Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə215/220
tarix31.12.2021
ölçüsü1,2 Mb.
#81170
1   ...   212   213   214   215   216   217   218   219   220
17 Texnologiya-kurikulum

İstehsal sanitariyası 
–  istehsal  prosesində  iş  yerinin  və  mühitin  çirklənməsi 
və zibillənməsinə qarşı aparılan tədbirlərdir. 
İstehsal  vasitələri
  –  insanın  maddi  nemətlər  istehsalı  prosesində  istifadə 
etdiyi əmək vasitələri və predmetlərinin məcmusudur, məhsuldar qüvvələrin maddi 
amilidir  və  istehsal  texnologiyası  da  dazil  olmaqla,  cəmiyyətin  maddi-texniki 
bazasını  əmələ  gətirir.  Əmək  vasitələrinə  və  hər  şeydən  qabaq  əmək  alətlərinə 
maşınlar,  dəzgahlar,  alətlər  (insanlar  bunların  köməyi  ilə  təbiətə  təsir  göstərir), 


 
 
125 
 
həmçinin  istehsal  binaları,  torpaq,  yollar,  kanallar  və  s.  daxildir.  Əmək  predmeti 
əmək  prosesində  insanın  təsir  göstərdiyi  və  öz  şəxsi,  yaxud  istehsal  istehlakına 
uyğunlaşdırdığı  təbiət  cisimləridir.  İnsan  əməyinin  təsirinə  məruz  qalan,  lakin 
sonrakı  emal  üçün  nəzərdə  tutulan  əmək  predmeti  xammal  adlanır.  Bəzi  hazır 
məhsullar  da  istehsal  prosesində  əmək  predmeti  rolu  oynaya  bilər  (məs.,  üzüm 
şərabçılıqda  əmək  predmetidir).  İstehsal  vasitələri  arasında  əmək  alətləri 
müəyyənedici rol oynayır. Əmək  vasitələrinin  inkişaf səviyyəsi texniki tərəqqinin 
mühüm  göstəricisidir.  Onların  təkmilləşdirilməsi  istehsalın  texnika  və 
texnologiyasında  dərin  irəliləyişə,  istehsal  münasibətlərinin  dəyişməsinə  səbəb 
olur, bir istehsal üsulundan digərinə keçməyi müəyyən edir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə