X
Xam torpaq
– təbii bitkilərlə örtülmüş, uzun müddət şumlanmamış torpaq
sahəsidir. qədimdən şumlanan torpaqdan fərqli olaraq xam torağın tərkibində çoxlu
çürüntü, azot və bitkinin qidalanmasına lazım olan digər elementlər olur.
Azərbaycanın Mil, Suğan və şirvan düzlərinin bir hissəsi xam torpaqlardır.
Xarratlıq-dülgərlik alətləri
– ağac materiallarını emal etmək üçün mexaniki
və əl alətləridir. Xarratlıq və dülgərlik işlərində kəsici, ölçmə-nişanlama və
köməkçi alətlərdən istifadə olunur. kəsici əl alətlərinə balta, mişar, rəndə, iskənə və
s.; mexaniki kəsici alətlərə müxtəlif mişarlar (zəncirli, diskli və lentli), rəndə,
iskənə və s.; ölçmə-nişanlama alətlərinə metr, xətkeş, bucaqlıq (günyə),
kronpərgar, içölçən, reysmus, şaqul və s.; köməkçi alətlərə isə çəkic, vintaçan,
qayka açarı, sıxac, yastıdodaq kəlbətin, məngənə və s. daxildir.
Dostları ilə paylaş: |