71
2.4. Texnologiya fənninin məzmun standartlarının şərhi
1
Texnologiya fənni üzrə məzmun standartlarının şərhi (I-IV)
Standart
Məzmun
Açar sözlər
I sinif
1.
Emal texnologiyaları
1.1.
Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir
1.1.1.
Müvafiq emal texnologiyalarını
(ölçmə, kəsmə, yapma,
birləşdirmə, qatlama, tikmə)
sadalayır;
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal
texnologiyalarının adları,onların sadalanması.
Emal texnologiyası, emal vasitəsi,
məmulat, material ,təbiət materialları,
plastilin, parça, kağız, ip, lent, plastik
qab.
1.1.2.
Sadə emal texnologiyalarını
fərqləndirir;
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal
texnologiyaları
,onların bir-birindən fərqləndirilməsi
Emal texnologiyaları, ölçmə, kəsmə,
yapma, birləşdirmə, qatlama, tikmə.
1.1.3.
Emal vasitələrini sadalayır;
Emal vasitələrinin (qayçı, iynə, fırça, heykəltəraş bıçağı,
sığallayıcı və s.) adları, onların sadalanması.
Emal vasitələri, emal texnologiyaları,
əməliyyat, materialların emalı,bitki
mənşəli, heyvan mənşəli və mineral
mənşəli.
1.2.
Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1.
Hazırlanacaq məmulata görə iş
yerini təşkil edir;
Plastilin, kağız, karton, parça, təbiət materiallarının
əlamət və keyfiyyətləri,onlara uyğun iş yerinin
materiallardan məmulat hazırlanması iş yerinin təşkil
olunması.
Plastilin, kağız, karton, parça, təbiət
materialları, materialın emalı, iş yeri,
emal vasitələri, emal texnologiyaları.
1.2.2.
Məmulatın hazırlanması üçün
uyğun emal vasitələri seçir;
Müxtəlif materiallardan məmulat hazırladıqda onları
emal etmək üçün uyğun emal vasitələrinin seçilməsi.
Müxtəlif materiallar (plastilin, kağız,
karton, təbiət materialları, parça, ip, kibrit
qutusu), məmulat, emal texnologiyası,
emal vasitəsi.
1
Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun
olaraq müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir.
72
1.2.3.
Məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir;
Təbiət materialları, plastilin, kağız, parça və plastik
kütlədən məmulatların hazırlanması ardıcıllığının
müəyyənləşdirilməsi
Məmulatlar, emal texnologiyaları, emal
vasitələri, məmulatın hazırlanma
ardıcıllığı.
1.2.4.
Hazırlanacaq məmulatın
materialına uyğun emal
texnologiyası seçir.
Müxtəlif məmulatlar hazırladıqda materiala uyğun
(plastilin, kağız, karton, təbiət materialları, parça, sap)
emal texnologiyalarının seçilməsi.
Materiallar (plastilin, kağız, karton, təbiət
materialları, parça, sap), emal
texnologiyası (ölçmə, kəsmə, yapma,
birləşdirmə, qatlama, tikmə).
1.3
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1
Məmulatların detallarını hazırlayır. Müxtəlif materiallardan məmulat hazırladıqda onların
ayrı-ayrı detallarının hazırlanması.
Materiallar (plastilin, kağız, karton, təbiət
materialları, parça, ip, sap), emal
texnologiyaları, detallar.
1.3.2.
Detalları birləşdirməklə sadə
məmulat (məmulatlar) hazırlayır.
Müxtəlif materiallardan hazırlanmış detalları müxtəlif
vasitələrlə birləşdirərək məmulatın (məmulatlar)
hazırlanması.
Plastilin, kağız, karton, təbiət
materialları, ip, sap, heykəltəraş bıçağı,
yapışqan, fırça, iynə, oymaq.
1.3.3.
Məmulatların hazırlanmasında sadə
tərtibat bacarıqları nümayiş etdirir.
Müxtəlif materiallardan məmulat hazırladıqda tərtibat
bacarıqlarının nümayiş etdirilməsi.
Tərtibat bacarıqları, dizayn, xarici görünüş,
səliqəlilik.
1.3.4.
Məmulatların qrup tərəfindən
hazırlanması prosesində birgə
fəaliyyət və əməkdaşlıq bacarıqları
nümayiş etdirir.
Qrup tərəfindən məmulatlar hazırlandıqda birgə
fəaliyyət və əməkdaşlıq bacarıqlarının nümayiş
etdirilməsi.
Birgə fəaliyyət, əməkdaşlıq, qrupda
işləmək bacarıqları.
1.3.5.
Məmulatın hazırlanmasında
müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
Müxtəlif materiallardan məmulat hazırladıqda, emal
vasitələrindən istifadə etdikdə müvafiq təhlükəsizlik və
gigiyena qaydalarına əməl edilməsi.
Təhlükəsizlik qaydaları, gigiyena
qaydaları.
1.3.6.
Hazırladığı məmulatı təqdim edir.
Müxtəlif materiallardan hazırlanmış məmulatların
təqdim edilməsi.
Hazır məmulatı təqdim etmə, izah etmə,
şərh etmə.
2.
Texnika elementləri
2.1.
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1.
Verilmiş təsvirlərdə texnoloji
maşınları (nəqliyyat, yük, məişət)
və texnoloji vasitələri (əl alətləri,
mexaniki alətlər) adlandırır.
Təsvirlərdə texnoloji maşınların (nəqliyyat, yük, məişət)
və texnoloji vasitələrin (əl alətləri, mexaniki alətlər)
adlarının düzgün təyin edilməsi.
Texnoloji maşınlar, yük maşınları,
nəqliyyat və məişət maşınları, texnoloji
vasitələr (əl alətləri, mexaniki alətlər).
Dostları ilə paylaş: |