Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
68 
2. Verilmiş sadə məsələlərin alqoritmini qurur.  
3. Sadə alqoritmlərdə buraxılan səhvləri müəyyən edir. 
 
№ 
Şagirdin soyadı və adı 
Meyarlar üzrə müəllimin qeydləri 




 
 
 
 

 
 
 
 

 
 
 
 
... 
 
 
 
 
 
 
V  sinif 
 
Mövzu: Fərdi kompüterlər 
Standart:  3.1.1. Fərdi kompüterlərin təsnifatını şərh edir.  
Dərsin məqsədi: 

 
fərdi kompüterləri bir-birindən fərqləndirir; 

 
fərdi kompüterlərin təsnifatına dair biliklərini nümayiş etdirir; 

 
fərdi kompüterlərin növlərinə görə üstün cəhətlərini söyləyir. 
İş forması: bütün siniflə iş, qruplarla iş 
İş  üsulu:  beyin  həmləsi,  suallar,  müzakirə,  venn  diaqramı,  pazl,  anlayışın 
çıxarılması 
İnteqrasiya: Tex. –  2.1.1. 
Resurslar: dərslik, kompüter, proyektor, şəkillər, iş vərəqləri, pazl, 
qiymətləndirmə vərəqləri   
  
Dərsin gedişi 
 
MOTİVASİYA (3-5 dəqiqə) 
Müəllim sinfə sualla müraciət edir:  
-
 
Siz kompüterlərlə harada rastlaşmısınız?  
-
 
Siz kompüter haqqında nə bilirsiniz? 
-
 
Kompüterdən hansı məqsədlə istifadə olunur? 
 Şagirdlərin fərziyyələri dinlənilir. 
Tədqiqat sualı: Kompüterləri nəyə görə fərqləndirmək olar? 
 
TƏDQİQATIN APARILMASI (10 dəqiqə) 
        Sinif kiçik qruplara bölünür.  
       Sinfi qruplara bölmək üçün müəllim “pazlı qur” oyunundan istifadə edir. 
Bunun üçün mövzuya uyğun şəkilləri hissələrə ayırır (sinifdə şagirdlərin sayından 
asılı  olaraq  şəkillərin  sayını  artırmaq  olar).  Qaydaya  görə  bir  rəsmin  hissələrini 
toplayan şagirdlər qrupda  birləşirlər.
 
       Müəllim sinifdə vaxt itkisini ardan qaldırmaq üçün hər bir şagirdin  partasının  
üzərinə  bu hissələrdən birini  əvvəlcədən  qoyur. 


 
69 
      Qruplara  bölünmək  üçün  müəllim  şagirdlərə  partanın  üstündə  olan  hissələri 
götürüb  sinifdə    gəzişərək  yoldaşlarını  axtarmağı  təklif  edir.  Partalardan  birinin 
üstündə hissələri birləşdirməyi təklif edir.
 
 
 
                         
 
 
 
 
       Müəllim şagirdləri 4 qrupa bölür və hər qrupa iş vərəqi verir

Oradakı tapşırığı 
(şəkildə  göstərilən  qurğuların  oxşar  və  fərqli  əlamətlərini  Venn  diaqramının 
müvafiq hissələrinə yazın) icra etməyi tapşırır. 
 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  (10 dəqiqə) 
Hər qrupun nümayəndəsi  qrupun işini təqdim edir. Müəllim hər qrupa əlavə 
suallarla müraciət edir. 
-
 
Bu kompüterdən harada istifadə olunur?  
-
 
Bunlardan hansının istifadəsi daha rahatdır?  
Şagirdlər  sulları    cavablandırır  və  müzakirə  aparılır.  Müəllim  şagirdləri 
düzgün nəticəyə  gəlməyə istiqamətləndirir. 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ (5 dəqiqə) 


 
70 
Müəllim  yenidən  tədqiqat  sualını  təkrarlayır  və  şagirdlərin  cavablarını 
ümumiləşdirərək şagirdlərin köməyi ilə nəticə çıxarır: 
Şəkildə  göstərilən  qurğular  xarici  görkəminə,  ölçülərinə  görə  fərqlənirlər. 
Amma  buna  baxmayaraq,  bu  qurğuları  birləşdirən  bunların  tərkib  hissələridir: 
giriş-çıxış qurğuları, yaddaş qurğusu, prossesor. 
Hər  bir  kompüter  fərdi  istifadə  üçün  nəzərdə  tutulub.  Ona  görə  də  bu 
qurğuları  bir  adla  ümiləşdirmək  olar.  Şagirdlər  cavab  verirlər:
 
“FƏRDİ
 
KOMPÜTER”.  
Müəllim təqdimatında “FƏRDİ
 
KOMPÜTER”   sözünü gizlədir. Şagirdlər  bu 
anlayışı  dedikdən  sonra  müəllim  slaydda  gizlətdiyi  “FƏRDİ  KOMPÜTER”  
sözünü açır və  ekranda aşağıdakı şəkil  görünür. 
 
                           
“FƏRDİ KOMPÜTER”  
 
 
 
 
 
 
 
 
 
 
Şagirdləri fəallaşdırmaq üçün “KORLANMIŞ TELEFON” oyununu keçirmək 
olar. Bu zaman şagirdlər yorğunluqlarını unudur və çox fəallaşırlar. 
Oyunun qaydası: “şagirdlər sinfin ortasında çevrə şəklində dururlar. Müəllim 
yanında olan şagirdin qulağına bir söz deyir. Oyunun qaydasına görə həmin şagird  
də öz növbəsində yanında duran yoldaşına o sözə oxşar bir söz deyir və s. o vaxta 
qədər ki, axırıncı iştirakçıya çatıb müəllimə bildirilir. 
Bu oyundan sonra şagirdlərdə  ruh  yüksəkliyi  yaranır  və onlar  böyük  həvəslə 
dərsə davam edirlər. 
YARADICI TƏTBİQETMƏ (5 - 8 dəqiqə) 
         Müəllim təqdimatdan istifadə edərək ekranda şəkillər göstərir. Sinfə müraciət 
edir: 
-
 
Gördüyünüz bu qurğulardan fərdi kompüter olmayanları söyləyin. 
 
 
 
 
 
 
А
b
ак
(V-IV eramizdan 
ə
vv
ə
l.)
“FƏRDİ    
     
KOMPÜTER” . 
 


 
71 
 
 
 
(Şagirdlərin cavabları dinlənilir. Düzgün olmayan cavablara düzəlişlər  edilir.)  
QİYMƏTLƏNDİRMƏ (5 dəqiqə) 
 (formativ) 
      Müəllim müəyyən meyarlar əsasında şagirdləri qiymətləndirir: 
№ 
Meyarlar 
Qiymət (+,-) 

Fərdi kompüterlərin tətbiq sahələrini şərh edir  
 

Fərdi  kompüterlərə  informasiyanın  daxiledilmə 
üsullarını sadalayır  
 

Fərdi  kompüterlərdən  informasiyanın  ötürülmə 
üsullarını sadalayır 
 

Fərdi kompüterin tərkib hissələrini tanıyır 
 

Fərdi kompüterləri təsnif edir 
 
 
                 Şagirdlərin qiymətləndirilməsi   cədvəli                          
№ 
Soyad .A.A 





Yaxşı 
Orta 
Zəif 
1.
 
 
Əliyeva Nigar  





 
 
 
2.
 
 
Mustafayev İlqar 





 
 
 
3.
 
 
Nemətova Nailə 





 
 
 
4.
 
 
....... 
 
 
 
 
 
 
 
 
        Qeyd: (1,2,3,4,5-yuxarıda  göstərilən meyarların nömrəsidir) 
        Refleksiya:  “Fərz    edək  ki,siz    yola    çıxırsınız.
 
Siz  bugünkü  dərsdən  yola 
özünüzlə nəyi götürərdiniz?” 
        Şagirdlərin fikirləri dinlənilir. (5 dəqiqə) 
        Ev tapşırığı:   arzuladığın fərdi kompüterin rəsmini çək (2 dəqiqə). 
 
 
X sinif 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 

 
Mövzu: Verilənlər bazasının idarəedilməsi sistemi 

 
Standartlar: 3.2.1.
 
Verilənlər bazasının obyektlərini nümayiş 
etdirir. 

 
Məqsəd:  
         1.Verilənlər bazasının obyektlərini tanıyır; 
         2.Verilənlər bazasının obyektlərini fərqləndirir; 
         3.Verilənlər bazasının obyektlərini nümayiş etdirir. 

 
İnteqrasiya: 

 
İş forması: bütün siniflə iş, cütlərlə iş 

 
Üsullar: Əqli hücum, müzakirə, suallar, layihələrin 
hazırlanması 

 
Resurslar: Kompüter, proyektor, dərslik, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə