Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 İnformasiya və informasiya prosesləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
34 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir. 
1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir. 
1.1.2.  Müxtəlif  xarakterli  informasiyaların  kompüterdə  kodlaşdırılmasına  aid 
nümunələr göstərir. 
1.1.3. Müxtəlif xarakterli   informasiyaların  həcmini ölçür. 
 
1. 2. İnformasiya və  informasiya emalı haqqında  biliklərini nümayiş etdirir. 
1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır. 
1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi  üsullarını izah edir. 
1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1. Obyektin informasiya  modelinin yaradılmasına dair bacarıqlar  nümayiş 
etdirir. 
2.1.1. İnformasiya modelinin şəbəkə formasını  izah edir. 
2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir. 
2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir. 
 
2.2. Alqoritmləşdirmə  və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Proqramlaşdırma dillərini təsnif edir. 
2.2.2. Proqramın ümumi strukturunu izah edir. 
2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir. 
2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. 
2.2.5.  Şablonla sadə veb-səhifələr yaradır. 
 
      3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 
Şagird: 
3.1.  Kompüterin,  sistem  proqramlarının  ümumi  iş  prinsiplərinə  dair 
bacarıqlar nümayiş etdirir. 
  3.1.1. Müxtəlif kompüter  modellərinin  imkanlarını  parametrlərinə görə  müqayisə 
edir. 
3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir. 
3.1.3. Xidməti proqramlarla işləyir.  
 
3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları  nümayiş etdirir. 
3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir. 
3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır. 
3.2.3. Multimedia təqdimatları hazırlayır. 
3.2.4. Elektron cədvəldə  diaqramlar, qrafiklər qurur. 
 


 
35 
3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir. 
3.3.1. Kompüter şəbəkələrinin  iş prinsiplərini izah edir. 
3.3.2.  İnternetdə  informasiya  resurslarının  ünvanlaşdırılmasını  nümunələrlə 
nümayiş etdirir
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasına  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir. 
4.1.2.  İnformasiya  cəmiyyətinin  formalaşdırılmasının  əsas  istiqamətlərini 
fərqləndirir.   
4.1.3.  İnformasiya  cəmiyyətinin  formalaşdırılması  istiqamətlərinə  aid  sadə 
layihələr hazırlayır. 
 
X sinif 
 
X sinfin sonunda şagird:  

 
İnformasiya proseslərinin mərhələlərinə dair biliklərini nümayiş etdirir.  

 
Kompüter-informasiya 
modelinin 
xüsusiyyətləri, 
yaradılmasının 
mərhələlərinə dair bacarıqlar  nümayiş etdirir. 

 
Veb-səhifələr hazırlayır. 

 
Kompüterin  şəbəkəyə  qoşulmasını  tənzimləyir,  diaqnostik  proqramlarla 
işləyir. 

 
Verilənlər bazasının əsas tərkib elementlərini, formalarını  hazırlayır. 

 
İnternetdə telekonfranslar təşkil edir. 

 
İnformasiya  cəmiyyətini  xarakterizə  edən  əsas  fəaliyyət  sahələrinə  dair 
biliklər nümayiş etdirir. 
 
 
1. İnformasiya və informasiya prosesləri 
Şagird: 
1.1. İnformasiya prosesləri və sistemləri haqqında biliklərini nümayiş etdirir.  
1.1.1. İnformasiya proseslərinin mərhələlərini təsnif edir. 
1.1.2. İnformasiya proseslərinin əsas  mərhələlərini  fərqləndirir. 
1.1.3. İnformasiya  proseslərinin əsas mərhələlərini nümunələrlə şərh edir. 
 
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma  
Şagird: 
2.1.  Kompüter-informasiya  modelinin    yaradılmasına  dair  bacarıqlar  
nümayiş etdirir. 
2.1.1. Kompüter-informasiya modelinin xüsusiyyətlərini şərh edir. 
2.1.2. Kompüter-informasiya modelinin yaradılmasının əsas mərhələlərini şərh edir. 
2.1.3. Kompüter-informasiya modelinin  yaradılmasına dair təqdimatlar edir. 


 
36 
 
2.2. Alqoritmləşdirmə və veb-proqramlaşdırma üzrə bacarıqlara yiyələndiyini 
nümayiş etdirir. 
2.2.1. Veb-proqramlaşdırmanın mahiyyətini izah edir. 
2.2.2. Veb-proqramlaşdırmanın əsas əmrlərini şərh edir. 
2.2.3. Veb-səhifəni hazırlayır. 
2.2.4. Hazırladığı veb-səhifə üzrə təqdimatlar edir. 
 
3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri. 
Şagird: 
3.1. Kompüter və  sistem proqramları ilə işləmək bacarıqları nümayiş etdirir. 
3.1.1. Yeni proqramların yüklənməsinə aid bacarıqlar nümayiş etdirir . 
3.1.2.  Əməliyyat  sisteminin  köməyi  ilə  kompüterin  şəbəkəyə  qoşulmasının 
tənzimlənməsini nümayiş  etdirir. 
3.1.3. Kompüterdə diaqnostik proqramlarla işləyir. 
 
3.2. Tətbiqi proqramlarla işləyir. 
3.2.1. Verilənlər bazasının obyektlərini nümayiş etdirir. 
3.2.2. Verilənlər bazasının  əsas tərkib elementlərini, formalarını  yaradır. 
  
3.3.  Müasir  kommunikasiya  texnologiyaları  ilə  işləmək  bacarıqları  nümayiş 
etdirir. 
3.3.1. Şəbəkə qurğularının iş prinsiplərini izah edir. 
3.3.2. İnternetdə telekonfransları təşkil etmə bacarıqları nümayiş etdirir. 
 
4. Cəmiyyətin informasiyalaşdırılması 
Şagird: 
4.1.  İnformasiya cəmiyyətinə dair biliklər nümayiş etdirir. 
4.1.1.
 
İnformasiya  cəmiyyətini  xarakterizə  edən  əsas  fəaliyyət  sahələrini 
(informasiya  inqilabları,  informasiya  təhlükəsizliyi,  informasiya  mədəniyyəti,  E-
hökumət, E-təhsil, E-seçki, E-kitabxana, E-ticarət) şərh edir. 
4.1.2.  İnformasiya  cəmiyyətini  xarakterizə  edən  əsas  fəaliyyət  sahələrinə  aid 
təqdimatlar edir. 
 
XI sinif 
 
XI sinfin sonunda şagird:  

 
Müxtəlif informasiya sistemləri haqqında  biliklərini nümayiş etdirir.  

 
Verilmiş informasiya prosesini modelləşdirir. 

 
Veb-sayt hazırlayır. 

 
Əməliyyat sistemini tənzimləyir, şəbəkə proqram təminatından istifadə edir. 

 
Müəyyən sahəyə aid verilənlər bazasının layihəsini hazırlayır. 

 
Müasir şəbəkə texnologiyalarından istifadə edir. 

 
İnformasiya cəmiyyətinin əsas əlamətlərinə dair  biliklər nümayiş etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə