61
alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun
ifasından asılıdır.
Modelləşdirmə zamanı şagirdlərə bu rolun ifasında öz nöqteyi-nəzərindən
çıxış etməyə icazə verilir. Bu modeldən sadə hərəkət və hadisələrin izah edilməsi,
onların baş vermə ardıcıllığında səhvlərin tapılması, buraxılmış addımın müəyyən
edilməsi zamanı istifadə edilə bilər. Modelləşdirmə şagirdlərdə problemi tapmaq,
təhlil aparmaq, alternativ hərəkətləri qiymətləndirmək, qərarları qəbul edilmək
bacarıqlarını aşılayır.
Layihələrin hazırlanması üsulu müəyyən nəticələrə əsaslanan layihənin
təqdim olunması və müdafiəsi yolu ilə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün
inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin
təşəkkülünə zəmin yaradır.
Tədris prosesində layihələrin hazırlanması metodundan effektiv istifadə
edilməsi müəllimin yüksək təcrübəyə malik olması ilə əlaqədardır.
BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim). Hər hansı mövzunun tədris
edilməsində bu keyfiyyətlərlə yanaşı şagirdlərin həmin mövzuya aid sərbəst
biliklərinin səviyyəsini müəyyən etmək çox əhəmiyyətlidir. Bu müəllimə
şagirdlərdə keçmiş və yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. BİBÖ
metodu şagirdlərin dərs boyu fəallığını təmin edir, birgə öyrənmənin yüksək
mərhələsini yaradır.
Bilirəm
İstəyirəm biləm.
Öyrəndim
BİBÖ metodu fəal təlim metodu kimi müasir dövrün tələblərinə cavab verir,
«şagird-şagird» «müəllim- şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir
Şaxələndirmə. Hər hansı mövzuya dair şagirdləri açıq, və müstəqil düşüncəyə
istiqamətləndirən metoddur. Beyin həmləsinin qeyri-səlist xətt üzrə işləmə
vəziyyətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında
aparılmalıdır. Mövzunun öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək
onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənlər və
ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə
yaratmaq və s. fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə
şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür.
Şaxələndirmə fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri
mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.
Şaxaləndirmə dərs prosesi üçün mühüm mərhələlərdən biri kimi son dərəcə
çevikdir, şagird aktivliyə yönəldilmişdir. Qrup şaxələndirməsindən sonra aparılan
fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.
Venn diaqramı. Hər hansı iki mövzunun (informasiyanın, anlayışın,
obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»-nın tətbiq
62
edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli
cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə
cəlb edir, onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Perspektiv planlaşdırma
Perspektiv planlaşdırma hazırlayarkən tədris vahidlərinin və mövzuların
ardıcıllığı aşağıdakı prinsiplər baxımından tərtib olunmalıdır.
- Xronoloji
- Sadədən mürəkkəbə
- Məntiqi ardıcılllıq
Lakin informatika fənninin illik planını hazırlayarkən məntiqi ardıcıllıq və
sadədən mürəkkəbə prinsipinin ödənilməsi əsas götürülmüşdür.
Perspektiv planlaşdırma hazırlamaq üçün müəllimdə aşağıdakl bacarıqların
olması vacibdir.
Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular
üzrə dəqiqləşmələr aparmaq.
tədris vahidi və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirmək;
mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etmək;
mövzuya uyğun resurslar seçmək;
mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
Mövzuya
görə
nailiyyətlərin
qiymətləndirilməsinin
növlərini
müəyyənləşdirmək.
I sinifdən perspektiv planlaşdırma nümunəsi:
Standart
Tədris
vahidi
Mövzu
İnteqrasiya
Təchizat
Saat
1.2.1,
1.2.2.
Ə
Ş
YA
L
AR
IN
T
ƏS
Vİ
Rİ
VƏ
M
ÜQAY
iS
ƏS
i Əşyanın
rəngi və
forması
A-d. 1.2.1., 4.1.5.
Tex. 2.1.1., 2.1.2.,
H-b. 1.1.1.,
Riy. 1.1.4., 1.1.5.,
1.3.1., 2.3.1.
X-d. 1.1.3., 2.2.2.
Balaca rəngli əşyalar,
rəngli kağızlar, proyektor,
elektron lövhə, dərslik,
kompüter
1
1.2.1,
Əşyanın
A-d. 1.2.1., 4.1.5.
Qruplara bölmək üçün
1
63
1.2.2
hissələri və
hərəkəti
Tex. 2.1.1., 2.1.2.,
H-b. 1.1.1.,
Riy. 1.1.4., 1.1.5.,
1.3.1., 2.3.1.
X-d. 1.1.3., 2.2.2.
kəsilmiş şəkillər (4 ədəd),
tanqramın kəsilmiş
hissələri (4dəst), xanalı
vərəqlər, yapışqan, dərslik,
kompüter, proyektor,
elektron tədris vəsaiti,
smayliklər
1.2.1,
1.2.2
Əşyanın
təsviri
A-d. 1.2.1., 4.1.5.
Tex. 2.1.1., 2.1.2.,
H-b. 1.1.1.,
Riy. 1.1.4., 1.1.5.,
1.3.1., 2.3.1.
X-d. 1.1.3., 2.2.2.
Müəyyən əşyaların
hissələri, kəsilmiş fiqurlar,
dərslik, kompüter,
proyektor
1
1.2.3
Əşyaların
müqayisəsi
A-d. 4.1.5.,
Riy. 1.3.1., 4.2.6.
Bir–birindən rənginə,
formasına və ölçüsünə görə
fərqlənən əşyalar,
kompüter, proyektor,
dərslik
1
1.2.3
Yuxarı,
aşağı, sağ,
sol
A-d. 4.1.5.,
Riy. 1.3.1., 4.2.6.
Formalı əşyalar, proyektor,
dərslik
1
V sinifdən perspektiv planlaşdırma nümunəsi:
Stand
art
Tədris
vahidi
Mövzu
İnteqrasiya
Təchizat
Saat
1.2.1,
1.2.2.,
1.2.3.
İNF
ORM
ASİ
YA
İnformasiya
nədir
Riy. 5.1.1.,
Az-t. 1.2.1.
Proyektor, dərslik, iş
vərəqləri, kompüter
1
1.1.1,
1.1.2
İnformasiya
nın
kodlaşdırılm
ası
H-b. 4.2.2.,
Riy. 4.1.1.
Proyektor, plakatlar, dərslik,
iş vərəqləri, kompüter
1
2.1.1.,
2.1.2.,
2.1.3.
İnformasiya
modeli
H-b. 4.2.2.,
Tex. 4.2.1.,
T-i. 1.1.1., 2.1.1., 2.1.2.,
Proyektor, dərslik, müxtəlif
modellər, iş vərəqləri,
kompüter
1
1.1.1.,
1.1.2.,
1.1.3.
İnformasiya
nı ölçmək
olarmı
H-b. 4.2.2.,
Riy. 1.1.2., 4.1.1.
Proyektor, dərslik, iş
vərəqləri, kompüter
1
Gündəlik planlaşdırma
Gündəlik dərs planı hazırlayarkən dərsin mərhələlərinin gözlənilməsi vacib
məsələdir. Dərs aşağıda göstərilən istiqamətlərdə planlaşdırılmalıdır:
•
Mövzu:
•
Standart
•
Dərsin məqsədi:
•
İş forması:
•
İş üsulu
•
Resurslar:
Dostları ilə paylaş: |