Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 27,5 Kb.
səhifə2/5
tarix24.06.2022
ölçüsü27,5 Kb.
#90070
1   2   3   4   5
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)

Vətəndaşlıq tərbiyəsi.

Adamlar qarşısında əvvəlcə ata və anası, sonra yoldaşları və kollektivi, daha sonra bütün həmvətənləri, cəmiyyət qarşısında öz borcunu yerinə yetirən insan qüdrətli mənəvi əlamətə - məğrur vətəndaş adına nail olur. Bu isə o deməkdir ki, vətənin, xalqının, əmin-amanlığı uğrunda, yaşlı nəslin yaratdığı maddi və mənəvi sərvətlərin qorunması və çoxaldılması uğrunda mübarizə hər bir məktəblinin vətəndaşlıq borcudur. Vətəndaşlıq borcu və məsuliyyət ən yüksək insani keyfiyyətlərdir. Həyatı vətəndaş gözü ilə görmək, insanların taleyi üçün vətəndaşlıq həyəcanı və narahatlığı keçirmək məktəblilərin vətəndaşlıq tərbiyəsinin başlanğıcıdır. Vətəndaşlıq fikirləri, hissləri, həyəcanları, vətəndaşlıq borcu, vətəndaşlıq məsuliyyəti insani ləyaqət hissinin əsasıdır.


Xalqımızın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərini, inkişafını görmək dünya xalqlarının xalqımıza hörmətini dərk etmək – bütün bunlar məktəblilərin dünyanı vətəndaş gözü ilə görməsidir, vətəndaşlıq keyfiyyətlərinin formalaşmasıdır. Ölkəsini daha güclü və daha gözəl görməyi arzulamaq, onun reallaşmasına çalışmaq vətəndaşlıq fəaliyyətinin başlanmasıdır.
Vətəndaşlıq tərbiyəsi hər bir məktəblinin vətəndaş olmaq hüququnu təmin edir. Məktəblilər Vətənimizin nailiyyəti ilə sevinir, fəxr edir, Vətənin üstünü qara buludlar alanda əsl vətəndaş Vətənin azadlığı uğrunda mübarizəyə qoşulur, Vətəni yadellilərdən qoruyur.
Vətəndaşlıq tərbiyəsi məsuliyyət hissi və əxlaqi cavabdehliklə sıx bağlıdır. Vətəndaşlıq tərbiyəsi vətəndaşlıq şüurunun formalaşmasına şərait yaradır. Bu bir həqiqətdir ki, hansı xalqda, hansı millətdə vətəndaşlıq şüuru inkişaf etmişsə, bu həmin xalqın, həmin millətin ümumi əxlaqi tərəqqisinin göstəricisidir. Deməli, vətəndaşlıq hissi olmadan ölkə, xalq tərəqqi edə bilməz. Buna görə də haqlı olaraq deyirlər ki, insanlar arasında vətəndaşlıq hissi olmasaydı, onda insan cəmiyyətini heyvan sürüsündən ayırmaq çətin olardı. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ziyalıları xalq arasında vətəndaşlıq hissini inkişaf etdirmək üçün fədakarcasına mübarizə aparırdılar.
Vətəndaşlıq tərbiyəsi şagirdlərə öyrədir ki, ədalətsizliyə qarşı barışmaz olsunlar. Ədalətsizliyə, haqsızlığa dözmək olmaz. Vətəndaşlıq tərbiyəsi şagirdlərdə hüquqi şüurun formalaşmasına şərait yaradır. Hüquqi şüuru inkişaf etmiş xalq həmişə ədaləti qoruyur, demokratiyanı bərqərar edir. Hüquqi şüurun formalaşmasına dair alman tarixində maraqlı bir epizod var. Böyük Fridrix alman dövlətçiliyinin simvolu və Prussiyanın qorunmasının banisi kimi tarixə düşsə də, almanların bu şəxsiyyətə verdikləri əsas qiymət meyarı başqa bir hadisə ilə bağlı olmuşdur. Tarixdə ona alman hüquqi şüurunun yaradıcısı kimi baxılır və alman hüquq mədəniyyətinin formalaşmasında əvəzsiz xidmətləri qeyd olunur. Onun San-Susidəki yay sarayı yaxınlığında yerləşən dəyirmanın səsi Böyük Fridrixi çox narahat edirdi. Buna görə də o, həmin dəyirmanı almaq istəyir. Cəhdləri uğursuz nəticələndiyi üçün öz mülkünü satmaqdan imtina edən dəyirmançını məhkəməyə verir. Lakin gözlənilmədən kral məhkəmədə uduzur. O vaxtdan alman hüquq şüuru bütün cəmiyyətə hakim olur. Bu gün müstəqil Azərbaycanımızda məktəblər məhz, belə hüquqi şüuru – vətəndaşlıq şüurunu tərbiyə etməlidir. Vətəndaşlıq tərbiyəsi şagirdlərdə möhkəm iradi keyfiyyətlərin formalaşmasına şərait yaradır. əsl vətəndaş Vətən uğrunda canından belə keçməyə hazır olur.
Vətəndaşlıq ləyaqəti, dəyanəti bəxş edilmir, qazanılır. Ləyaqət və dəyanətin qazanılması isə möhkəm iradə, əzmkarlıq tələb edir. Dahi şairimiz Nizami haqlı olaraq deyirdi ki, dəmir iradə müvəffəqiyyətin qızıl açarıdır. Həyatda hər cür çətinliklər və maneələr var. Əsl vətəndaşlar bu çətinlikləri və maneələri asanlıqla keçirlər.




  1. Yüklə 27,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə