Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
  1   2   3   4   5   6   7   8   9   ...   47


Azərbaycan Respublikası Təhsil Nazirliyi 
 
Azərbaycan Respublikası Təhsil Problemləri 
İnstitutu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL 
 MƏKTƏBLƏRİ ÜÇÜN İNFORMATİKA FƏNNİ ÜZRƏ TƏHSİL 
PROQRAMI (KURİKULUMU) 
 
(I-XI SİNİFLƏR) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI2013 


 

 
İnformatika  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  aşağıdakı  tərkibdə 
yaradılmış  işçi  qrupu  tərəfindən  hazırlanmışdır:  sədr  -  AMEA-nın  həqiqi  üzvü, 
kibernetika  İnstitutunun  direktoru,  texnika  elmləri  doktoru,  professor  Telman 
Əliyev,  koordinator  -  TPİ-nin  elmi  işçisi  Aynurə  Rzayeva,  TPİ-nin  Kurikulum 
Mərkəzinin koordinatoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  İlham Cavadov, 
BDU-nun  kafedra  müdiri,  texnika  elmləri  doktoru,  professor  Ələkbər  Əliyev, 
BDU-nun  dosenti,  fizika-riyaziyyat  elmləri  namizədi  Ramin  Mahmudzadə, 
AMEA-nin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri,  texnika elmləri 
namizədi  Əlövsət  Əliyev,  AMEA-nın  İnformasiya  Texnologiyaları  İnstitutunun 
şöbə  müdiri,  texnika  elmləri  namizədi  Firudin  Ağayev,  Təhsil  Nazirliyi  Təhsilin 
İdarəolunmasının  Məlumat  Sistemləri  şöbəsinin  baş  məsləhətçisi  Akif  Əliyev, 
ARTPİ-nin  İlkin  peşə  təhsilinin  inkişafı  mərkəzinin  koordinatoru  Elxan  Cəfərov,  
ARTPİ-nin şöbə müdiri Ruhiyyə Mehdiyeva,  Z.Əliyeva adına məktəbin müəllimi 
Aygün  Əzizova,  Bakı  şəhər  186  nömrəli  orta  məktəbin  müəllimi  Sevinc 
Məmmədova,  Elitar  gimnaziyanın  müəllimi  İlahə  Orucova,  Fizuli  rayonu  48 
nömrəli  orta  məktəbin  müəllimi  Həcər  Mahmudova,  Bakı  şəhər  261  nömrəli 
məktəbin  direktor  müavini  İlhamə  Abdullayeva,  Bakı şəhər  264  nömrəli  məktəb-
liseyin  müəllimi  Mətanət  Əhmədova,  Bakı  şəhər  27  nömrəli  otra  məktəbin 
müəllimi Namiyə Hacıyeva. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
Təhsil  proqramının  (kurikulumun)  internet  üçün  hazırlanmasına  məsul 
olanlar:  
 
 
 
Bibixanım  İbadova, 
ARTPİ-nin  İbtidai 
təhsilin  kurikulumu  şöbəsinin  müdiri, 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent   
  
Akif  Əliyev,    ARTPİ-nin  Ümumi  orta  və 
tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 
müdiri, pedaqogika üzrə fəlsəfə doktoru   
 
Əlişah Gərayev, ARTPİ-nin Ümumi orta və 
tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 
Təbiət-riyaziyyat 
fənlərinin 
təlimi 
bölməsinin  müdiri,  pedaqogika  üzrə  fəlsəfə 
doktoru   
 
Aynurə  Rzayeva,    ARTPİ-nin  Ümumi orta 
və  tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 
Təbiət-riyaziyyat 
fənlərinin 
təlimi 
bölməsinin elmi işçisi 
 
Sevinc  Məmmədova,  Bakı  şəhər  186 
nömrəli orta məktəbin informatika müəllimi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
MÜNDƏRİCAT  
 
Giriş 
I. İnformatika təliminin məzmunu 
1.1. Ümumi təlim nəticələri 
1.2. Məzmun xətləri 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
1.4. Fəaliyyət xətləri 
1.5. Məzmun standartları 
I sinif 
II sinif 
III sinif 
IV sinif 
V sinif 
VI sinif 
VII sinif 
VIII sinif 
IX sinif 
X sinif 
XI sinif 
1.6. Fəndaxili və fənlərarası inteqrasiya   
II.Təlim strategiyaları 
2.1. İnformatika təliminin təşkilinə verilən əsas tələblər  
2.2.  İnformatika təliminin təşkilində istifadə olunan forma və üsullar barədə   
2.3.  Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
2.4. İnformatika fənninin məzmun standartlarının şərhi 
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Tezaurus 
Resurslar 
İstifadə olunmuş ədəbiyyat 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
Giriş 
 
İnformatika fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik 
cəhətləri.  Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəbləri  informatika  fənni 
üzrə  təhsil  proqramı  (kurikulumu)    onun  məqsəd  və  vəzifələrini,  əhəmiyyətinin 
əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların 
əsaslandırılmasını,  ümumi  təlim  nəticələrini,  məzmun  standartlarını,  alt-
standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası 
inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini  əhatə edir.  
İnformatika  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  ümumtəhsil 
məktəblərində  informatika  təliminin  əsas  məqsədlərini      müəyyənləşdirməklə 
ümumi təlim nəticələrinə nail olmaq üçün  bütün fəaliyyətləri əks etdirən və hər bir 
şagirdin    imkan  və  ehtiyaclarına  istiqamətlənmiş    konseptual  sənəddir.Bu  sənəd  
təhsil  işçiləri,  məktəb  rəhbərləri,  müəllimlər,  dərslik,  dərs  vəsaitləri  metodiki 
tövsiyə    müəllifləri,  valideynlər,  icma  və  ictimaiyyətin  digər  nümayəndələri  üçün 
nəzərdə tutulmuşdur. 
İnformatika  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)    müasir  dövrdə  hər  bir 
şəxsin əmək, istedad, qabiliyyət və yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyi 
nəzərə alınaraq, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin 
formalaşdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərarlar 
qəbul etməsi üçün zəruri informasiya təminatını ödəyən kompüter, informasiya və 
kommunikasiya  texnologiyaları  və  sistemlərindən  səriştəli  istifadə  bacarıqlarına 
malik olmasına yönəlmişdir.Bu sənəd dərslik və dərs vəsaitlərinin,  müxtəlif tədris 
vəsaitlərinin,  metodiki  tövsiyə  və  müvafiq  audio-vizual  proqram  təminatının 
hazırlanması, 
tədris 
materiallarının 
planlaşdırılması, 
təlim 
üsullarının 
müəyyənləşdirilməsi  və  müəllim  hazırlığının  həyata  keçirilməsi  üçün    müvafiq 
təlimatlar  formasında  hazırlanacaq  qaydaların əsasını  təşkil edir.Orada şagirdlərin 
idraki,  informativ-kommunikativ  və  reflektiv  fəaliyyətləri  nəzərə  alınır,  fənn  üzrə 
təlimin  məzmunu  nəticələr  formasında  verilir.  Həmçinin  standartların  
mənimsənilməsini təmin etmək üçün   şagird nailiyyətlərinin qiymətləndirilməsinə, 
onların  inkişafının  izlənməsinə,  gündəlik  həyatda,  fəaliyyətdə  zəruri  olan 
bacarıqların əldə olunmasına imkan yaradılır.  
 İnformatika  fənni  üzrə  təhsil  proqramında  (kurikulumda)  təlim  standartları 
məzmun xətləri üzrə verilir. İnteqrativ xarakterə malik olan  bu  məzmun  müxtəlif 
biliklərin  bir-biri  ilə  əlaqəsinin  təkcə  informatika  fənni  daxilində  deyil,  həmçinin 
digər fənlərdə və real həyatda olduğunu anlamağa imkan verir.  
Təhsil pillələri üzrə  məzmun standartlarının müəyyənləşdirilməsi prosesində 
informatika üzrə əsas təlim nəticələrinin  konsentrik olaraq  hər yeni təhsil pilləsinə 
keçdikcə  genişləndirilməsi və dərinləşdirilməsi diqqət mərkəzində saxlanılır. Əsas 
təlim  nəticələri  isə  məzmun  və  fəaliyyət  xətlərinin    qarşılıqlı  əlaqəsi  vasitəsilə 
təqdim olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə