|
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu17 Texnologiya-kurikulum
İşgil
1) maşın və ya mexanizmlərdə birləşdirici detaldır. Adətən, dişli çarx,
nazimçarx, qasnaq, blok və çarx toplarını oxlar və ya vallarla birləşdirmək üçün
işlədilir. Formasına görə işgillər prizmatik, seqmentşəkilli, pazşəkilli, dairəvi en
kəsikli (silindrik) ola bilər.
2) ağac konustruksiyaların elementlərinin bir-birinə nəzərən yerdəyişməsinin
qarşısını alan, sürüşmə qüvvələrini qəbul edən detaldır.
3) hidrotexniki qurğuların tikişlərindəki yarıqları doldurmaq üçün
sukeçirməyən materialdan hazırlanan kipləşdiricidir.
İtiləmə
– kəsici alətin hazırlanmasında sonuncu əməliyyat, həmçinin
istifadədə olmuş alətin kəsmə qabiliyyətinin bərpa edilmə üsuludur. Proses adi
itiləmə alətləri, itiləmə daşları, ya da itiləmə dəzgahı ilə aparılır. Ən məhsuldar və
perspektivli itiləmə almaz alətlə itiləmədir.
İtiləmə dəzgahı
– metalkəsən alətin itilənməsi üçün dəzgahdır. Abrazivlə və
abrazivsiz itiləyən növləri var. Daha geniş yayılmış abrazivlə itiləmə dəzgahının
adi ixtisaslaşdırılmış (kəski, burğu, dartı və s. itiləmək üçün) və universal
(çoxtiyəli alətlər – frez, zenger, rayber, yiv burğusu üçün) növləri də vardır.
Dostları ilə paylaş: |
|
|