Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə24/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   20   21   22   23   24   25   26   27   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

«İgid Dirsə Xan» oyunu 
Zalda xüsusi canlanma var. Zalın diqqəti çəkən yerində 
Azərbaycanın milli bayrağı sancılıb. Divarlardan «Dədə Qorqud» 
dastanından müxtəlif illüstrasiyalar asılıb. 
«Dədə Qorqud» bədii filmindən musiqi səslənir. 
Musiqinin döyüşkənlik ruhu aşılayan melodiyası altında 6 
nəfər uşaq milli paltarda, əllərində qılınc vuruşa-vuruşa səhnəyə 
daxil olur. Dirsə xanm adamlan düşməni qovub 
9 2


uzaqlaşdırandan sonra apancılar əllərində mikrafon irəli çıxırlar. 
Tehran (apancı): Salam, əziz uşaqlar və valideynlər. Sizi 
görməyimizə çox şadıq. Xoş gəlmisiniz! 
Məmməd: Mənsə Ulu Dədə Qorqudun dili ilə 
salamlayıram sizləri. Gün aydın, dostlar! 
Tehran: Haqq sizə yamanlıq göstərməsin. 
Tünzalə: Var olsun mərdlik, vüqar. Var ümidiniz 
üzülməsin. 
Tehran: Siz bu gün Dədə Qorqud övladlanndan birinin 
başına gələn əhvalatla tanış olacaqsınız. 
Tünzalə: İcazənizlə Dirsə xandan və onun qəhrəman oğlu 
Buğacdan söhbət açaq. «Xanlar xanı Bayandur xan ildə bir dəfə 
şənlik keçirər, bəylərə qonaqlıq verərdi. Bir yerdə ağ otaq, bir 
yerdə qızıl otaq, bir yerdə isə qara otaq qurmuşdu». 
Bu vaxt bir-birindən bir qədər aralı olan üç çadır görünür. 
Bir nəfər uşaq Bayandur xan qiyafəsində ağır addımlarla irəli 
çıxır və əmr edir: 
-
Oğlu olanı ağ çadıra, qızı olanı qızıl çadıra aparm! Kimin 
övladı yoxdursa, qara çadıra buyursun! 
-
Elə də edirlər. Bayandur xamn adamlan Dirsə xanı qara 
çadıra apanrlar. Bu Dirsə xana çox pis təsir edir... 
Bir qız, bir oğlan səhnədə görünürlər. Onlar Tünzalənin 
söhbətini davam etdirirlər. 
Oğlan: Dirsə xan evə gəldi, çox dilxor idi. Əhvalatı 
arvadına danışdı. 
Qız: Xatunu ona məsləhət gördü ki, bizim övladımız 
yoxdur. Allah bizə qarğıyıb. Çoxlu nəzir-niyaz ver, yetimlərin 
qarnını doydur, bəlkə Allah Taala bizə də bir övlad verə. 
Oğlan: Dirsə xan arvadının dediyi kimi etdi. Allah ona bir 
oğlan bəxş elədi. Oğlan 15 yaşa çatdı. Ağıllı və güclü bir cavan 
oldu. 
Qız: Bir gün oğlan başqa uşaqlarla aşıq-aşıq oynayırdı. 
Birdən bir buğa meydana girib onlara hücum etdi. Hamı qaçdı. 
Dirsənin oğlu qaçmadı. Oğlan buğanı yerə yıxdı. Boynunu burdu. 
Başını kəsdi. Bu dəm ağ paltarlı, əlində əsa, başında ağ 
9 3


çalma olan nurani dədə Qorqud (uşaq) meydana daxil olur. Deyir: 
- Övladlanm, men sizin söhbətinizi eşitdim. Gəldim ki
həmin oğlana ad qoyum. 
Hey, Dirsə xan, oğlana bəylik vergil. 
Qəm vergil, ərdəmlidir. 
Boyu uzun bədoy at vergil. 
Minər olsun, hünərlidir! 
Məmməd: Uşaqlar, deyin görək Dədə Qorqud həmin 
oğlanın adını nə qoydu? 
Bir nəfər tez cavab verir: Buğac. 
Tehran: Düzdür, bos sonra Qorqud baba onun atasına nə 
dedi? 
Uşaq: Dedi ki, adını mən verdim, yaşını tann versin. 
Axırda oyunda fəallıq göstərənlərə hədiyyələr təqdim 
olunur. 
Bir karə yüksələn bayraq bir daha enməz 
«Müstəqil Azsrbaycamm -yurdum mənim» oyunu 
Zal bayramsayağı bəzədilib. M.Ə.Rəsulzadənin iri portreti 
vurulub. Portretin dörd tərəfindən «Bir kərə yüksələn bayraq bir 
daha enməz», «Müstəqil Azerbaycanım-yurdum mənim», 
«Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır!» şüarlan 
diqqəti cəlb edir. 
Əvvəlcə uşaq xoru «Azərbaycan himni»ni oxuyur. 
Aparıcılar sağ əllərində bayraqcıqlar irəli çıxırlar. 
1-
ci apancı: Xoş gördük hamınızı! 
2-
ci aparıcı: Müstəqil Azərbaycanımızın xoşbəxt balala- 
nnı salamlayınq! 
1-
ci apancı: Dostlar, xalqımız öz müstəqilliyini çox 
çətinliklə əldə edib. Babək babamız bunun uğrunda canından 
keçib. Cavanşir, Şah İsmayıl Xətai şəhidlik zirvəsinə yüksəlib. 
2-
ci apancı: Fuad, Xətai dedin, onım qızıldan qiymətli 
sözləri düşdü yadıma: 
9 4


Qırxlar meydanı vardım, 
Gəl bəri, ey can, dedilər. 
İzzət ilə salam verdim. 
Gəl, işdə meydan dedilər. 
1-ci aparıcı: Ardını da mən deyimmi? 
- De, Samir. 
1-ci apancı: 
Qırxlar bir yerdə durdular. 
Otur deyə yer verdilər. 
Önümə surba sərdilər. 
Əl loğmaya sun dedilər. 
1-
ci apancı: Çox heyf ki. Xətainin yaratdığı müstəqil 
dövlətin ömrü uzun olmadı. 
2-
ci apancı: Böyük sərkərdə və dövlət xadimi Şah 
babamızdan sonra gələnlər acizlik göstərdilər, dövlət 
müstəqilliyini qoruyub saxlaya bilmədilər. 
1-
ci apancı: Axır ki. Şimali Azərbaycanda M.Ə.Rəsul- 
zadə ilk Demokratik Respublikanın bünövrəsini qoydu. Lakin 
bunun da ömrü az oldu. 
2-
ci apancı: Respublika süqut etsə də, tarixə çox qeyrətli 
oğullar bəxş etdi. 
Qabaq cərgədə düzülmüş uşaqlar bir-bir qabağa çıxıb 
onlann adlannı çəkirlər. 
1-
ci Məmməd Əmin Rəsulzadə 
2-
ci Fətəli Xan Xoyski 
3-
cü Nəsibbəy Yusifbəyli 
4-
cü Əlağa Şıxlinski 
5-
ci Əlimərdan Topçubaşov 
6-
cı Cəmo bəy 
7-
ci Xudadad bəy 
8-
ci Əhməd bəy 
1-
ci aparıcı: Düz 71 il sonra, yəni 1991-ci il oktyabr 
ayının 18-də 2-ci dəfə müstəqillik qazandıq. 
2-
ci apancı: Bəli, bu gün Azərbaycanda üçrəngli, 
səkkizguşəli bayraq əzəmətlə dalğalanır. 
9 5


1-
ci apancı: İnanınq ki, islamı, türkçülüyü və istiqlalı əks 
etdirən bu yaraşıqlı bayrağımız bir daha enməyəcək! 
Hamı bir ağızdan: Enməsin, enməsin! 
2-
ci apancı: Dostlar, indi meydanı rəqqaslanmıza veririk. 
Onlar sizlərə «Dağlarda çiçəb> rəqsini təqdim edəcəklər. 
«Dağlarda çiçək» maqnitafon lentində səsləndirilir. 
Qızlardan ibarət rəqs qrupu ortaya çıxır. 
1-
ci taktda 4 qız l-ci cərgəni təşkil edir. 
2-
ci taktda 4 qız 2-ci cərgəni təşkil edir. 
3-
cü taktda üzbəüz dayanaraq əl çalırlar. 
4-
cü taktda dairə təşkil edirlər. 
5-
ci taktda 2 qız solo rəqs edir, qalanlan isə əl çalır. 
6-
cı və 7-ci taktda həmin hərəkətlər təkrar olunur. Solo 
oynayan qızlar yerlərini dəyişirlər. 
8-
ci taktda dairədəki qızlar otururlar. 1 solist onlann 
dövrəsində rəqs edir. 
9-
cu taktda həmin hərəkətlər təkrar olunur. 
10-
cu taktda qızlar qarşı-qarşıya gəlir, əllərini bir-birinə 
vururlar. 
11-
ci taktda isə geri çəkirirlər. 
Oyun - şənliyin sommda adəti üzrə fərqlənən uşaqlara 
hədiyyələr təqdim olunur. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə