçün ən böyük faciədir. Ona görə də Konstitusiyada göstərilir ki, heç kəs ana dilindən 

istifadə hüququndan məhrum edilə bilməz. 

Azərbaycan dili dövlət dili kimi qəbul edilməsinə baxmayaraq hər millətin öz dilində danıĢmasına, təhsil 

almasına,  mədəniyyət  hüququndan  dolğun  surətdə  istifadə  etməsinə  Ģərait  yaradırlar.  Milli  mənsubiyyət 

zəminində hər hansı qanunsuzluğa yol verilməsinə görə cinayət və baĢqa qaydalarda məsuliyyət müəyyən edilir. 



Şərəf  və  ləyaqətin  müdafiəsi  hüququ  (maddə  45).  Əsas  qanunun  45-ci  maddəsi  insanların  öz  Ģərəf  və 

ləyaqətini müdafiə etmək hüququnu təsbit edir. Ġnsan üçün hava və su kimi vacib olan amillərin sırasına onun 

Ģərəf və ləyaqətinin qorunub saxlanması da daxildir. 

Ġnsan  üçün  ləyaqətini  və  Ģərəfini  itirmək  qədər  mənəvi  sarsıntı  gətirən  baĢqa  bir  halı  təsəvvür  etmək 

çətindir.  ġərəf  və  ləyaqət  anlayıĢı  geniĢ  məna  daĢıyır.  ġərəfli  və  ləyaqətli  o  kəslər  hesab  edilirlər  ki, 

mənəviyyatca  sağlam,  əqidəli  və  məsləkli  olmaqla,  öz  əxlaqına  və  vətəninə  bağlıdırlar.  Vətənin  Ģərəfini  öz 

Ģərəfləri,  uğursuzluğunu  isə  öz  Ģəxsi  uğursuzluqları  hesab  edirlər.  ġərəfli  və  ləyaqətli  olanların  sözləri  ilə 

əməlləri bir-birindən fərqlənmir, öz xeyirxahlıqları və davranıĢları ilə seçilirlər. Qeyd edilən Ģərtlərə sahib olan 

hər bir kəsin Ģərəf və ləyaqətinin alçaldılmasına qanun heç bir vəchlə yol vermir. 

Konstitusiya müəyyən edir ki, heç bir hal Ģəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 

Həmçinin  göstərilir  ki,  heç  kəsə  iĢgəncə  və  əzab  verilə  bilməz,  heç  bir  kəs  insan  ləyaqətinin  alçaldan 

rəftara və cəzaya məruz qala bilməz. 

 

 

3. Hüquq və azadlıqların məhkəmə təminatı 



 

Əsas  Qanunun  60-cı  maddəsi  respublikada  yaĢayan  insanların  hüquq  və  azadlıqlarının  məhkəmədə 

müdafiəsinə təminat verir. Qanunun bu müddəasının xüsusi əhəmiyyəti vardır, ona görə ki, məhkəmə müstəqil 



20 

 

respublikanın dövlət hakimiyyətinin sərbəst qolu kimi fəaliyyət göstərməklə, öz fəaliyyəti çərçivəsində heç bir 



dövlət, icra hakimiyyəti və ictimai orqandan asılı deyil. 

Məhkəmələr  öz  fəaliyyətlərini  yalnız  qanunlara  əsaslanaraq  qururlar.  Hakimlərin  yüksək  qanunvericilik 

orqanı  olan  Milli Məclis  tərəfindən  seçilməsi  və  Prezident  tərəfindən təyin  edilmələri  onların  sərbəstliyini  və 

müstəqilliklərini dolğunluğu ilə təmin edir. 

Ġnsanlar  hüquqları  müxtəlif  səbəb  və  əsaslardan  poza  bilər.  Məsələn,  mənzilə  olan  hüququn 

tanınmasından,  vəzifədən,  yaxud  iĢdən  qanunsuz  çıxarılmaqdan,  əsassız  olaraq  inzibati,  yaxud  cinayət 

məsuliyyətinə alınmaqdan və s. 

Hüququn  müxtəlif sahələri  üzrə  yaranan  münasibətlər,  sahələr  üzrə  qanunun nəzərdə tutduğu  metod  və 

üsullara əsasən nizama salınır. Mülki-hüquq münasibətləri mülki qanunvericiliyə, təsərrüfat münasibətlərindən 

yaranan ictimai münasibətlər iqtisadi hüquq qaydalarına, cinayət-hüquq münasibətləri isə cinayət münasibətləri 

isə cinayət qanunvericiliyinə əsasən nizama salınır. 

Beləliklə, hüquq sahəsinə aid olan hüquq və azadlıqlarının pozulması  və onun  səbəblərindən asılı olaraq, 

Ģəxs sadalanan hüquq normalarına əsaslanmaqla aid məhkəmə orqanına müraciət edə bilər. 

Mülki-hüquq  və  əmək-hüquq  münasibətlərindən  doğan  mübahisələrə  baxılıb  həll  edilməsi  üçün  Ģəxs, 

cavabdeh  olduğu  yerin  məhkəməsinə  iddia  ərizəsi  ilə  müraciət  edə  bilər.  Əgər  Ģəxsin  Ģikayəti  hüquqi  faktların 

təsdiq edilməsi ilə əlaqədardırsa, o zaman Ģəxs öz yaĢadığı ərazinin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bi-

lər. 

Konstitusiyanın göstəriĢinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, Həmkarlar Ġttifaqının və 



digər ictimai birliklərin, onların vəzifəsi Ģəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəməyə 

Ģikayət edə bilər. 

Beləliklə, hər bir kəs heç bir məhdudiyyət qoyulmadan məhkəməyə bilavasitə müraciət etmək hüququna 

malikdir. 

Hüquqi yardım almaq hüququ Konstitusiyanın təsbiti bu norma insan hüquq və azadlıqlarının qorunması 

üçün çox əhəmiyyətlidir. 

Göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuĢ 

hallarda hüquqi yardım ödəniĢsiz, dövlət hesabına göstərilir. 

Əsas Qanunun müəyyən etdiyi bu imkan çox əhəmiyyətlidir, ona görə ki, vətəndaĢların heç də hamısı öz 

azadlıq və hüquqlarının hansı yollarla müdafiə edilməsini bilmir. Bəzi məqamlarda  bu qanunları düzgün dərk 

etməmək  üzündən  Ģəxs  öz  qanuni hüquqlarını  müdafiə edə bilmir,  bəzi  hallarda  isə  azadlıq  və  hüquqlarından 

çox-sox  kənara  çıxan  tələblər  irəli  sürülür.  Hər  iki  halda  yaranan  vəziyyət  tərəfindən  birinin  hüququnun 

məhdudlaĢdırılmasına səbəb olur. Bu baxımdan yüksək keyfiyyətli hüquqi yardım alma imkanları bir tərəfdən 

hüquq və azadlıqların dolğun surətdə qanunla qorunmasını təmin edir, digər tərəfdən isə əsassız və qanunlara 

əsaslanmayan  iddiaların  irəli  sürülməsinin  qarĢısını  alır.  Konstitusiyanın  bu  məsələyə  həsr  edilmiĢ  61-ci 

maddəsinin üçüncü bölməsinin göstəriĢləri hüquqlarının qorunması üçün daha geniĢ imkanlar yaradır. Yəni hər 

bir  Ģəxsin  səlahiyyətli  dövlət  orqanları  tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət  törədilməsində  ittiham 

olunduğu andan müdafiəsinin köməyindən istifadə etmək hüququ vardır. 



Təqsirsizlik  prezumpsiyası.  Təqsirsizlik  anlayıĢının  Konstitusiya  səviyyəsində  təsbit  edilməsi  xüsusi 

əhəmiyyətlidir (Konstitusiyanın 63-cü maddəsi). 

Konstitusiya  müəyyən  edir  ki,  hər  kəsin  təqsirsizlik  prezumpsiyası  hüququ  vardır.  Yəni  təqsiri  qanun 

nəzərdə  tutduğu  qaydada  sübut  edilməyən  Ģəxs,  hər  hansı  cinayətin  törədilməsində  təqsirli  sayıla  bilməz.  Bu 

prinsip iki əsas Ģərtin üzərində dayanır. Onlardan biri səlahiyyətli orqanın Ģəxsin təqsirli olması barədə çıxardığı 

nəticə, 2-cisi isə məhkəmənin qanuni qüvvəsini almıĢ təqsirləndirici hökmünün mövcud olmasıdır. 

Konstitusiyanın  63-cü  maddəsinin  2-ci  bəndində  göstərilən  «ġəxsin  təqsirli  olduğuna  əsaslı  Ģübhələr 

varsa,  onun  təqsirli  bilinməsinə  yol  verilmir»  ifadəsilə  nəzərdə  tutulmuĢ  hüquq  norması  çox  zaman  cinayət 

sübut  edilmədiyi  halda  iĢin  ictimaiyyətin  müzakirəsinə  verilməsi,  Ģəxsin  üzərində  təqsirin  saxlanılması 

hallarının qarĢısını alacaqdır. 

Cinayətin  törədilməsində  təqsirləndirilən  Ģəxsin  təqsirsizliyini  sübuta  yetirməyə  borclu  olmaması,  qanun 

pozğunluğu ilə əldə edilmiĢ sübutlarından istifadə edilməsinin yolverilməzliyi barədə həmin maddənin göstəriĢləri 

hüquqi cəhətdən yüksək qiymətləndirilməlidir. 

Sosial  ədalət  prinsipinin  ən  öndə  Ģərtlərindən  biri  olan  «məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə 

təqsirli sayıla bilməz» normasının Konstitusiyada qətiyyətlə təsbit edilməsi məhkəmə hökmlərinə qarĢı tələbləri 

artırır, məhkəmələrin bu sahədəki məsuliyyətini yüksəldir. 

Qanunun  tələblərinə  görə  hər  bir  hökm  iki  əsas  Ģərti  özündə  əks  etdirməlidir.  Bu  sənəd  qanuni  və 

əsaslanmalı  və  həm  də  əsaslı  olmalıdır.  Qanuni  və  hərəkətin  cinayət  hesab  edilməsi,  seçilən  cəza  hökmünün 

Ģəxsin  hərəkətinə  və  Ģəxsiyyətinə  uyğun  seçilməsi,  eyni  zamanda  sübutların  prosessual  qaydalara  əməl 

edilməklə toplanılması və onlara düzgün qiymət verilməsi nəzərdə tutulmalıdır. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə