Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil İnstitutu



Yüklə 48,36 Kb.
səhifə1/30
tarix15.01.2022
ölçüsü48,36 Kb.
#82879
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   30
İQTİSADİYYATIN ƏSASLARI X-XI sin fak məş (3)


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Respublikasının Təhsil İnstitutu

2018-2019-cu dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün “İQTİSADİYYATIN ƏSASLARI” fakültativ kursunun

PROQRAMI


Bakı - 2018


Proqramı hazırladılar:

İntiqam Cəbrayılov --- pedaqogika üzrə elmlər doktoru,professor

Firduz Əhmədov --- R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin coğrafiya və iqtisadiyyat müəllimi

Rəyçilər: Dadaş Ələsgərov,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Lalə Əsədova,

pedaqogika üzrə fəlsəfə doktoru

ÖN SÖZ

2018-2019-cu dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planlarında “İqtisadiyyatın əsasları” fakültativ kurs kimi nəzərdə tutulmuşdur. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 (iki) saatdan 1(bir) saatı (həftədə 1 (bir)saat) bütün şagirdlər cəlb olunmaqla “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılmışdır. “İqtisadiyyatın əsasları” fakültativ kursu təsdiq edilmiş cədvəl əsasında “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü siniflərdə dərsdənkənar vaxtlarda, “riyaziyyat-iqtisadiyyat”, “texniki və riyaziyyat-iqtisadiyyat”, “humanitar və riyaziyyat-iqtisadiyyat” təmayüllü siniflərdə isə dərs cədvəlinə salınmaqla tədris olunması nəzərdə tutulmuşdur.

“İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə dərs ili ərzində X-XI siniflərdə 34 saat( X sinifdə 34 saat, XI sinifdə 34 saat) verilmişdir. Proqramda şagirdlərin iqtisadi biliklərini, dünyagörüşünü, həyati bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün “İqtisadiyyatın əsasları” kursuna aid mühüm məsələlər əksini tapmışdır. Bu məsələlərin mənimsənilməsi və qazanılmış müvafiq biliklərin tətbiqi şagirdlərin iqtisadi tərbiyəsini stimullaşdırmağa imkan verir. Ona görə də şagirdlərin iqtisadi bilik və bacarıqlara dərindən yiyələnmələri vacibdir. İqtisadi bilik və bacarıqlar şagirdləri cəmiyyətdə fəal mövqe tutmağa, səmərəli əmək fəaliyyətinə sövq edir, iqtisadi münasibətlərin müxtəlif aspektlərinə həm də hüquq baxımından yanaşmağa istiqamətləndirir, istehsalın, əmək məhsuldarlığının artırılmasının cəmiyyət və dövlət üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməyə zəmin yaradır.

Bu baxımdan proqramda əksini tapmış mövzuların Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası əsasında tədrisi, iqtisadi inkişafla bağlı dövlət proqramlarının, ölkəmizin iqtisadiyyat sahəsində əldə etdiyi uğurların öyrədilməsi şagirdlərdə vətəndaş təfəkkürünün formalaşması və inkişafına ciddi təsir göstərər.




Yüklə 48,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə