Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 39,98 Kb.
səhifə1/4
tarix10.06.2022
ölçüsü39,98 Kb.
#89253
  1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Ədəbiyyat tarixi)


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti

SƏRBƏST İŞ №



Mövzu:

Ədəbiyyat tarixi

Fənnin adı:

İfadəli oxu

Qrup:

F2-20

Kurs:

2/4

İxtisas:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Tələbə:

İsayeva Nərmin

Müəllim:

Dosent İlham Məmmədov


Bakı – 2022


  1. Mirzə Şəfi Vazeh yaradıcılığı.

"İfadəli, aydın" mənalarını verən Vazeh təxəllüsü altında Mirzə Şəfi çoxlu qəzəllərmüxəmməslərməsnəvilərrübailər və s. yazmışdır. Bundan başqa Vazeh poetik "Müdriklik dərnəyi"nə başçılıq etmişdir. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. Bəzi şeirlərində isə feodal cəmiyyətin eyiblərini göstərirdi, köləlik şəxsiyyətliyi və dini fanatizmin əleyhinə çıxış edirdi. Həmçinin Mirzə Şəfi Vazeh Azərbaycan poeziyasının ilk müntəxəbatının və Tiflis gimnaziyası üçün tərtib edilən "Tatar-rus lüğəti"nin (rus pedaqoq İv. Qriqoryev ilə birgə) müəllifidir.
1960-cı illərə qədər hesab edilirdi ki, Mirzə Şəfi Vazehin ədəbi irsi yalnız tərcümələr şəkilində bizə çatıb və şeirlərinin əsli itib. ""nın 1963-cü il 31 yanvar tarixli nömrəsində dərc edilmiş məlumatların birində xəbər verilmişdi ki, Mirzə Şəfinin şeirlərinin Azərbaycan və fars dilərində əsli tapılıb. Mirzə Şəfinin Azərbaycan və fars dillərində olan şeirlərinin ancaq bir hissəsi bizim dövrümüzə çatıb. Mirzə Şəfinin ən yaxşı əsərlərini Naum Qrebnev həm Azərbaycan və fars dillərindən, həmdə Bodenştedtin alman dilindəki əlyazmalarından tərcümə edərək, "M. -Ş. Vazeh. Lirika" (rusca "Вазех М.-Ш. Лирика") (Moskva, 1967) kitabına əlavə etmişdir.
"Nəğmələr" əsərinin süjeti tamamilə Mirzə Şəfinin həyatından götürülüb. Belə ki, "Züleyxa" adlı silsilə Mirzə Şəfinin Züleyxa adlı (rəsmən onu Noxbikə adlandırırdılar) ilk məhəbbətinə həsr olunub. Bodenştedt Tiflisdə olduğu zaman, o, Dağıstanın Cenqutay kəndində yaşayırdı. "Mirzə Yusif" adlı digər nəğmə silsiləsi Mirzə Şəfinin dostlarından biri Mirzə Yusif Şahnazarov ilə bağlıdı, onun haqqında arxiv işlərinda ətraflı məlumatlar var. "Hafizə" adlı digər silsilə Mirzə Şəfi tərəfindən sevdiyi və evləndiyi qadına həsr olunub. "Nəğmələr"in fəsilərin birində Mirzə Şəfi özünü Abdullanın (mərhum ögey atasının adı) oğlu adlandırır. Yenikolopovun sözlərinə görə, bu bilgilər və "Mirzə Şəfi nəğmələri"ndə olan həm İran nazirlərinin adları, həmdə Hafiz Şirazinin həyatından geniş məlumatlar Bodenştedtın kitabı yazdığı vaxt Qərbdə məlum ola bilməzdi.
Vazehdən şərq dilləri dərsini alan alman şairi Fridrix Bodenştedt "Şərqdə min bir gün" (1850) kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirmişdir. Sonradan Bodenştedtin "Mirzə Şəfi nəğmələri" (1851) adlı kitabı işıq üzü gördü. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilmişdir. Baxmayaraq ki, sonradan Bodenştedt Vazehin şeirlərini özünkü kimi qələmə verməyə başladı, saxlanılan fars və Azərbaycan dillərində olan orijinal vərəqlər Mirzə Şəfinin müəllifliyini sübut etdi.
Bodenştedtın sözlərinə görə, Vazehin xarakterik xüsusiyyətlərindən biri də onun çap kitablarına olan nifrəti idi. Şairin fikrincə, əsl alimlərin çapa ehtiyacları olmur. Mirzə Şəfi Vazeh gözəl xəttat idi. Bodenştedt yazır: “Mirzə Şəfi çox gözəl yazırdı və eyni zamanda gözəllik və rəngarənglik gətirirdi: hərfləri mətnin məzmununa aid düzəldirdi. Əgər o adi şeylər barədə yazmalı olurdusa, onda o, onları adi paltarlara geydirirdi, gəşəngləri isə bayramsayağlara, qadınlara göndərilən məktubları xüsusi nazik xətlə yazırdı”.
M. F. Axundov öz xatirələrində dəqiqləşdirir ki, Vazeh "Nəstəliq adı ilə tanınan gözəl xətlə yazmaq sənətinə malik idi". Bodenştedt Mirzə Şəfinin şeyirlərinin böyük bir hissəsini Almaniyaya aparmışdı və orada onları alman dilinə tərcümə edərək dərc etmişdir. O, 1850-ci ildə Ştutqartda "Şərqdə 1001 gün" kitabını dərc etdi və oraya Vazehin şeirlərinin bir hissəsini daxil etdi. Şeirlər 1851-ci ildə Berlində alman dilində "Mirzə Şəfi nəğmələri" adlı ayrıca kitab şəklində işıq üzü gördü. Bu nəğmələr o qədər populyar oldular ki, hər il yenidən nəşr olurdular və bir çox dillərə tərcümə edilirdilər. "Mirzə Şəfi nəğmələri"ni alman dilindən rus dilininə ilk dəfə N. İ. Eyfert tərcümə etmişdir (1880 və 1903 tarixli nəşrləri). O, 1880-ci ildə yazırdı: "Artıq 60 nəşrə qədər çıxmış "Mirzə Şəfi nəğmələri" Almaniyada müasir poeziyanın ən sevimli əsərlərindən biridir". Onlar ingilis, fransız, italyan, fars, macar, çex, İsveç, holland, Danimarka, ispan, portuqal, flamand, demək olar ki, bütün slavyan dillərinə və hətta qədim yəhudi dilinə tərcümə edilmişdir.
İtalyan dilinə tərcümənin müəllifi yazıçı Rossi olmuşdur. 1860-cı illərdə rus şairi Mixail Mixailov Mirzə Şəfinin şeirlərini rus dilinə tərcümə etmişdir. Sonralar 1903-cü ildə şeiri yenidən rus dilinə tərcümə etdi. Vazehin əsərləri Lev Tolstoyun diqqətini cəlb etmişdir. 1880-ci ildə Tolstoy başqa görkəmli rus şairi bildirirdi ki, bu yaxınlarda bir tanışı ona Mirzə Şəfinin şeirlər kitabını gətirmişdi, və o, onda dərin təəssürat yaratmışdır.
Rus bəstəkarı və pianoçusu Anton Rubenşteyn Mirzə Şəfinin sözlərinə bəstələnmiş mahnılar silsiləsini yaratmışdır.
Bundan başqa Mirzə Fətəli Axundovun nəvəsi tərəfindən 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinə verilmiş Mirzə Fətəli Axundovun şəxsi arxivindən olan qaralama dəftərində Mirzə Şəfi haqqında Axundovun öz əlilə yazılmış məlumat var ki, Mirzə Şəfinin nəğmələri Almaniyada dərc olunmuşdur.




  1. Yüklə 39,98 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə